Ölkə futbolu
Skolarinin favoriti özüdü
Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari komand…

Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari komandasının DÇ-2014-dəki şanslarını dəyərləndirib. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis “sambaçılar”ı əsas favorit hesab etdiyini deyib:
"Biz təsadüfən dünya çempionatının üç favoriti arasında yer almamışıq. Ümumilikdə 8 komandanın dünya kubokunu qazana biləcəyi proqnozlaşdırılır. Lakin biz mundialın əsas favoritiyik. Bizim çox gözəl komandamız, dəqiq strategiyamız və yaxşı futbolçularımız var. Dünya çempionatında məqsədimizə nail olacağımıza inanıram".
Qeyd edək ki, A qrupunda yer alan Braziliya millisi Xorvatiya, Meksika və Kamerun yığmaları mübarizə aparacaq.