Connect with us

Müsahibə

Kanales: “Neftçi”ni həmişə zirvədə görmək istəyirəm”

-də paylaşıldı

Bu gün “Neftçi”nin veteran futbolçusu Nikolas Kanalesin 35 yaşı tamam olur.

Futbolinfo.az xəbər verir ki, 1985-ci ildə dünyaya gəlmiş çilili hücumçu 2012-2013, 2014-2015, 2016-cı illər ərzində “Neftçi”də çıxış edib. 2013-cü ildə Azərbaycan çempionatının qalibi və bombardiri olmuş Kanales elə həmin ildə ölkə kubokunu başı üzərinə qaldırıb.

Klubun rəsmi saytı “Neftçi” ailəsi adından veteran futbolçumuzu təbrik edib.

– Nikolas, doğum gününüz mübarək! Bilirik ki, pandemiya Çilidən də yan ötməyib. Necəsiz?
– Çox sağ olun, təşəkkür edirəm! Bəli, təəssüf ki, pandemiya bütün dünyanı başına alıb və bu çox üzücüdür. Çilidə aprel ayından etibarən karantin rejimindəyik. İnsanlar normal işləyə, yaxınları ilə görüşə bilmirlər. Düşünürəm ki, tezliklə hər şey əvvəlki vəziyyətinə qayıdacaq.

– Artıq karyeranızı başa vurmusuz və geri boylanıb bunu dəyərləndirə bilərsiz. Hesab edirsiz ki, daha çox şeyə nail ola bilərdiniz?
– Ümumi baxanda karyeramın ilk günlərindən sonuna kimi xoşbəxt anlar yaşamışam. Buna görə çox sevinirəm. Çilinin böyük klublarında oynamışam, milli komandaya dəvət almışam. 15 illik peşəkar karyeramın 6 ilini Avropa klublarında, həmin ölkələrin güclü komandalarında keçirmişəm. Yaşıma görə hələ də oynaya bilərdim, amma karyeramın son ilində çox ciddi zədə aldım. Düzdür, çətinliklə də olsa, zədəmi sağaltdım. Hətta sonradan bir neçə Avropa klubundan təklif də gəldi. Amma maliyyə tərəfdən razılığa gəlmədiyimizə görə karyeramı bitirdim. Artıq şəxsi biznesimlə məşğulam.

– Azərbaycanda karyeranızın bu qədər uğurlu alınacağını təsəvvür edərdiniz?
– Ümumiyyətlə, karyeram boyu həmişə istədiklərimə nail olmağa çalışmışam və nail olmuşam. “Neftçi”nin heyətində də çempion və bombardir olmağa cəhd etmişəm. Xoşbəxtlikdən komanda yoldaşlarım güclü futbolçular olublar ki, bunun da sayəsində məqsədimə çatmışam.

– Ümumiyyətlə, “Neftçi” sizə nə verib?
– “Neftçi”də özümü evimdəki kimi hiss edirdim. Vətəni tərk edib legioner həyatı yaşamaq asan olmur. Buna baxmayaraq, “Neftçi”də uyğunlaşma prosesi çox tez keçdi. Yeni dostlar qazandım. Adət-ənənələrinizdən, ləziz yeməklərinizdən məmnun qaldım. “Neftçi” mənə böyük ad qazandırıb.

– “Neftçi”nin heyətində keçirdiyiniz oyunlardan ən vacibləri hansılardır? Ən vacib qol hansı olub?
– “Qarabağ”la “Tofiq Bəhramov” stadionunda keçirdiyimiz oyun çox vacib idi. Matçın sonlarına yaxın Vobayın ötürməsindən sonra cərimə meydançasının kənarından gözəl zərbə ilə komandamızın ikinci qolunu vurdum. Nəticədə qələbə qazanaraq əsas rəqibimizi 4-5 xal geridə qoyduq və bununla da çempionluğu təmin etdik. Bundan əlavə, Milan “İnter”i ilə keçirdiyimiz oyunlar və həmin vaxt vurduğum qol karyeramda ən vaciblərdəndir.

– “Neftçi”nin oyunlarını izləyə bilirsizmi?
– Bəzi matçları internet vasitəsilə izləməyə çalışıram. “Neftçi”ni həmişə zirvədə görmək istəyirəm.

