Connect with us

Premyer-liqa

PFL Əsasnaməyə əlavələr etdi – Koronavirusa görə

-də paylaşıldı

COVID-19 pandemiyası səbəbindən mart ayından etibarən dayandırılmış 2019/2020-ci illər mövsümünün Əsasnaməsinə əlavə.

05.06.2020-ci il tarixdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev tərəfindən təsdiq olunub.

Ümumi müddəalar

Azərbaycan Premyer Liqası və Azərbaycan Kuboku oyunlarında reallaşdırılacaq qaydalar.

1. Stadionda, bazada, informasiya lövhəsində Koronavirus pandemiyasından qorunmağın yolları haqqında məlumatlar öz əksini tapmalıdır.

2. Oyunun keçirildiyi stadiona sərbəst giriş-çıxış matçın startından 3 saat əvvəl bağlanmalıdır.

3. Oyunlardan öncə stadiona gəlişinə rəsmi qaydada icazə verilmiş şəxslərin hərarəti girişdə yoxlanılmalıdır. Hərarəti yüksək olan şəxsin stadiona girişinin qarşısı alınmalıdır. Stadiona, bazaya gələcək şəxslər mütləq şəkildə tibbi maskadan istifadə etməlidirlər. Bütün bunlara nəzarət etmək üçün stadiona giriş bir yerdən olacaq. Məlum pandemiyanın simptomları aşkarlanan şəxs izolyasiya edilməlidir.

4. Oyunun rəsmi nümayəndəsi matçın startından ən azı 2 saat 30 dəqiqə əvvəl stadionda olmalıdır. İclas otağı oyun günü matçın startından 3 saat əvvələ qədər dezinfeksiya edilməli və havalandırılmalıdır. İclasda iştirak edən şəxslər mütləq şəkildə sosial  məsafəyə riayət etməlidirlər. AFFA nümayəndəsinin rəhbərliyi ilə keçirilən iclasda hər kəs tibbi maskadan istifadə etməlidir.

İclasda iştirak etməli olan səlahiyyətli şəxslərin siyahısı.
I. AFFA nümayəndəsi
II. Meydan sahibi komandanın nümayəndəsi
III. Qonaq komandanın nümayəndəsi
IV. Nəzarət Buraxılış xidmətinin nümayəndəsi
V. Stadion nümayəndəsi
VI. Polis əməkdaşı
VII. Təcili Tibbi Yardım nümayəndəsi
VIII. FHN (yanğınsöndürən) nümayəndəsi

Xüsusi qeyd: Nümayəndə iclasın gedişində mütləq şəkildə COVID-19-la bağlı danışmalı və təlimata uyğun fikirlərini bildirməlidir.

5. İclasdan sonra bütün otaqların dezinfeksiya edilməsinə nümayəndə tərəfindən nəzarət edilməlidir.

6. Futbolçular oyuna üzərlərində PFL tərəfindən verilmiş xüsusi “A buraxılışı” ilə gəlməlidirlər. “A buraxılışı”nın istifadə müddəti mövsümün son oyununa kimi uzadılır və üzərində “A buraxılışı” olmayan şəxs stadion, baza ərazisinə daxil ola bilməz. Bu, polis və yerli komandanın Nəzarət Buraxılış xidməti tərəfindən tənzimlənir.

7. Komandaların stadion gələn zaman soyunub-geyinmə otağına yollanmaları növbəli şəkildə olmalı və bu zaman oyunçular fiziki təmasdan çəkinməlidirlər.

8. Oyunlara ancaq adı cari oyunun protokolunda qeyd olunan şəxslər gələ bilər. Zədəli, cəzalı və digər səbəblərdən oyunda iştirak etməyən şəxslər stadiona gələ bilməz.

9. Stadionda, bazada, istifadə olunan bütün otaqlarda, “sky-box”ların ümumi girişində, eləcə də sanitar qovşaqlarda dezinfeksiya aparatları olmalıdır.

10. Oyunlara yalnız Peşəkar Futbol Liqası tərəfindən qeydiyyatdan keçmiş, oyunun təşkili və qiymətləndirilməsinə cavabdeh olan şəxslər gələ bilər. Müvafiq departamentlər bununla bağlı əməkdaşlarına məlumat versinlər.

11. Oyundan öncə hər iki komandanın əvvəlki qaydada tuneldə yoxlanış üçün düzülməsi ləğv olunur. Bu, hər iki komandanın soyunub geyinmə otağının önündə  gerçəkləşdiriləcək. Bu zaman futbolçular, eləcə də futbolçularla hakimlər arasında sosial məsafənin qorunması vacibdir. Köməkçi hakim tibbi maska taxmalıdır. Əgər geyim formasında hər hansı problem varsa belə oyunlar nəzərdə tutulan vaxtda başlayacaq. Ən pis halda hansısa komanda az sayda oyunçu ilə (qapıçı xaric) oyuna başlamalıdır. Bu insanların kütlə şəklində uzun müddət birlikdə qalmasının qarşısını alır. Futbolçu formasında yaranmış nasazlığı aradan qaldırdıqdan sonra oyuna qoşula bilər. Komandaların yoxlanılması  və meydana daxil olması sırası:
I. meydan sahibi komanda
II. qonaq komanda.

