Connect with us

Müsahibə

“Həyat yoldaşım tərəfdən də 5-6 nəfər virusa yoluxub” – Mirzəbəyov

-də paylaşıldı

Futbolinfo.az sizi “Sabah”ın dağıstanlı futbolçusu Məhəmməd Mirzəbəyovun müsahibəsi ilə tanış edir:

– Karantin müddətini necə keçirirsiniz: Bütün günü evdə oturmaq bezdirici olmur?
– Hazırda Bakıdayam. Vaxtımı əsasən evdə ailəmlə keçirir, onlayn məşqlərə qoşuluram. Əlbəttə, evdə qalmaq çətindir. Amma nə etmək olar? Vəziyyət yaxşı deyil. Hamı ailəsini və özünü xəstəlikdən qorumaq üçün evdə oturmalıdır.

– Dağıstanda koronavirusla bağlı vəziyyət necədir?
– Çox ağır. Əvvəlcə özümüz də inanmırdıq. Amma dostlarım, yaxınlarım, tanışlarım təsdiqlədilər ki, virus həqiqətən də var.

– Necə oldu ki, orada virus bu qədər çox yayıldı?
– İlk növbədə, insanlar buna qeyri-ciddi yanaşdılar. Tibbi personal da hazırlıqlı deyildi. Dərman və digər tibbi ləvazimatlar çatışmırdı. Hətta Bakıdan dərman preparatları göndərildi. İnsanlar koronavirusun ciddiliyini dərk etmirdilər. Vəziyyətləri ağırlaşandan sonra həkimə müraciət etməyə başladılar. Bunu daha tez etsəydilər, həm yoluxma, həm də ölüm sayı daha az olardı.

– Yaxınlarda Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə sabiq vitse-prezidenti və qadın güləşi üzrə milli komandanın keçmiş baş məşqçisi, həmyerliniz Maqomed Əliömərov koronavirusdan dünyasını dəyişdi. Hazırda dağıstanlı döyüşçü Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun vəziyyəti eyni səbəbdən ağırdır. Bu şəxslərlə tanışlığınız varmı?
– Bəli, Əliömərovun ölümündən və Həbinin atasının komada olmasından xəbərim var. Amma onlarla heç bir tanışlığım olmayıb. Heç də xoş olan vəziyyət deyil. Vaxtında müalicə olunmadıqda bu cür hallarla üzləşirsən. Xəstəliyin üstünə ilkin mərhələdə düşmək lazımdır ki, inkişaf etməsin. Belədə nəyisə dəyişmək çətin olur. Ümid edirəm ki, insanlar bundan sonra məsələyə daha ciddi yanaşar və müvafiq qaydalara əməl edərlər. Mənim anam və atam da hazırda xəstədir. Soruşuram ki, adi qriplə bu xəstəliyin arasında fərq varmı? Cavab verirlər ki, bəli, insanın bədənində ağrılar daha çox olur. Evdə adi işləri görməyə belə halın olmur.

– Valideynləriniz də koronavirusa yoluxublar?
– Düşünürəm ki, bəli, onlar da koronavirusun simptomlarını daşıyırlar. Genişmiqyaslı yoluxma qeydə alınırsa, çoxlu sayda insan yoluxursa, deməli, onlarda bu xəstəlik var. Bu gün hansısa xəstəlik yayılırsa, bu, koronavirusdur. İnsanlar var ki, bunu ağır keçirirlər. Bəzilərində orta, bəzilərində isə daha yüngül formada olur. Valideynlərimdə hələlik xəstəlik orta səviyyədə davam edir. Sevindiricidir ki, vəziyyətləri normaldır. Ağırlşama yoxdur.

– Onlar hansı şəhərdə yaşayır?
– İzberbaşda.