– Məşqçi olmaqla bağlı planlarınız var, yoxsa futbolla həmişəlik vidalaşmısız?
– Artıq iki ildir şəxsi biznesimi qurmuşam. Buna görə də futboldan ayrılmağım çətin olmadı. Tez-tez Çindən Çiliyə müxtəlif məhsullar gətirirəm. Hələ də dəvətlər alıram, amma artıq ilyarımdır oynamıram və əminliklə deyə bilərəm ki, futbolla həmişəlik vidalaşmışam.

– Siz “Neftçi”nin və Azərbaycan futbolunun tarixində qızıl iz qoymusuz. Təbii ki, həmişə azarkeşlərin xoş sözlərlə xatırlayacağı insan olacaqsız. Onlara nə demək istərdiniz?
– Sevgi, qayğı və diqqət məni həvəsləndirən amillərdəndir. İstər Bakı küçələrində, istər stadionlarda insanlardan, azarkeşlərdən böyük hörmət görmüşəm. Tribunalarda adım səslənəndə böyük zövq alırdım, oynamaq həvəsim daha da artırdı. Fürsətdən istifadə edib, mənə göstərilən sevgiyə və diqqətə görə hər bir “Neftçi” azarkeşinə səmimi qəlbdən təşəkkürümü bildirirəm. Onlarla qürur duyuram və hər birinə qucaq dolu salam göndərirəm.

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Dünya futbolu2020-08-04 14:06

“Çelsi”nin futbolçusu 1 aylıq sıradan çıxdı

Ölkə futbolu2020-08-04 13:38

“Qarabağ”ın sabiq qapıçısı “Zirə”də

Dünya futbolu2020-08-04 12:59

Daha bir ölkədə çempion məlum oldu

Ölkə futbolu2020-08-04 12:36

“Neftçi”dən bolqar futbolçuya təklif

Dünya futbolu2020-08-04 12:18

A Seriyasında yeni mövsümün start tarixi bilindi

Dünya futbolu2020-08-04 11:51

Haci sahibi olduğu klubda baş məşqçi postundan ayrıldı

Ölkə futbolu2020-08-04 11:43

“Sumqayıt”dan ayrıldı, Super Liqa klubuna gedir

Dünya futbolu2020-08-04 11:25

Avrokubok oyunlarında bir dəqiqəlik sükut olacaq

Dünya futbolu2020-08-04 10:58

“Neftçi” və “Qarabağ”ın sabiq məşqçisi “Valensiya” ilə anlaşdığını təsdiqlədi

Dünya futbolu2020-08-04 10:29

İtaliya klubundan qapıçısı ilə yeni müqavilə

Ölkə futbolu2020-08-04 10:15

PFL seçkiyə hazırlaşır – yeni prezident bu ay bəlli olacaq

Dünya futbolu2020-08-04 10:02

Dortmund “Borussiya”sından “Haydenhaym”a

Ölkə futbolu2020-08-04 09:32

Klublar Bakıda qərar gözləyəcək

Dünya futbolu2020-08-04 09:24

Avroliqa oyunlarına hakim təyinatları açıqlandı

Dünya futbolu2020-08-04 09:11

Super Liqa klubunda ayrılıq

Ölkə futbolu2020-08-04 09:00

Klublara icazə veriləcək: Operativ Qərargah futbol üçün istisnalar planlaşdırır

Ölkə futbolu2020-08-04 00:01

Premyer Liqada yay bazarlığı – YENİLƏNİR

Ölkə futbolu2020-08-03 21:02

“Keşlə”dən “Səbail” üzərində inamlı qələbə

Dünya futbolu2020-08-03 18:46

Super Liqa klubunda yeni baş məşqçi

Dünya futbolu2020-08-03 17:54

“Barselona” onunla bağlı qərarını verdi

Digər2020-08-03 17:14

241 yoluxma, 6 ölüm faktı – Azərbaycanda

Ölkə futbolu2020-08-03 16:45

“Zirə”nin yeni prezidenti bəlli oldu – RƏSMİ

Digər2020-08-03 16:31

Açıq havada idman yarışlarının keçirilməsinə qadağa qüvvədə qaldı

Dünya futbolu2020-08-03 16:10

“Torino” baş məşqçisiz qaldı

Dünya futbolu2020-08-03 15:40

Erol Bulut “Alanyaspor”dan getdi

Dünya futbolu2020-08-03 15:09

A Seriyası klubunda yeni baş məşqçi

Dünya futbolu2020-08-03 14:41

İtaliya klubunda baş məşqçi ayrılığı

Dünya futbolu2020-08-03 14:16

Almaniya millisinin sabiq forvardı karyerasını başa vurdu

Ölkə futbolu2020-08-03 13:45

“Səbail” oynayıb gəlir

Ölkə futbolu2020-08-03 13:33

“Neftçi” rəsmisi: “Sadəcə, maraqlanmışıq”

