Connect with us

Milli komanda

Mircavadovun niyyəti və xisləti

-də paylaşıldı

Ağasəlim Mircavadov kimi yaşamağa nə var ki? Ağsaqqallığına hörmət qoyub, tribuna verirsən, bəlkə təcrübəsinə görə gücənib, ağıllı bir söz deyəcəyinə ümid edirsən, o da başlayır niyyətini, xislətini ortaya qoymağa.

AFFA Məşqçilər Komitəsinə seçib-yığıblar bunları. Vaqif Sadıqov bir ay ət tökdü, indi də Mircavadov başlayıb, ətrafına daş atmağa. Özü bir barmağa yara bandı olmayıb, alın təri ilə yüksələnlərin ayağının altını qazır, arxasınca danışır.

İrəlidə olana çata bilmirsənsə, onu geri dart, özünə çatdır. Ağasəlim kimi adamlar ancaq bunu bacarır. İlləri boşa veriblər, ölkə futbolunun inkişafı adına heç nə etməyiblər, futbolu dağıdanlara çəpik çalıb, ciblərini doldurublar və indi məsləhətşünas olublar.

Sənin üstündən xətt çəkən Rövnəq Abdullayev düz edib. O nə qədər ki, AFFA prezidentidi, heç yerdə məşqçi işləməyəcəksən, aradabir rəhbərliyi tərifləyib, əl çalıb, 1000 manatını alacaqsan. Hətta bu maaşın qarşılığını vermək üçün arada sağlam qüvvələri də qaralayacaqsan ki, ağalarının könlü xoş olsun.

Ağasəlim bəy, Abdullayevin sənin üstündən xətt çəkmə səbəbini bilirsən. O vaxt Rövnəq bəyin rəhbəri olduğu “Neftçi”ni bir gecədə satıb, Lənkərana qaçan adamsan. Pul qoxusuna getmişdin, “ürəyimdi” dediyin “Neftçi”yə arxa çevirmişdin. Xəyanətinin əzabını illərdi çəkirsən, yəqin sonadək də belə olacaq.

Şahbaz Süleymanovun, Mübariz Mənsimovun milyonlarını havaya sovurdun, dağıtdın. Nə üçün? Azərbaycan çempionu olmağa görə. Sonrası? Avropaya ayaq basan kimi burnundan vurdular. Bir dəfə, iki dəfə… Yox, həmişə. Mahmud Qurbaov, Vidadi Rzayev, Emin Quliyev, Faiq Cabbarov, Azər Məmmədov və daha bir neçə futbolçudan ibarət dəstə var idi. Hara getsən, onları aparar, sponsorlara onları razı salmaq üçün böyük vəsait ödətdirərdin. Sonra da liderlərsiz qalan digər komandaları yenər, gücün çatmayanda klub prezidentlərini başqa yollara təhrik edər və çempion olardın. Avropada isə bu oyunlar keçməzdi, məsələ beyin gücünə qalardı və şapalaqlanardın.

Azərbaycanın ən istedadlı futbolçu nəsli ilə Fransaya 0:10 uduzan adamsan. Fuad Musayevin Polşadan aldığı bir xaldan başqa millidə nə etmisən ki? Heç olmasa, dünənə bax, ayıbına kor ol. Danışma da, məcburdu? Onsuz da Abdullayev sənin üstündən xətt çəkib, daha gəlirli iş tapmağına ümid yoxdu. Maaşın var, təqaüd alırsan, aldatdığın klub sponsorlarından qapazladığın obyektlər də öz yerində. Get, yaşa da, insanlarına haqqına girməklə, onları qaralamaqla, gözdən salmaqla nə qazanacaqsan? Ya statusuna uyğun olaraq, ağsaqqal kimi danış, ya da niyyətin imkan vermirsə, sus – sonsuzadək.

