Dünya futbolu
Paşayev oynadı, komandası 4 qola sevindi

Ukraynanın “Aleksandriya” klubu iki aylıq fasilədən sonra ilk dəfə oyun keçirib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Pavel Paşayevin formasını geyindiyi sözügedən klub “Vorskla” ilə qarşılaşıb.
Altı qolun qeydə alındığı matçda “Aleksandriya” qələbə qazanan tərəf olub – 4:2. Paşayev də bu görüşün iştirakçısı olub.
Qeyd edək ki, Ukrayna Premyer Liqası koronavirus pandemiyasına görə martdan etibarən dayandırılıb. Mayın 30-dan isə çempionatın yenidən bərpa olunacağı açıqlanıb.
- Ölkə futbolu16 saat əvvəl
Aftandil Hacıyevdən Kamran Ağayev açıqlaması
- Milli komanda14 saat əvvəl
Operativ Qərargah AFFA-nın müraciətinə müsbət cavab verdi
- Ölkə futbolu12 saat əvvəl
“Sumqayıt” – “Qəbələ” matçında heç-heçə – VİDEO
- Müsahibə11 saat əvvəl
“Ən yaxşı hədiyyə insanların göstərdiyi diqqətdir” – Şakir Qəribov