Connect with us

Müsahibə

Tərlan Əhmədov millidən gələn təklifi geri çevirməyəcək: “Bəlkə heç “Keşlə”ni avrokuboka mən aparmadım”

-də paylaşıldı

Azərbaycan futbolu dərin yuxudadı. Koronavirus pandemiyası bütün sahələr kimi futbol təsərrüfatını da iflic vəziyyətə salıb. Çempionat dayanıb, klubların fəaliyyəti “donub”, sabahla bağlı heç nəyi proqnozlaşdırmaq olmur.

…Vəziyyət Operativ Qərargahın dünənki qərarlarına kimi belə idi. İndi futbolda mənzərə bir qədər dəyişəcək, ən azı komandalar məşqə başlaya biləcək. Tezliklə Premyer Liqanın bərpa tarixi müəyyənləşəcək və proseslərin sonrakı inkişafını izləməklə məşğul olacağıq.

Tərlan Əhmədovla söhbət edərkən hələ idman yarışlarının qoyulan qadağalar yumşaldılmamışdı – bu, bir neçə saat sonra reallaşacaqdı. Ona görə də “Keşlə”nin baş məşqçisiylə müsahibədə bədbin notlar daha çox hiss edilə bilər. Baxmayaraq ki, Tərlan bəy qərardan asılı olmayaraq, fikrində qəti olduğunu bildirir.

– Karantin günləri necə keçir?
– Həm yaxşı, həm də pis. İstirahət etmədiyimiz günlərin əvəzini çıxdıq. Amma bir az çox oldu, işsiz qalmaq yaxşı deyil.

– Bu günlər ərzində nə etdiz?
– Evdə oturdum, sırf öz sahəmə aid kitablar oxudum. Vaxtımın böyük hissəsi cari mövsümdə keçirdiyimiz oyunları yenidən izləyib, analiz etməyə getdi.

– Analizlər nəyi üzə çıxardı?
– Qeyri-sabit çıxışımız narahat edirdi, bunun səbəblərini tapmağa çalışdım. Qışdan sonrakı nəticələrimiz məni qane etmirdi. Biz müəyyən mərhələdə pikə çatmalıydıq, buna nail olmadıq. Növbəti dəfə oyunları analiz etməklə qənaətlərimi daha da dəqiqləşdirdim. Yayda yığılan heyət hələ tam formalaşmayıb, komandanın komplektləşməsi bitməyib. Yeni oyunçuların heyətə tam uyğunlaşmaması da qeyri-sabitliyin səbəbidi. Qışaqədərki çıxışımız daha qənaətbəxş olub.

– Sanki hansısa oyunçulardan asılılıq da sizə problem yaradırdı. Aparıcı oyuçulardan 1-2-si matçı buraxan kimi bu, özünü nəticədə göstərirdi. Bəlkə əsas heyətə layiq olan futbolçuların azlığı, seçimdəki məhdudiyyət sabit çıxışa mane olurdu?
– Birdən-birə komanda qurmaq olmur. İş prosesində boşluqları görürsən. Məsələn, Sezar Meza Kolli zədələnirdi və heyətə qayıdana kimi onun yerini doldurmaq üçün əziyyət çəkirdik. Və ya Con Kamara. Bizim əsas problemimiz qışda Ruslan Qurbanovun zədələnməsi ilə başladı. O, yayda bizə gələndə də formada deyildi, “Səbail”də qeyri-sabit çıxış etmişdi. “Keşlə”də formaya düşdü, komandanın liderlərindən birinə çevrildi, lakin qəfil ağır zədəylə xeyli müddət oynamadı. Rotasiyaya əl atanda isə istər-istəməz problemlər yaranır. Ruslanı Sezarın yerində oynada bilirdim, lakin ikisi də sıradan çıxanda çətin olurdu.

– Qışda aldığınız legionerlər də uyğunlaşmaq problemi yaşayır?
– Komandaya zamanla uyğunlaşdılar və hələ bu proses bitməyib. Limit üzündən Şahrux Qadoyevin xidmətindən tam istifadə edə bilmədik. Aleksandr Kristavao da onun kimi. Lazımlı futbolçulardı və bizə kömək edəcəklər. Digər əcnəbi oyunçularımız zədə və ya cəza səbəbindən kənarda qalan kimi bu oyunçular şans qazanır və heyətə uyğunlaşırlar.