Mircavadov dünən ölkə mətbuatına müsahibə verib və ağzından dür tökülüb. Məsələn, Millətlər Liqasında millimizə rəqib olan komandalardan danışarkən…

– Biz zəif qrup axtarırıq, amma zəif axtarmaq lazım deyil. Rəqiblər güclüdür. Biz də güclü olmalıyıq ki, yaxşı oynayaq. Kimsə Monteneqronu Yuqoslaviyadan ayrılan ölkələr arasında ən zəif kimi görməsin. Mən aşağı yaş qrupları ilə iki dəfə o ölkədə olmuşam. Uşaqlarında olan istedadı gözlərimlə görmüşəm. Yaxşı futbolçuları var. Çox inkişafda olan futbol ölkəsidir. Kipr və Lüksemburq milliləri də son zamanlar pis çıxış etmirlər. Əsas rəqib üç komandadır. Əgər seçim etsək ki, kim zəifdir, kim güclü, onda bizdə heç nə alınmayacaq. Hər bir oyuna axırıncı oyun kimi çıxmalıyıq. Millətlər Liqası sentyabrda başlayır. Vaxtımız da azdır. Baş məşqçi kim olacaqsa, ona vaxt lazımdı komandanı hazırlasın. Ən azı 5 yoxlama görüşü keçirilməlidir.

Bizim nə vaxt “vaxtımız olub” ki? Siz əl çalın, AFFA-dakı işbazlar oyun çevirsin, sonra da sənin kimilər çıxıb desin ki, baş məqşinin komandanı hazırlamağa zamanı olmadı. Ağsaqqalsansa, danış, de ki, təcili baş məşqçi müəyyənləşməlidi və konkret filan adamlardan biri baş məşqçi olmalıdı və ya filan işlər görülməlidi. Monteneqroda gördüyün istedadları yadda saxlama, Azərbaycanda məhv edilən istedadların fəryadı ol, de ki, AFFA düz işləmir, uşaqlarımız göz görə-görə məhv olur.

– Mən bu sözü 1992-ci ildə demişəm ki, millidə yerli baş məşqçi olmalıdır. Onu da hazırlamaq lazımdır. Yığmanın imici var. Onu biz hamımız – xalq, azarkeşlər saxlamalıyıq.

Yerli məşqçi deyəndə ad da çək, namzəd göstər, fikrini əsaslandır. Yerli məşqçi hazırlamaqdan danışarkən etdiklərini də de – sən yanında işləyən köməkçilərdən kimi hazırlamısan? Köməkçilərinin heç biri indi iş başında deyil – biri qumara qurşandı, biri dələduz çıxdı, başqa biri də çayxana söhbətləri ilə ömrünü keçirir. Hansı köməkçin sənin təcrübəndən yararlanıb ortaya çıxdı? Bircə Tərlan Əhmədov var, o da sənin yanından tez qaçdığı üçün özünə cığır açdı. Məşqçilərə kateqoriyanı sənin kimi təcrübəlilərin yox, Osman Rəhimov kimi tərcüməçinin paylamasından utan heç olmasa.

– Mən cavan-yaşlı söhbəti etmirəm. Amma milli komandaya gələn məşqçinin milli təcrübəsi olmalıdır. Bizdəki gənc məşqçilərin heç biri millidə işləməyib. Fəaliyyətləri ancaq klublarda olub. Klub məşqçisi ayrıdı, yığma məşqçisi ayrı.

Bəs, necə? Mircavadov, sən özün milliyə gələnə kimi Avstraliya, Maqadaskar millilərində işləmişdin. Vaqif Sadıqovun xasiyyətini götürmüsən e. Ay ağsaqqal, məşqçi elə klubda işləyə-işləyə təcrübə yığır da. Yoxsa məşqçilər anadan olanda təsnifatlanır? Klub və yığma məşqçiləri fərqli olursa, nəyə görə sən və səninlə birgə Məşqçilər Komitəsində oturanlar zaman-zaman dəfələrlə həm klublarda, həm də yığmalarda işləyib? Yoxsa göydən zənbillə enmişlərdənsiz?

– Rəşad Sadıqov, Samir Abasov və Ayxan Abbasov klubda nəsə ediblər? Bir daha qeyd edirəm, yığmanın imicin qorumaq üçün təcrübəli baş məşqçi olmalıdır. İndi rəhbərlik kimi məsləhət bilər, o da olar.

Rəhbərlik biləcəksə, bəs, cavanları niyə qaralayırsan? Rəşad Sadıqov sənin karyeran boyu arzu etdiyini bir mövsümdəcə əldə edib; Samir Abasov ehtiyat qüvvə kimi baxmayacağın uşaqlarla müasir futbol sərgiləyib; Ayxan Abbasov sənin karyeran boyu avrokubokda bircə dəfə mərhələ keçməyini debüt ilindəcə reallaşdırıb.

