Dünya futbolu
Oğurluq edib, qumar oynayan milli üzvü klubdan qovuldu

Norveçin “Molde” klubu futbolçusu Veqard Forrenlə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Buna Forrenin klubun kassasından pul oğurlaması və qumar oynaması səbəb olub. O, “Molde”nin kassasından təxminən 9255 avro pul oğurlayıb.
Müdafiəçi, 15 ildir ki, qumar asılılığından əziyyət çəkdiyini etiraf edib.
Forren 2017-ci ildən “Molde”də çıxış edirdi. O, Norveç milli komandasında da 33 oyun keçirib.
- Ölkə futbolu21 saat əvvəl
Gerye 20 min dollar cərimələndi
- Müsahibə5 saat əvvəl
Höccətli seçim: “Qarabağ” və “Neftçi”
- Ölkə futbolu22 saat əvvəl
“Şimali Makedoniyaya yaxşı nəticə üçün yollanacağıq” – “Qəbələ”nin baş məşqçisi
- Dünya futbolu21 saat əvvəl
“Qalatasaray”ın hücumçusu Premyer Liqa klubu ilə anlaşdı