Connect with us

Ölkə futbolu

Mehman Alışanov: “Cavidin həbsdə qalmağının kimə nə faydası var?”

Səbələr fərqli olsa da, tale eynidi. Mehman Alışanovun da yolu h…

-də paylaşıldı

Səbələr fərqli olsa da, tale eynidi. Mehman Alışanovun da yolu həbsxanadan keçib. Bu gün haqqında hökm oxunan Cavid Hüseynov da yaşıl meydanları dəmir barmaqlıqlar arxasına dəqyişdi. Milli çempionatlarımızda ilk qolun müəllifi olan Mehmanın həbsinin futbolla bağlılığı olmasa da, Cavidin tutulması məhz meydanda başlayan hadisələrin xoşagəlməz inkişafı nəticəsində reallaşdı.

Hüseynov ömrünün növbəti 4 ilini həbsxanada keçirməlidi. Bu, onun həyatında nəyi dəyişəcək, nələrə səbəb olacaq? Bu sualları onunla oxşar taleni yaşamış Mehmana verdik.

– Yəqin ki, xəbəriniz var: Cavid Hüseynova 4 il həbs cəzası verilib…
– Heç kimə məhbus olmağı arzu etmirəm. Amma yaxşı qurtarıb. Yəqin AFFA-dan kömək ediblər ki, 4 il alıb.

– Bəlkə çoxdu? Axı, Cavid qətli törədən deyildi, sadəcə, hadisəni bilib gizlətməkdə ittiham olunur.
– Təfərrüatından xəbərim yoxdu. Elədisə, normaldı. Heç o vaxt mənim də günahım yox idi, güdaza getmişdim. Çox xahiş-minnət etdilər, xeyri olmadı.

– Bir futbolçunun həbsdə futbol oynaması, formadan düşməməsi üçün hər hansı bir imkan varmı? 
– Orada futbol oynamağa şərait var. Biz boş vaxtlarımızda daim oynayırdıq.
Heç kim heç nə demir. Amma heç kimə türməyə düşməyi məsləhət görmürəm. Gecə-gündüz özün üçün məşq elə – bunun faydası yoxdu.

– Orada digər məhbuslar tərəfindən futbolçuya hansısa fərq qoyulurmu?
– Xeyr, futbolçu və ya güləşçi – fərq etməz, kim olursan ol, əsas adam ol. Yaxşı oğlan ol, bəsdi.

– Düzdü, həbs olunanda futbolçu karyeranızı başa vurmuşduz. Amma yenə də fikriniz maraqlıdı: Cavid azadlığa çıxanda futbolçu karyerasını bərpa etməsi mümkündümü?
– Mümkündü, niyə də yox? Tutulmamışdan əvvəl də yaxşı formada idi. 4 ilin də 1-i arxada qalıb. Tezliklə çıxıb, futbol oynayacaq.

– Belə yerdə bir futbolçunun ən çox nəyə ehtiyacı olur?
– Ancaq zəng edib, danışmağa və ya yanına gedib, baş çəkməyə daha çox ehtiyacı var.

– Matçda məğlub olanda, qol şanslarını qaçıranda səbri çatmayan Cavidin 4 il "içəri"də qalmağa səbri necə çatacaq?
– Yəqin ki, 1 ilə, ilyarıma azadlığa çıxar. Kimdi onu orda 4 il saxlayan? O, futbol oynayıb, komandasına kömək etməlidi. Həbsdə qalmağın kimə nə faydası var ki? Fikrimcə, nəvaxtsa cəza müddəti azaldılacaq. Yəqin AFFA da bu məsələylə maraqlanar.

– Azadlığa çıxanda ağlınıza gələn ilk şey nə oldu?
– Ailəmə, evimə qovuşmağı düşündüm. Cavid də bunun həsrəti ilə yaşayacaq.

– İndi nə işlə məşğulsuz?
– "Elit" futbol layihəsində məşqçiliklə. 12-14 yaşlı uşaqlara dərs keçirəm. Əvvəl işim yaxşı idi, sonradan məvacibimi  azaltdılar. 450 manat alıb, həvəslə işləyirdim. İndi 150 manat maaş alıram. Səbəb kimi də devalivasiyanı göstərdilər. Əvvəlcə alman məşqçi var idi, onun müqaviləsi başa çatıb gedəndən sonra özümüzünkülər belə etdi.

ELMAR ABDULLA-ZADƏ

Arxiv

Ölkə futbolu2021-01-17 13:36

“Neftçi” PFK-nın bədən testi – VİDEO

Ölkə futbolu2021-01-14 23:54

“Sabah”a qələbə üçün bir qol bəs etdi – VİDEO

Ölkə futbolu2021-01-14 22:47

“Neftçi” – “Keşlə” oyununda 7 qol – VİDEO

Ölkə futbolu2021-01-14 20:17

Samir Abasov: “Bu gün sevindirici məqamlar daha çox idi” – VİDEO

Ölkə futbolu2021-01-14 13:45

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-01-13 15:46

Hazırlığın 10-cu günü “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-01-12 17:01

“Neftçi”nin legioneri toplanışı dəyərləndirdi – VİDEO

Ölkə futbolu2021-01-11 01:25

“Sumqayıt” – “Zirə” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-01-10 19:40

“Neftçi” “Kəpəz”i məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-01-10 19:34

Samir Abasov: “Həm razı, həm də narazı salan məqamlar oldu”

Ölkə futbolu2021-01-10 13:18

“Neftçi”də “Sağlamlıq durumu” açıqlandı – VİDEO

Ölkə futbolu2021-01-09 18:47

“Çempion olmaq istəyirik” – VİDEO

Ölkə futbolu2021-01-07 22:29

“Günün 20 saatını hücumçu məsələsinə həsr edirik” – VİDEO

Ölkə futbolu2021-01-07 20:37

“Keçmişə baxmıram, yalnız gələcək haqda düşünürəm” – VİDEO

Ölkə futbolu2021-01-07 17:21

Aqil Məmmədovla “Piramida” – VİDEO

Ölkə futbolu2021-01-07 16:22

“Futbolçuların gəlməsi ilə bağlı heç bir problem yoxdur” – VİDEO

Ölkə futbolu2021-01-07 12:00

“Ailəmin yanında olmağım çox yaxşı oldu” – VİDEO

Ölkə futbolu2021-01-05 20:27

Aqil Məmmədov: “Çalışırıq ki, növbəti oyunlara tam hazır olaq”

Ölkə futbolu2021-01-05 19:40

“Hazırlıqda bəzi dəyişikliklər etmək istəyirəm” – Etibar Tarıverdiyev

Ölkə futbolu2021-01-04 21:09

Aqil Məmmədovla “Piramida”

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?