Connect with us

Ölkə futbolu

AFFA Həmkarlar İttifaqı İlham Əliyevə müraciət etdi– MƏKTUB 

-də paylaşıldı

AFFA Həmkarlar İttifaqının üzvləri ölkə prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar. Müraciətdə, ittiqafın fəaliyyətinə AFFA rəhbərliyi tərəfindən əngəllər yaradılması, ölkə futbolunun vəziyyəti ilə bağlı məlumat verilib.

Bu gün AFFA Həmkarlar İttifaqı “Altus” adlı oteldə mətbuat konfransı keçirmək istəsə də, otel rəhbərliyi texniki problemi əsas gətirərək, konfransın baş tutmasına əngəl olub. İttifaqın sədri Nazim Süleymanov isə otellə bağlı problemi AFFA-nın yaratdığını deyib.

Komanda.az ölkə prezidentinə ünvanlanan məktubu təqdim edir:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

AFFA Həmkarlar İttifaqı üzvlərinin müraciəti

Cənab Prezident!

Azərbaycan sürətlə inkişaf edərək,  dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olaraq ölkəmizin qazandığı hər bir uğur Sizin konkret hədəflərə hesablanan siyasətinizin nəticəsidir. Məhz Sizin uzaqgörən siyasətiniz, prinsipiallığınız və beynəlxalq aləmdə böyük nüfuzunuz sayəsində Azərbaycan dünyanın siyasi və iqtisadi məkanında mövqeyini gündən-günə gücləndirir. Azərbaycanın böyük uğurlarının fövqündə Sizin modernləşmiş siyasətiniz dayanır. Təsadüfi deyil ki, hər bir sahədə olduğu kimi Sizin uğurlu siyasətiniz nəticəsində ölkəmiz idman sahəsində də sürətlə inkişaf edib. Azərbaycan artıq beynəlxalq aləmdə  bir idman ölkəsi kimi  tanınır. İdmançılar hərtərəfli qayğı ilə əhatə olunur ki, bu da beynəlxalq yarışlarda daha böyük uğurlar əldə etməyə imkan yaradır. Mövcud idman obyektləri yenidən qurulur, eyni zamanda yeniləri inşa edilir, dünya standartlarına uyğun infrastruktur yaradılır. Digər tərəfdən, Azərbaycan müntəzəm olaraq qitə və dünya miqyaslı idman yarışlarına ev sahibliyi edir. Dünyanın ən mötəbər beynəlxalq idman tədbirlərinin təşkili ölkəmizə böyük nüfuz qazandırıb. İlk Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, Formula-1 Bakı Qran-pri yarışlarının,  UEFA Avropa Liqası turnirinin finalının, futbol üzrə bu il keçiriləcək Avropa çempionatının final mərhələsinin dörd qarşılaşmasının, müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarının Azərbaycana həvalə edilməsi, son illər bu sahədə görülən işlərə verilən ən yüksək qiymətdir. Bu diqqət və qayğının nəticəsi olaraq, idmançılarımız beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edir, Azərbaycanın bayrağını qaldırır, himnini səsləndirilər.

Cənab Prezident!

