Connect with us

Layihə

İslahat görüntüsü: Nizamnamədə dəyişiklik nəyə hesablanıb?

(əvvəli bu linkdə)

 

11. AFFA-nın Nizamnaməsinə əlav…

-də paylaşıldı

 
11. AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərin hazırlanması
 
Hələlik təkliflər hazırlanır, qərar konfransda veriləcək. Ümid edək, radikal addımlar olmayacaq, kiminsə səlahiyyətlərini artırmağa xidmət etməyəcək, əksinə, vaxtilə bu yolla böyük səlahiyyətlər alan baş katibin həmin imkanları geri qaytarılacaq. Bizdə katiblik funksiyası fərqli anlam daşıyır, çərçivəni çoxdan aşıb. İşin icrasına nəzarət etməli olan qurum artıq qərarverənə çevrilib.
 
Təbii ki, bu təkliflər FIFA və UEFA Nizamnamələrindəki dəyişikliklərlə bağlı ola bilməz. Olsa, həmin sənədlərə uyğunlaşdırılma qəbuledilən olardı. Amma belədisə, təkliflərin hazırlanması prosesinə qərar verilməzdi, elə konfransdaca yekunlaşardı. Deməli, xüsusi nələrsə, bəlkə də məkr var.
 
Ölkədə aparılan islahatlar, gənc kadrların önə çəkilməsi doğru addımlardı. Gəl ki, fürsətcil Elxan Məmmədov bu situasiyanı öz xeyrinə çevirmək istəyir. Əldə etdiyimiz məlumata görə, o, futbolun inkişafı ilə bağlı islahat planını “yuxarılar”ın müzakirəsinə göndərib. Və bu təkliflərinin Nizamnamədə əksini tapmasını istəyir ki, 2020-ci ildən qol-qanad açsın. Niyyəti İcraiyyə Komitəsi olmadan, Nizamnamə əsasında səlahiyyətlərini böyütməkdi. İndiyədək baş katib AFFA prezidentinin təklifi ilə İK-da təsdiqlənirdisə, bundan sonra komitə üzvlərinin rəyinə ehtiyac olmayacaq.
 
Amma o unudur ki, necə uğursuz kadr olmasını futbolun durumu ifşa edir. İndiyəqədərki heç bir layihəsi uğurlu olmayan, futbolumuzu tarixinin ən pis dönəminə gətirməsi hamı tərəfindən görünür. Ona görə də “yuxarılar”ı daha aldtmaq mümkün deyil. Futbolda yeni nəfəsə, top oyununa yeni baxışa ehtiyac var. Və bütün problemlərin həlli elə baş katibin fərqli, ona daha uyğun sahəyə göndərilməsi, futbolun onu inkişaf etdirməyə qadir kadrlara tapşırılmasından başlayır.
 
Məmmədov “islahat planları”nı himayədarlarının vasitəsi ilə, yalan danışılaraq qəbul etdirə biləcəksə, o zaman ümumilikdə islahat hərəkatı şübhə altına düşəcək. Çünki yeni təyinat alan gənclərin hamısı bacarıqlı, saf keçmişi olan insanlardı. Elxan bəyin fəaliyyəti isə fiaskodan ibarətdi, ictimaiyyətin daim tənqid etdiyi, futboldakı böhranda əsas günahkar bildiyi birisi yeni formalaşan daha sağlam komandanın bir fərdi ola bilməz. Məmmədov futbolun Hadı Rəcəblisi, Hüseynbala Mirələmovudu.
 
İndi Nizamnamədə hər hansı dəyişiklik etmək, onu perspektivi olmayan planlarına vasitəyə çevirmək cəhdi qəbulolunmazdı. Bu üzdən İK üzvləri məsələni müzakirə edərkən diqqətli olmalıdı. Artıq ayıldığı, baş katibə inamı itdiyi deyilən İsgəndər Cavadov, Qurban Qurbanov, hələ də işıq gələn tərəfi axtaran Vaqif Sadıqov kimi veteranlar heç olmasa, indi aldanmamalıdı.
 