Ölkə futbolu2020-08-03 12:17

Əmir Ağayev: “Mən artıq Azərbaycan millisinin heyətində idim”

Milli komanda2020-08-03 11:35

Millimizin toplanışının vaxtı bilindi

Milli komanda2020-08-03 11:08

De Byazi millimizə daha bir italiyalı məşqçi gətirir

Dünya futbolu2020-08-03 10:36

Miroslav Stoxda koronavirus aşkarlandı

Dünya futbolu2020-08-03 10:04

Qurbanov 10-cu dəqiqədə əvəzləndi, komandası uduzdu

Dünya futbolu2020-08-03 09:36

Bundesliqa klubunda yeni hücumçu

Dünya futbolu2020-08-03 09:03

Nağıyev oynadı, komandası evdə xal itirdi

Ölkə futbolu2020-08-03 00:59

“Sabah”da yeni müdafiəçi – VİDEO

Dünya futbolu2020-08-03 00:50

A Seriyasında mövsümə yekun vuruldu

Dünya futbolu2020-08-02 22:05

Droqba prezidentliyə namizəd oldu

Dünya futbolu2020-08-02 21:15

“Trabzonspor” yeni baş məşqçisini açıqladı

Dünya futbolu2020-08-02 20:03

33 ildən sonra ilk dəfə

Dünya futbolu2020-08-02 19:06

Premyer Liqanı tərk edən klub baş məşqçisiz qaldı

Digər2020-08-02 18:49

Azərbaycanda 286 nəfərdə koronavirus aşkarlandı, 8 nəfər vəfat etdi

Dünya futbolu2020-08-02 18:08

“Çelsi”də 3 ciddi itki

Dünya futbolu2020-08-02 17:12

İbrahimoviç A Seriyasının tarixinə düşdü

Dünya futbolu2020-08-02 16:16

ÇL matçını buraxacaq – xəyanətə görə

Dünya futbolu2020-08-02 15:09

“Onun etdiyi komanda yoldaşlarına və kluba hörmətsizlikdir”

Dünya futbolu2020-08-02 14:01

Dadaşov qol vurdu, komandası qələbə qazandı

Dünya futbolu2020-08-02 13:10

La Liqa klubundan yeni transfer

Ölkə futbolu2020-08-03 00:59

“Sabah”da yeni müdafiəçi – VİDEO

Milli komanda2020-07-30 18:34

De Byazi: “Birlikdə böyük uğurlara imza atacağıq” – VİDEO

Ölkə futbolu2020-07-27 18:00

Tallison: “Neftçi”də oynamaq fürsətim olduğu üçün çox xoşbəxtəm”

Ölkə futbolu2020-07-25 00:58

“Neftçi” daha bir braziliyalı transfer etdi – VİDEO

Ölkə futbolu2020-07-24 15:20

“Neftçi”nin yeni transferi: “Arzum Braziliya millisində oynamaqdır”

