Connect with us

Ölkə futbolu

Hafiz Məmmədov yoxdusa…

-də paylaşıldı

“Bakı”nın stadion-bazası sökülür…

Vaxtilə bolşeviklər çarı devirəndən sonra tarixi binaları, məscidləri, kilsələri söküb-dağıdırdılar. Uçurdurdular ki, yeni həyat quracaqlar. İndi Hafiz Məmmədov futbolda yoxdusa, futbol üçün tikib-qurduğunu söküb-dağıtmaq lazımdır?!

“Bakı”nın stadion-bazasına 10 milyon dollarla vəsait xərclənib. Paytaxtın o hissəsində yeganə futbol bazasıdır, 300-500 min əhalini əhatə edir(di). Neçə-neçə təbii, süni ot örtüklü meydançalar, akademiya, istənilən şərait yaradılmışdı…

Fitnes zallarına, tibbi avadanlıqlara külli miqdarda pullar xərclənmişdi. İndi federasiya bölgələrdə 1-2 akademiya inşa etdirir, futbolun inkişafından danışılır. “Bakı” bazasına sərf edilən maliyyə ilə onlarla belə futbol məktəbi ərsəyə gətirmək olar…

Bu gün kiminsə imkanları məhduddursa, o stadion- baza niyə sökülsün ki? Pul yoxdur? Vəsait yoxdursa, çıxış yolları var… UEFA belə məsələlərə hər zaman həssas yanaşır.

Stadion-bazanın aqibəti ilə beynəlxalq qurumlar əsaslı məlumatlandırılsaydı, heç şübhəsiz vəziyyət müsbətə doğru həll edilə bilərdi. UEFA müxtəlif layihələr çərçivəsində ölkələrə milyonlarla avro yardım edir. Elə karantinə görə federasiyalara nə qədər köməklik göstərdi…

Vaxtilə “Şəfa” stadionu da futbol qurumunun köməyi ilə inşa edilmişdi. UEFA “Bakı”nın stadion-bazası üçün 10 milyonlarla uzunmüddətli kredit də ayıra bilərdi. Yetər ki, istək olaydı. Futbol naminə qurğu alınar, xalqa, Azərbaycan futboluna uzun illər xidmət edərdi…

“Bakı” stadion-bazasında ən azı 300-500 insan çalışır, evinə, ailəsinə çörək aparırdı. Bir zavod, fabrik demək idi. Bu, tək futbol yox, həm də iqtisadiyyat, əhalinin məşğulluq məsələsi idi…

Ölkə başçısı hansı stadionların açılışında olub, şəxsən iştirak edib, bu gün böyük futbolsuz qalıb. Lənkəran, Yevlax, İmişli… İndi də “Bakı”nın bazası sökülür. İnqilabçıların dili ilə desək, sabotajdır. Olmur belə, olmamalıdır…

Müasir stadionlar ona görə tikilməyib ki, boş qalsın, 5-10 ildən sonra sökülsün, viranə qoyulsun.Tək futbol adına deyil, ölkə, dövlət, dövlətçilik, millətin sağlam genefondu adına bir cinayətdir.

Stadionlar yüz minlərlə uşağın sabaha ümid çırağıdır. O çırağı söndürmək gələcək nəsillərin ümidlərinin qırılması deməkdir. Damarlarda axan qan yaşıl meydanlarda, döyüş meydanlarında özünü göstərməlidir, tək qanvermə aksiyalarında yox!

TAHİR SÜLEYMANOV

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Ölkə futbolu2021-01-22 16:12

“Kəpəz” 3 yeni futbolçu aldı

Premyer-liqa2021-01-22 16:06

“Keşlə” “Sumqayıt”a uduzur – YENİLƏNİR

Dünya futbolu2021-01-22 15:54

“Barselona”nın Messi ilə bağlı şikayəti rədd edildi

Dünya futbolu2021-01-22 15:30

“Napoli”nin futbolçusu Fransa klubunda

Premyer-liqa2021-01-22 15:11

“Zirə”nin 100-cü qolu

Premyer-liqa2021-01-22 14:52

“Zəfər dəhlizindən keçəndə gözlərim yaşardı” – Kamal Umudlu

Digər2021-01-22 14:34

Füzulinin Qarğabazar kəndi – VİDEO

Müsahibə2021-01-22 14:15

“Yunis Hüseynov demişdi ki, ona şans verməyəcəm”