Çox təəssüf ki, idmanın bütün sferalarında əldə olunan bu uğurları futbola aid edə bilmirik. Baxmayaraq ki, Azərbaycan dövləti, şəxsən Siz başda olmaqla futbola həmişə diqqət və qayğı göstərir. Azərbaycan futbolunun inkişafı üçün infrastrukturun qurulması, futbolçuların yetişdirilməsi üçün dövlət  tərəfindən AFFA-ya xeyli vəsait ayrılır. Dünyanın heç bir ölkəsində dövlət Futbol Federasiyasına bu qədər yardım etmir. 2005-2015-ci illəri əhatə edən dövlət proqramı qəbul olunanda ölkə çempionatının yüksək liqasında 18,  1-c divizionunda isə 22 komanda çıxış edirdi. Bu klubların da böyük əksəriyyəti bölgələrimizi təmsil edirdi. Bu gün isə Azərbaycan çempionatının yüksək liqasında cəmi 8 klub çıxış edir ki, bu klubların da 6-sı paytaxt Bakıda məskunlaşıb. Bölgələrdə futbolun səviyyəsi sıfır həddindədir. Mingəçevir, Şirvan, Qazax, İmişli, Quba, Lənkəran, Masallı, Yevlax və s. futbol ənənələri olan bölgələrimiz bu gün heç 1-ci divizionda da təmsil olunmur. Gəncə və Tovuz kimi futbol tariximizdə iz qoymuş bölgələrimiz yalnız 1-ci divizionda çıxış edir və hər ikisi acınacaqlı durumdadır. İqtisadi qüdrəti Azərbaycandan qat-qat zəif olan qonşu Gürcüstan və mənfur düşmənimiz olan Ermənistan çempionatında çıxış edən komandaların sayı bizdən daha çoxdur. Hansı ki, bu ölkələrin heç birində futbola dövlət dəstəyi yoxdur. Ölkəmizdə isə dövlətin dəstəyi ilə xeyli sayda olimpiya kompleksləri, stadionlar tikilib və təmir olunub. Elə sizin göstərişinizlə Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionun yenidən qurulmasına ilkin olaraq 5 milyon manatın ayrılması da dövlətin və şəxsən sizin futbola olan qayğının göstəricisidir. Çox təəssüf ki, futbol sahəsindəki inkişaf bu diqqət və qayğıya adekvat deyil.

Cənab Prezident!

Bu problemlərin yaranmasının bəlli səbəbi var. Azərbaycanın olduqca güclü futbol ənənələri olub. Ölkəmizdə adlı-sanlı futbolçular yetişib. Çox təəssüf ki, bu gün Azərbaycan futbolunun bəzi veteranları bu sahədən tamamilə uzaq salınıblar. Futbolun inkişaf etdirilməsi üçün veteranların bilik və təcrübəsindən istifadə olunmur. Əvəzində xarici ölkələrdən mütəxəssislər dəvət olunmasına üstünlük  verilir. Nəticə isə göz qabağındadır: yığma komandamız 2020-Avropa çempionatının seçmə mərhələsində qitədə ən zəiflərdən oldu, cəmisi 1 xal topladı.

Cənab Prezident!

Azərbaycanın futbol ictimaiyyətinin bir qrup nümayəndəsi bu problemləri görərək, onun həlli istiqamətində öz bilik və bacarıqlarını sərf etmək üçün AFFA Həmkarlar İttifaqını (AFFAHİ) yaradıb. Düşünürdük ki, AFFA rəhbərliyi futbol ictimaiyyətinin bir təşkilatda toplaşaraq futbolumuzun inkişafına töhfə vermək istəyini anlayışla qəbul edəcək və bizim bilik və bacarığımızdan yararlanacaq, təkliflərimizi qəbul edəcək. Çox təəssüf ki, AFFA rəhbərliyi Azərbaycan futbolunun məşhur veteranlarının, ictimai xadimlərinin bu istəyini nəzərə almadı. Qanunvericiliyə görə, Həmkarlar Təşkilatını yaratmaq futbol ictimaiyyətinin müstəsna hüququdur və AFFA da bu təşkilatın normal fəaliyyət göstərməsi üçün şərait yaratmalıdır. Amma qurumun rəhbər şəxsləri birmənalı olaraq bu öhdəliklərindən imtina etdilər. Xatırladaq ki, 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən qəbul edilmiş Həmkarlar İttifaqı haqqında Qanuna uyğun olaraq yaratdığımız təşkilatla birgə əməkdaşlıq etmək məqsədilə AFFA-ya ünvanladığımız rəsmi müraciətə Federasiya rəhbərliyi tərəfindən imtina cavabı almışıq.

Cənab Prezident!

