Connect with us

Ölkə futbolu

Kamran Quliyev: “Danışıq apardığımız, hətta razılıq əldə etdiyimiz futbolçular var”

-də paylaşıldı

“Neftçi” klubunun prezidenti Kamran Quliyevin müsahibəsi

 

–  Operativ Qərargah avrokuboklarda çıxış edəcək 4 klubumuzun məşq etməsinə icazə verib və klublar tədricən hazırlıq planlarını qurublar. “Neftçi”nin hazırlıq planı necədir, məşq üçün hansı məkanı seçmisiniz?

–  Əvvəla Operativ Qərargaha “sağ ol” deyirəm ki, avrokuboklarda oynayacaq klubları düşünüb bu qərarı verib. Sualınıza gəlincə, təbii ki, bizim də hazırlıq planımız var. Həmin plan iki hissədən ibarətdir. Düzdür, öncədən qəti olaraq nəsə demək çox çətindir. Çünki vəziyyət elədir ki, qərarlar tez-tez dəyişə bilir.

 

–  Hazırlıq üçün hansı məkanı seçmisiniz?

– Biz Qəbələni seçmişik. Yaxın günlərdə komanda bütünlüklə koronavirus testindən keçəcək. Testin cavabı neqativ çıxanlar hazırlıq üçün Qəbələyə yollanacaq.

 

–  Transferlərlə bağlı nə yenilik var?

– Bu sahədə işlər gedir. Danışıq apardığımız, hətta razılıq əldə etdiyimiz futbolçular var. Sadəcə, bizi çətinə salan mövcud durumdur. Çünki futbolçu ilə razılılğa gəlsən də, müqavilə üçün onun tibbi baxışdan keçməsi mütləqdir. Bizdə isə sərhədlər bağlıdır və ona görə razılaşdığımız futbolçu Azərbaycana gələ bilmir. Biz də üzünü görmədiyimiz futbolçu ilə müqavilə bağlaya bilmərik.

 

–  Amma dediniz ki, razılıq əldə etdiyiniz futbolçular var. Maraqlıdır, üzünü görmədiyiniz futbolçu ilə necə razılıq əldə etmisiniz?

– İndi dövr başqa dövrdür. Ən azı internet var, İnStat var, futbolçunu görmədən belə, onun göstəriciləri, oyun keyfiyyəti haqda yetərli məlumat toplamaq mümkündür.

 

–  Bu sualı niyə verdim? Siz kluba yeni rəhbər gələndə açıqlamışdınız ki, transfer edəcəyiniz futbolçuları yerində görüb qərar verəcəksiniz. Şəxsən Ceyhun Sultanov özü demişdi ki, internetlə futbolçu transferi bitdi…

– Bəli, tamamilə doğrudur. Mən yenə də eyni mövqeyi qoruyuram. Sadəcə, indi elə vəziyyətdir ki, pandemiyaya görə buna məcburuq.

 

– Belə məlumatlar yayılıb ki, transfer etdiyiniz iki futbolçu var, hansı ki, hazırda İstanbuldadır və Bakıya gələ bilmir. Onların İstanbuldakı günlük xərcini də “Neftçi” ödəyir. Bu məlumatlar həqiqəti nə dərəcədə əks etdirir?

–  Əvvəla, biz hələ heç bir yeni legionerlə rəsmi müqavilə bağlamamışıq. Rəsmi müqavilə bağlamamışıqsa, həmin futbolçunun xərcini necə qarşılaya bilərik? Bu mənada məlumat doğru deyil. O ki qaldı məsələnin digər tərəfinə, gəlin, belə danışaq. Əgər klub hansısa futbolçuya İstanbula gəlməyi tapşırırsa, demək ki, bunun üçün dövlətdən icazə alıb. Yəni icazə alıb ki, yeni futbolçu alırıq və həmin futbolçu klubun düşərgəsinə gəlməlidir. Bu icazəni alandan sonra futbolçuya deyilir və o da İstanbula, daha sonra da ordan təyyarə ilə Bakıya gəlir. Belə olan halda müəyyən cüzi xərclərin klub tərəfindən qarşılanması normaldır. Amma dediyim kimi, hələlik bizim belə bir addımımız olmayıb və kimsənin də yerinə pul ödəməmişik.