Davam edimmi? Ayıbdı, get və bir də danışma. Bu sözləri söyləməyə səni niyyətin, xislətin vadar edir. Özünü o qədər gözdən salmısan ki, artıq 1000 manat üçün sənə “malalayan”, “baş üstə deyən” gözüylə baxan AFFA rəhbərliyi də gülür. Təqaüdünü al, qocalığını yaşa, bacarıqlı və savadlı, işgüzar gənc nəslə çamur atma. Məsləhətinlə, nəsihətinlə nümunə olmamısan, niyyətinlə sipər olma.

CAVAD

Dünya futbolu2020-08-09 17:44

“Sileks”in baş məşqçisi: “Favorit “Qarabağ”dır”

Dünya futbolu2020-08-09 16:59

ÇL-də həftənin rəmzi komandası açıqlandı

Dünya futbolu2020-08-09 16:37

“Boka Xuniors” Karlos Teveslə bağlı qərar verdi

Ölkə futbolu2020-08-09 16:11

“Qarabağ”ı təəccübləndirməyə çalışacağıq”

Ölkə futbolu2020-08-09 15:47

“Qarabağ”ın 2,98 milyon avroluq rəqibi

Dünya futbolu2020-08-09 15:29

Avropa Liqasında yeni mövsümün ilk püşkü atıldı

Ölkə futbolu2020-08-09 15:00

Qurban Qurbanov: “Rəqib haqqında geniş məlumat toplamaq da çətindir”

Dünya futbolu2020-08-09 14:49

“Zirə”dən Moldova klubuna

Digər2020-08-09 14:27

87 yoluxma, 2 ölüm faktı – Azərbaycanda

Dünya futbolu2020-08-09 14:22

“Qarabağ”ın ÇL-də rəqibi bəlli oldu

Dünya futbolu2020-08-09 13:47

Avroliqada həftənin ən yaxşı futbolçusu məlum oldu

Dünya futbolu2020-08-09 12:12

Dadaşov qol vurdu, komandası darmadağınla qələbə qazandı

Dünya futbolu2020-08-09 12:00

“Trabzonspor” yeni transferləri ilə müqavilə imzaladı

Dünya futbolu2020-08-09 11:08

ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd

Ölkə futbolu2020-08-09 10:45

“Qəbələ” 100 min manatdan çox qazandı

Dünya futbolu2020-08-09 10:35

“Trabzonspor”da iki yeni futbolçu

Dünya futbolu2020-08-09 10:01

“Fənərbaxça”dan ayrıldı, “Başakşəhər”lə müqavilə imzaladı

Dünya futbolu2020-08-09 09:33

Super Liqa klubundan yeni transfer

Dünya futbolu2020-08-09 09:02

“Fənərbaxça” yeni hücumçu transfer etdi

Ölkə futbolu2020-08-09 08:40

“Keşlə”sayağı vida: zamanı deyildi

Dünya futbolu2020-08-09 01:21

“Qarabağ”ın rəqibi bu 4 klubdan biri olacaq

Dünya futbolu2020-08-09 01:08

Çempionlar Liqasında 1/4 final cütləri dəqiqləşdi

Dünya futbolu2020-08-09 01:00

“Barselona” və “Bavariya” da 1/4 finalda!

