Dünya futbolu
Azərbaycanla oyunun formasını hərraca çıxardı
AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla eyni q…

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Macarıstan millisinin kapitanı Adam Şalay nümunəvi addıma əl atıb.
Futbolinfo.az saytının yerli mətbuata istinadən məlumatına görə, 32 yaşlı hücumçu xeyriyyəçilik etmək qərarına gəlib.
Macarıstan idman ictimaiyyətinin bir çox üzvü kimi, Şalay da ağır xəstəliyə düçar olan 22 aylıq körpəyə yardım etmək istəyir. Bu səbəbdən futbolçu feysbuk səhifəsi vasitəsilə seçmə mərhələdə Azərbaycana qarşı keçirilən oyunda geyindiyi formanı hərraca çıxarıb. Həmin forma satışından əldə ediləcək gəlir Hoşzu Leventenekin müalicəsi üçün ödəniləcək. Beyin atrofiyası diaqnozu qoyulan körpənin müalicəsi ən geci noyabrın əvvəlindən başlamalıdı.
Qeyd edək ki, oktyabrın 13-də keçirilən Macarıstan – Azərbaycan matçı ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
- Ölkə futbolu24 saat əvvəl
Alvaro Tavareş: “Keşlə”də layiq olduğum şans verilmədi”
- Ölkə futbolu20 saat əvvəl
Avropa Klublar Birliyinin iclasında 20 Yanvar qurbanları anıldı
- Dünya futbolu19 saat əvvəl
“Qəbələ”nin sabiq hücumçusu Estoniya klubunda
- Digər20 saat əvvəl
Azərbaycanda daha 332 nəfər koronavirusa yoluxdu