Connect with us

Müsahibə

Gerye: “Qarabağ”la ÇL-in qrup mərhələsində oynasam da…”

-də paylaşıldı

“Neftçi”nin futbolçusu Donald Gerye Fransa mətbuatına müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, “footballski.fr” saytına danışan Gerye, bunları deyib:

  • Salam, Donald, özünüz və karyeranız haqqında danışa bilərsiz?
  • Mən haitiliyəm. Karyerama Haitinin “Violette”klubunda başlamışam. Daha sonra ölkəmdə “America des Cayes”də çıxış etmişəm. Orda isə Polşanın “Visla” (Krakov) klubuna keçmişəm. Orda 4 il oynadım. 77 oyun keçirdim və 20 qol vurdum. Azərbaycana getməzdən öncə “Alanyaspor” üçün Türkiyəyə getdim. “Qarabağ”da cinahda və mərkəzdə çoxlu oyunlar keçirdim. Orda 6 qola imza atdım. “Qarabağ”la müqaviləm başa çatdı və “Nefçti”yə keçdim.
  • “Visla”dakı vaxtlarınızdan ötrü darıxırsızmı?
  • Bəli (gülür). Hər şeydən ötrü darıxıram. Həmin vaxt gənc idim. Hələ bilmədiyim şeylər var idi. Böyüdüm və “Visla” haqqında öyrəndim. Azarkeşlərdən ötrü çox darıxıram. Qışqırdıqları zaman oyuna təsir edirdilər. Hamısından ötrü darıxıram.
  • Bu zamanlardan ən yaxşı xatirəniz nədir?
  • “Korona”ya qarşı möhtəşəm bir oyun. 35 metrdən qol vurdum. Qol vurandan sonra insanları təəccübləndirdim və çox da sevinmədim. Əvvəllər də gözəl qollar vurmuşdum. Düşünürdüm ki, yeniləri də olacaq.
  • Haitidən Polşaya getmək elə də çox rast gəlinən hal deyil. Avropada ilk təcrübəniz necə oldu?
  • Mən sahildəki bir şəhərdə – “America des Cayes”də oynamışam. Cayes Haitidə üçüncü böyük şəhərdir. Bura Porta Piment kimi kiçik bir şəhərdən gəlmişəm. İspaniyaya qarşı yoldaşlıq oyunu keçirmişdik. Hər kəs rəqibin bizi çox məyus edəcəyini düşündü. Amma elə olmadı, 1:2 hesabı ilə uduzduq və mən qol vurdum. Bu qoldan sonra təklif aldım, “Vilsa”nı seçdim. Ora oynamaq və inkişaf etmək üçün getdim. Pulu düşünmədim. Daha çox pul təklif edən klublar var idi. Ancaq mənə tutarlı oyun vaxtı vəd etmədilər.
  • Çıxış etdiyiniz ölkələrin futbolundakı fərq nədir?
  • Böyük fərq var. Polşada əsasən fiziki oyuna üstünlük verilir. Azərbaycanda isə “Qarabağ”ı nümunə kimi götürsək, bu komanda topla gözəl oynayan yaxşı komandadır. Fərq budur. Hətta mən “Qarabağ”la Çempionlar Liqasının qrup mərhələsində oynasam da, Polşa çempionatı Azərbaycan Premyer Liqasından daha yüksək səviyyədədir.
  • Sizin agentiniz var?
  • Əvvəllər bir agentim olub. İndi isə təkəm. Agent mənə müqavilə təklif etdikdə, o, öz faizini, mən də öz payımı götürürəm. Agent sizinlə bir sövdələşmə edə bilər. Ancaq siz heç də hər şeyi mütləq bilmirsiz. Yəni mütləq ağıllı deyilsiz.
  • Azərbaycanda sizi necə qarşıladılar?
  • Azərbaycanda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov kimi sadə vətəndaşlar da məni salamladılar. Qurban Qurbanov yaxşı məşqçidir.