Ölkə futbolu2020-07-23 12:30

“Neftçi TV”də unudulmaz xatirələr: İqor Getman – VİDEO

Ölkə futbolu2020-07-21 00:42

“Neftçi TV” Azərbaycanda ilkə imza atdı – VİDEO

Ölkə futbolu2020-07-20 19:20

Cabir Əmirli: “Bu hissləri yaşamaq gözəldir” – VİDEO

Ölkə futbolu2020-07-19 00:01

Belçikalı futbolçu rəsmən “Neftçi”də – VİDEO

Ölkə futbolu2020-07-17 00:28

“Neftçi” nigeriyalı futbolçu transfer etdi – VİDEO

Digər2020-07-16 22:21

Cəbhədən xəbər: Düşmənin avtomobil texnikası məhv edilib – VİDEO

Digər2020-07-16 21:06

Cəbhədən xəbər: Bir şəhidimiz var

Milli komanda2020-07-14 15:00

Canni De Byazi: “Mən də Azərbaycan xalqının bir parçası olmaq istəyirəm” – VİDEO

Ölkə futbolu2020-06-26 21:59

Rəşad Sadıqov: 20 illik karyeranın səssiz sonu

Ölkə futbolu2020-06-23 16:21

“İnsanlar əsl Qurban Qurbanovu tanımırlar” – VİDEO

Premyer-liqa2020-06-22 19:03

“Qarabağ”ın çempionluq mərasimi – VİDEO

Ölkə futbolu2020-06-16 22:06

“Neftçi”nin avtobusu qəzaya düşdü, sürücüsü yumruq davasına çıxdı – VİDEO

Ölkə futbolu2020-06-14 13:02

“Sabah” “Zirə”ni belə məğlub etdi – VİDEO

Ölkə futbolu2020-06-13 23:19

“Neftçi”dən əzmkar qələbə – VİDEO

Dünya futbolu2020-06-12 16:00

Azarkeşlər klub prezidentinin evinə hücum çəkdilər – VİDEO

Ölkə futbolu2020-06-10 22:27

“Neftçi” – “Keşlə” matçında 4 qol – VİDEO

Ölkə futbolu2020-05-27 23:18

“Neftçi”dən Respublika Günü təbriki – VİDEO

Dünya futbolu2020-05-25 19:07

Novruzov oynadı, komandası məğlub oldu

Dünya futbolu2020-05-24 10:30

Nazarov bu hərəkətinə görə cəzalana bilər – VİDEO

Ölkə futbolu2020-05-23 16:40

“Neftçi” E Milli Liqada – VİDEO

Dünya futbolu2020-05-20 10:00

Ronaldo “Yuventus”la məşqlərə başladı – VİDEO

Dünya futbolu2020-05-16 17:00

Nazarov mövsümün bərpasını qolla qeyd etdi – VİDEO

Ölkə futbolu2020-05-05 15:00

“Qarabağ” ermənilərə qarşı döyüşən bir ordudu” – VİDEO

Dünya futbolu2020-05-05 09:00

Salomon Kalu bu görüntülərə görə heyətdən kənarlaşdırıldı – VİDEO

Ölkə futbolu2020-05-03 16:42

“Qarabağ”ın Ağdam səfəri – VİDEO

Dünya futbolu2020-05-03 11:00

Dadaşov İngiltərədə 66 ölkənin ulduz futbolçuları siyahısında – VİDEO

Ölkə futbolu2020-04-23 14:00

“Neftçi” də “Biz birlikdə güclüyük” dedi – VİDEO

Ölkə futbolu2020-04-16 20:30

“Səbail”in futbolçusu FİFA-nın aksiyasına qoşuldu – VİDEO

Ölkə futbolu2020-04-14 15:30

PFL-in klublarla maraqlı “dialoq”u – VİDEO

Milli komanda2020-04-07 12:30

Millimizin üzvlərindən “evdə qal” çağırışı – VİDEO

Ölkə futbolu2020-04-06 23:53

“Sumqayıt”ın virtual məşqi – VİDEO

Ölkə futbolu2020-04-06 23:50

“Neftçi TV” təqdim edir: “Qızıl oyun” xatirələrdə – VİDEO

Ölkə futbolu2020-04-05 18:00

“Keşlə”nin bu mövsüm vurduğu qollar – VİDEO

Premyer-liqa2020-04-05 09:00

“Sabah”ın ən yaxşı qolları – VİDEO

Ölkə futbolu2020-03-31 17:40

“Sabah” fonda ianə etdi, dəstək videosu yaydı – VİDEO

Ölkə futbolu2020-03-22 13:00

“Sabah” koronavirusla bağlı çağırış etdi – VİDEO

Ölkə futbolu2020-03-20 22:04

AFFA-nın baş katibinə aftafalı dəstək – VİDEO

Ölkə futbolu2020-03-20 15:50

Quliyevlə Adıgözəlov da… – VİDEO

Ölkə futbolu2020-03-20 12:00

“Qarabağ” Elxan Məmmədovun çağırışına cavab verdi – VİDEO

Ölkə futbolu2020-03-18 11:30

“Sabah”ın legionerlərinin “Novruz imtahan”ı – VİDEO

Digər2020-03-13 17:00

Bakı Tennis Akademiyasında bazar: 9 yaşlı idmançımız ölkəni tərk etdi – VİDEO

Ölkə futbolu2020-03-12 21:09

“Neftçi”dən təşəkkür – VİDEO

Ölkə futbolu2020-03-12 15:49

AFFA videotəmrinlər hazırladı – VİDEO

Ölkə futbolu2020-03-12 12:52

Nazim Süleymanov: “Bizim qarşımıza siz çıxmısız, bizdən nə istəyirsiz?” – VİDEO

Dünya futbolu2020-03-12 11:00

PSJ inamlı qələbə ilə 1/4 finalda – VİDEO

Arxiv

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?