Dünya futbolu2020-08-09 00:03

Əsgərov üçün 90 dəqiqə və 3 xal

Dünya futbolu2020-08-08 23:44

Çempionlar Liqasında yeni mövsümə start verildi

Dünya futbolu2020-08-08 23:26

Kamran Əliyevli “Ximki”dən Premyer Liqada uğursuz debüt

Dünya futbolu2020-08-08 22:42

“Yuventus”da yeni baş məşqçi

Dünya futbolu2020-08-08 19:20

Benzema 4-cü oldu

Dünya futbolu2020-08-08 18:34

Super Liqa klubunda yeni baş məşqçi

Dünya futbolu2020-08-08 17:59

“Yuventus” Sarrini istefaya göndərdi

Dünya futbolu2020-08-08 17:31

PSJ-də növbəti ciddi itki

Digər2020-08-08 17:09

Azərbaycanda 105 nəfərdə koronavorus aşkarlandı, 5 nəfər öldü

Dünya futbolu2020-08-08 16:43

“Məğlubiyyətin bütün məsuliyyətini öz üzərimə götürürəm” – Varan

Dünya futbolu2020-08-08 16:00

De Liqt əməliyyat olunacaq

Dünya futbolu2020-08-08 15:12

Ronaldo “Yuventus”un tarixinə düşdü

Ölkə futbolu2020-08-08 14:34

“Keşlə” Tərlan Əhmədovla vidalaşdı

Dünya futbolu2020-08-08 14:09

“Çelsi”də Kante sevinci

Dünya futbolu2020-08-08 13:01

PSJ-nin baş məşqçisi məşqdə zədələndi

Ölkə futbolu2020-08-08 12:04

Xaqani Məmmədov “Qəbələ”nin əsas komandasında

Ölkə futbolu2020-08-08 11:44

Azərbaycanda transfer dövrlərinin tarixi müəyyənləşdi

Premyer-liqa2020-08-08 11:33

PFL yeni mövsümün başlama tarixini və püşkatma gününü açıqladı

Ölkə futbolu2020-08-08 11:17

Abbasov İran çempionatının bitməsini gözləyir: “Sumqayıt” Avropa Liqasına hücumçusuz gedir

Dünya futbolu2020-08-08 11:01

Ən yaxşı məşqçi adına 4 namizəd

Dünya futbolu2020-08-08 10:36

“Qalatasaray”da yeni müqavilə

Dünya futbolu2020-08-08 10:02

Mövsümün ən yaxşısı adına 7 namizəd

Dünya futbolu2020-08-08 09:31

“Torino”da yeni baş məşqçi

Dünya futbolu2020-08-08 09:03

UEFA avrokubok oyunlarının azarkeşlərlə keçirilməsini istəyir

Ölkə futbolu2020-08-08 01:08

“Qəbələ”də ayrılıq

Dünya futbolu2020-08-08 00:57

“Real” MS səddini keçə bilmədi, “Yuventus”a qələbə də yetmədi

Dünya futbolu2020-08-07 22:58

Superkubokun qalibi bəlli oldu

Ölkə futbolu2020-08-03 00:59

“Sabah”da yeni müdafiəçi – VİDEO

Milli komanda2020-07-30 18:34

De Byazi: “Birlikdə böyük uğurlara imza atacağıq” – VİDEO

Ölkə futbolu2020-07-27 18:00

Tallison: “Neftçi”də oynamaq fürsətim olduğu üçün çox xoşbəxtəm”

Ölkə futbolu2020-07-25 00:58

“Neftçi” daha bir braziliyalı transfer etdi – VİDEO

Ölkə futbolu2020-07-24 15:20

“Neftçi”nin yeni transferi: “Arzum Braziliya millisində oynamaqdır”