– Tito komandanın bombardiri olsa da, vacib qollar vursa da, sanki hələ də hücumçu axtarırsız…
– Bir hücumçuyla oynamaq olmur. Daim alternativ olmalıdı və Kristavao bu mənada rəqabət yaratdı. Tito qışda aldığı zədə üzündən formadan uzaq düşmüşdü, zamanla hər ikisi şans qazandı və qazanacaq.

– Komandanı hələ tam formalaşdırmadığınızı deyirsiz. Belə çıxır ki, yeni mövsüm üçün bu heyətin özəyi qalacaq və əlavələr olacaq.
– Heyətdə ciddi dəyişiklik olmayacaq. 2-3 nəfərin getməsi və yenilərin gəlməsi mümkündü. Daha keyfiyyətli futbolçular gətirmək istəyirik ki, gedənlərdən üstün olsunlar, komandanı gücləndirsinlər. Yenilərin əcnəbi, yoxsa yerli olması hələ dəqiq deyil. Əvvəlcə indi sərəncamımızda olanlarla yeni anlşmalar əldə edilməlidi, daha sonra limiti də nəzərə alaraq maraqlandığımız futbolçularla bağlı qərar verəcəyik.

– Sezarın milliləşdirilməsi məsələsi də müzakirə olunur. Limitlə bağlı qayğınıza bu amil kömək edə bilər.
– Meza Kolli hələ bizim oyunçu deyil, Rumıniya klubundan icarəyə götürmüşük. Bundan başqa, onu yerli klublardan bir neçəsi istəyir, saxlamaq asan olmayacaq. Milliləşsə və bizdə qalsa, xeyri dəyəcək. Bu dəqiqə onun hansı statusda oynamasından daha çox məhz heyətdə qalmasını arzulayıram.

– Başqa bir milliləşən oyunçu Riçard Almeyda BƏƏ klubu ilə vidalaşmaq üzrədi. Bəlkə onu gətirəsiz…
– Bizim bu transferə maddi cəhətdən gücümüz çatmaz (gülür).

– Bəzi yerli futbolçularınızın digər klublardan təklif aldığını eşitmişik. Hətta Vüsal İsgəndərlinin getmək qərarı verdiyini deyirlər.
– Bizim də başqa klublardan gətirmək istədiyimiz futbolçular var. Gedişata baxacağıq. Tələblərdən, müqavilə məbləğlərindən çox şey asılıdı. Bizimlə yeni müqavilə barədə danışmaq istəyən, getmək istəyən, eyni zamanda “Keşlə”yə gəlmək istəyən futbolçular var. Bütün bunlara yeni mövsümöncəsi qərar veriləcək. Hələ cari mövsümün taleyi bilinməlidi.

– Hazırkı çempionatın bərpa olunmasının əleyhidarlarından biri idiz. Səbələriniz nədir?
– Əvvəla, komandaların məşqçilərinin çoxu mənimlə həmfikir idi, açıqlamalarında da bunu hiss etdirmişdilər. Səbəblərə gəlincə, ön planda insanların sağlamlığı, təhlükəsizliyi durmalıdı. Ölkə rəhbərliyi də bunu əsas bilir, bir sıra qabaqlayıcı tədbirlər həyata keçirib. Ölüm halları həddən artıq çoxdu, yoluxma sayı hər gün artır, rekord həddə çatır. Bu məsələdə dövlət rəhbərliyinə dəstək olmalıyıq. Futbolçularım bu ölkənin insanlarıdı, sabah onlardan kimsə yoluxsa və virusu ailəsinə daşısa, buna görə kim məsuliyyət daşıyacaq? Hər klubda 40-50 nəfər çalışır və onların 5-6 ailə üzvü, dost-tanışı var. Yoluxma baş versə, miqyası özünüz düşünün. Şəxsən mən 74 yaşlı anama görə narahatam.
İkinci məsələ futbolçuların zədələnmə ehtimalıyla bağlıdı. 3 aylıq fasilədən sonra tam hazırlıq keçmədən futbol oynamaq zədə epidemiyasına səbəb olacaq. “Keşlə” süni meydanda məşq edir, bizdə risk daha çoxdu. Almaniya çempionatında hər tur onlarla futbolçu zədələnir. Minimum 4-5 həftəlik hazırlıq dövrü lazımdı ki, fəsadlardan qaçaq. Yayın yandırıcı istisində futbol oynamaq özü də əlavə riskdi, ciddi problemlər yaranacaq.
Və nəhayət, müqavilə məsələləri ilə bağlı qeyri-müəyyənlik var. Müqaviləsi bitən oyunçuların matçlara necə motivasiya olunacağı mənə maraqlıdı. Komandadan ayrılmağa qərar verənlər zədədən qaçmaq üçün özünü qoruyacaq, ehtiyatlı olacaq və bu, nəticələrdə əksini tapacaq. Bütün bunları nəzərə alaraq, hazırkı çempionatın ləğvinin tərəfdarı olmuşam ki, yeni mövsüm üçün daha rahat plan qura bilək.

