Ölkə futbolu
Rivaldo: “Braziliya fiyaskoya uğrayacaq”
Braziliya futbolunun məşhur siması Rivaldo bu il ölkəsində t…

Braziliya futbolunun məşhur siması Rivaldo bu il ölkəsində təşkil olunacaq Dünya Çempionatı haqda danışıb. Futbolinfo.az xəbər verir ki, “Milan” və “Barselona”nın sabiq hücumçusu DÇ-2014-də “sambaçılar”ın böyük fiyaskoya uğrayacağını düşünür.
Ona görə yox ki, milli zəifdi, ona görə ki, ölkə bu mundialı qəbul etməyə hazır deyil: "Biz xeyli xəcalət çəkəcəyik. Stadionların vəziyyəti bərbaddır. Braziliya əlində olanı da bu stadionları təmirə qoyub. Mühafizə sistemi isə sıfırdır. Biz bu mundialı yüksək səviyyədə keçirə bilməyəcəyik. Belə böyük pulları burdakı məktəb və xəstəxanalara xərcləmək lazım idi ki, insanlar rahat nəfəs alsın".
Qeyd edək ki, 41 yaşı olan Rivaldo hələ də karyerasını davam etdirir.