Ölkə futbolu2020-07-23 12:30

“Neftçi TV”də unudulmaz xatirələr: İqor Getman – VİDEO

Ölkə futbolu2020-07-21 00:42

“Neftçi TV” Azərbaycanda ilkə imza atdı – VİDEO

Ölkə futbolu2020-07-20 19:20

Cabir Əmirli: “Bu hissləri yaşamaq gözəldir” – VİDEO

Ölkə futbolu2020-07-19 00:01

Belçikalı futbolçu rəsmən “Neftçi”də – VİDEO

Ölkə futbolu2020-07-17 00:28

“Neftçi” nigeriyalı futbolçu transfer etdi – VİDEO

Digər2020-07-16 22:21

Cəbhədən xəbər: Düşmənin avtomobil texnikası məhv edilib – VİDEO

Digər2020-07-16 21:06

Cəbhədən xəbər: Bir şəhidimiz var

Milli komanda2020-07-14 15:00

Canni De Byazi: “Mən də Azərbaycan xalqının bir parçası olmaq istəyirəm” – VİDEO

Ölkə futbolu2020-06-26 21:59

Rəşad Sadıqov: 20 illik karyeranın səssiz sonu

Ölkə futbolu2020-06-23 16:21

“İnsanlar əsl Qurban Qurbanovu tanımırlar” – VİDEO

Premyer-liqa2020-06-22 19:03

“Qarabağ”ın çempionluq mərasimi – VİDEO

Ölkə futbolu2020-06-16 22:06

“Neftçi”nin avtobusu qəzaya düşdü, sürücüsü yumruq davasına çıxdı – VİDEO

Ölkə futbolu2020-06-14 13:02

“Sabah” “Zirə”ni belə məğlub etdi – VİDEO

Ölkə futbolu2020-06-13 23:19

“Neftçi”dən əzmkar qələbə – VİDEO

Dünya futbolu2020-06-12 16:00

Azarkeşlər klub prezidentinin evinə hücum çəkdilər – VİDEO

Ölkə futbolu2020-06-10 22:27

“Neftçi” – “Keşlə” matçında 4 qol – VİDEO

Ölkə futbolu2020-05-27 23:18

“Neftçi”dən Respublika Günü təbriki – VİDEO

Dünya futbolu2020-05-25 19:07

Novruzov oynadı, komandası məğlub oldu

Dünya futbolu2020-05-24 10:30

Nazarov bu hərəkətinə görə cəzalana bilər – VİDEO

Ölkə futbolu2020-05-23 16:40

“Neftçi” E Milli Liqada – VİDEO

Dünya futbolu2020-05-20 10:00

Ronaldo “Yuventus”la məşqlərə başladı – VİDEO

Dünya futbolu2020-05-16 17:00

Nazarov mövsümün bərpasını qolla qeyd etdi – VİDEO

Ölkə futbolu2020-05-05 15:00

“Qarabağ” ermənilərə qarşı döyüşən bir ordudu” – VİDEO

Dünya futbolu2020-05-05 09:00

Salomon Kalu bu görüntülərə görə heyətdən kənarlaşdırıldı – VİDEO

Ölkə futbolu2020-05-03 16:42

“Qarabağ”ın Ağdam səfəri – VİDEO

Dünya futbolu2020-05-03 11:00

Dadaşov İngiltərədə 66 ölkənin ulduz futbolçuları siyahısında – VİDEO

Ölkə futbolu2020-04-23 14:00

“Neftçi” də “Biz birlikdə güclüyük” dedi – VİDEO

Ölkə futbolu2020-04-16 20:30

“Səbail”in futbolçusu FİFA-nın aksiyasına qoşuldu – VİDEO

Ölkə futbolu2020-04-14 15:30

PFL-in klublarla maraqlı “dialoq”u – VİDEO

Milli komanda2020-04-07 12:30

Millimizin üzvlərindən “evdə qal” çağırışı – VİDEO

Ölkə futbolu2020-04-06 23:53

“Sumqayıt”ın virtual məşqi – VİDEO

Ölkə futbolu2020-04-06 23:50

“Neftçi TV” təqdim edir: “Qızıl oyun” xatirələrdə – VİDEO

Ölkə futbolu2020-04-05 18:00

“Keşlə”nin bu mövsüm vurduğu qollar – VİDEO

Premyer-liqa2020-04-05 09:00

“Sabah”ın ən yaxşı qolları – VİDEO

Ölkə futbolu2020-03-31 17:40

“Sabah” fonda ianə etdi, dəstək videosu yaydı – VİDEO

Ölkə futbolu2020-03-22 13:00

“Sabah” koronavirusla bağlı çağırış etdi – VİDEO

Ölkə futbolu2020-03-20 22:04

AFFA-nın baş katibinə aftafalı dəstək – VİDEO

Ölkə futbolu2020-03-20 15:50

Quliyevlə Adıgözəlov da… – VİDEO

Ölkə futbolu2020-03-20 12:00

“Qarabağ” Elxan Məmmədovun çağırışına cavab verdi – VİDEO

Ölkə futbolu2020-03-18 11:30

“Sabah”ın legionerlərinin “Novruz imtahan”ı – VİDEO

Digər2020-03-13 17:00

Bakı Tennis Akademiyasında bazar: 9 yaşlı idmançımız ölkəni tərk etdi – VİDEO

Ölkə futbolu2020-03-12 21:09

“Neftçi”dən təşəkkür – VİDEO

Ölkə futbolu2020-03-12 15:49

AFFA videotəmrinlər hazırladı – VİDEO

Ölkə futbolu2020-03-12 12:52

Nazim Süleymanov: “Bizim qarşımıza siz çıxmısız, bizdən nə istəyirsiz?” – VİDEO

Dünya futbolu2020-03-12 11:00

PSJ inamlı qələbə ilə 1/4 finalda – VİDEO

Arxiv

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?