– Koronavirusa yoluxan başqa yaxınlarınız da var?
– Sırf koronavirusun olub-olmadığını deyə bilmərəm. Amma faktdır ki, hazırda ata-anamla birlikdə 2 qardaşım və onların həyat yoldaşları da xəstədirlər. Bu, yalnız koronavirus ola bilər. Çünki adi qrip zamanı bir ailədən maksimum 2-3 nəfər yoluxur. Hazırda isə bizim ailədə 6 nəfər eyni xəstəlikdən əziyyət çəkir. Həyat yoldaşım tərəfdən də 5-6 nəfər eyni anda xəstələnib. Dağıstanda təkcə şəhərlərdə deyil, kənd və qəsəbələrdə də yoluxma halları kifayət qədərdir.

– Ailə üzvləriniz virusa yoluxduqlarını necə biliblər: Onlardan test götürülüb?
– Xeyr, test götürülməyib. Analiz vaxt itkisidir. Bu müddət ərzində xəstənin vəziyyəti ağırlaşa da bilər. Ən yaxşısı, simptomları hiss edən kimi müalicəyə başlamaqdır. Yenə təkrar edirəm, bunun 100 faiz koronavirus olduğunu və ya olmadığını deyə bilmərəm. Bunun üçün testdən keçmək lazımdır. Sadəcə, eyni zamanda bir ailədən 6-7 nəfərin xəstələnməsinə əsasən deyirəm ki, bu, koronavirusdur. Bundan başqa, simptomlar da eynidir: dad, qoxu hiss itir, bədəndə, başda güclü ağrılar olur.

– Qardaşlarınız Dağıstanda nə işlə məşğul olurlar?
– Qardaşlarım məndən böyükdür və taksi fəaliyyəti ilə məşğul olurlar. Onlardan birinin həyat yoldaşı isə xəstəxanada tibb bacısı işləyir.

– Onlar xəstəxanada, yoxsa evdə müalicə alırlar?
– Hamısı evdədir. Onlar özlərini narahat hiss etdikdə tibb işçisi olan həyat yoldaşıma zəng etdilər. Xanımım Dağıstanda koronavirus xəstələrinin müalicəsi ilə məşğul olan həkim rəfiqələri ilə əlaqə saxladı. Həmin həkimlər isə müalicə yazdılar. Həm müalicə, həm də Allahın köməyi ilə ailə üzvlərimin vəziyyəti yaxşılığa doğru gedir.

– Necə düşünürsünüz: Dağıstandakı vəziyyətin Azərbaycana da hər hansı mənfi təsiri ola bilər?
– Əvvəlcə onu deyim ki, Azərbaycanda karantin rejiminin tətbiq olunması böyük üstünlük oldu. Mən bu barədə Dağıstandakı yaxınlarıma məlumat verəndə onlar ümumiyyətlə bu barədə düşünmürdülər. Karantin rejiminin yeganə müsbət cəhəti o oldu ki, yoluxma sayı çox olmadı. Alimlər, mütəxəssislər deyirlər ki, virus istənilən əşyadan insana keçə bilər. Necə olacağını bilmirəm. Ümid edirəm ki, Dağıstandakı vəziyyətin Azərbaycana təsiri olmaz.

– Bir neçə gün öncə “Sabah” klubunun futbolçuları testdən keçdilər. Analizi harada götürdülər?
– Bəli, testdən keçdik və nəticələr mənfi oldu. Tibbi personal bazaya gəldi və sosial məsafə qaydalarına, umumi tələblərə uyğun olaraq bizdən analiz götürdülər.

– Koronavirus səbəbindən yarımçıq qalan Premyer Liqanın aqibəti çox müzakirə olunur. Siz bu barədə nə deyə bilərsiniz: Çempionatı başa vurmaq mümkün olacaq?
– Bu barədə heç bir fikrim yoxdur. Ona görə də nə isə deyə bilmərəm. (report)