Bu gün uğurla və yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilən dövlət siyasəti nəticəsində Azərbaycan dünyaya yeni və nümunəvi inkişaf modeli təqdim edir. Bu inkişaf modelinin əsas komponentlərindən biri isə təbii ki, konkret hədəflərə və məqsədlərə hesablanan, sosial inkişafı özündə ehtiva edən islahatlardır. Son 17 ildə Sizin rəhbərliyinizlə aparılan siyasi kurs bir daha sübut etdi ki, ölkəmizdə islahatlar davamlı xarakter daşıyır. 2019-cu ilin əvvəlindən başlayaraq isə respublikamızda islahatların əhatə dairəsi daha da genişləndirilib. Təbii ki, görülən işlər, aparılan siyasət göz önündədir. Ancaq təəssüf ki, bu islahat dalğası futbol təsərrüfatına təsir etməyib. AFFA rəhbərliyi sizin apardığınız siyasətdən, verdiyiniz tapşırıq və tövsiyələrdən nəticə çıxartmır. AFFA-nın idarəetmə sistemində ölkədə aparılan inqilabi islahatlara adekvat addımlar atılmır. Bu da Azərbaycan futbolunun gələcəyinin yenidən qaranlıq olması ilə bağlı narahatlıq yaradır.

Cənab Prezident!

Azərbaycanın futbolda da böyük potensialı var. Biz bu potensialı üzə çıxarda bilsək, Avropanın adlı-sanlı ölkələri ilə rəqabət apara bilərik. Bu potensial imkan verir ki, bölgələrimizdən kütləvi şəkildə istedadlı futbolçular yetişsin, klublarımız Avropada daha böyük uğurlar qazansın, futbolçularımız dünyanın adlı-sanlı klublarında oynasınlar, yığma komandalarımız dünya və Avropa çempionatlarının final mərhələsində iştirak etsinlər. Təəssüf ki, AFFA-dakı idarəetmə sistemi bu potensialın açılmasına imkan vermir. Azərbaycan futbolunun inkişafına töhfə verə biləcək bəzi futbol veteranları futbol idarəçiliyindən tamamilə uzaq salınıblar. Əvəzində futbol təsərrüfatına bu sahəyə aidiyyəti  olmayanlar rəhbərlik edirlər ki, onlar da futbol veteranlarının bilik və bacarığından yararlanmaqda maraqlı deyillər.

Cənab Prezident!

Biz futbol veteranları və AFFA Həmkarlar İttifaqının (AFFAHİ) yüzlərlə üzvləri sizin apardığınızı siyasəti, islahatları dəstəkləyirik. İstəyirik ki, ölkəmizin bütün sferalarında nəzərəçarpacaq dərəcədə hiss olunan inkişaf futbolumuza da sirayət etsin. Məhz bu amili nəzərə alaraq, sizə müraciət edirik. Azərbaycanın futbol təsərrüfatından uzaq salınmış veteranların sözünü eşidəcəyinizə inanırıq. İnanırıq ki, bizi qəbul edəcək, Azərbaycan futbolunun problemləri, onların həlli yolları ilə bağlı fikir və təkliflərimizi dinləyəcək, bizə öz dəyərli tövsiyələrinizi verəcəksiniz.

Əvvəlcədən Sizə öz dərin minnətdarlığımızı bildiririk.

Böyük hörmətlə,

AFFA Həmkarlar İttifaqı (AFFAHİ) İdarə Heyətinin üzvləri:

1.      Nazim Süleymanov, idman ustası, Rusiya çempionu, Şimali Osetiyanın “Şöhrət” ordenlisi    

2.      Asəf Namazov, idman ustası, sabiq SSRİ-nin Olimpiya yığmasının üzvü        

3.      Səmədağa Şıxlarov, “Neftçi” Klubunun veteran futbolçusu, sabiq SSRİ-nin Olimpiya yığmasının üzvü, idman ustası        

4.      Novruz Əzimov,  “Neftçi”  klubunun veteran futbolçusu, idman ustası  

5.      Samir Ələkbərov, “Neftçi” Klubunun veteran futbolçusu, idman ustası  

6.      Boris Xetaqurov, futbol üzrə Azərbaycan yığmasının və “Neftçi”nin sabiq həkimi, Əməkdar həkim  

7.      Naib Abdulla, futbol üzrə Azərbaycan futbol yığmasının sabiq həkimi  

8.      Orucəli Durmuşov, sabiq hakim     

9.      Əfqan Həmzəyev, sabiq FİFA referisi      

10.    Anar Xanlarov, “Rekord.az” saytının redaktoru        

11.    Ramin Allahverdiyev, “C” kateqoriyalı məşqçi, “OLİMPSPORT” jurnalının baş redaktoru

24.01.2020

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Dünya futbolu2020-08-13 00:57

