Ölkə futbolu
“Səbail”in futbolçusu FİFA-nın aksiyasına qoşuldu – VİDEO

“Səbail”in futbolçusu Maykl Essyen FİFA-nın Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə başlatdığı “Fəal ol” aksiyasına qoşulub.
Futbolinfo.az xəbər verir ki, bu barədə ali futbol qurumunun “Facebook” səhifəsi məlumat yayıb.
FİFA-nın paylaşdığı videoda qanalı yarımmüdafiəçinin evdə fərdi məşq görüntüləri yer alıb. O, hər kəsi fəal olmağa səsləyib.
Qeyd edək ki, Maykl Essyen 2019-cu ilin martından “Səbail”də çıxış edir.