– Tərlan Əhmədov komandası avrokuboka vəsiqə verməyən 5-ci pillədə olsaydı, yenə eyni cür düşünərdi?
– Mütləq. Avrokubokdan daha vacib məqamlar var. Həm də heç bəlkə komanda Avropa Liqasına gedəndə mən olmayacam. Mənim də mayın 31-də müqaviləm bitir. Heç bəlkə rəhbərlik mənimlə yola davam etmək istəmədi? “Neftçi”ylə də qitə yarışlarına vəsiqə qazandım, işimə davam etmədim, dünya dağılmadı ki… Mənim üçün ən vacibi insanların sağlamlığıdı. İnanın, çempionat başlayandan sonra da eyni problem yarana, 2-3 turdan sonra vəziyyət yenə də ciddiləşə, növbəti dəfə təxirəsalma reallaşa bilər.

– Sanki bir az pessimistsiz. “Keşlə” sonuncu pilləni tutandan sonra rəhbərlik sizə yenidən etimad göstərdisə, çempionatın medalçısı olduqdan sonra Tərlan Əhmədovla yola davam etməmək real deyil.
– Bu, rəhbərliyin işidi. Mən öz müqavilə müddətimi sualınıza cavab olaraq xatırlatdım, indi heç o barədə düşünmürəm, daha vacib işlər var.

– Əksər legionerləriniz Bakıdadı. Yəqin onlarla müntəzəm əlaqə saxlayırsız. Darıxırlarmı?
– Yalnız Stanislav Namaşko vətəni Moldovadadı. Şahrux Qadoyev və Miyusko Boyoviç Bakıda ailəsi ilə birlikdədi. Qalan legionerlərimiz isə darıxır. Onlayn məşqlər problemin həlli deyil. Hələ sabah bəzi oyunçuların karantin dövründə yaranmış psixoloji problemləri də ortaya çıxacaq.

– Çempionatın başlaması haqda qərar sizi başqa problemlə də üz-üzə qoyacaq. Belə ki, əsas qapıçınız Namaşko hansısa yolla qayıtmalı, bir müddət karantində qalmalı və hazırlığa gec qoşulmalıdı. Rəşad Əzizli onun yerini doldura biləcək?
– Bizim üçün ciddi problemdi. Amma Rəşad kubok matçlarında oynayıb və ona inamımız böyükdü. Bəlkə də Əzizlinin oynaması risk olacaq, lakin onun mümkün şansdan yaxşı yararlanacağına əminəm. Məsələnin yaxşı tərəfini düşünməyə çalışıram. Problem ondadı ki, o zədə alsa, çətin vəziyyətdə qalacağıq. Bu səbəbdən Namaşkonu təcili şəkildə Azərbaycana gətirməyə çalışmalıyıq.

– Ən yaxın izləyicinizlə 7 xallıq fərq var. 3-cü yeri qoruyacağınızla bağlı arxayınlıq yoxdu?
– Hətta 3 tur qalanda belə arxayınlaşmaq olmaz. Bu fasilənin kimə necə təsir edəcəyini zaman göstərəcək. Sona qədər mübarizə aparmalıyıq.

– “Keşlə”nin indiki heyəti avrokubokda yaxşı çıxış etmək üçün yetərlidi?
– İstədiyimiz daha 2-3 futbolçunu alsaq, hə.

– “Yaxşı çıxış” deyəndə nəyi nəzərdə tutursuz – qrupa düşməyi?
– Qrupdan danışmaq tezdi. Belə vəd verməyim. Hələ nəyin necə olacağı bilinmir. Bir də ki, o səviyyəli komandanın formalaşması üçün minimum 3 il lazımdı. Mən ilyarımdı “Keşlə”dəyəm, istədiyim komandanı formalaşdırmağa isə bir ildi başlamışam.

