Dünya futbolu
6 illik “İnter” karyerası: 0 oyun, 2 qırmızı vərəqə

“İnter”in 3-cü qapıçısı Tommaso Berni dünya futbol tarixində nadir görüləcək bir statiskaya imza atıb.
Futbolinfo.az xəbər verir ki, 37 yaşlı qapıçı A Seriyasının 38-ci turunda səfərdə “Parma”ya qarşı görüşdə (2:1) qırmızı vərəqə alıb.
Bu, təcrübəli futbolçunun “İnter” karyerasında ikinci “qırmızı”sıdır. O, yenə bu mövsüm “Kalyari” ilə qarşılaşmada (1:1) ehtiyat oyunçular skamyasında ola-ola qırmızı vərəqə ilə cəzalandırılmışdı.
Berni 2014-cü ildən “İnter”də çıxış edir. O, geridə qalan 6 il ərzində heç bir rəsmi qarşılaşmada oynamayıb. Onun Milan klubundakı 6 illk karyerası iki qırmızı vərəqədən ibarətdir.
İtaliyalı qapıçı karyerası ərzində A Seriyasında cəmi 9 oyun keçirib. Qolkiper daha öncə “Torino”, “Latsio”, “Sampdoriya” kimi klubların formasını geyinib. Berninin “İnter”lə müqaviləsi mövsümün sonuna kimidi.
- Ölkə futbolu15 saat əvvəl
Aftandil Hacıyevdən Kamran Ağayev açıqlaması
- Milli komanda14 saat əvvəl
Operativ Qərargah AFFA-nın müraciətinə müsbət cavab verdi
- Müsahibə11 saat əvvəl
“Ən yaxşı hədiyyə insanların göstərdiyi diqqətdir” – Şakir Qəribov
- Ölkə futbolu12 saat əvvəl
“Sumqayıt” – “Qəbələ” matçında heç-heçə – VİDEO