ÇL-də ilk yarımfinalçı PSJ oldu

Dünya futbolu2020-08-13 00:39

Koronavirusa görə texniki məğlubiyyət – UEFA rəsmən açıqladı

Dünya futbolu2020-08-12 22:55

“Beşiktaş”dan ilk transfer

Dünya futbolu2020-08-12 22:42

“Qalatasaray”dan yeni transfer – RƏSMİ

Dünya futbolu2020-08-12 22:27

“Valensiya”nın iki futbolçusu rəsmən “Vilyarreal”da!

Dünya futbolu2020-08-12 21:56

“Atletik”in 6 futbolçusunda koronavirus aşkarlandı

Dünya futbolu2020-08-12 21:48

Riera yenidən “Qalatasaray”da – RƏSMİ

Ölkə futbolu2020-08-12 21:42

“Neftçi TV”dən yeni layihə: “Ulduz stansiyası”

Dünya futbolu2020-08-12 21:16

“Yuventus”da ayrılıq

Milli komanda2020-08-12 20:54

De Byazi yığmaların məşqini izləyib

Dünya futbolu2020-08-12 19:28

Roberto Donadoni istefaya göndərildi

Dünya futbolu2020-08-12 19:01

“Yuventus”un sabiq futbolçusu karyerasını bitirdi

Dünya futbolu2020-08-12 18:43

“Yuventus”un müdafiəçisi 3 ay olmayacaq

Dünya futbolu2020-08-12 18:22

Millimizin futbolçusundan Ukrayna klubu yeni müqavilə

Dünya futbolu2020-08-12 18:05

Fərid Nəbiyev qol vurdu, komandası qələbə qazandı

Ölkə futbolu2020-08-12 17:48

“Kəpəz” rəhbərliyi Yaşar Vahabzadə ilə görüşdü

Premyer-liqa2020-08-12 17:47

Premyer Liqada 1-ci turun oyun cədvəli açıqlandı

Ölkə futbolu2020-08-12 17:45

Premyer Liqada yay bazarlığı – YENİLƏNİR

Ölkə futbolu2020-08-12 17:34

“Səbail”də daha bir ayrılıq

Ölkə futbolu2020-08-12 17:25

“Neftçi” ilə matçda turu keçmək istəyirik”

Ölkə futbolu2020-08-12 17:10

93 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər ölüb

Premyer-liqa2020-08-12 16:59

Azərbaycan çempionatında yoluxma olarsa, hansı qərar veriləcək?

Milli komanda2020-08-12 16:46

Millimizin toplanışa başlayacağı vaxt açıqlandı

Ölkə futbolu2020-08-12 16:39

Boris Xetaqurov – 80!