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər2020-06-02 22:52

Koronavirusa yoluxan azərbaycanlı jurnalist sağaldı

Ölkə futbolu2020-06-02 22:40

“Qarabağ”dan müqaviləsi başa çatan oyunçularla bağlı açıqlama

Dünya futbolu2020-06-02 21:00

Fərid oynadı, “Viktoriya” 3 xalı 4 qolla qazandı

Dünya futbolu2020-06-02 18:52

Premyer Liqa azarkeşlərlə bərpa olunur

Digər2020-06-02 18:24

Azərbaycanda daha 273 nəfər koronavirusa yoluxdu, 3 nəfər öldü

Ölkə futbolu2020-06-02 17:40

BOS-un loqosu əmtəə nişanı kimi qeydiyyatdan keçdi

Ölkə futbolu2020-06-02 17:20

“Zirə”də 12 futbolçu ilə yeni müqavilə

AÇ-20202020-06-02 17:00

Uelsli azarkeşlər Bakıya səyahətin pulunu geri ala bilmirlər

Dünya futbolu2020-06-02 16:30

Qattuzonun ailəsində ağır itki

Dünya futbolu2020-06-02 16:00

“İnfantino futbolu nəhəng pul maşınına çevirmək istəyir” – Blatter

Dünya futbolu2020-06-02 15:30

Ukrayna klubunun 7 futbolçusunda koronavirus aşkarlandı

Dünya futbolu2020-06-02 15:00

Premyer Liqa klubundan baş məşqçi ilə yeni müqavilə

Dünya futbolu2020-06-02 14:41

“Real” ev oyunlarını 6 minlik stadionda keçirəcək

I Divizion2020-06-02 14:20

17 qollu oyun

Ölkə futbolu2020-06-02 14:00

Millimizin baş məşqçisi: “Elə qışqırırdı ki, ağzından tüpürcək çıxırdı”

Dünya futbolu2020-06-02 13:42

“Beşiktaş”dan 42 milyonluq müqavilə

Dünya futbolu2020-06-02 13:20

“Barselona”nın 5 futbolçusu koronavirusa yoluxub

Müsahibə2020-06-02 12:53

“Heç kim düşünməsin ki, ikinci yerlə barışmışıq”

Ölkə futbolu2020-06-02 12:41

“Zirə”nin ilk məşqindən FOTOLAR

Ölkə futbolu2020-06-02 11:53

“Neftçi”dən yetirməsi ilə yeni müqavilə – RƏSMİ

Ölkə futbolu2020-06-02 11:39

“Neftçi” Geryeyə əvəzləyici tapdı – Braziliyada

Dünya futbolu2020-06-02 11:15

Azərbaycanlı futbolçunun komandası elitayla vidalaşdı

Ölkə futbolu2020-06-02 10:51

AFFA-nın növbəti yalanı – “Turan Tovuz”un çempion olduğu gün üzə çıxdı

Digər2020-06-02 10:32

Messi qərarını verdi, azad agent olmadı

Dünya futbolu2020-06-02 10:19

“İnter”dən 50 milyon avroluq transfer

Ölkə futbolu2020-06-02 10:02

Elxan Məmmədov köhnə dostlarına üz tutdu: milli avqustda əcnəbiyə tapşırılacaq

Dünya futbolu2020-06-02 09:47

“Real” kollektiv məşqləri bərpa etdi, zədəliləri sıraya döndü

Dünya futbolu2020-06-02 09:33

A Seriyasının bərpa tarixi və yeni təqvimi açıqlandı – RƏSMİ

Dünya futbolu2020-06-02 09:12

“Liverpul”dan ABŞ-dakı irqçiliyə etiraz

Ölkə futbolu2020-06-02 09:00

Gündəmdəki “Neftçi”: layiq olanlarla qaçanların fərqi

Dünya futbolu2020-06-02 00:25

“Leyptsiq”dən inamlı qələbə

Ölkə futbolu2020-06-01 23:24

“Qəbələ”də öncə test, sonra məşq – FOTOLAR

Ölkə futbolu2020-06-01 23:14

“Sabah” da məşqlərə başladı

Ölkə futbolu2020-06-01 22:06

“Qəbələ” çempion elan olundu, avrokuboka vəsiqə qazandı

Ölkə futbolu2020-06-01 21:10

“Qəbələ”nin daha iki futbolçusu “Sabah”da

Müsahibə2020-06-01 20:59

“Arxayınlaşmağa haqqımız yoxdu” – Emin Mahmudov

Ölkə futbolu2020-06-01 20:13

“Qarabağ” məşqləri bərpa etdi

Ölkə futbolu2020-06-01 19:53

“Neftçi” məşqləri bərpa etdi

Ölkə futbolu2020-06-01 19:18

Birinci Divizionla Gənclər Liqasında mövsüm yarımçıq dayandırıldı

Digər2020-06-01 18:41

Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxdu, 5 nəfər öldü

Ölkə futbolu2020-06-01 18:35

Kapitan daha 3 il “Neftçi”də!