12. Oyunlarda azarkeşlərin iştirakına icazə verilmir. Amma onlara məxsus bannerlər klub nümayəndəsi tərəfindən tribunaya yerləşdirilə bilər. Azarkeşlərin içəri daxil olmasının qarşısını polis və yerli klub almalıdır.

13. Oyunun start fitindən öncə
– heyətlər, eləcə də oyunun gedişində informasiya xarakterli bütün məlumatlar diktor tərəfindən deyilir;
– salamlaşma ləğv olunur;
– vımpel dəyişmək ləğv olunur;
– kollektiv şəkil çəkdirmək ləğv olunur;
– hakimlərin oyundan əvvəl bir-birinə dəstək salamlaşması ləğv olunur.

14.  Fasilə zamanı oyunçulara soyunub-geyinmə otağına getməmələri və stadionda dincəlmələri tövsiyə olunur (ciddi zərurət olmadığı təqdirdə). Əgər komandalar soyunub-geyinmə otağına gedəcəklərsə bu növbəli şəkildə və sosial məsafə qorunmaqla edilməlidir. 1-ci meydan sahibi, sonra qonaq komanda stadionu tərk etməlidir.

15. Oyunçulara qol sevincini fərdi qeyd etmələri tövsiyə olunur.

16. Oyundan  sonra sağollaşmalar təmassız edilməlidir.

17. Oyundan sonra soyunub-geyinmə və duş otaqlarında sosial məsafənin qorunması, eləcə də meydan sahibi komandanın oyunçularına klubun bazasındakı otaqlarda duş qəbul etmələri tövsiyə olunur.

Texniki zona qaydaları ilə bağlı təlimatlar

1. Texniki zonada yer alan şəxslərin sayında dəyişiklik yoxdur
– 7 rəsmi şəxs
– 12 oyunçu
Komandalar üçün nəzərdə tutulan əlavə yerlərin sayı ehtiyac olduğu qədər artırılır. Həm texniki zonada, həm də əlavə yerlərdə oturan şəxslər ölkəmizdə ictimai nəqliyyat, metroda tətbiq olunan 1 boş oturacaq və ya bunun qədər məsafə qaydasına riayət etməlidirlər, bununla bağlı  oturacaqlar üzərində bildirişlər vurulmalıdır. Bu tip oturacaqlar komandanın texniki zonasından künc bayrağı istiqamətində düzülməlidir. Sosial məsafənin cərgələr üzrə qoruna bildiyi stadionlarda (misal üçün Tofiq Bəhramov adına Respublika Stadionu) oturacaqların iki cərgədə düzülməsinə icazə verilir.

2. Həm texniki zonada, həm də oyunun gedişində hər kəs ancaq özünə məxsus su qabından istifadə etməlidir.

3. Texniki zonada qol sevincinin kollektiv şəkildə qeyd olunmasına, kubok oyunları zamanı penaltilər seriyası zamanı birlik düzülüşünə icazə verilmir.

4. Əvəzetmələr zamanı “give five”dən çəkinmək lazımdır.

Media

1. Yarışların işıqlandırılması və təbliği üçün media nümayəndələrinin stadiona gəlişinə icazə verilir. Onlar stadiona mütləq şəkildə tibbi maskada gəlməli, hərarət yoxlanışından keçməlidirlər.

2. Media mənsublarına PFL tərəfindən verilən vəsiqə mütləq şəkildə şəxsin üzərində görünən səviyyədə asılmalıdır. Vəsiqənin etibarlılıq müddəti mövsümün son oyununa qədər uzadılır.

3. Qeydiyyatdan keçən hər mətbu orqandan maksimum 2 nəfər stadiona gələ bilər və bu, sırf oyunun işıqlandırılması ilə bağlı olmalıdır.

4. Oyunun ilkin protokolu yalnız diktor və şərhçiyə veriləcək. Jurnalistlər ilkin protokolu Peşəkar Futbol Liqasının rəsmi saytından və ya “Facebook” səhifəsindən əldə edə bilərlər.

5. Media sektorunda jurnalistlər sosial məsafəni qorumaq prinsipinə əməl etməlidirlər. Stadionun media sektoruna “sosial məsafəni qoru” bildirişləri meydan sahibi komanda tərəfindən vurulmalıdır.

