EURO-2016
Fransa, Almaniya və Belçika da 1/4 finalda!
Fransada keçirilən Avropa çempionatı davam edir. Futbo…

Fransada keçirilən Avropa çempionatı davam edir. Futbolinfo.az xəbər verir ki, bu gün qitə birinciliyində 1/8 final mərhələsinin daha üç oyunu baş tutub.
Günün ilk qarşılaşmasında turnirə ev sahibliyi edən Fransa İrlandiya ilə üz-üzə gəlib. Qarşılaşmada hesabı irlandlar açsa da, fransızlar sonda əzmkar qələbə qazanmağı bacarıblar.
Növbəti görüşdə Almaniya və Slovakiya yığmaları qarşılaşıb. Bundestim rəqibini darmadağın edərək, adını ən güclü 8 kollektiv sırasına yazdırıb.
Nəhayət, günün son matçı Macarıstan və Belçika yığmaları arasında keçirilib. Belçikalılar 4 cavabsız qolla qalib gələrək, altıncı 1/4 finalçı olublar.
Qeyd edək ki, Polşa, Uels və Portuqaliya yığmaları bir gün öncə 1/4 finala vəsiqəni təmin etmişdi.
AÇ-2016
1/8 final mərhələsi
26 iyun
Fransa – İrlandiya – 2:1 (0:1)
Qollar: R.Bredi, 2-pen. (0:1). A.Qrizmann, 58 (1:1). A.Qrizmann, 61 (2:1).
Qırmızı vərəqə: Ş.Daffi, 66 (İrlandiya).
Baş hakim: Nikola Ritsoli (İtaliya)
Lion.
Almaniya – Slovakiya – 3:0 (2:0)
Qollar: J.Boatenq, 8 (1:0). M.Qomes, 43 (2:0). Y.Draksler, 63 (3:0).
Matçın 13-cü dəqiqəsində Almaniya yığmasının üzvü M.Özil penaltidən yararlana bilməyib
Baş hakim: Şimon Marçinyak (Polşa).
Lill.
Macarıstan – Belçika – 0:4 (0:1)
Qollar: T.Alderveyreld, 10 (0:1). M.Batşuayi, 78 (0:2). E.Azar, 80 (0:3). Y.F.Karrasko, 90 (0:4).
Baş hakim: Milorad Majiç (Serbiya).
Tuluza.
- Ölkə futbolu16 saat əvvəl
Aftandil Hacıyevdən Kamran Ağayev açıqlaması
- Milli komanda14 saat əvvəl
Operativ Qərargah AFFA-nın müraciətinə müsbət cavab verdi
- Ölkə futbolu12 saat əvvəl
“Sumqayıt” – “Qəbələ” matçında heç-heçə – VİDEO
- Müsahibə12 saat əvvəl
“Ən yaxşı hədiyyə insanların göstərdiyi diqqətdir” – Şakir Qəribov