Dünya futbolu2020-06-01 18:30

Çempionşipin bərpa tarixi açıqlandı

Müsahibə2020-06-01 18:00

Krivotsyuk: “Meydanda canımı qoyub komandaya xeyir verməyə çalışıram”

Dünya futbolu2020-06-01 17:30

MLS-də futbolçular maaşlarının azaldılmasına razı oldu

Dünya futbolu2020-06-01 17:00

Aşağı diviziona düşən klub 18 futbolçu ilə vidalaşdı

Dünya futbolu2020-06-01 16:30

Koronavirusun transfer bazarına təsiri

Dünya futbolu2020-06-01 16:00

İtaliya klubu yeni loqosunu təqdim etdi

Dünya futbolu2020-06-01 15:30

“Mançester Yunayted”də yeni müqavilə

Ölkə futbolu2020-06-01 14:53

“Zirə” və “Sabah” əlavə xərcə düşməyəcək: hamı razılaşdı

Dünya futbolu2020-06-01 14:44

Braziliya klubunda 16 futbolçu koronavirusa yoluxdu

Ölkə futbolu2020-05-27 23:18

“Neftçi”dən Respublika Günü təbriki – VİDEO

Dünya futbolu2020-05-25 19:07

Novruzov oynadı, komandası məğlub oldu

Dünya futbolu2020-05-24 10:30

Nazarov bu hərəkətinə görə cəzalana bilər – VİDEO

Ölkə futbolu2020-05-23 16:40

“Neftçi” E Milli Liqada – VİDEO

Dünya futbolu2020-05-20 10:00

Ronaldo “Yuventus”la məşqlərə başladı – VİDEO

Dünya futbolu2020-05-16 17:00

Nazarov mövsümün bərpasını qolla qeyd etdi – VİDEO

Ölkə futbolu2020-05-05 15:00

“Qarabağ” ermənilərə qarşı döyüşən bir ordudu” – VİDEO

Dünya futbolu2020-05-05 09:00

Salomon Kalu bu görüntülərə görə heyətdən kənarlaşdırıldı – VİDEO

Ölkə futbolu2020-05-03 16:42

“Qarabağ”ın Ağdam səfəri – VİDEO

Dünya futbolu2020-05-03 11:00

Dadaşov İngiltərədə 66 ölkənin ulduz futbolçuları siyahısında – VİDEO

Ölkə futbolu2020-04-23 14:00

“Neftçi” də “Biz birlikdə güclüyük” dedi – VİDEO

Ölkə futbolu2020-04-16 20:30

“Səbail”in futbolçusu FİFA-nın aksiyasına qoşuldu – VİDEO

Ölkə futbolu2020-04-14 15:30

PFL-in klublarla maraqlı “dialoq”u – VİDEO

Milli komanda2020-04-07 12:30

Millimizin üzvlərindən “evdə qal” çağırışı – VİDEO

Ölkə futbolu2020-04-06 23:53

“Sumqayıt”ın virtual məşqi – VİDEO

Ölkə futbolu2020-04-06 23:50

“Neftçi TV” təqdim edir: “Qızıl oyun” xatirələrdə – VİDEO

Ölkə futbolu2020-04-05 18:00

“Keşlə”nin bu mövsüm vurduğu qollar – VİDEO

Premyer-liqa2020-04-05 09:00

“Sabah”ın ən yaxşı qolları – VİDEO

Ölkə futbolu2020-03-31 17:40

“Sabah” fonda ianə etdi, dəstək videosu yaydı – VİDEO

Ölkə futbolu2020-03-22 13:00

“Sabah” koronavirusla bağlı çağırış etdi – VİDEO

Ölkə futbolu2020-03-20 22:04

AFFA-nın baş katibinə aftafalı dəstək – VİDEO