  • Qurban Qurbanov haqda daha çox məlumat verə bilərsiz?
  • Yaxşı insandır, yaxşı məşqçidir. Onun xarakteri var. O, futbolçular üçün ata kimidir. Hər zaman oyunçuların yanındadır. Onun sayəsində Azərbaycanda uğur qazandım. Azərbaycan Premyer Liqasında ən yaxşı əcnəbi sol cinah müdafiəçisi kimi tanındım. Qurbanov məni çox çalışdırdı. Nə əldə etmişəmsə, ona borcluyam. Yadımdadır, “Qarabağ”a transfer olanda mənə demişdi: “Mənə qulaq assan və kömək etsən, mən də sənə kömək edəcəm”. O, haqlı idi.
  • “Neftçi”də Fransa əsilli futbolçular çoxdur…
  • Bəli, Soni Mustivar Haitidəndir. Mamadu Mbodj, Stiven Josef-Monroz və Baqali Dabo. Paltardəyişmə otağında musiqinin qayğısına qalırıq. Məşqlərdə musiqi dinləmək üçün səsgücləndirici gətirirəm. Oyunlar zamanı isə bu işə Monroz nəzarət edir. Hər kəsin öz rolu var. Mən bura gəldiyim ilk vaxtlarda, paltardəyişmə otağında, idman zallarında musiqi yox idi. Baş məşqçinin yanına getdim və musiqinin onu narahat edib-etmədiyini soruşdum. Musiqisiz həyat yoxdur.
  • Klubda necə danışırsız?
  • Klubda bir tərəfdə fransız, digər tərəfdə isə rus dilində danışanlar var. Ruslar ingilis dilində bilmirlər, yalnız türk və Azərbaycan dilində danışırlar.
  • Komandanın məqsədləri nədir?
  • Çempion olmaq və Avropada ön pillələrdə oynamaq istəyirik.
  • Çempionlar Liqasında necə oynadız? Daha tez-tez oynamaq üçün nəyə ehtiyacınız var?
  • Bu gün “Qarabağ” üçün ən çətin şey o dövrdə yaşadığımız eyni zehniyyətə sahib olmaqdır. İndi oynayan oyunçular sona qədər mübarizə aparmalıdırlar. Biz səfərdə oynayanda “qalib gəl” və ya “heç-heçə et” deyilirdi. Ancaq səfərdə məğlub olmaq istəmirdik. “Neftçi”də idman direktoru ilə görüşdüm ki, fikirlərimi ona izah edim. Məni başa düşdü. Mən sadəcə bir şey üçün buradayam: qazanmaq üçün! Hər kəsdən soruşa bilərsiz, məşq edərkən hər şey edirəm. Məşqdəkiləri oyunda reallaşdırırıq. Məşqdə əylənmək üçün orda olmuram.
  • “Qarabağ”dan sonra niyə “Neftçi”yə keçdiz?
  • Təkliflərim çox idi. Türkiyə, Fransa, Yunanıstan, Tayland, hətta MLS-dən də təklif oldu. İsveçrə “Sürix”inə keçməyə yaxın idim. Amma rəhbərlər mənim gözləməyimi, gözləməyimi və yenidən gözləməyimi istədi. Təhlükəsiz bir şey istədim və “Neftçi”ni seçdim.
  • Niyə 77 nömrəni seçdiz?
  • “America des Cayes”də 7 nömrəli formanı geyinmişəm. Bu mənim ən sevdiyim nömrədir. Sonra “Visla”da bu nömrəni istədim. Bu Polşa təmsilçisinin əfsanəni futbolçusu Radoslav Sobolevskinin nömrəsidir. Beləliklə 77-ni götürdüm. Bu nömrə ilə 77 oyun keçirdim və 20 qol vurdum. Buna görə də, Türkiyədə başladığım “77 Donald Guerrier” forma kolleksiyası saxlamağa qərar verdim.
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-01-28 15:38

