Ölkə futbolu
Meksika – İsveç matçının ən yaxşı oyunçusu
Rusiyada təşkil olunan futbol üzrə dünya çempionat…

Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatı çərçivəsində bu gün keçirilən Meksika – İsveç matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, qarşılaşmanın ən yaxşısı İsveç yığmasının müdafiəçisi Ludviq Auqustinsson seçilib. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, İsveç yığması bu oyunda 3:0 hesabıyla qalib gəlib. Komandasının ilk qolunu da məhz Almaniyanın “Bayer” klubunda çıxış edən Auqustinsson vurub.