Dünya futbolu
“Fənərbaxça”dan səfərdə çətin qələbə
Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinin oy…

Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. “Beşiktaş” doğma meydanda “Gənclərbirliyi” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı qarşılaşma İstanbul nəhənginin inamlı qələbəsi ilə başa çatıb. Bu komandalar arasındakı cavab qarşılaşması fevralın 6-da keçiriləcək.
İkinci oyun günündə daha iki görüş baş tutub. "Akhisar" doğma meydanda "Kayserispor"a minimal hesabla qalib gəlib. "Fənərbaxça" isə səfərdə "Girəsunspor"dan üstün olub. Bu cütlüklərin cavab qarşılaşmaları fevralın 7-də baş tutacaq.
Son oyun günündə isə "Qalatasaray" səfərdə "Konyaspor"la üz-üzə gələcək.
Türkiyə Kuboku
1/4 finalın ilk oyunları
30 yanvar
Beşiktaş – Gənclərbirliyi 3:1
31 yanvar
Akhisar – Kayserispor 1:0
Girəsunspor – Fənərbaxça 1:2
1 fevral
21:30. Konyaspor – Qalatasaray
- Ölkə futbolu22 saat əvvəl
Alvaro Tavareş: “Keşlə”də layiq olduğum şans verilmədi”
- Ölkə futbolu19 saat əvvəl
Avropa Klublar Birliyinin iclasında 20 Yanvar qurbanları anıldı
- Müsahibə23 saat əvvəl
“İşğaldan azad olunmuş Qarabağı görməyi çox istəyirəm”
- Digər19 saat əvvəl
Azərbaycanda daha 332 nəfər koronavirusa yoluxdu