Dünya futbolu
Nağıyev Moldova çempionatının tarixinə düşdü

Futbol üzrə Moldova çempionatında yeni mövsümə start verilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi “Dinamo-Avto” da yeni mövsümdə ilk matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Floreşti” ilə qarşılaşıb. Nağıyevin komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.
Millimizin sabiq müdafiəçisi də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ilk qolunu da Dmitri vurub. O, 39-cu dəqiqədə fərqlənməklə həm də Moldova çempionatında yeni mövsümün ilk qolunun müəllifinə çevrilib.
- Ölkə futbolu23 saat əvvəl
Alvaro Tavareş: “Keşlə”də layiq olduğum şans verilmədi”
- Ölkə futbolu20 saat əvvəl
Avropa Klublar Birliyinin iclasında 20 Yanvar qurbanları anıldı
- Dünya futbolu19 saat əvvəl
“Qəbələ”nin sabiq hücumçusu Estoniya klubunda
- Digər20 saat əvvəl
Azərbaycanda daha 332 nəfər koronavirusa yoluxdu