– Pandemiyanın yaratdığı maliyyə problemləri AFFA-nın seçiminə də təsir etdi. Deyilənlərə inansaq, artıq millinin baş məşqçi postuna yenidən əcnəbi gətirilməsi məsələsi gündəmdə deyil. Yerli namizədlər arasında isə sizin də adınız var. Təklif olsa, cavabınız nə olacaq?
– Dəvət olsa, niyə də qəbul etməyim? İşləməyə canla-başla hazıram. Millidə işləmək şərəfdi. Futbolçuların hamısını tanıyırıq, potensialını bilirik, işləmək olar.

– “Keşlə” ilə müqaviləniz bitdiyindən indi daha rahat danışırsız, daha klubun əngəl törətmək ehtimalı yoxdu.
– Təklif olsa, yenə klub rəhbərliyi ilə məsləhətləşəcəm. “Neftçi”dən sonra 6 ay işsiz qaldım, “Keşlə” mənə şans verdi. Klub rəhbəri Zaur Axundovun yaxşılığını itirə bilmərəm. Uğursuz bitən ötən mövsümdən sonra o, mənə yenə etimad göstərdi. Bunları yaddan çıxarmamalıyam və millidən təklif gəlsə,öncə onunla danışmalıyam. Lakin yığmadan dəvəti geri çevirmək fikrim yoxdu.

FƏRİD

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Dünya futbolu2020-07-13 02:00

“Sevilya”dan inamlı qələbə

Dünya futbolu2020-07-13 01:49

“Milan” Neapoldan 1 xalla döndü

Dünya futbolu2020-07-13 00:26

“Qalatasaray” səfərdə, “Fənərbaxça” evdə uduzdu

Dünya futbolu2020-07-13 00:04

“Arsenal”la “Lester” səfərdən xalsız döndü

Dünya futbolu2020-07-12 21:54

Nağıyev üçün 90 dəqiqə və 3 xal

Dünya futbolu2020-07-12 20:07

Əliyevin komandası “Lokomotiv” üzərində qələbəni əldən verdi

Ölkə futbolu2020-07-12 20:01

Peyman da “Sumqayıt”la vidalaşdı

Ölkə futbolu2020-07-12 19:26

Son 5 ildə 4-cü dəfə çempion oldular

Digər2020-07-12 18:42

Daha 520 nəfərdə koronavirus aşkarlandı, 8 nəfər vəfat etdi

Ölkə futbolu2020-07-12 17:26

“Sabah”da yeni təyinatlar – RƏSMİ

Dünya futbolu2020-07-12 16:00

Ronaldinyonun apelyasiya şikayəti təmin edilmədi

Dünya futbolu2020-07-12 15:17

Millinin sabiq üzvü karyerasını başa vurdu

Dünya futbolu2020-07-12 14:00

Braziliyalı futbolçu vəfat etdi – 16 yaşında

Dünya futbolu2020-07-12 13:00

“Barselona”da ciddi itki

Dünya futbolu2020-07-12 12:00

İtaliya klubunun üzvündə koronavirus aşkarlandı

Milli komanda2020-07-12 11:22

Belluççi millimizdə çalışacağını təsdiqlədi: “Bizim üçün bir fürsətdir”

