Connect with us

Əvəzedicilər

Klubların planlarını pozan Obradoviçin ikili standartı

-də paylaşıldı

21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Milan Obradoviç növbəti dəfə klubların hüququnu pozur. Ötən həftə olduğu kimi, o, FIFA pəncərəsində nəzərdə tutulmayan vaxtda təlim-məşq toplanışı keçirməyi lazım bilib və düşərgəyə 22 futbolçu çağırıb.

Doğrusu, 3 günlük toplanışın serb məşqçiyə nə verəcəyini bilmirik, lakin bundan klubların əziyyət çəkdiyi aydındı. Çünki Premyer Liqada limitə düşən bu futbolçular bərpa məşqlərindən kənar qalıb, üstəlik , istirahət də edə bilməyiblər. Onlar tur bitən kimi milliyə yollanıblar, oradan qayıdan kimi də klublarında hazırlığa cəlb olunacaqlar.

Ötən həftə “Qarabağ” milliyə çağırılan futbolçularından ikisini – İsmayıl İbrahimli ilə Hacıağa Hacılını buraxmamışdı. Görünür, Obradoviçin nazı ilə oturub-duran AFFA rəhbərliyinin təkidindən sonra ağdamlıların da müqaviməti qırılıb və həmin futbolçular hazırda millidədi. Onlara bir gün öncə, yəni sabah tezdən “Qarabağ”a buraxılacaqları vədi verilib. Bu gün ağdamlılarda istirahət güü oduğu üçün məsələni “çürütməyiblər”.

Amma Obradoviçin siyahısına baxdıqda klublara ayrı-seçkilik edildiyi də görünür. “Qarabağ” Nicat Mehbalıyev, Nihad Tamazov, Toral Bayramov, Hacıağa Hacılı, İsmayıl İbrahimli və Musa Qurbanlı kimi bütün limit oyunçularını milliyə göndərib. Eləcə də “Qəbələ”nin əsas heyət üzvlərinin hamısı – Amin Seydiyev, İdris İnqilablı, Rövlan Muradov, Samir Məhərrəmli – düşərgədədi. “Sabah” Şakir Seyidov, Özan Can Kökcü, Rüstəm Samiqullin, Arsen Ağcabəyov və Elçin Mustafayevlə təmsil olunur ki, onlardan üçü son turda start heyətdə oynayıb.

Əvəzində “Neftçi”dən yalnız əvəzedici heyətin üzvləri millidədi. Bunlar Kamran İbrahimov, Nihad Qurbanlı və Turan Vəlizadədi. Halbuki bakılılardan Anton Krivotsyuk və Ömər Buludov da diqqətdən kənar qalmamalıydı. Eyni sözləri heç bir oyunçusuna dəvət gəlməyən “Zirə” və yalnız heyət üzü görməyən üzvü Əkbər Vəliyevlə təmsil olunan “Keşlə” haqda da demək olar. Nicat Süleymanov, Rauf Hüseynli, Rafael Məhərrəmli “qartallar”dan, Orxan Fərəcov, Emin Quliyev və Tural Bayramlı digər paytaxt təmsilçisindən dəvət ala bilərdi. Xüsusilə sonuncu U-21-in əsas heyət üzvlərindən olub.

“Səbail”in Murad Məmmədovla təmsil olunması da maraqlıdı. Milli səviyyəsində kifayət qədər oyunçusu olan, Premyer Liqada meydana çıxan futbolçular hansısa səbəbdən “yaddan çıxarılıb”. Və ya “Sumqayıt”da hər matçda oynayan Elvin Cəfərquliyevin, Süleyman Əhmədovun deyil, son vaxtlar forma geyməyən Səbuhi Abdullazadənin milliyə çağırılması təsadüfi deyil. Yəqin Obradoviçə bəzi komandaların hazırlığına mane olmamaq tapşırığı verilib.

Təbii ki, məşqçi seçiminə qarışmaq doğru deyil. O, milliyə layiq bildiyi futbolçulara diqqət göstərdiyini deyə bilər. Lakin onu da unutmayaq ki, bir həftə əvvəlki siyahı xeyli dəyişib, bəzi oyunçuların 3-4 gün ərzində lazımsız elan edilməsi mümkünsüzdü. Və yığmaya layiq bilinməyənlərin bir neçə komandanı əhatə etməsi çox maraqlıdı.