Ümumiyyətlə, FIFA və UEFA-nın tələbi yoxdusa, hansısa dəyişikliyə ehtiyac varmı? Bu dəyişiklik kimə, nəyə xidmət edəcək? Futbolun inkişafını tormozlayan Nizamnamə deyil, onun tələblərinə əməl olunmaması, icrasına düzgün yönəlməməkdi. Yox, həqiqətən bu sənəddə problem varsa, o zaman müzakirəni futbol ictimaiyyətinin ixtiyarına buraxın. Dəyişikliklərlə bağlı təklifləri kimin verdiyi də önəmlidi. Katiblik, yoxsa hansısa AFFA üzvü, İK üzvü? AFFA-da prezidentin otağı belə yoxdu, hər şey Məmmədovun əlindədi, diqqətli olaq.
 
12. “Qəbələ” Futbol Klubu ilə bağlı müzakirə
 
İcraiyyə Komitəsinin budəfəki iclasında “Qəbələ”yə AFFA tərəfindən kurator təyin olunsa, təəccüblənmərəm. Elxan Məmmədov öz adamlarını İK-nın əli ilə klublara yerləşdirmək üzrə ustadı. O, bununla sabah “İK-nın qərarıdı” deyə özünü sudan quru çıxarmağa, tənqidlərin hədəfindən yayınmağa çalışa bilər. Dəfələrlə belə olub…
 
O ki qaldı konkret “Qəbələ”yə, bu klubun qorunması vacibdi. Ən azı milli komandalarımızı özəyini təşkil edən futbolçuları yetişdirdiyi üçün bu klubun akademiyası yaşamalıdı, yeganə bölgə təmsilçisi olduğu üçün məhvinə göz yummaq yolverilməzdi. İndiyədək çox səhvlərə yol verilib, təkrarlamaq bağışlanmaz olar.
 
Amma “Qəbələ”nin durumu müzakirə olunarkən ona maliyyə yardımı ediləcəyi, yoxsa möhtəşəm infrastruktura malik klubun AFFA-nın nəzarətinə keçəcəyi çox önəmlidi. Ölkə klublarının işğalının davam edəcəyi ehtimalı daha böyükdü. Vaxtilə buna razılaşmayanların aqibəti bəllidi. “Xəzər Lənkəran”, “MKT-Araz”, “Karvan”, “Bakı” və başqalarına məhz bu üzdən dayaq durulmadı, onların infrastrukturunu ələ keçirmək mümkün olmadığından klub qəbirstanlığına yollanmaları seyr edildi.
 
13. AFFA-nın növbəti Konfransının tarixinin müəyyənləşdirilməsi
 
Yeni ilin ilk 3 ayı ərzində keçirilməsi Nizamnamə ilə nəzərdə tutulan Konfransa xüsusi bənd ayrılması maraqlıdı. Görünür, tədbirin yaya saxlanılması ilə bağlı söz-söhbət əbəs deyilmiş. Müzakirələri boş verin, qərar kabinetlərdə verilib, onun rəsmən açıqlanması üçün İK-nın iclası lazımdı.
 
Amma burada bir məqam var. 2020-ci ildə AFFA-nın Hesabat-Seçki konfrasnı olmalıdı, gündəlikdə bunu sadəcə, Növbəti Konfrans kimi qeyd edilməsi maraqlıdı. Ümid edirik ki, bu, mexaniki səhvdi.
 
