Connect with us

Müsahibə

Fikrət Hüseynov: "Gələn il daha güclü AZAL görəcəksiniz"

Futbolinfo.az sizi AZAL-ın vitse-prezidenti Fikrət Hüseynovun k…

-də paylaşıldı

Futbolinfo.az sizi AZAL-ın vitse-prezidenti Fikrət Hüseynovun klubun rəsmi saytına verdiyi müsahibə ilə tanış edir.
– "Qəbələ” üzərində qələbədən sonra AZAL-ın avrokuboklarla baglı ümidləri bir qədər də artdı. Mövsümün əvvəlində əsas hədəfi elitada qalmaq olan bir klubun indi hansısa mükafata, yüksək yerlərə iddia etməsi sizcə, bir qədər təəccüblü görünmür?
– Bu məsələyə sırf qarşıya qoyulan hədəf baxımından baxsaq, təəccüb döguran məqam tapmaq olar. Amma arxada qalan oyunlarda komandanın çıxışının hərtərəfli təhlili göstərir ki, burada qeyri-adi heç nə yoxdur. Sadəcə, gözəl kollektivə və yaxşı təşkil olunmuş komandaya sahib olan AZAL mübarizliyi, baxımlı oyunu ilə lazım olan nəticələri qazanaraq bu səviyyəyə yüksəlib. Tərlan Əhmədovun rəhbərlik etdiyi məşqçi korpusunun gördüyü düzgün iş nəticəsində AZAL autsayder imicindən qurtula bildi. İlk 5 turda düçar oldugumuz ugursuzluq bizi qorxutmadı. Özümüz də görürdük ki, komanda futbol oynaya bilir, onun öz stili var. Sadəcə, qələbə üçün zaman ehtiyac var idi. Bu gün biz çempionatın liderləri ilə rəqabət aparırıqsa, deməli mövsümün əvvəlində düzgün strategiya seçmişik. Baş məşqçimiz Tərlan Əhmədov bu yükün altına girəndə qorxmadı, bizə ümid verdi. Onun heyət seçimi, gənc və təcrübəsiz futbolçularla təcrübəlilərin vəhdətini yaratmaq bacarıgı bu günkü ugurlarımızın əsasıdır.
– Yeri gəlmişkən, ötən ilin yayında AZAL-ın heyətinə cəlb olunan futbolçuların böyük əksəriyyəti elita təcrübəsi olmayan gənclər və uzun müddət futboldan kənarda qalan futbolçulardan ibarət idi. Onda hamı bunu məcburiyyətdən, yəni maliiyə çətinliyindən irəli gələn addım kimi dəyərləndirirdi. Siz isə bunu baş məşqçinin düzgün heyət seçimi ilə əlaqələndirirsiniz…
– Təəssüf ki. bizim futbolda bu məsələyə maddi duruma görə qiymət verilir. Yəni, belə təsəvvür var ki, kimsə pulu az olan kluba gedirsə, deməli, o, zəif futbolçudur. Amma bu, heç də belə deyil. AZAL-ın builki çıxışı belə təsəvvürlərin yanlış oldugunu bir daha sübut etdi. Götürək elə Rail Məlikovu. Bizə gələnə qədər o, ölkəmizin ən adlı-sanlı futbolçularından sayılırdı, böyük pullar görmüşdü. “Bakı”, “Neftçi” kimi nüfuzlu komandaların formasını geyinmişdi, Türkiyədə çıxış etmişdi. Rail AZAL-a hansısa böyük məbləgdə pula görə gəlmişdi? Şəxsən mən klub rəhbərlərindən biri kimi onun bu vəziyyətdə bizə gələcəyinə inanmırdım. Tərlan Əhmədov deyəndə ki, Məlikov razılıq verib, bir qədər təəccüb etdim. Deməli, pul önəmli deyil. Burada əsas məşqçiyə, onun işinə inamdır. Sirr deyil ki, AZAL-ın futbolçularının böyük əksəriyyətinin seçimində Tərlan Əhmədov amili əsas rol oynayıb. Rail məhz ona görə bizi seçdi. Mən bu gün komandanın