Connect with us

Ölkə futbolu

30-cu duel üçün

“Qəbələ” Azərbaycan kubokunun 1/4 final mərhələsini…

-də paylaşıldı

“Qəbələ” Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununun hazırlıqlarını başa vurub. Futbolinfo.az xəbər verir ki, sabah Qəbələ şəhər stadionunda “Simurq”a qarşı keçiriləcək matça doğma meydanda hazırlaşan “qırmızı-qaralar” bu gün son məşqinə çıxıb. 
Roman Qriqorçukun yetirmələri görüşə tam heyətlə hazırlaşa bilməyib. Düzdü, Rəşad Sadiqov zədədən sonra tam sağalaraq, komanda ilə birlikdə məşq edib. Lakin Cavid Hüseynov yalnız fərdi hazırlıqla kifayətlənib, hələ də zədədən əziyyət çəkən Ruslan Əmircanov isə ümumiyyətlə məşqə qatılmayıb.
1/4 final mərhələsinin Qəbələ şəhər stadionunda keçiriləcək sabahkı ilk oyunu saat 19:00-da başlayacaq. Görüş “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanacaq.
Qeyd edək ki, ilk dəfə hər iki komandanın birinci dəstədə çıxış etdiyi 2005/06 mövsümündə qarşılaşan rəqiblər 30-cu dəfə üz-üzə gələcək. Bu matçlarda 12 dəfə “Qəbələ”, 10 dəfə “Simurq” qalib gəlib, 7 dəfə qalib müəyyənləşməyib. Vurulan 59 qoldan 32-ni “qırmızı-qaralar”, 27-ni rəqibi vurub. Kubokda yalnız 1 dəfə üz-üzə gələn rəqiblər 2007/08 mövsümünün 1/8 finalında görüşüb. Hər komandanın öz meydanında qalib gəldiyi dueldə “Qəbələ” səfər qolu ilə mərhələ adlamışdı – 1:0, 1:2.
(Klub saytı)

Arxiv

Premyer-liqa2021-01-21 23:18

“Zirə”dən “Qəbələ” üzərində inamlı qələbə – VİDEO

Premyer-liqa2021-01-21 19:27

Rəşad Sadıqov: “Qəbələ” öz oyununu sərgiləyir, futbolu eybəcərləşdirmir” – VİDEO

Ölkə futbolu2021-01-17 13:36

“Neftçi” PFK-nın bədən testi – VİDEO

Ölkə futbolu2021-01-14 23:54

“Sabah”a qələbə üçün bir qol bəs etdi – VİDEO

Ölkə futbolu2021-01-14 22:47

“Neftçi” – “Keşlə” oyununda 7 qol – VİDEO

Ölkə futbolu2021-01-14 20:17

Samir Abasov: “Bu gün sevindirici məqamlar daha çox idi” – VİDEO

Ölkə futbolu2021-01-14 13:45

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-01-13 15:46

Hazırlığın 10-cu günü “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-01-12 17:01

“Neftçi”nin legioneri toplanışı dəyərləndirdi – VİDEO

Ölkə futbolu2021-01-11 01:25

“Sumqayıt” – “Zirə” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-01-10 19:40

“Neftçi” “Kəpəz”i məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-01-10 19:34

Samir Abasov: “Həm razı, həm də narazı salan məqamlar oldu”

Ölkə futbolu2021-01-10 13:18

“Neftçi”də “Sağlamlıq durumu” açıqlandı – VİDEO

Ölkə futbolu2021-01-09 18:47

“Çempion olmaq istəyirik” – VİDEO

Ölkə futbolu2021-01-07 22:29

“Günün 20 saatını hücumçu məsələsinə həsr edirik” – VİDEO

Ölkə futbolu2021-01-07 20:37

“Keçmişə baxmıram, yalnız gələcək haqda düşünürəm” – VİDEO

Ölkə futbolu2021-01-07 17:21

Aqil Məmmədovla “Piramida” – VİDEO

Ölkə futbolu2021-01-07 16:22

“Futbolçuların gəlməsi ilə bağlı heç bir problem yoxdur” – VİDEO

Ölkə futbolu2021-01-07 12:00

“Ailəmin yanında olmağım çox yaxşı oldu” – VİDEO

Ölkə futbolu2021-01-05 20:27

Aqil Məmmədov: “Çalışırıq ki, növbəti oyunlara tam hazır olaq”

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?