6. Oyun zamanı media otağı bağlı olacaq. Mətbuat nümayəndələri su ilə meydan sahibi komanda tərəfindən media sektorda təmin olunacaq.

7. Fotoqraflar və media zonada oturan şəxslər tibbi maskada olmalıdırlar.

8. Premyer Liqa və Azərbaycan Kuboku oyunlarının yayım hüququna malik  “CBC Sport” telekanalından matçlara akkreditasiyadan keçmiş bütün şəxslər deyil, sadəcə oyunun yayımına  cavabdeh olan texniki və yaradıcı heyət cəlb oluna bilər. Bununla bağlı telekanal rəhbərliyinə əməkdaşlarla maarifləndirici söhbətlər aparması tövsiyə olunur.

9. Oyundan sonra təmasları azaltmaq məqsədi ilə “flash-müsahibə”lər, “mix-zona”lar ləğv olunur.

10. Oyundan sonra mətbuat konfransının təşkili qüvvədə qalır və bu zaman iclas otağında oturacaqların sayı azaldılmalı, sosial məsafə qorunmalıdır.  Baş məşqçi, mətbuat katibi və ehtiyac yaranacağı halda tərcüməçi arasında sosial məsafə qorunmalıdır. Jurnalistlər sosial məsafəni qorumaq və tibbi maskadan istifadə etməklə konfransa qatıla bilər. Mətbuat konfransının gedişində qeyd olunan məqamlara riayət olunmasına konfransda iştirak edən komandanın mətbuat xidmətinin əməkdaşı nəzarət etməlidir.

“A buraxılışı”ndan istifadə qaydaları

1. Mövsümün startından əvvəl klubların əsas və əvəzedici heyətinin üzvlərinə, Hakimlər və Hakim-İnspektorlar Komitəsinin əməkdaşlarına, yayımçı şirkətə “A buraxılışı” vəsiqələri verilib. Məlum “A buraxılışı” vəsiqəsindən istifadə mümkün qədər azaldılmalıdır. Qeydiyyatdan keçmiş şəxslərdən yalnız oyunun təşkilinə, keçirilməsinə, qiymətləndirilməsinə cavabdeh şəxslər stadiona gələ bilər. “A buraxılışı”ndan istifadə edən qurumlar bununla bağlı əməkdaşlarını məlumatlandırmalıdırlar.

2. Oyunun gedişində “A buraxılışı”ndan istifadə qaydaları eyni qalır. Komandanın futbolçu heyəti istisna olmaqla digər şəxslər onlara təqdim edilmiş mövsümlük vəsiqəni üzərlərində görünən səviyyədə daşımalıdırlar.

3. Klublara verilmiş “Qonaq” buraxılış vəsiqəsi qüvvəsini itirir. Bu addım oyunlara  birbaşa cavabdeh olmayan şəxslərin gəlişinin qarşısı alınmaq üçün atılır.

4. Stadiona maşınla gələcək şəxsdə şəkilli “A buraxılışı” vəsiqəsi olmayacağı təqdirdə stadiona buraxılmayacaq.

5. Məsələdən irəli gələn məqamların tənzimlənməsində yerli klub polislə birgə fəaliyyət göstərməlidir.

6. Stadion ərazisində, bazada fəaliyyət göstərən hər bir kəs şəkilli “A buraxılışı”nı taxmalıdır.

“SKY-Box”lardan istifadə

1. Stadionun istifadə olunan qapalı məkanı olan “Sky-box”lardan istifadəyə icazə verilir. Lakin “SKY-box”ların tutumunun yarısı qədər şəxslərin girişinə icazə verilir. Sosial məsafə qorunmalı və hər kəs tibbi maskada olmalıdır.

2. “Sky-box”da su, çay istisna olmaqla  paketlənməmiş şəkildə təqdim olunan digər qəlyanaltıların servisi qadağan olunur.

3. “Sky-box”ların ümumi girişinə dezinfeksiya aparatı yerləşdirilməlidir.

2019/2020-ci illər mövsümünün Əsasnaməsinin 9-cu bəndinə olan dəyişikliklər

* İyun-iyul aylarında ölkədə müşahidə olunan ənənəvi hava şəraitini nəzərə alaraq oyun meydançası 3 dəfə sulanacaq. Oyundan 1 saat əvvəl (5 dəqiqədən az olmayaraq), oyundan 10 dəqiqə əvvəl (3 dəqiqədən az olmayaraq), fasilədə (3 dəqiqədən az olmayaraq).
* Əvəzetmə sayı 5-ə qaldırıldığı üçün 5 nəfər ehtiyat oyunçuya eyni anda qapı xətti arxasında məşq etməyə icazə verilir.
* Oyunlara azarkeş buraxılmadığı üçün azarkeşlər üçün tələb olunan həkimin dəvət olunması müvəqqəti olaraq dayandırılır.