Ölkə futbolu2020-03-20 15:50

Quliyevlə Adıgözəlov da… – VİDEO

Ölkə futbolu2020-03-20 12:00

“Qarabağ” Elxan Məmmədovun çağırışına cavab verdi – VİDEO

Ölkə futbolu2020-03-18 11:30

“Sabah”ın legionerlərinin “Novruz imtahan”ı – VİDEO

Digər2020-03-13 17:00

Bakı Tennis Akademiyasında bazar: 9 yaşlı idmançımız ölkəni tərk etdi – VİDEO

Ölkə futbolu2020-03-12 21:09

“Neftçi”dən təşəkkür – VİDEO

Ölkə futbolu2020-03-12 15:49

AFFA videotəmrinlər hazırladı – VİDEO

Ölkə futbolu2020-03-12 12:52

Nazim Süleymanov: “Bizim qarşımıza siz çıxmısız, bizdən nə istəyirsiz?” – VİDEO

Dünya futbolu2020-03-12 11:00

PSJ inamlı qələbə ilə 1/4 finalda – VİDEO

Dünya futbolu2020-03-12 10:40

“Atletiko” “Liverpul”u belə şoka saldı – VİDEO

Ölkə futbolu2020-03-11 12:20

“Neftçi” azarkeşi İstanbula bilet qazandı – VİDEO

Dünya futbolu2020-03-11 12:00

“Leyptsiq” “Tottenhem”i ÇL-dən kənarlaşdırdı – VİDEO

Dünya futbolu2020-03-11 11:41

“Valensiya” – “Atalanta” matçında 7 qol – VİDEO

Ölkə futbolu2020-03-10 19:01

Balayev də Sadıqovun baş məşqçi olmasını istəyir – VİDEO

Ölkə futbolu2020-03-10 15:23

Ramil Şeydayev: “Sən Rəşad Sadıqovsan” dedilər” – VİDEO

Premyer-liqa2020-03-08 21:05

“Qarabağ”dan inamlı qələbə – VİDEO

Premyer-liqa2020-03-08 18:58

“Səbail” – “Zirə” matçında 4 qol – VİDEO

Dünya futbolu2020-03-08 11:40

Dadaşov ABŞ çempionatına het-triklə başladı

Premyer-liqa2020-03-07 18:23

“Qəbələ”dən “Sumqayıt”a 5 cavabsız qol – VİDEO

AÇ-20202020-03-07 17:15

Maqaye Qeyedən AÇ-2020-yə çağırış – VİDEO

Dünya futbolu2020-03-05 13:42

“Tottenhem”in futbolçusu azarkeşlə dalaşdı – VİDEO

Premyer-liqa2020-03-01 19:58

“Neftçi” qələbəni belə əldən verdi – VİDEO

Ölkə futbolu2020-02-29 21:01

“Qarabağ”ı kəskin narazı salan VİDEO

Premyer-liqa2020-02-29 19:30

“Sumqayıt” – “Keşlə” matçında 4 qol – VİDEO

Milli komanda2020-02-28 17:23

Bu Sezar, o Sezar deyil və ya AFFA-nın 25 illik mənasız milliləşdirmə siyasəti – VİDEO

Ölkə futbolu2020-02-27 20:33

“Neftçi”nin akademiya gündəliyi – VİDEO

Dünya futbolu2020-02-27 13:14

“Yuventus” Fransadan məğlub qayıtdı – VİDEO

Dünya futbolu2020-02-27 12:53

“Mançester Siti” “Real”a belə qalib gəldi – VİDEO

Dünya futbolu2020-02-26 13:29

“Napoli”dən “Barselona” ilə heç-heçə – VİDEO

Dünya futbolu2020-02-26 12:43

“Bavariya” “Çelsi”ni belə məğlub etdi – VİDEO

Arxiv

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?