(davamı olacaq)
Reklam

Arxiv

Dünya futbolu2020-11-29 11:48

“Liverpul”da daha bir ciddi itki

Digər2020-11-29 10:55

Kəlbəcərin işğaldan azad olunan kəndləri – VİDEO

Dünya futbolu2020-11-29 10:30

“Beşiktaş”da derbi öncəsi daha bir ciddi itki

Ölkə futbolu2020-11-29 10:15

Oynatmamaq oyunu

Dünya futbolu2020-11-29 10:00

29 futbolçu koronavirusa yoluxdu, Arazın komandası ilə oyun təxirə salındı

Dünya futbolu2020-11-29 09:40

“Sivasspor”da daha 3 nəfər koronavirusa yoluxdu

Dünya futbolu2020-11-29 09:20

Əliyevin komandası “Krasnodar”ı məğlub yola saldı

Ölkə futbolu2020-11-29 09:00

“Qəbələ”də 6 koronaviruslu: Sumqayıtda meydana çıxmayacaqlar

Premyer-liqa2020-11-29 02:22

“Keşlə” “Sabah”a, “Səbail” “Qarabağ”a qarşı – YENİLƏNİR

Dünya futbolu2020-11-29 02:02

“Real” evdə uduzdu, “Atletiko” və “Sevilya” səfərdə sevindi

Dünya futbolu2020-11-29 01:57

“Liverpul” xal itirdi, “Mançester Siti” darmadağınla qalib gəldi

Dünya futbolu2020-11-29 01:54

PSJ doğma meydanda xal itirdi

Dünya futbolu2020-11-29 01:36

“Yuventus” büdrədi, “İnter” darmadağına sevindi

Dünya futbolu2020-11-29 00:07

Super Liqa klubunda yeni baş məşqçi

Dünya futbolu2020-11-28 23:51

“Borussiya” uduzdu, “Bavariya” inamlı qələbəyə sevindi

Dünya futbolu2020-11-28 22:45

“Qalatasaray”dan darmadağın

Premyer-liqa2020-11-28 22:19

Premyer Liqada daha 3 oyunun hakimləri bilindi

Dünya futbolu2020-11-28 22:01

Fərid Nəbiyevli “Viktoriya” evdə uduzdu

Dünya futbolu2020-11-28 21:29

Paşayevli “Aleksandriya” doğma meydanda xal itirdi

Ölkə futbolu2020-11-28 20:38

“Neftçi”də koronavirusa yoluxan 5-ci futbolçu

Premyer-liqa2020-11-22 18:38

“Zirə” – “Keşlə” matçında 4 qol – VİDEO

Premyer-liqa2020-11-22 17:12

“Qəbələ” – “Neftçi” matçında 5 qol – VİDEO

Ölkə futbolu2020-11-22 12:29

Əsgərlərimiz Qubadlıda futbol oynadı – VİDEO

Müsahibə2020-11-21 21:59

Kamran Quliyev: “Neftçi”nin daşı çox ağırdır” – VİDEO

Digər2020-11-20 20:00

Azərbaycan Ordusu Ağdama bayrağımızı sancdı – VİDEO

Ölkə futbolu2020-11-20 12:00

Kamran Quliyev: “Buna faciədən başqa bir ad qoymaq mümkün deyil” – VİDEO

Premyer-liqa2020-11-19 19:29

Promo: “Qəbələ” – “Neftçi” – VİDEO

Premyer-liqa2020-11-18 19:09

“Qəbələ” – “Neftçi”: Statisika – VİDEO

Ölkə futbolu2020-11-17 17:00

“Neftçi”nin “Piramida”sı – VİDEO

Ölkə futbolu2020-11-11 21:01

“Neftçi”nin yeni baş məşqçisi “Həmsöhbət”də – VİDEO

Premyer-liqa2020-11-08 18:14

“Neftçi” – “Qarabağ” 0:6 – VİDEO

Dünya futbolu2020-11-06 01:35

“Qarabağ”ın rəqiblərinin oyununa fırtına əngəli – VİDEO

Premyer-liqa2020-11-01 18:47

“Qarabağ” – “Keşlə” matçında 7 qol – VİDEO

Premyer-liqa2020-10-31 18:28

“Zirə”dən “Səbail”lə heç-heçə – VİDEO

Premyer-liqa2020-10-31 16:57

“Qəbələ”dən mövsümün ilk qələbəsi – VİDEO

Premyer-liqa2020-10-17 19:04

“Qarabağ” 3 xalı 3 qolla qazandı – VİDEO

Ölkə futbolu2020-10-16 10:46

“Neftçi”yə əlimdən gələnin ən yaxşısını etmək üçün gəlmişəm” – VİDEO

Digər2020-10-03 23:07

İşğaldan azad edilmiş ərazilərimizdən yeni görüntülər – VİDEO

Premyer-liqa2020-10-03 18:47

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Digər2020-10-01 16:33

Ordumuzun işğaldan azad etdiyi ərazilərdən görüntü – VİDEO

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?