* Vəziyyət nəzərə alınaraq, topdaşıyanların və xərəkdaşıyanların sayında dəyişiklik edilir. Xərəkdaşıyanların sayı müvəqqəti olaraq 4, topdaşıyanların sayı 4 nəfər müəyyən olunur. Bu qrup stüartlardan da ibarət ola bilər. Bir şərtlə ki, şəxslər əvvəlcədən meydan sahibi klub və nümayəndə tərəfindən təlimatlandırılmalıdır. Topdaşıyan və xərəkdaşıyan şəxslər tibbi maskada olmalıdırlar. Onların yaşı 18-dən az olmamalı və stadiona gələn zaman hərarətləri ölçülməli, yerli komandanın həkimi ilə fərdi söhbətə cəlb olunmalıdırlar. Klublara tövsiyə edilir ki, bütün ev oyunlarına eyni şəxslər cəlb olunsun.
* Hava şəraiti nəzərə alınaraq futbolçulara hər hissədə iki dəfə 1 dəqiqədən artıq olmayaraq su fasiləsi veriləcək.
* Oyun təşkilinə cavabdeh olan şəxslərin təyinatı üzrə siyahısında hər hansı bir dəyişiklik yoxdur. Oyunlar zamanı təhlükəsizliyi təmin edən polis əməkdaşlarının sayı 25 nəfərdən az olmamalıdır. Onların stadion üzrə paylanmasında AFFA nümayəndəsi yaxından iştirak etməlidir.

* Burada qeyd olunmayan, amma meydana çıxa biləcək problemlərlə bağlı qərar AFFA nümayəndəsi və Peşəkar Futbol Liqasının Yarışların Təşkili Departamenti ilə aparılacaq müzakirələrdən sonra veriləcək.

Hakimlərlə bağlı tənzimləmələr:

  1. Komandalar oyundan 1 gün əvvəl ən geci saat 16:00-a qədər istifadə edəcəkləri bütün geyim ləvazimatlarının və fərqləndirici üst geyimlərin fotosunu Peşəkar Futbol Liqasına və Hakimlər Komitəsinə elektron şəkildə göndərməlidirlər.
  2. Hakimlər biriqadası ən geci oyunun başlamasından 90 dəqiqə öncə stadionda olmalıdır.
  3. Oyundan öncə keçirilən iclasda hakimlər iştirak etməyəcəklər.
  4. Oyundan öncə püşkatma zamanı yalnız baş hakim və komandaların kapitanları sosial məsafə qorunmaqla iştirak edə bilərlər.
  5. Elektronik lövhə 4-cü hakim tərəfindən qaldırılacaq. Dəyişiklik edən komandanın rəsmisi bunu tabloda qeyd etdikdən sonra yerli komandanın təyin etdiyi şəxs tərəfindən tablo dezinfeksiya edilir. Daha sonra hakim dəyişikliyi elan etmək üçün tablonu götürür.
  6. Mübahisəli top epizodunda hakim meydandakı topu əlinə götürməyəcək. Ona dördüncü hakimin yanında olan və dezinfeksiya edilmiş top veriləcək. Bu top 4-cü hakimin yanında saxlanılmalıdır.
  7. Hakimlərin soyunub-geyinmə otağı dezinfeksiya edilməlidir və kənar kimsə oraya daxil ola bilməz (təxirəsalınmaz  hadisə istisna olmaqla)
  8. Hakimlərin soyunub-geyinmə otağında əl üçün dezinfeksiyaedici vasitə yerləşdirilməlidir.
  9. Hakim mübahisəli vəziyyətlər zamanı oyunçular arasında iğtişaş yarandıqda onlara fiziki təmasla müdaxilə etməməli, kənardan durub müşahidə etməlidir.

10. Oyundan sonra olacaq matç protokolu hakimlər tərəfindən ev sahibi komandanın onlara verdiyi kompüter vasitəsiylə (dezinfeksiya edilmək şərti ilə) soyunub-geyinmə otağında tərtib ediləcək. Hakim hazırladığı protokolu otaqda yer alan printer vasitəsiylə özü çap etməlidir. Və yaxud komandalar tərəfindən hakimlərin gəlişindən öncə otaqda yerləşdirilməlidir.

11. Hakim otağına sərinləşdirici içkilər və soyuq qəlyanaltılar meydan sahibi klub tərəfindən qoyulur.

Azad agent  statusuna malik oyunçu

1. Əsasnamədə qeyd olunmayan, amma meydana çıxa biləcək fors-major hallarla bağlı qərar vermək hüququnu rəhbər tutan PFL azad agent statusunda olan oyunçunun idman prinsiplərini əsas götürərək cəlb olunma müddətini 1 aprel 2020-ci il tarixdən 24-cü turun startına qədər uzadır.