Ölkə futbolu2021-01-22 13:56

Azərbaycanlı hakim-inspektor Ermənistan millisinin oyununa təyinat aldı

Dünya futbolu2021-01-22 13:39

“Real”ın oyununun vaxtı yenə dəyişdi

Ölkə futbolu2021-01-22 13:14

Hacıyevin fəryadı

Dünya futbolu2021-01-22 13:08

“Mançester Siti”nin futbolçusu bir ay oynamayacaq

Ölkə futbolu2021-01-22 12:45

“Qarabağ”ın zədəli futbolçusunun durumuna aydınlıq gəldi

Müsahibə2021-01-22 12:34

Gerye qayıtdı: “Klub Nyu-Yorkda çətin vəziyyətə düşdüyümü bilir”

Dünya futbolu2021-01-22 12:20

“Milan”ın koronavirusa yoluxanları sağaldı

Milli komanda2021-01-22 12:00

Millimizin oyunu azarkeşlər və KİV üçün qapalı olacaq

Dünya futbolu2021-01-22 11:44

“Liverpul”un son 5 ildəki ən bərbad nəticəsi

Dünya futbolu2021-01-22 11:30

Türkiyə klubunun legioneri 6 həftə oynamayacaq

Dünya futbolu2021-01-22 11:16

Super Liqa klubu 4 transferi birdən açıqladı

Dünya futbolu2021-01-22 11:00

“Yuventus” yeni hücumçu aldı

Premyer-liqa2021-01-21 23:18

“Zirə”dən “Qəbələ” üzərində inamlı qələbə – VİDEO

Premyer-liqa2021-01-21 19:27

Rəşad Sadıqov: “Qəbələ” öz oyununu sərgiləyir, futbolu eybəcərləşdirmir” – VİDEO

Ölkə futbolu2021-01-17 13:36

“Neftçi” PFK-nın bədən testi – VİDEO

Ölkə futbolu2021-01-14 23:54

“Sabah”a qələbə üçün bir qol bəs etdi – VİDEO

Ölkə futbolu2021-01-14 22:47

“Neftçi” – “Keşlə” oyununda 7 qol – VİDEO

Ölkə futbolu2021-01-14 20:17

Samir Abasov: “Bu gün sevindirici məqamlar daha çox idi” – VİDEO

Ölkə futbolu2021-01-14 13:45

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-01-13 15:46

Hazırlığın 10-cu günü “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-01-12 17:01

“Neftçi”nin legioneri toplanışı dəyərləndirdi – VİDEO

Ölkə futbolu2021-01-11 01:25

“Sumqayıt” – “Zirə” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-01-10 19:40

“Neftçi” “Kəpəz”i məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-01-10 19:34

Samir Abasov: “Həm razı, həm də narazı salan məqamlar oldu”

Ölkə futbolu2021-01-10 13:18

“Neftçi”də “Sağlamlıq durumu” açıqlandı – VİDEO

Ölkə futbolu2021-01-09 18:47

“Çempion olmaq istəyirik” – VİDEO

Ölkə futbolu2021-01-07 22:29

“Günün 20 saatını hücumçu məsələsinə həsr edirik” – VİDEO

Ölkə futbolu2021-01-07 20:37

“Keçmişə baxmıram, yalnız gələcək haqda düşünürəm” – VİDEO

Ölkə futbolu2021-01-07 17:21

Aqil Məmmədovla “Piramida” – VİDEO

Ölkə futbolu2021-01-07 16:22

“Futbolçuların gəlməsi ilə bağlı heç bir problem yoxdur” – VİDEO

Ölkə futbolu2021-01-07 12:00

“Ailəmin yanında olmağım çox yaxşı oldu” – VİDEO

Ölkə futbolu2021-01-05 20:27

Aqil Məmmədov: “Çalışırıq ki, növbəti oyunlara tam hazır olaq”

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?