Dünya futbolu
“Ayaks”ın futbolçusu ABŞ klubu ilə razılığa gəldi

“Ayaks” yayda daha bir futbolçusu ilə vidalaşacaq.
Futbolinfo.az xəbər verir ki, bir neçə gün öncə Hakim Ziyexi İngiltərənin “Çelsi” klubuna satdığını açıqlayan Niderland nəhəngi, onunla yanaşı, Sim de Yonqla da yollarını ayıracaq.
Məsələ burasındadı ki, yarımmüdafiəçi klubla mövsümün sonunda bitəcək müqaviləsini yeniləməyib. 31 yaşlı futbolçunun yeni anlaşma imzalamamasının səbəbi onun MLS təmsilçisi “Çinçinatti” ilə razılığa gəlməsidi. “De Telegraaf” nəşrinin iddiasına görə, De Yonq 2020-ci ilin iyun ayında “Ayaks”la müqaviləsi bitən kimi ABŞ-a yollanacaq və azad agent kimi “Çinçinatti”yə keçəcək. O, artıq yeni klubu ilə bütün məsələlərdə razılığa gəlib.
Qeyd edək ki, Hollandiya yığmasında da oynamış Sim de Yonq “Ayaks”ın öz yetirməsidi. Hücumameylli yarımmüdafiəçi olan təcrübəli futbolçu karyerası ərzində qısa müddət “Nyukasl”, PSV və “Sidney” kimi klubların da uğurları üçün çalışıb.
- Ölkə futbolu24 saat əvvəl
Alvaro Tavareş: “Keşlə”də layiq olduğum şans verilmədi”
- Ölkə futbolu21 saat əvvəl
Avropa Klublar Birliyinin iclasında 20 Yanvar qurbanları anıldı
- Dünya futbolu19 saat əvvəl
“Qəbələ”nin sabiq hücumçusu Estoniya klubunda
- Digər20 saat əvvəl
Azərbaycanda daha 332 nəfər koronavirusa yoluxdu