 

– Növbəti sualım Dabo ilə bağlı olacaq. Son açıqlamasında deyib ki, “Neftçi”ni məhkəməyə verəcək. Sizin forma məsələsinə görə ona pul cəzası kəsməyinizi qanunsuz hesab edir. Deyir ki, o şəkli həyat yoldaşı paylaşıb və buna görə özü məsuliyyət daşımır…

–  Bu, nəyi dəyişir? İnsan gedib hardasa cinayət törədir, amma özü-özünü çəkmir. Amma onun cinayəti yol kənarında quraşdırılan hansısa kameraya düşür. İndi həmin kamera görüntüsünə görə, insanı cinayət məsuliyyətinə cəlb etmək qanunsuzluqdur? Fotonu kimin çəkməsi məsələnin mahiyyətini dəyişmir axı. Dabo özü də etiraf edib ki, “Qarabağ”ın formasını geyinib oturub evdə. Həyat yoldaşı da onu çəkib paylaşıb. Burda məsələ futbolçunun başqa klubun formasını geyinməsidir. Başqa klubun formasını geyinmək cinayət deyil. Sadəcə, baxır, hansı formada, hansı şəraitdə. “Neftçi” elə klubdur ki, burada forma geyinən istənilən futbolçu geyindiyi formanın məsuliyyətini dərk etməlidir. Klubun forması, atributları, dəyərləri hər zaman uca tutulmalı və futbolçu da bunun məsuliyyətini dərk etməlidir. Bu məsələ müqavilədə də öz əksini tapır. Bu mənada Daboya kəsilən cəza da tam haqlıdır və hara müraciət edir etsin, özü bilər. O, səhv edib, cəzasını da almalı idi.

 

–  Dario Federiko ilə bağlı son durum necədir? Futbolçu özü açıqlama vermişdi ki, “Neftçi”də oynamaq istəmir…

–  Dario hələlik bizimlədir və yaxın günlərdə onunla bağlı məsələ tam dəqiqləşəcək. Qala da bilər, gedə də bilər.

 

–  Mustivar klubdan narazı getdi. Deyib ki, “Neftçi”dən bu şəkildə ayrılmamalıydım…

–  Yox, yox, heç bir narazılıqdan söhbət gedə bilməz. Mustivar əsla narazı getmədi. Əksinə, çox mehriban şəkildə ayrıldıq. Futbolçu o açıqlamanı o mənada verməyib. Sadəcə, demək istəyib ki, qalıb oynamaq istəyirdi. Mustivar 2018-ci ilin aprelindən bizimlə idi. Oynadığı müddətdə də komandaya xeyri dəyib və biz də ondan narazı deyildik.

 

–  Futbolçu qalmaq istəyirdi, siz də narazı deyildiniz. Bəs elədirsə, niyə getdi?

–  Bu artıq məşqçi heyətinin verdiyi qərar idi. Çünki o mövqedə daha çox fayda verməli olan futbolçuya ehtiyac var. Həm də daha cavan. Bir sirri də sizə açım ki, bundan sonrakı transferlərimizdə yaş amilinə xüsusi fikir verəcəyik. Yəni daha cavan futbolçularla müqavilə bağlayacağıq. Cavan o demək deyil ki, ancaq 17-18 yaşlı futbolçu alacağıq. Elə yaşda olacaq ki, karyerasının pik dönəmini yaşayır.

 

–  Meza Kolli ilə maraqlanmağınıza dair da məlumatlar var…

–  Xeyr, o futbolçu, ümumiyyətlə, bizim maraq dairəmizdə deyil.

 

–  Gələk, əsas məsələlərdən birinə. Pandemiya səbəbindən demək olar ki, bütün klublar maddi zərər görüb və büdcəsini azaldıb. Hətta çempion “Qarabağ” belə, növbəti mövsüm üçün büdcəsini azaldacağını açıqladı. Yəqin ki, “Neftçi”də də büdcə azalması olacaq. Bəs, bu, hansı formada olacaq?