Dünya futbolu2020-07-12 10:00

Messidən yeni rekord

Dünya futbolu2020-07-12 09:00

PSJ-də yeni müqavilə

Dünya futbolu2020-07-12 01:59

“Atletiko” və “Barselona”ya bir qol bəs etdi

Dünya futbolu2020-07-12 01:41

“Latsio” uduzdu, “Yuventus” “Atalanta” ilə heç-heçəyə razılaşdı

Dünya futbolu2020-07-12 00:53

“Çelsi” uduzdu, “Liverpul” xal itirdi, MS darmadağına sevindi

Dünya futbolu2020-07-12 00:00

Səfərdə 3 xalı 3 qolla qazandılar

Dünya futbolu2020-07-11 23:34

Kurtua “Real”ın rekordunu yenilədi

Dünya futbolu2020-07-11 22:53

“Traktor” səfərdən 1 xalla döndü

Dünya futbolu2020-07-11 22:19

Novruzovun komandasından növbəti qələbə

Dünya futbolu2020-07-11 21:30

Nəbiyevli “Viktoriya”dan növbəti məğlubiyyət

Ölkə futbolu2020-07-11 21:00

“Neftçi”dən başsağlığı

Dünya futbolu2020-07-11 20:15

İsveçrə klubu karantinə alındı

Dünya futbolu2020-07-11 19:30

Ehtiyatda qalan Qaret Beyl tribunada yatdı

Digər2020-07-11 19:00

“Neftçi”nin sabiq vitse-prezidenti koronavirusdan öldü

Dünya futbolu2020-07-11 18:30

Premyer Liqada ilk vida

Ölkə futbolu2020-07-11 17:00

Roan Ferqyuson “Qarabağ”ı yada saldı

Digər2020-07-11 16:30

531 nəfərdə koronavirus aşkarlandı, 6 nəfər vəfat etdi

Dünya futbolu2020-07-11 16:00

Daha 6 futbolçuda koronavirus aşkarlandı

Dünya futbolu2020-07-11 15:30

DÇ-1966-nın qalibi vəfat etdi

Dünya futbolu2020-07-11 15:00

Ermənistan klubunda 17 nəfər koronavirusa yoluxub

Dünya futbolu2020-07-11 14:30

“Azərbaycanda oyunların fasiləsində ibadət edirlər”

Dünya futbolu2020-07-11 14:00

DÇ-2022-nin seçmə mərhələsi təxirə salındı

Dünya futbolu2020-07-11 13:30

Zidan üçün 500-cü qol!

Dünya futbolu2020-07-11 12:34

Super Liqa klubunda qalmaqallı ayrılıq

Ölkə futbolu2020-07-11 12:19

İK-dakı 8:5 – kim kimə səs verib?

Ölkə futbolu2020-07-11 12:05

De Byazi “xüsusi şərtlər”lə razılaşıb: “Artıq 3 aydır ki, Azərbaycan millisini analiz edirəm”