CAVAD

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-01-16 02:01

“Monako” səfərdə çətin qələbə

Dünya futbolu2021-01-16 01:43

Paytaxtda derbisində darmadağın

Dünya futbolu2021-01-16 01:26

“Bayer” səfərdən xalsız döndü

Ölkə futbolu2021-01-16 00:17

“Qarabağ” “Sumqayıt”a məğlub oldu

Dünya futbolu2021-01-15 22:57

“Fatih Karagümrük”dən səfər qələbəsi

Milli komanda2021-01-15 22:33

Millimizin rəqibinin heyəti açıqlandı

Dünya futbolu2021-01-15 21:47

Premyer Liqada ayın ən yaxşı məşqçisi

Dünya futbolu2021-01-15 21:22

Təbriz klubu səfərdən 1 xalla döndü

Dünya futbolu2021-01-15 20:43

İtaliya klubunun futbolçusunda koronavirus aşkarlandı

Dünya futbolu2021-01-15 20:15

Yeni Zelandiya klubu dünya çempionatından imtina etdi

Dünya futbolu2021-01-15 19:31

Millimizin sabiq futbolçusu “Hapoel”də

Dünya futbolu2021-01-15 19:00

Ueyn Runi baş məşqçi təyin olundu

Ölkə futbolu2021-01-15 18:22

“Neftçi”ylə “Keşlə”nin əvəzediciləri heç-heçəyə razılaşdı

Dünya futbolu2021-01-15 17:58

Premyer Liqada ötən ayın ən yaxşı futbolçusu

Digər2021-01-15 17:34

Ağdamın Qasımlı kəndi – VİDEO

Digər2021-01-15 17:15

Azərbaycanda koronavirusa 349 yeni yoluxma

Dünya futbolu2021-01-15 16:52

Türkiyə Kubokunda 1/4 finalın püşkü atıldı

Ölkə kuboku2021-01-15 16:33

Azərbaycan Kubokunda 1/8 finalın oyun cədvəli açıqlandı

Müsahibə2021-01-15 16:19

“Ən yaxşı hədiyyə insanların göstərdiyi diqqətdir” – Şakir Qəribov

Dünya futbolu2021-01-15 16:00

Poçettino PSJ-də nə qədər qazanacaq?

Ölkə futbolu2021-01-14 23:54

“Sabah”a qələbə üçün bir qol bəs etdi – VİDEO

Ölkə futbolu2021-01-14 22:47

“Neftçi” – “Keşlə” oyununda 7 qol – VİDEO

Ölkə futbolu2021-01-14 20:17

Samir Abasov: “Bu gün sevindirici məqamlar daha çox idi” – VİDEO

Ölkə futbolu2021-01-14 13:45

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-01-13 15:46

Hazırlığın 10-cu günü “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-01-12 17:01

“Neftçi”nin legioneri toplanışı dəyərləndirdi – VİDEO

Ölkə futbolu2021-01-11 01:25

“Sumqayıt” – “Zirə” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-01-10 19:40

“Neftçi” “Kəpəz”i məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-01-10 19:34

Samir Abasov: “Həm razı, həm də narazı salan məqamlar oldu”

Ölkə futbolu2021-01-10 13:18

“Neftçi”də “Sağlamlıq durumu” açıqlandı – VİDEO

Ölkə futbolu2021-01-09 18:47

“Çempion olmaq istəyirik” – VİDEO

Ölkə futbolu2021-01-07 22:29

“Günün 20 saatını hücumçu məsələsinə həsr edirik” – VİDEO

Ölkə futbolu2021-01-07 20:37

“Keçmişə baxmıram, yalnız gələcək haqda düşünürəm” – VİDEO

Ölkə futbolu2021-01-07 17:21

Aqil Məmmədovla “Piramida” – VİDEO

Ölkə futbolu2021-01-07 16:22

“Futbolçuların gəlməsi ilə bağlı heç bir problem yoxdur” – VİDEO

Ölkə futbolu2021-01-07 12:00

“Ailəmin yanında olmağım çox yaxşı oldu” – VİDEO

Ölkə futbolu2021-01-05 20:27

Aqil Məmmədov: “Çalışırıq ki, növbəti oyunlara tam hazır olaq”

Ölkə futbolu2021-01-05 19:40

“Hazırlıqda bəzi dəyişikliklər etmək istəyirəm” – Etibar Tarıverdiyev

Ölkə futbolu2021-01-04 21:09

Aqil Məmmədovla “Piramida”

Ölkə futbolu2021-01-04 19:03

Samir Abasovun “Neftçi TV”yə açıqlaması – VİDEO

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?