–  Büdcə məsələsində biz də əziyyət çəkəcəyik. Etiraf edim ki, keçən il vəziyyətimiz daha yaxşı idi. Çünki avrokuboklardakı iştiraka və nəticələrə görə pul aldıq, bundan başqa, sponsorlarımızdan olan “Türk Hava Yolları” da maddi cəhətdən bizə çox dəstək oldu. Amma indi vəziyyət başqadır. Xüsusilə, “Türk Hava Yolları” ilə hələlik yeni müqavilə bağlanmayıb. Düzdür, ilkin danışıqlar olub və müsbət dinamika var. Təbii, hər şey ola bilər. Ola da bilər ki, qarşı tərəf yeni müqavilədən imtina etdi. Amma biz çox ümid edirik ki, yeni anlaşma baş tutacaq. Lakin bir məsələ də var ki, onu da etiraf etməliyik. Yeni anlaşma olsa belə, gələn gəlir əvvəlki kimi olmayacaq, ciddi şəkildə azalma olacaq. Çünki hazırda dünyada turizm sektoru hansı vəziyyətdədir, hamı bilir. Belə vəziyyətdə bizim “Türk Hava Yolları”ndan əlavə nəsə tələb etməyimiz də düzgün çıxmaz. Bu mənada büdcədə ciddi azalma gözlənilir.

 

–  O zaman belə çıxır ki, bazanın tikintisi bu il də yekunlaşmayacaq…

–  Baza ilə bağlı məsələ belədir. Tikinti sektorunda çalışanlar bilir ki, tikinti 3 hissədən ibarət olur. Bunlardan birincisi konstruksiya, ikinci fasaddır. Bizdə konstruksiya işləri görülüb. Hazırda fasad işləri gedir. Fasad işləri də elə-belə iş deyil, ən çox vaxt və zəhmət tələb edən mərhələdir. Əsas odur ki, bazada iş dayanmayıb və yavaş da olsa, gedir. Gələn il fasad işlərinin tam yekunlaşacağına ümid edirəm.

 

–  Deməli, baza tam olaraq ən yaxşı halda 2022-də təhvil veriləcək…

–  Mövcud vəziyyət, virus, maddi durum işi bir az yubadacaq. Çünki biz bazanın ərazisində akademiya üçün ayrıca bina da nəzərdə tutmuşuq.

 

–  Mik Bennetin gedişindən sonra klubunuzun futbol akademiyasında rəhbər vəzifə hələ də boşdur. Həmin vəzifəyə kimin gəlişi gözlənilir?

– Hələ bu haqda nə müzakirə olub, nə də hansısa fikir var. Onsuz hazırkı pandemiya şəraitində uşaq futbolunun necə olacağı bilinmir. Məşqlər nə vaxt bərpa olunacaq, çempionat nəı vaxt başlayacaq – heç nə məlum deyil. Gələn aydan onlayn məşqlərə başlayacağıq. Bundan o tərəfi AFFA-nın verəcəyi qərardan asılı olacaq. Bennetin yerinə kimin gələcəyinə isə klubun Müşahidə Şurası qərar verəcək.

 

–  Gəlim müsahibənin bəlkə də ən vacib sualına. Etiraf edək ki, sizin gəlişinizdən sonra “Neftçi”də dirçəliş oldu, klub özünə gəlib avrokuboklarda 3-cü mərhələyə kimi getdi, “Qarabağ”la çempionluq mübarizəsinə qoşuldunuz. Amma hələ də Ağdam klubunu qabaqlayıb çempion olmaq mümkün deyil.

–  Bütün detalları açıqlamaq istəmirəm. Bizdən çempionluq gözləyən və tələb edən hər kəsi başa düşürük. Ən azı biz də onlar qədər istəyirik ki, çempion olaq. Nə çatmır? Çempionluq üçün böyük vəsait lazımdır. Biz maliyyə cəhətdən geri qalırıq. İstənilən klubun “qızıl dövr”ündən sonra eniş dövrü olur. “Neftçi” də 2010-cu ildən sonra “qızıl dövr”nü yaşadı. Sonra enişə keçdi. Biz klubu qəbul edəndə çətinliklər çox idi. Böyük hədəflər üçün daha böyük vəsait qoyulmalıdır. Nəzər salaq görək, 2-3 il əvvəl vəziyyət necə idi? Klubu çətin vəziyyətdə qəbul etdik. Komanda çempionluq mübarizəsindən tam qopmuşdu. Tədricən vəziyyəti düzəltdik. Hazırda “Neftçi” ən azı çempionluq üçün başabaş mübarizə aparır. Niyə çempion ola bilmir? Yenə deyirəm, bunun üçün böyük maliyyə lazımdır. Tək əsas komanda və onun büdcəsini müzakirə etməyək. Böyük nəticə üçün böyük yatırım, infrastruktur, maliyyə mütləqdir. Baxın görün, çempion olan komanda nə qədər investisiya qoyur. “Neftçi” kimi klubun öz evi yoxdursa, buna nə ad qoyaq?