2. Klub öz akademiyasının oyunçusunu istənilən vaxt sifariş edə bilər.

3. Meydana çıxa biləcək digər  transfer məsələləri ilə bağlı Peşəkar Futbol Liqası, AFFA və Oyunçuların Statusu və Transferi Komitəsi tərəfindən araşdırma aparılıb, ortaq qərar veriləcək.

Məşqlərlə bağlı göstərişlər

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargahın açıq havada idman yarışlarının  təşkilinə icazə verdikdən sonra məşqlərə başlamış klublar AFFA tərəfindən göndərilmiş sanitar-gigiyena təlimatına riayət etməlidirlər. Məşqlərdə riayət olunmalı ümumi müddəalar aşağıdakılardır:

1. Komanda üzvləri məşqə qədər olan prosesdə tibbi maskalardan istifadə etməlidirlər.
2. Məşq zamanı yalnız fiziki hərəkətdə olan şəxslər üçün tibbi maska taxmaq məcburiyyəti yoxdur. Digər inzibati heyət tibbi maskada olmalıdır.
3. Futbolçuların, bazaya, stadiona gələn bütün şəxslərin hərarətləri mütəmadi olaraq nəzarətdə saxlanılmalı və onlarla həkim tərəfindən fərdi söhbət aparılmalıdır.
4. Əgər futbolçuların  bazada iki nəfərlik otaqlardan, eləcə də sosial məsafə qorunması mümkün olan otaqlardan istifadə etmək imkanı yoxdursa, oyunçular məşqə hazır formada gəlməli və oyundan sonra tələblərə uyğun olmayan otaqlarda duş qəbul etməməlidirlər.
5. Qapalı zalların istifadəsinə icazə verilmir.
6. Fiziki hazırlığın yüksəldilməsinə yardımçı olan alətlər qazona və ya onun ətrafına istifadə üçün daşına bilər. Alətlərin dezinfeksiyası həyata keçirilməlidir.
7. Futbolçular ancaq özlərinə məxsus su qablarından istifadə etməlidirlər.
8. Oyunçular məşq zamanı eyni fərqləndirici geyimdən istifadə etməlidirlər.

Yoldaşlıq görüşləri ilə bağlı qaydalar

1.Klublar hazırlıq dövründə keçirəcəyi yoxlama oyunları ilə bağlı Peşəkar Futbol Liqasına öncədən məlumat verməlidir.

2. Yuxarıda qeyd olunan bütün qaydalar yoldaşlıq oyunları üçün də keçərlidir. Klublar, hakimlər və oyunun təşkilinə cavabdeh olan digər şəxslər Əsasnamənin müxtəlif bəndlərində qeyd olunan bütün qaydalara riayət etməlidirlər. Bütün bu məqamlar üçün komandalar məsuliyyət daşıyır.

Əvəzetmələrlə bağlı dəyişiklik

Futbolda oyun qaydalarını  müəyyən edən IFAB ali qurum FİFA-dan gələn təklifi dəyərləndirərək oyunçu dəyişiklikləri qaydalarında düzəliş edib. AFFA İcraiyyə Komitəsinin son iclasında  2019/2020-ci illər mövsümünün qarşıdakı oyunlarında  5 əvəzetməyə icazə verilib.

  • Hər komandaya matç ərzində maksimum 5 oyunçu dəyişikliyi etməyə icazə veriləcək;
  • Matçın gedişatına mənfi təsir etməmək məqsədi ilə hər komandaya oyun ərzində maksimum 3 dəfə oyunçu dəyişikliyi etməyə icazə veriləcək;
  • Komandalar fasilədə də dəyişiklik edə bilərlər (bu, 3 dəfə nəzərdə tutulan limitə daxil deyil)
  • Əgər hər iki komanda eyni vaxtda dəyişiklik edirsə, bu, onların hər birinin 3 dəfə dəyişiklik etmək limitindən çıxılacaq;
  • İstifadə edilməyən oyunçu dəyişiklikləri (5) və dəyişiklik limitləri (3) əlavə edilmiş vaxta (“extra-time”) daşınacaq;
  • Əgər oyunun keçirildiyi cari yarış qaydalarına əsasən, oyun əlavə edilmiş vaxta gedərkən (2 hissədən ibarət əlavə vaxt), komandalara bir əlavə dəyişiklik haqqı verilirsə, bu zaman hər iki komanda üçün əlavə 1 oyunçu dəyişikliyi hüququ və 1 dəyişiklik etmək şansı yaranacaq (oyun ərzində 5 oyunçu və 3 dəfə dəyişiklik etmək haqqından istifadə edib-etməməsindən asılı olmayaraq).
  • Komandaların əlavə hissələr başlamadan əvvəl və hər iki hissə arasındakı fasilədə etdiyi dəyişikliklər onlara verilmiş dəyişiklik etmək limitindən çıxılmayacaq (3+1) .
  • Azərbaycan Kubokunun yarımfinal və final oyunu əlavə vaxta gedərsə, klublar əlavə vaxtda sayca 6-cı dəyişikliklərini həyata keçirə bilərlər. Əsas vaxtda istifadə olunmamış əvəzləmələr əlavə vaxtda daşınır.