Ölkə futbolu2020-08-12 16:23

Ramin Musayev avrokubokların püşkünü dəyərləndirdi

Ölkə futbolu2020-08-12 16:01

“Qarabağ”dan sloveniyalı qapıçı ilə bağlı açıqlama

Dünya futbolu2020-08-12 15:44

“Barselona”nın futbolçusunda koronavirus aşkarlandı

Premyer-liqa2020-08-12 15:30

Premyer Liqamızda yeni mövsümün püşkü atıldı

Ölkə futbolu2020-08-12 15:28

Premyer Liqada 3 əvəzetməyə icazə veriləcək

Premyer-liqa2020-08-12 15:22

Azərbaycan Premyer Liqasının yeni loqosu təqdim olundu

Dünya futbolu2020-08-12 15:15

Avropa Liqasında həftənin rəmzi komandası

Ölkə futbolu2020-08-12 15:02

Avroliqa oyunlarının yayımı sual altındadı

Dünya futbolu2020-08-12 14:56

“Keşlə”nin rəqibi problemlə üzləşib

Dünya futbolu2020-08-12 14:17

Avropa Liqasında yeni rekordçu

Dünya futbolu2020-08-12 14:00

FİFA iki turniri təxirə saldı – RƏSMİ

Dünya futbolu2020-08-12 13:41

“Neftçi”nin rəqibi daha bir transfer etdi

Ölkə futbolu2020-08-12 13:29

“Qarabağ”da şok itki: “Sileks”lə oyunu buraxa bilər

Ölkə futbolu2020-08-12 13:17

Etopazda Möhtəşəm Avqust Çempionlar Liqası ilə davam edir! – VİDEO

Dünya futbolu2020-08-12 13:00

Super Liqa klubundan yeni transfer

Dünya futbolu2020-08-12 12:38

Niko Qaytanın yeni klubu bəlli oldu

Dünya futbolu2020-08-12 12:15

Super Liqa klubunda yeni müqavilə

Dünya futbolu2020-08-12 11:53

Beş ayrılıq, bir yeni transfer

Dünya futbolu2020-08-12 11:33

Liqa 1 klubunda yeni hücumçu

Dünya futbolu2020-08-12 11:10

Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

Dünya futbolu2020-08-12 10:52

Qurbanovsuz “Samtrediya” doğma meydanda uduzdu

Ölkə futbolu2020-08-12 10:47

Premyer Liqa üçün yeni loqo – bu gün təqdim olunacaq

Dünya futbolu2020-08-12 10:34

Eyni gündə həm transferini açıqladılar, həm də…

Ölkə futbolu2020-08-12 10:15

Füzuli Məmmədov hücumçu yolu gözləyir: “Onlar üçün vuruşacağıq”

Dünya futbolu2020-08-12 10:04

Bundesliqa klubu milli üzvüylə gücləndi

Dünya futbolu2020-08-12 09:54

Millimizin futbolçusu toplanışa gec qoşulacaq

Premyer-liqa2020-08-12 15:22

Azərbaycan Premyer Liqasının yeni loqosu təqdim olundu

Ölkə futbolu2020-08-12 13:17

Etopazda Möhtəşəm Avqust Çempionlar Liqası ilə davam edir! – VİDEO

Ölkə futbolu2020-08-03 00:59

“Sabah”da yeni müdafiəçi – VİDEO

Milli komanda2020-07-30 18:34

De Byazi: “Birlikdə böyük uğurlara imza atacağıq” – VİDEO

Ölkə futbolu2020-07-27 18:00

Tallison: “Neftçi”də oynamaq fürsətim olduğu üçün çox xoşbəxtəm”

Ölkə futbolu2020-07-25 00:58

“Neftçi” daha bir braziliyalı transfer etdi – VİDEO

Ölkə futbolu2020-07-24 15:20

“Neftçi”nin yeni transferi: “Arzum Braziliya millisində oynamaqdır”