 

– Demək istəyirsiniz ki, “Neftçi” büdcəsinə görə çempion “Qarabağ”dan çox geri qalır?

–  Belə deyim, biz bu gün maliyyə durumuna görə 1-ci yerdə deyilik. Bununla hansısa narazılıq, şikayət etmirəm. Bu gün nə varsa, ona da şükür. İstənilən şəraitdə çalışırıq iş görək, daha yaxşı nəticələr qazanaq. Məsələn, klubun TV-ni açdıq, başqa layihələrimiz də olacaq. Amma çempionluq üçün böyük maliyyə lazımdır (rekord.az).

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Dünya futbolu2020-08-11 01:39

“İnter”lə “Mançester Yunayted” yarımfinalda!

Dünya futbolu2020-08-10 23:43

“Çelsi” onların ayrılığını rəsmən açıqladı

Dünya futbolu2020-08-10 23:13

“Liverpul”da yeni futbolçu

Dünya futbolu2020-08-10 23:06

Prosineçkinin yeni klubu bəlli oldu – RƏSMİ

Dünya futbolu2020-08-10 22:09

Təbriz klublarından heç-heçə

Dünya futbolu2020-08-10 21:48

“Neftçi”nin avrokuboklarda böyük təcrübəsi var” – Bayrami

Ölkə futbolu2020-08-10 21:30

“Neftçi TV”də yeni qonaq

Ölkə futbolu2020-08-10 21:00

“Sabah” “Qəbələ”yə də qalib gəldi

Ölkə futbolu2020-08-10 20:45

Premyer Liqada yay bazarlığı – YENİLƏNİR

Ölkə futbolu2020-08-10 20:39

Alban müdafiəçi rəsmən “Qəbələ”də

Ölkə futbolu2020-08-10 19:10

“Neftçi” – “Şkupi” matçının başlama saatı açıqlandı

Dünya futbolu2020-08-10 18:44

Türkiyə klubundan yeni baş məşqçi ilə 3 illik müqavilə

Dünya futbolu2020-08-10 18:25

Levandovski Ronaldo və Messini qabaqladı

Digər2020-08-10 18:15

79 nəfərdə koronavirus aşkarlandı, 2 nəfər vəfat etdi

Ölkə futbolu2020-08-10 17:34

“Sumqayıt”ın 41 yaşlı rəqibi

Ölkə futbolu2020-08-10 17:26

Zaur İsmayılov: “Avroliqada asan rəqib yoxdur”

Ölkə futbolu2020-08-10 17:20

“Qarabağ”ın “Sileks”lə matçının başlama saatı açıqlandı

Ölkə futbolu2020-08-10 17:17

Qurban Qurbanovun 12-ci ili

Ölkə futbolu2020-08-10 17:12

“Qarabağ”ın sabiq futbolçusu “Şkupi”yə keçidindən danışdı

Ölkə futbolu2020-08-10 17:02

Füzuli Məmmədov: “Ağıllı oynayıb qalib gəlməliyik”

Ölkə futbolu2020-08-10 16:50

“Neftçi” ilə “Sumqayıt”ın rəqiblərinin duelində 4 qol

Ölkə futbolu2020-08-10 16:45

“Neftçi”nin rəqibini yaxından tanıyaq

Ölkə futbolu2020-08-10 16:39

Elvin Yunuszadə “Neftçi”yə qarşı

Dünya futbolu2020-08-10 16:32

Avropa Liqasında 1-ci təsnifat mərhələsinin bütün cütləri

Ölkə futbolu2020-08-10 16:15

Abbasov rəqibin gücünü şişirtdi: “Əlimizdən gələni etməyə çalışacağıq”

Ölkə futbolu2020-08-10 16:04

Tarixdə ilk dəfə

Ölkə futbolu2020-08-10 15:58

Çox uğurlu püşk: Heç kimin bəhanəsi qəbul edilməyəcək!

Ölkə futbolu2020-08-10 15:53

Yoxlama oyunları qapalı olacaq – PFL açıqladı

Ölkə futbolu2020-08-10 15:20

AL-də uğurlu püşk, arzulanan rəqiblər: Hamı evdə oynayacaq

Ölkə futbolu2020-08-10 15:12

De Byazi “neqativ”lə gəldi: “məsafə saxlayıb”, oyun izləyəcək

Ölkə futbolu2020-08-10 14:55

Çempionlar Liqasının 13 cütü bəllidi

Ölkə futbolu2020-08-10 14:49

“Sumqayıt” – “Zirə” matçı baş tutmaya bilər

Ölkə futbolu2020-08-10 14:40

“Sabah” yenə “Qarabağ”a qarşı

Ölkə futbolu2020-08-10 14:27

“Qarabağ” yenə evdə oynayacaq: “Şerif”lə növbəti duel?

