Ölkə futbolu
“Pulu futbola yox, təhsilə xərcləyin”
DÇ-2014-ə hazırlıq məqsədi ilə sərf olunan pullara g&oum…

DÇ-2014-ə hazırlıq məqsədi ilə sərf olunan pullara görə, Braziliyanın ən böyük şəhəri olan San-Pauluda yenidən kütləvi etirazlar baş qaldırıb. Futbolinfo.az xəbər verir ki, ötən gün şəhərdə bu yay Braziliyada keçiriləcək mundialı boykot ediblər.
Əhali DÇ-yə sərf olunan pulların təhsil sektoruna xərclənməsini tələb ediblər. Etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma baş verib. Qarşıdurma zamanı 5-i polis olmaqla, 7 nəfər xəsarət alıb. 120 nəfər həbs edilib.