Ölkə futbolu
Marselo üçün DÇ bitdi?
DÇ-2018-in dünən Serbiya ilə keçirilən oyununda …
DÇ-2018-in dünən Serbiya ilə keçirilən oyununda zədələnən Braziliya millisinin müdafiəçisi Marselonun durumuna aydınlıq gəlib.
Futbolinfo.az xəbər verir ki, müdafiəçinin vəziyyətinin ciddi olmadığı açıqlanıb. Onun tezliklə yaşıl meydanlara geri dönəcəyi qeyd edilib. Amma futbolçunun konkret nə vaxt meydana qayıdacağı da məlum deyil.
Braziliyanın Serbiyanı 2:0 hesabı ilə məğlub etdiyi oyunun 10-cu dəqiqəsində zədələnən Marselonu Filipe Luis əvəz etmişdi.
Braziliya DÇ-2018-in 1/8 finalında Meksika ilə qarşılaşacaq.