ugurlarında baş məqçi kimi Railin də rolunu qiymətləndirirəm. O əsl kapitandır, komandanın lideridir. Rail meydanda öz oyunu ilə yoldaşlarına nümunədir. AZAL-da oyun və məişət nizam-intizamı varsa, bu, həm də Railin sayəsindədir. Kapitan kimi futbolçulara qayğı göstərir, onların problemlərinin həllinə çalışır. Bu, mənə vaxtilə “Olimpik”də çıxış edən kapitan Tərlan Əhmədovu xatırladır. Tərlan öz ideyasını oyunçulara çatdırmagın yollarını yaxşı bacarır, bir mütəxəssis kimi özünəxas oyun üslubu var. İndi AZAL-da çıxış edənlər haqda heç kim mövsümün əvvəlindəki kimi danışa bilməz. Murad Səttarlı milli komandaya cəlb olunur, ona indidən bir çox klublar elçi düşüb. Ruslan Nəsirli çoxlarının diqqət mərkəzindədi, Kamal Mirzəyev, Tural Hümbətov U-21-in üzvüdür. Taqim Novruzov ikinci cavanlıgını yaşayır. Emin Cəfərquliyev, Kamil Hüseynov, İlqar Ələkbərov öz oyunları ilə rəğbət qazanıblar.
– Futbolçularınızdan razılq edirsiniz, onlara təkliflər gəldiyini deyirsiniz. Bəs çempionatın yekununda onları bu büdcə ilə klubda saxlamaq mümkün olacaq?
– Biz indidən bu məsələləri yoluna qoymaga çalışırıq. Artıq müəyyən planlarımızın həyata keçirilməsinə başlamışıq. Gələn mövsümün planları artıq məlumdu. Klub rəhbərliyi ilə yaxın vaxtlarda bunları müzakirə edəcəyik. Deyə bilərəm ki, gələn çempionatda daha güclü AZAL görəcəksiniz. Büdcə imkanları geniş olan bir klub yaradılacaq. Baş məşqçimiz demək olar bütün oyunçuları saxlamaq istəyir. Cüzi dəyişiklik olacaq. Problemli mövqelərə bir neçə güclü futbolçu dəvət etməklə komandanı daha da gücləndirəcəyik.  Futbolçuların hər biri ilə fərdi danışılacaq və onlara daha yaxşı müqavilə şərtləri təklif ediləcək. Təbii ki, Tərlan Əhmədovun təqdimatı əsasında.
– Deməli, Tərlan Əhmədovla yolunuza dava edəcəksiniz. Onunla yeni müqavilə baglanılacaq?
– Əlbəttə. Tərlan Əhmədov bizimlədi və onun getməsindən söhbət belə gedə bilməz. Tərlana istənilən şərait yaradlılacaq ki, o AZAL-ı daha yaxsı səviyyəyə qaldrsın. Klub rəhbərliyi Əhmədovun işindən razıdır və baş məşqçi məsələsi bizim gündəmimizdə yoxdur. Müqavilənin yenilənməsi isə sadəcə, bir formallıqdır. Bizi Tərlanla bağlayan məqam hansısa sənəd deyil, bizi onunla ümumi fikir, ideya və böyük hədəflər uğrunda mübarizə həvəsi bağlayır.
– Avrokuboklarda iştirakınız üçün  şansınız var. Bu gerçəyə çevrilsə, planlarınızda məcburi dəyişikliklər olacaq?
– Biz indi hər oyuna qələbə üçün çıxırıq. Qazandığımız nəticədən asılı olaraq biz qitəmiqyaslı turnirlərə qatılmaq hüququ qazansaq, yəqin ki müəyyən dəyişikliklər olacaq. Yəni heyətin komlektləşdirilməsi, futbolçu seçimində daha fəal olacağıq. Avrokuboklara getsək, infrastrukturla bağlı layihələrimizin də həyata keçirilməsinə bir qədər erkən başlayacağıq. Bir sözlə, ehtiyat variantlarımız var və vəziyyətdən asılı olaraq lazımı işlər görüləcək.