Ölkə futbolu2020-07-23 12:30

“Neftçi TV”də unudulmaz xatirələr: İqor Getman – VİDEO

Ölkə futbolu2020-07-21 00:42

“Neftçi TV” Azərbaycanda ilkə imza atdı – VİDEO

Ölkə futbolu2020-07-20 19:20

Cabir Əmirli: “Bu hissləri yaşamaq gözəldir” – VİDEO

Ölkə futbolu2020-07-19 00:01

Belçikalı futbolçu rəsmən “Neftçi”də – VİDEO

Ölkə futbolu2020-07-17 00:28

“Neftçi” nigeriyalı futbolçu transfer etdi – VİDEO

Digər2020-07-16 22:21

Cəbhədən xəbər: Düşmənin avtomobil texnikası məhv edilib – VİDEO

Digər2020-07-16 21:06

Cəbhədən xəbər: Bir şəhidimiz var

Milli komanda2020-07-14 15:00

Canni De Byazi: “Mən də Azərbaycan xalqının bir parçası olmaq istəyirəm” – VİDEO

Ölkə futbolu2020-06-26 21:59

Rəşad Sadıqov: 20 illik karyeranın səssiz sonu

Ölkə futbolu2020-06-23 16:21

“İnsanlar əsl Qurban Qurbanovu tanımırlar” – VİDEO

Premyer-liqa2020-06-22 19:03

“Qarabağ”ın çempionluq mərasimi – VİDEO

Ölkə futbolu2020-06-16 22:06

“Neftçi”nin avtobusu qəzaya düşdü, sürücüsü yumruq davasına çıxdı – VİDEO

Ölkə futbolu2020-06-14 13:02

“Sabah” “Zirə”ni belə məğlub etdi – VİDEO

Ölkə futbolu2020-06-13 23:19

“Neftçi”dən əzmkar qələbə – VİDEO

Dünya futbolu2020-06-12 16:00

Azarkeşlər klub prezidentinin evinə hücum çəkdilər – VİDEO

Ölkə futbolu2020-06-10 22:27

“Neftçi” – “Keşlə” matçında 4 qol – VİDEO

Ölkə futbolu2020-05-27 23:18

“Neftçi”dən Respublika Günü təbriki – VİDEO

Dünya futbolu2020-05-25 19:07

Novruzov oynadı, komandası məğlub oldu

Dünya futbolu2020-05-24 10:30

Nazarov bu hərəkətinə görə cəzalana bilər – VİDEO

Ölkə futbolu2020-05-23 16:40

“Neftçi” E Milli Liqada – VİDEO

Dünya futbolu2020-05-20 10:00

Ronaldo “Yuventus”la məşqlərə başladı – VİDEO

Dünya futbolu2020-05-16 17:00

Nazarov mövsümün bərpasını qolla qeyd etdi – VİDEO

Ölkə futbolu2020-05-05 15:00

“Qarabağ” ermənilərə qarşı döyüşən bir ordudu” – VİDEO

Dünya futbolu2020-05-05 09:00

Salomon Kalu bu görüntülərə görə heyətdən kənarlaşdırıldı – VİDEO

Ölkə futbolu2020-05-03 16:42

“Qarabağ”ın Ağdam səfəri – VİDEO

Dünya futbolu2020-05-03 11:00

Dadaşov İngiltərədə 66 ölkənin ulduz futbolçuları siyahısında – VİDEO

Ölkə futbolu2020-04-23 14:00

“Neftçi” də “Biz birlikdə güclüyük” dedi – VİDEO

Ölkə futbolu2020-04-16 20:30

“Səbail”in futbolçusu FİFA-nın aksiyasına qoşuldu – VİDEO

Ölkə futbolu2020-04-14 15:30

PFL-in klublarla maraqlı “dialoq”u – VİDEO

Milli komanda2020-04-07 12:30

Millimizin üzvlərindən “evdə qal” çağırışı – VİDEO

Ölkə futbolu2020-04-06 23:53

“Sumqayıt”ın virtual məşqi – VİDEO

Ölkə futbolu2020-04-06 23:50

“Neftçi TV” təqdim edir: “Qızıl oyun” xatirələrdə – VİDEO

Ölkə futbolu2020-04-05 18:00

“Keşlə”nin bu mövsüm vurduğu qollar – VİDEO

Premyer-liqa2020-04-05 09:00

“Sabah”ın ən yaxşı qolları – VİDEO

Ölkə futbolu2020-03-31 17:40

“Sabah” fonda ianə etdi, dəstək videosu yaydı – VİDEO

Ölkə futbolu2020-03-22 13:00

“Sabah” koronavirusla bağlı çağırış etdi – VİDEO

Ölkə futbolu2020-03-20 22:04

AFFA-nın baş katibinə aftafalı dəstək – VİDEO

Ölkə futbolu2020-03-20 15:50

Quliyevlə Adıgözəlov da… – VİDEO

Ölkə futbolu2020-03-20 12:00

“Qarabağ” Elxan Məmmədovun çağırışına cavab verdi – VİDEO

Ölkə futbolu2020-03-18 11:30

“Sabah”ın legionerlərinin “Novruz imtahan”ı – VİDEO

Digər2020-03-13 17:00

Bakı Tennis Akademiyasında bazar: 9 yaşlı idmançımız ölkəni tərk etdi – VİDEO

Ölkə futbolu2020-03-12 21:09

“Neftçi”dən təşəkkür – VİDEO

Ölkə futbolu2020-03-12 15:49

AFFA videotəmrinlər hazırladı – VİDEO

Arxiv

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?