Testin nəticəsi müsbət çıxarsa

Əgər futbolçulardan, hakimlərdən və digər üzvlərdən götürülən testlərdə  müsbət nəticə aşkarlanarsa, bu zaman daha üst qurumların tələb və tövsiyələrinə uyğun olaraq qərarlar qəbul olunacaq.

Tibbi maskadan istifadə etməli olan şəxslər

* oyunun startına qədər stadiona gələn hər kəs tibbi maskada olmalıdır (oyunçular, məşqçilər, komandanın digər işlərə cavabdeh şəxsləri, hakimlər, təşkilati işlərə cavabdeh olan şəxslər, media, yayımçı telekanallar və digər şəxslər)

* Oyunun gedişində tibbi maska taxmayacaq şəxslər:
– baş məşqçi və isinmə hərəkətlərinə yollanan (maska taxılmamasına ancaq isinmə hərəkətləri zamanı icazə verilir)  oyunçular.
– Oyunun şərhçisi
– əvəzlənən oyunçu texniki zonaya qayıdacaqsa, tibbi maska taxmalıdır.
– tibbi maskaların təqdim olunmasına hər komandanın həkimi nəzarət edir
* Oyunlar açıq hava şəraitində keçirilsə də, hərəkətdə olmayan şəxslərin sosial məsafə qaydalarına tam əməl etmək imkanı olmadığı üçün tibbi maskalardan istifadə vacibdir.

Qeyd

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargahın tələb və tövsiyələrinə əsasən mövcud qaydalara dəyişiklik ediləcək.

Yekun

Yuxarıda qeyd olunan bütün məqamlara nəzarət ediləcək və  qəbul olunmuş yeni qərarlarla bağlı qayda pozuntuları (tövsiyələr xaric) protokolda qeyd olunacaq. Qeydə alınmış qayda pozuntuları İntizam Komitəsinin iclasında müzakirəyə çıxarılacaq.  Əsasnaməyə əlavələr təsdiq olunduğu tarixdən qüvvəyə minir.

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Dünya futbolu2020-07-04 10:00

“Hamburq”dan “Başakşəhər”ə

Dünya futbolu2020-07-04 09:30

“Milan” ispaniyalı futbolçusunu itirdi

Dünya futbolu2020-07-04 09:00

Nağıyev Moldova çempionatının tarixinə düşdü

Dünya futbolu2020-07-04 01:55

“Atletiko”dan darmadağın

Dünya futbolu2020-07-04 00:02

“Qaziantep”ə bir qol bəs etdi

Milli komanda2020-07-03 23:06

AÇ-2021-in planları açıqlandı

Dünya futbolu2020-07-03 22:00

Koronavirus Qazaxıstan çempionatını yenidən dayandırdı

Dünya futbolu2020-07-03 21:24

“Barselona” yenə Umtitini itirdi

Dünya futbolu2020-07-03 21:03

“Neftçi”dən ayrılan hücumçu rəsmən Kipr klubunda

Ölkə futbolu2020-07-03 19:00

“Qarabağ”dan ayrılan futbolçu Azərbaycanla vidalaşdı

Ölkə futbolu2020-07-03 18:30

Fariz Nəcəfov: “Tələsik qərarlara ehtiyac yoxdur”

Dünya futbolu2020-07-03 18:00

Azərbaycan klubu yamaykalı futbolçu ilə maraqlanır

Digər2020-07-03 17:30

583 nəfərdə koronavirus aşkarlandı, 7 nəfər öldü

Dünya futbolu2020-07-03 17:00

“Liverpul” ispan futbolçu ilə anlaşdı

Dünya futbolu2020-07-03 16:00

Messi “Barselona”dan ayrılmaq istəyir!

Dünya futbolu2020-07-03 15:31

“Napoli”də ciddi itki

Dünya futbolu2020-07-03 15:00

A Seriyasında unikal göstərici və 21-ci əsrdə ilk

Dünya futbolu2020-07-03 14:14

La Liqa klubunda ciddi itki

Milli komanda2020-07-03 13:37

AFFA-nın Roy Kinə təklif etdiyi məvacib bəlli oldu

Ölkə futbolu2020-07-03 13:11

“Qəbələ”nin futbolçusu Azərbaycanı tərk etdi

Ölkə futbolu2020-07-03 12:55

Diniyev “Keşlə”yə gedir

Ölkə futbolu2020-07-03 12:44

Gerye agentinə qulaq asdığına görə peşmandı: “Neftçi”də oynayanda da Qurbanovla görüşmüşdüm”

Ölkə futbolu2020-07-03 12:21

Geryenin baş tutmayan Polşa arzusu

Dünya futbolu2020-07-03 12:00

“Yuventus”un futbolçusu rəsmən Fransa klubunda

Ölkə futbolu2020-07-03 11:44

Aleksey İsayevin yeni klubu bəllidi

Dünya futbolu2020-07-03 11:30

“Qalatasaray”da Onyekuru şoku

Ölkə futbolu2020-07-03 11:14

“Neftçi” Boluya gedir?