Arxiv

Dünya futbolu2021-01-16 02:01

“Monako” səfərdə çətin qələbə

Dünya futbolu2021-01-16 01:43

Paytaxtda derbisində darmadağın

Dünya futbolu2021-01-16 01:26

“Bayer” səfərdən xalsız döndü

Ölkə futbolu2021-01-16 00:17

“Qarabağ” “Sumqayıt”a məğlub oldu

Dünya futbolu2021-01-15 22:57

“Fatih Karagümrük”dən səfər qələbəsi

Milli komanda2021-01-15 22:33

Millimizin rəqibinin heyəti açıqlandı

Dünya futbolu2021-01-15 21:47

Premyer Liqada ayın ən yaxşı məşqçisi

Dünya futbolu2021-01-15 21:22

Təbriz klubu səfərdən 1 xalla döndü

Dünya futbolu2021-01-15 20:43

İtaliya klubunun futbolçusunda koronavirus aşkarlandı

Dünya futbolu2021-01-15 20:15

Yeni Zelandiya klubu dünya çempionatından imtina etdi

Dünya futbolu2021-01-15 19:31

Millimizin sabiq futbolçusu “Hapoel”də

Dünya futbolu2021-01-15 19:00

Ueyn Runi baş məşqçi təyin olundu

Ölkə futbolu2021-01-15 18:22

“Neftçi”ylə “Keşlə”nin əvəzediciləri heç-heçəyə razılaşdı

Dünya futbolu2021-01-15 17:58

Premyer Liqada ötən ayın ən yaxşı futbolçusu

Digər2021-01-15 17:34

Ağdamın Qasımlı kəndi – VİDEO

Digər2021-01-15 17:15

Azərbaycanda koronavirusa 349 yeni yoluxma

Dünya futbolu2021-01-15 16:52

Türkiyə Kubokunda 1/4 finalın püşkü atıldı

Ölkə kuboku2021-01-15 16:33

Azərbaycan Kubokunda 1/8 finalın oyun cədvəli açıqlandı

Müsahibə2021-01-15 16:19

“Ən yaxşı hədiyyə insanların göstərdiyi diqqətdir” – Şakir Qəribov

Dünya futbolu2021-01-15 16:00

Poçettino PSJ-də nə qədər qazanacaq?

Ölkə futbolu2021-01-14 23:54

“Sabah”a qələbə üçün bir qol bəs etdi – VİDEO

Ölkə futbolu2021-01-14 22:47

“Neftçi” – “Keşlə” oyununda 7 qol – VİDEO

Ölkə futbolu2021-01-14 20:17

Samir Abasov: “Bu gün sevindirici məqamlar daha çox idi” – VİDEO

Ölkə futbolu2021-01-14 13:45

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-01-13 15:46

Hazırlığın 10-cu günü “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-01-12 17:01

“Neftçi”nin legioneri toplanışı dəyərləndirdi – VİDEO

Ölkə futbolu2021-01-11 01:25

“Sumqayıt” – “Zirə” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-01-10 19:40

“Neftçi” “Kəpəz”i məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-01-10 19:34

Samir Abasov: “Həm razı, həm də narazı salan məqamlar oldu”

Ölkə futbolu2021-01-10 13:18

“Neftçi”də “Sağlamlıq durumu” açıqlandı – VİDEO

Ölkə futbolu2021-01-09 18:47

“Çempion olmaq istəyirik” – VİDEO

Ölkə futbolu2021-01-07 22:29

“Günün 20 saatını hücumçu məsələsinə həsr edirik” – VİDEO

Ölkə futbolu2021-01-07 20:37

“Keçmişə baxmıram, yalnız gələcək haqda düşünürəm” – VİDEO

Ölkə futbolu2021-01-07 17:21

Aqil Məmmədovla “Piramida” – VİDEO

Ölkə futbolu2021-01-07 16:22

“Futbolçuların gəlməsi ilə bağlı heç bir problem yoxdur” – VİDEO

Ölkə futbolu2021-01-07 12:00

“Ailəmin yanında olmağım çox yaxşı oldu” – VİDEO

Ölkə futbolu2021-01-05 20:27

Aqil Məmmədov: “Çalışırıq ki, növbəti oyunlara tam hazır olaq”

Ölkə futbolu2021-01-05 19:40

“Hazırlıqda bəzi dəyişikliklər etmək istəyirəm” – Etibar Tarıverdiyev

Ölkə futbolu2021-01-04 21:09

Aqil Məmmədovla “Piramida”

Ölkə futbolu2021-01-04 19:03

Samir Abasovun “Neftçi TV”yə açıqlaması – VİDEO

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?