Ölkə futbolu
Ölüm təhdidi alan oyunçuya nazirdən dəstək – FOTO
Futbol üzrə İsveç yığmasının üzvü Cimmi Du…

Futbol üzrə İsveç yığmasının üzvü Cimmi Durmazın Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatı çərçivəsində Almaniyaya qarşı keçirilən oyundan sonra Çoxsaylı hədə və ölüm təhdidi aldığını xəbər vermişdik.
Futbolinfo.az xəbər verir ki, son saniyələrdə qayda pozuntusuna yol verən və nəticədə komandasının məğlubiyyətinə səbəb olan oyunçuya İsveçin sosial xidmətlər və idman naziri Annika Ştrandalldan dəstək gəlib. Xanım nazir məhz futbolçuya dəstək olmaq üçün işə Durmazın forması ilə yollanıb. O, yolda çəkilən şəkillərindən birini “Tvitter” hesabından paylaşaq bunları qeyd edib:
“Bugünkü geyimim. Biz İsveçik”. Onun bu paylaşımı minlərlə insan tərəfindən bəyənilib.
Xatırladaq ki, İsveç sözügedən oyunda Almaniyaya 1:2 hesabıyla uduzmuşdu.
- Ölkə futbolu22 saat əvvəl
Gerye 20 min dollar cərimələndi
- Müsahibə6 saat əvvəl
Höccətli seçim: “Qarabağ” və “Neftçi”
- Ölkə futbolu22 saat əvvəl
“Şimali Makedoniyaya yaxşı nəticə üçün yollanacağıq” – “Qəbələ”nin baş məşqçisi
- Dünya futbolu22 saat əvvəl
“Qalatasaray”ın hücumçusu Premyer Liqa klubu ilə anlaşdı