İran millisinin sabiq üzvü koronavirusun qurbanı oldu

Ölkə futbolu2021-01-28 15:24

Donald Gerye koronavirusla mübarizəyə dəstək oldu

Premyer-liqa2021-01-28 15:10

“Qarabağ” “Səbail”ə qarşı: heyətlər – YENİLƏNİR

Dünya futbolu2021-01-28 15:04

“Napoli”dən “Fiorentina”ya

Ölkə futbolu2021-01-28 14:57

Futbolumuzun cüməsi

Dünya futbolu2021-01-28 14:41

Mitroqlunun yeni klubu bəlli oldu

Dünya futbolu2021-01-28 14:30

“Napoli”ni “Udineze”yə dəyişdi

Ölkə futbolu2021-01-28 14:14

Elxan Məmmədovun mətbuat konfransı keçiriləcək

Ölkə futbolu2021-01-28 14:04

Millimizin sabiq futbolçusu vəfat etdi – koronavirusdan

Müsahibə2021-01-28 13:45

“Keşlə” üçün yaxşı futboldan çox nəticə önəmlidir”

Ölkə futbolu2021-01-28 13:26

Gerye: “Cəzalanmağım ədalətsiz qərardı”

Dünya futbolu2021-01-28 13:05

16 yaşlı futbolçu bıçaqlanaraq öldürüldü

Dünya futbolu2021-01-28 12:38

Messidən “Barselona”da yeni rekord

Milli komanda2021-01-28 12:23

Millimizin seçmə mərhələdəki rəqibləri müəyyənləşir – YENİLƏNİR

Digər2021-01-28 12:20

Kəlbəcərin Alıbəyli kəndi – VİDEO

Ölkə futbolu2021-01-28 12:00

“Neftçi” Futbol Akademiyasında yeni təyinatlar

Müsahibə2021-01-28 11:40

“Bizim bir məqsədimiz var: yarışı birinci pillədə başa vurmaq” – Qalo

Dünya futbolu2021-01-28 11:20

“Zirə”dən ayrılan futbolçu Braziliyaya qayıtdı

Dünya futbolu2021-01-28 11:01

Premyer Liqanı Bundesliqaya dəyişdi

Dünya futbolu2021-01-28 10:44

“Seltik”dən “Bayer”ə 11 milyon avroluq transfer

Ölkə kuboku2021-01-25 20:09

“Zirə” darmadağınla mərhələ adladı – VİDEO

Ölkə kuboku2021-01-24 18:14

“Səbail” – “Zaqatala” matçında 5 qol – VİDEO

Premyer-liqa2021-01-21 23:18

“Zirə”dən “Qəbələ” üzərində inamlı qələbə – VİDEO

Premyer-liqa2021-01-21 19:27

Rəşad Sadıqov: “Qəbələ” öz oyununu sərgiləyir, futbolu eybəcərləşdirmir” – VİDEO

Ölkə futbolu2021-01-17 13:36

“Neftçi” PFK-nın bədən testi – VİDEO

Ölkə futbolu2021-01-14 23:54

“Sabah”a qələbə üçün bir qol bəs etdi – VİDEO

Ölkə futbolu2021-01-14 22:47

“Neftçi” – “Keşlə” oyununda 7 qol – VİDEO

Ölkə futbolu2021-01-14 20:17

Samir Abasov: “Bu gün sevindirici məqamlar daha çox idi” – VİDEO

Ölkə futbolu2021-01-14 13:45

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-01-13 15:46

Hazırlığın 10-cu günü “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-01-12 17:01

“Neftçi”nin legioneri toplanışı dəyərləndirdi – VİDEO

Ölkə futbolu2021-01-11 01:25

“Sumqayıt” – “Zirə” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-01-10 19:40

“Neftçi” “Kəpəz”i məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-01-10 19:34

Samir Abasov: “Həm razı, həm də narazı salan məqamlar oldu”

Ölkə futbolu2021-01-10 13:18

“Neftçi”də “Sağlamlıq durumu” açıqlandı – VİDEO

Ölkə futbolu2021-01-09 18:47

“Çempion olmaq istəyirik” – VİDEO

Ölkə futbolu2021-01-07 22:29

“Günün 20 saatını hücumçu məsələsinə həsr edirik” – VİDEO

Ölkə futbolu2021-01-07 20:37

“Keçmişə baxmıram, yalnız gələcək haqda düşünürəm” – VİDEO

Ölkə futbolu2021-01-07 17:21

Aqil Məmmədovla “Piramida” – VİDEO

Ölkə futbolu2021-01-07 16:22

“Futbolçuların gəlməsi ilə bağlı heç bir problem yoxdur” – VİDEO

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?