Dünya futbolu2020-08-10 13:15

Mbappe məşqlərə başladı

Dünya futbolu2020-08-10 12:47

Super Liqa klubunda yeni baş məşqçi

Ölkə futbolu2020-08-10 12:18

AFFA klublara top payladı

Dünya futbolu2020-08-10 11:21

“Zenit”in futbolçusunda koronavirus aşkarlandı

Milli komanda2020-08-10 10:59

Millimiz Monteneqro ilə bu stadionda qarşılaşacaq

Dünya futbolu2020-08-10 10:03

ÇL matçı öncəsi 2 nəfərdə koronavirus aşkarlandı – “Atletiko”da

Dünya futbolu2020-08-10 09:34

Əliyev yeni mövsümün ilk matçında 90 dəqiqə oynadı

Dünya futbolu2020-08-10 09:02

Novruzov oynadı, komandası səfərdən xalsız döndü

Ölkə futbolu2020-08-09 23:52

Azərbaycan klublarının potensial rəqibləri azaldı

Dünya futbolu2020-08-09 23:10

“Qarabağ”ın rəqibi mövsümə darmadağınla başladı

Ölkə futbolu2020-08-09 21:42

“Neftçi”nin rəqibini “Neftçi TV”də tanıyın

Ölkə futbolu2020-08-09 21:26

Muarem həmyerliləri üçün “ağladı”: “Qurbanov nadir hallarda təslim olur”

Ölkə futbolu2020-08-09 21:14

“Keşlə”də braziliyalı hücumçu – RƏSMİ

Dünya futbolu2020-08-09 20:40

“Qarabağ” “Sileks”i keçsə… – potensial rəqiblər

Dünya futbolu2020-08-09 20:29

Villian “Çelsi”dən ayrıldı

Dünya futbolu2020-08-09 20:03

MY-dən ayrılan futbolçu Fransa klubunda

Ölkə futbolu2020-08-03 00:59

“Sabah”da yeni müdafiəçi – VİDEO

Milli komanda2020-07-30 18:34

De Byazi: “Birlikdə böyük uğurlara imza atacağıq” – VİDEO

Ölkə futbolu2020-07-27 18:00

Tallison: “Neftçi”də oynamaq fürsətim olduğu üçün çox xoşbəxtəm”

Ölkə futbolu2020-07-25 00:58

“Neftçi” daha bir braziliyalı transfer etdi – VİDEO

Ölkə futbolu2020-07-24 15:20

“Neftçi”nin yeni transferi: “Arzum Braziliya millisində oynamaqdır”

