Ölkə futbolu
43 yaşında DÇ iştirakçısı olacaq
Kolumbiya millisinin şərəfini qoruyan Fərid Əli Mondraqon yeni re…

Kolumbiya millisinin şərəfini qoruyan Fərid Əli Mondraqon yeni rekord qırmağa hazırlaşır. Hazırda ölkəsində "Deportivo Kali" klubunun formasını geyən qapıçı Dünya Çempionaltları tarixinə adını həkk etdirəcək.
Futbolinfo.az xəbər verir ki, yığmanın əsas qapıçısı olan Mondraqon hər hansı ciddi problem olmasa, DÇ-2014-də heyətdə olacaq. Bununla da o, mundial tarixinin ən yaşlı futbolçusuna çevriləcək.
DÇ-nin gedişatında – iyunun 21-də qolkiperin 43 yaşı tamam olacaq. Bununla da o, DÇ-1994-də, 42 yaşında Kamerun millisinin formasını geymiş Rocer Millanın rekordunu qıracaq.