Ölkə futbolu2020-07-03 11:03

“Sabah” Sopiçi istefaya göndərdi

Dünya futbolu2020-07-03 11:00

“Qarabağ”ın sabiq məşqçisi “Valensiya”da

Dünya futbolu2020-07-03 10:47

Leroy Sane rəsmən “Bavariya”da

Dünya futbolu2020-07-03 10:30

“Real”dan “İnter”ə 45 milyon avroluq transfer

Ölkə futbolu2020-07-03 10:12

“Neftçi” və “Türk Hava Yolları” – daha 1 il

Dünya futbolu2020-07-03 09:54

Naqatomo “Qalatasaray”dan getdi

Dünya futbolu2020-07-03 09:30

Lion “Olimpik”i hücumçusunu 7 milyon avroya satdı

Dünya futbolu2020-07-03 09:11

“Everton”un yetirməsi Fransa klubunda

Ölkə futbolu2020-07-03 09:00

Klublara “yaşıl işıq”: avrokubok iştirakçılarına məşq üçün icazə veriləcək

Dünya futbolu2020-07-03 01:56

“Real”a bir qol bəs etdi

Dünya futbolu2020-07-03 01:39

“Napoli” səfərdə, “Roma” evdə uduzdu

Dünya futbolu2020-07-03 01:16

“Mançester Siti” “Liverpul”u darmadağınla yola saldı

Dünya futbolu2020-07-03 00:24

“Verder” işini çətinə saldı

Dünya futbolu2020-07-02 23:54

İsrafilov üçün 45 dəqiqə və 1 xal

Dünya futbolu2020-07-02 21:00

Suares üçün mövsüm bitdi

Digər2020-07-02 20:02

Sərt karantin rejimi iyulun 20-dək uzadıldı – RƏSMİ

Digər2020-07-02 19:00

Daha 572 yoluxma, 8 ölüm faktı

Ölkə futbolu2020-07-02 18:30

AFFA yeni hakimləri təsdiqlədi

Ölkə futbolu2020-07-02 18:00

“Qarabağ”ın üç legioneri Azərbaycanı tərk etdi – Xüsusi təyyarədə

Dünya futbolu2020-07-02 17:30

Ronaldonun rekordu yeniləndi

Dünya futbolu2020-07-02 17:00

Avroliqada yeni mövsümün tam təqvimi bilindi

Dünya futbolu2020-07-02 16:30

“Barselona” Qrizmannı satır?