Ölkə futbolu2020-07-23 12:30

“Neftçi TV”də unudulmaz xatirələr: İqor Getman – VİDEO

Ölkə futbolu2020-07-21 00:42

“Neftçi TV” Azərbaycanda ilkə imza atdı – VİDEO

Ölkə futbolu2020-07-20 19:20

Cabir Əmirli: “Bu hissləri yaşamaq gözəldir” – VİDEO

Ölkə futbolu2020-07-19 00:01

Belçikalı futbolçu rəsmən “Neftçi”də – VİDEO

Ölkə futbolu2020-07-17 00:28

“Neftçi” nigeriyalı futbolçu transfer etdi – VİDEO

Digər2020-07-16 22:21

Cəbhədən xəbər: Düşmənin avtomobil texnikası məhv edilib – VİDEO

Digər2020-07-16 21:06

Cəbhədən xəbər: Bir şəhidimiz var

Milli komanda2020-07-14 15:00

Canni De Byazi: “Mən də Azərbaycan xalqının bir parçası olmaq istəyirəm” – VİDEO

Ölkə futbolu2020-06-26 21:59

Rəşad Sadıqov: 20 illik karyeranın səssiz sonu

Ölkə futbolu2020-06-23 16:21

“İnsanlar əsl Qurban Qurbanovu tanımırlar” – VİDEO

Premyer-liqa2020-06-22 19:03

“Qarabağ”ın çempionluq mərasimi – VİDEO

Ölkə futbolu2020-06-16 22:06

“Neftçi”nin avtobusu qəzaya düşdü, sürücüsü yumruq davasına çıxdı – VİDEO

Ölkə futbolu2020-06-14 13:02

“Sabah” “Zirə”ni belə məğlub etdi – VİDEO

Ölkə futbolu2020-06-13 23:19

“Neftçi”dən əzmkar qələbə – VİDEO

Dünya futbolu2020-06-12 16:00

Azarkeşlər klub prezidentinin evinə hücum çəkdilər – VİDEO

Ölkə futbolu2020-06-10 22:27

“Neftçi” – “Keşlə” matçında 4 qol – VİDEO

Ölkə futbolu2020-05-27 23:18

“Neftçi”dən Respublika Günü təbriki – VİDEO

Dünya futbolu2020-05-25 19:07

Novruzov oynadı, komandası məğlub oldu

Dünya futbolu2020-05-24 10:30

Nazarov bu hərəkətinə görə cəzalana bilər – VİDEO

Ölkə futbolu2020-05-23 16:40

“Neftçi” E Milli Liqada – VİDEO

Dünya futbolu2020-05-20 10:00

Ronaldo “Yuventus”la məşqlərə başladı – VİDEO

Dünya futbolu2020-05-16 17:00

Nazarov mövsümün bərpasını qolla qeyd etdi – VİDEO

Ölkə futbolu2020-05-05 15:00

“Qarabağ” ermənilərə qarşı döyüşən bir ordudu” – VİDEO

Dünya futbolu2020-05-05 09:00

Salomon Kalu bu görüntülərə görə heyətdən kənarlaşdırıldı – VİDEO

Ölkə futbolu2020-05-03 16:42

“Qarabağ”ın Ağdam səfəri – VİDEO

Dünya futbolu2020-05-03 11:00

Dadaşov İngiltərədə 66 ölkənin ulduz futbolçuları siyahısında – VİDEO

Ölkə futbolu2020-04-23 14:00

“Neftçi” də “Biz birlikdə güclüyük” dedi – VİDEO

Ölkə futbolu2020-04-16 20:30

“Səbail”in futbolçusu FİFA-nın aksiyasına qoşuldu – VİDEO

Ölkə futbolu2020-04-14 15:30

PFL-in klublarla maraqlı “dialoq”u – VİDEO

Milli komanda2020-04-07 12:30

Millimizin üzvlərindən “evdə qal” çağırışı – VİDEO

Ölkə futbolu2020-04-06 23:53

“Sumqayıt”ın virtual məşqi – VİDEO

Ölkə futbolu2020-04-06 23:50

“Neftçi TV” təqdim edir: “Qızıl oyun” xatirələrdə – VİDEO

Ölkə futbolu2020-04-05 18:00

“Keşlə”nin bu mövsüm vurduğu qollar – VİDEO

Premyer-liqa2020-04-05 09:00

“Sabah”ın ən yaxşı qolları – VİDEO

Ölkə futbolu2020-03-31 17:40

“Sabah” fonda ianə etdi, dəstək videosu yaydı – VİDEO

Ölkə futbolu2020-03-22 13:00

“Sabah” koronavirusla bağlı çağırış etdi – VİDEO

Ölkə futbolu2020-03-20 22:04

AFFA-nın baş katibinə aftafalı dəstək – VİDEO

Ölkə futbolu2020-03-20 15:50

Quliyevlə Adıgözəlov da… – VİDEO

Ölkə futbolu2020-03-20 12:00

“Qarabağ” Elxan Məmmədovun çağırışına cavab verdi – VİDEO

Ölkə futbolu2020-03-18 11:30

“Sabah”ın legionerlərinin “Novruz imtahan”ı – VİDEO

Digər2020-03-13 17:00

Bakı Tennis Akademiyasında bazar: 9 yaşlı idmançımız ölkəni tərk etdi – VİDEO

Ölkə futbolu2020-03-12 21:09

“Neftçi”dən təşəkkür – VİDEO

Ölkə futbolu2020-03-12 15:49

AFFA videotəmrinlər hazırladı – VİDEO

Ölkə futbolu2020-03-12 12:52

Nazim Süleymanov: “Bizim qarşımıza siz çıxmısız, bizdən nə istəyirsiz?” – VİDEO

Dünya futbolu2020-03-12 11:00

PSJ inamlı qələbə ilə 1/4 finalda – VİDEO

Arxiv

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?