Milli komanda2020-07-11 11:51

De Byazi köməkçilərini seçir: siyahıda Aqolli də var

Dünya futbolu2020-07-11 11:30

“Roma”da yeni müqavilə

Dünya futbolu2020-07-11 11:00

“Real”ın futbolçusu üçün mövsüm erkən bitdi

Dünya futbolu2020-07-11 10:30

Türkiyə millisinin forvardı Fransada klubunu dəyişdi

Dünya futbolu2020-07-11 10:00

“Liverpul”un kapitanı mövsümü erkən başa vurdu

Dünya futbolu2020-07-11 09:30

“Monako”nu “Leyptsiq”ə dəyişdi

Dünya futbolu2020-07-11 09:00

Bundesliqada yeni mövsümün başlayacağı tarix açıqlandı

Dünya futbolu2020-07-11 01:57

“Real”dan inamlı qələbə

Ölkə futbolu2020-06-26 21:59

Rəşad Sadıqov: 20 illik karyeranın səssiz sonu

Ölkə futbolu2020-06-23 16:21

“İnsanlar əsl Qurban Qurbanovu tanımırlar” – VİDEO

Premyer-liqa2020-06-22 19:03

“Qarabağ”ın çempionluq mərasimi – VİDEO

Ölkə futbolu2020-06-16 22:06

“Neftçi”nin avtobusu qəzaya düşdü, sürücüsü yumruq davasına çıxdı – VİDEO

Ölkə futbolu2020-06-14 13:02

“Sabah” “Zirə”ni belə məğlub etdi – VİDEO

Ölkə futbolu2020-06-13 23:19

“Neftçi”dən əzmkar qələbə – VİDEO

Dünya futbolu2020-06-12 16:00

Azarkeşlər klub prezidentinin evinə hücum çəkdilər – VİDEO

Ölkə futbolu2020-06-10 22:27

“Neftçi” – “Keşlə” matçında 4 qol – VİDEO

Ölkə futbolu2020-05-27 23:18

“Neftçi”dən Respublika Günü təbriki – VİDEO

Dünya futbolu2020-05-25 19:07

Novruzov oynadı, komandası məğlub oldu

Dünya futbolu2020-05-24 10:30

Nazarov bu hərəkətinə görə cəzalana bilər – VİDEO

Ölkə futbolu2020-05-23 16:40

“Neftçi” E Milli Liqada – VİDEO

Dünya futbolu2020-05-20 10:00

Ronaldo “Yuventus”la məşqlərə başladı – VİDEO

Dünya futbolu2020-05-16 17:00

Nazarov mövsümün bərpasını qolla qeyd etdi – VİDEO

Ölkə futbolu2020-05-05 15:00

“Qarabağ” ermənilərə qarşı döyüşən bir ordudu” – VİDEO

Dünya futbolu2020-05-05 09:00

Salomon Kalu bu görüntülərə görə heyətdən kənarlaşdırıldı – VİDEO

Ölkə futbolu2020-05-03 16:42

“Qarabağ”ın Ağdam səfəri – VİDEO

Dünya futbolu2020-05-03 11:00

Dadaşov İngiltərədə 66 ölkənin ulduz futbolçuları siyahısında – VİDEO

Ölkə futbolu2020-04-23 14:00

“Neftçi” də “Biz birlikdə güclüyük” dedi – VİDEO

Ölkə futbolu2020-04-16 20:30

“Səbail”in futbolçusu FİFA-nın aksiyasına qoşuldu – VİDEO

Ölkə futbolu2020-04-14 15:30

PFL-in klublarla maraqlı “dialoq”u – VİDEO

Milli komanda2020-04-07 12:30

Millimizin üzvlərindən “evdə qal” çağırışı – VİDEO

Ölkə futbolu2020-04-06 23:53

“Sumqayıt”ın virtual məşqi – VİDEO

Ölkə futbolu2020-04-06 23:50

“Neftçi TV” təqdim edir: “Qızıl oyun” xatirələrdə – VİDEO

Ölkə futbolu2020-04-05 18:00

“Keşlə”nin bu mövsüm vurduğu qollar – VİDEO

Premyer-liqa2020-04-05 09:00

“Sabah”ın ən yaxşı qolları – VİDEO

Ölkə futbolu2020-03-31 17:40

“Sabah” fonda ianə etdi, dəstək videosu yaydı – VİDEO

Ölkə futbolu2020-03-22 13:00

“Sabah” koronavirusla bağlı çağırış etdi – VİDEO

Ölkə futbolu2020-03-20 22:04

AFFA-nın baş katibinə aftafalı dəstək – VİDEO

Ölkə futbolu2020-03-20 15:50

Quliyevlə Adıgözəlov da… – VİDEO

Ölkə futbolu2020-03-20 12:00

“Qarabağ” Elxan Məmmədovun çağırışına cavab verdi – VİDEO

Ölkə futbolu2020-03-18 11:30

“Sabah”ın legionerlərinin “Novruz imtahan”ı – VİDEO

Digər2020-03-13 17:00

Bakı Tennis Akademiyasında bazar: 9 yaşlı idmançımız ölkəni tərk etdi – VİDEO

Ölkə futbolu2020-03-12 21:09

“Neftçi”dən təşəkkür – VİDEO

Ölkə futbolu2020-03-12 15:49

AFFA videotəmrinlər hazırladı – VİDEO

Ölkə futbolu2020-03-12 12:52

Nazim Süleymanov: “Bizim qarşımıza siz çıxmısız, bizdən nə istəyirsiz?” – VİDEO

Dünya futbolu2020-03-12 11:00

PSJ inamlı qələbə ilə 1/4 finalda – VİDEO

Dünya futbolu2020-03-12 10:40

“Atletiko” “Liverpul”u belə şoka saldı – VİDEO

Ölkə futbolu2020-03-11 12:20

“Neftçi” azarkeşi İstanbula bilet qazandı – VİDEO

Dünya futbolu2020-03-11 12:00

“Leyptsiq” “Tottenhem”i ÇL-dən kənarlaşdırdı – VİDEO

Dünya futbolu2020-03-11 11:41

“Valensiya” – “Atalanta” matçında 7 qol – VİDEO

Ölkə futbolu2020-03-10 19:01

Balayev də Sadıqovun baş məşqçi olmasını istəyir – VİDEO

Ölkə futbolu2020-03-10 15:23

Ramil Şeydayev: “Sən Rəşad Sadıqovsan” dedilər” – VİDEO

Premyer-liqa2020-03-08 21:05

“Qarabağ”dan inamlı qələbə – VİDEO

Premyer-liqa2020-03-08 18:58

“Səbail” – “Zirə” matçında 4 qol – VİDEO

Dünya futbolu2020-03-08 11:40

Dadaşov ABŞ çempionatına het-triklə başladı

Premyer-liqa2020-03-07 18:23

“Qəbələ”dən “Sumqayıt”a 5 cavabsız qol – VİDEO

AÇ-20202020-03-07 17:15

Maqaye Qeyedən AÇ-2020-yə çağırış – VİDEO

Dünya futbolu2020-03-05 13:42

“Tottenhem”in futbolçusu azarkeşlə dalaşdı – VİDEO

Premyer-liqa2020-03-01 19:58

“Neftçi” qələbəni belə əldən verdi – VİDEO

Arxiv

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?