Dünya futbolu2020-07-02 16:00

Çempionlar Liqasında yeni mövsümün tam təqvimi

Ölkə futbolu2020-06-26 21:59

Rəşad Sadıqov: 20 illik karyeranın səssiz sonu

Ölkə futbolu2020-06-23 16:21

“İnsanlar əsl Qurban Qurbanovu tanımırlar” – VİDEO

Premyer-liqa2020-06-22 19:03

“Qarabağ”ın çempionluq mərasimi – VİDEO

Ölkə futbolu2020-06-16 22:06

“Neftçi”nin avtobusu qəzaya düşdü, sürücüsü yumruq davasına çıxdı – VİDEO

Ölkə futbolu2020-06-14 13:02

“Sabah” “Zirə”ni belə məğlub etdi – VİDEO

Ölkə futbolu2020-06-13 23:19

“Neftçi”dən əzmkar qələbə – VİDEO

Dünya futbolu2020-06-12 16:00

Azarkeşlər klub prezidentinin evinə hücum çəkdilər – VİDEO

Ölkə futbolu2020-06-10 22:27

“Neftçi” – “Keşlə” matçında 4 qol – VİDEO

Ölkə futbolu2020-05-27 23:18

“Neftçi”dən Respublika Günü təbriki – VİDEO

Dünya futbolu2020-05-25 19:07

Novruzov oynadı, komandası məğlub oldu

Dünya futbolu2020-05-24 10:30

Nazarov bu hərəkətinə görə cəzalana bilər – VİDEO

Ölkə futbolu2020-05-23 16:40

“Neftçi” E Milli Liqada – VİDEO

Dünya futbolu2020-05-20 10:00

Ronaldo “Yuventus”la məşqlərə başladı – VİDEO

Dünya futbolu2020-05-16 17:00

Nazarov mövsümün bərpasını qolla qeyd etdi – VİDEO

Ölkə futbolu2020-05-05 15:00

“Qarabağ” ermənilərə qarşı döyüşən bir ordudu” – VİDEO

Dünya futbolu2020-05-05 09:00

Salomon Kalu bu görüntülərə görə heyətdən kənarlaşdırıldı – VİDEO

Ölkə futbolu2020-05-03 16:42

“Qarabağ”ın Ağdam səfəri – VİDEO

Dünya futbolu2020-05-03 11:00

Dadaşov İngiltərədə 66 ölkənin ulduz futbolçuları siyahısında – VİDEO

Ölkə futbolu2020-04-23 14:00

“Neftçi” də “Biz birlikdə güclüyük” dedi – VİDEO

Ölkə futbolu2020-04-16 20:30

“Səbail”in futbolçusu FİFA-nın aksiyasına qoşuldu – VİDEO

Ölkə futbolu2020-04-14 15:30

PFL-in klublarla maraqlı “dialoq”u – VİDEO

Milli komanda2020-04-07 12:30

Millimizin üzvlərindən “evdə qal” çağırışı – VİDEO

Ölkə futbolu2020-04-06 23:53

“Sumqayıt”ın virtual məşqi – VİDEO

Ölkə futbolu2020-04-06 23:50

“Neftçi TV” təqdim edir: “Qızıl oyun” xatirələrdə – VİDEO

Ölkə futbolu2020-04-05 18:00

“Keşlə”nin bu mövsüm vurduğu qollar – VİDEO

Premyer-liqa2020-04-05 09:00

“Sabah”ın ən yaxşı qolları – VİDEO

Ölkə futbolu2020-03-31 17:40

“Sabah” fonda ianə etdi, dəstək videosu yaydı – VİDEO

Ölkə futbolu2020-03-22 13:00

“Sabah” koronavirusla bağlı çağırış etdi – VİDEO

Ölkə futbolu2020-03-20 22:04

AFFA-nın baş katibinə aftafalı dəstək – VİDEO

Ölkə futbolu2020-03-20 15:50

Quliyevlə Adıgözəlov da… – VİDEO

Ölkə futbolu2020-03-20 12:00

“Qarabağ” Elxan Məmmədovun çağırışına cavab verdi – VİDEO

Ölkə futbolu2020-03-18 11:30

“Sabah”ın legionerlərinin “Novruz imtahan”ı – VİDEO

Digər2020-03-13 17:00

Bakı Tennis Akademiyasında bazar: 9 yaşlı idmançımız ölkəni tərk etdi – VİDEO

Ölkə futbolu2020-03-12 21:09

“Neftçi”dən təşəkkür – VİDEO

Ölkə futbolu2020-03-12 15:49

AFFA videotəmrinlər hazırladı – VİDEO

Ölkə futbolu2020-03-12 12:52

Nazim Süleymanov: “Bizim qarşımıza siz çıxmısız, bizdən nə istəyirsiz?” – VİDEO

Dünya futbolu2020-03-12 11:00

PSJ inamlı qələbə ilə 1/4 finalda – VİDEO

Dünya futbolu2020-03-12 10:40

“Atletiko” “Liverpul”u belə şoka saldı – VİDEO

Ölkə futbolu2020-03-11 12:20

“Neftçi” azarkeşi İstanbula bilet qazandı – VİDEO

Dünya futbolu2020-03-11 12:00

“Leyptsiq” “Tottenhem”i ÇL-dən kənarlaşdırdı – VİDEO

Dünya futbolu2020-03-11 11:41

“Valensiya” – “Atalanta” matçında 7 qol – VİDEO

Ölkə futbolu2020-03-10 19:01

Balayev də Sadıqovun baş məşqçi olmasını istəyir – VİDEO

Ölkə futbolu2020-03-10 15:23

Ramil Şeydayev: “Sən Rəşad Sadıqovsan” dedilər” – VİDEO

Premyer-liqa2020-03-08 21:05

“Qarabağ”dan inamlı qələbə – VİDEO

Premyer-liqa2020-03-08 18:58

“Səbail” – “Zirə” matçında 4 qol – VİDEO

Dünya futbolu2020-03-08 11:40

Dadaşov ABŞ çempionatına het-triklə başladı

Premyer-liqa2020-03-07 18:23

“Qəbələ”dən “Sumqayıt”a 5 cavabsız qol – VİDEO

AÇ-20202020-03-07 17:15

Maqaye Qeyedən AÇ-2020-yə çağırış – VİDEO

Dünya futbolu2020-03-05 13:42

“Tottenhem”in futbolçusu azarkeşlə dalaşdı – VİDEO

Premyer-liqa2020-03-01 19:58

“Neftçi” qələbəni belə əldən verdi – VİDEO

Arxiv

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?