Connect with us

Müsahibə

Matiç “Qarabağ”a gələrkən Beqoviçlə məsləhətləşib

-də paylaşıldı

“Qarabağ”ın yeni transferi Uroş Matiç müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi Ağdam klubundan təklif alanda Asmir Beqoviçlə məsləhətləşdiyini deyib:

– Yeni komandanızda özünüzü necə hiss edirsiz?
– “Qarabağ”ı əvvəldən tanıyır, bilirdim ki, böyük klubdur. 3 dəfə Bakıda bu komandaya rəqib olmuşam. Bunların biri Danimarka “Kopenhagen”ində, 2-si isə Kipr APEOL-ində çıxış edərkən idi. Yəni, “Qarabağ” haqqında çox şey bilirdim. Bura gəlməmişdən əvvəl bir çox insanla danışmışdım. Cəmi 5 gün bəs etdi ki, “Qarabağ”ın böyük ailə olduğunu görüm.

– Maraqlıdır, Ağdam klubundan təklif alanda kimlərlə məsləhətləşmişdiz?
– Komandanın keçmiş qapıçısı Asmir Beqoviçlə danışmışdım. Çünki o, mənim yaxın dostumdur, qardaşım Nemanya Matiçlə birlikdə “Çelsi”də çıxış edib. Beqoviç “Qarabağ” haqqında xeyli müsbət fikir səsləndirdi. Bu amil də qərar verməyimdə vacib rol oynadı.

– Bəs təklif nə vaxt gəldi?
– Bir neçə gün danışıqlar oldu. Gördüm ki, “Qarabağ” ciddi klubdur, hədəfləri, iddiası var, avrokuboklarda uğur qazanmaq istəyir. Klubla hədəflərimiz üst-üstə düşdüyündən, təklifi qəbul etdim. Mən də uğur qazanmaq istəyirəm.

– Yeni komandanıza uyğunlaşa bilirsiz?
– Cəmi 4 gündür komanda ilə birlikdəyəm. Uyğunlaşmaq üçün elə də çox vaxt lazım deyil. Çünki artıq çəkim yoxdur, buraya hazır formada gəlmişəm. Əlbəttə, yeni komandadır, yeni baş məşqçi ilə çalışıram. Buna baxmayaraq, sürətlə adaptasiya olacağam. Çünki biz peşəkar futbolçularıq. Bir neçə gündən sonra bir-birimizi daha yaxşı başa düşəcəyik.

– Qardaşınız Nemanya Matiçlə bağlı xüsusi sual vermək istərdik. Onun bir müddət öncə erməni bayrağı ilə çəkilmiş şəkil paylaşması Azərbaycanda xeyli müzakirə və tənqid olundu. Yəqin ki, Azərbaycan və Ermənistan arasındakı münaqişədən xəbərdarsız…
– Nəyi nəzərdə tutduğunuzu bilirəm. Bu, siyasi gediş idi. Nemanya həmin fotoya baxmamışdı. Plakatdakı sözləri, orada nə yazıldığını oxumamışdı. Sonradan insanlar ona bunun nə demək olduğunu izah ediblər. Biz sülhün tərəfdarıyıq, münaqişə istəmirik. Çünki bu, futbola aid məsələ deyil.

– Qardaşınız həmin vaxt əsl həqiqəti bilmirdi. Olarmı, indi üzərində “Qarabağ – Azərbaycanındır!” sözləri yazılmış Azərbaycan bayrağı ilə şəkil çəkdirsin, biz də bunu paylaşaq?
– Bu, siyasi məsələdir. Nemanya başqa komandada çıxış edir. Əlbəttə, qarşısında Azərbaycan bayrağı görsə, onunla şəkil çəkdirər. Mən siyasətə qarışmaq istəmirəm.

– Nemanya “Qarabağ” haqqında bilir?
– Bəli, o da Asmirdən məlumat alıb. Böyük komandaya keçdiyimi bilir. Mənim “Qarabağ”a keçidimdən məmnundur.

– Ötən mövsüm Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin Bakıdakı cavab görüşündə APOEL-in heyətində siz olmasaydız, “Qarabağ” qalib gələrdi, yoxsa Kipr klubu?
– “Qarabağ” APOEL-dən yaxşı oynasa da, biz qollar vurub qalib gəldik. Şanslar 50/50-yə idi. Sonda APOEL 2:0 hesablı qələbə qazandı və ikinci qolu mən vurdum. Bu, futboldur. “Qarabağ”la yenidən avrokuboklarda oynayacağım üçün sevinirəm. Məncə, önəmli olan budur. (Report)

Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Digər2020-11-29 10:55

Kəlbəcərin işğaldan azad olunan kəndləri – VİDEO

Dünya futbolu2020-11-29 10:30

“Beşiktaş”da derbi öncəsi daha bir ciddi itki

Ölkə futbolu2020-11-29 10:15

Oynatmamaq oyunu

Dünya futbolu2020-11-29 10:00

29 futbolçu koronavirusa yoluxdu, Arazın komandası ilə oyun təxirə salındı

Dünya futbolu2020-11-29 09:40

“Sivasspor”da daha 3 nəfər koronavirusa yoluxdu

Dünya futbolu2020-11-29 09:20

Əliyevin komandası “Krasnodar”ı məğlub yola saldı

Ölkə futbolu2020-11-29 09:00

“Qəbələ”də 6 koronaviruslu: Sumqayıtda meydana çıxmayacaqlar

Premyer-liqa2020-11-29 02:22

“Keşlə” “Sabah”a, “Səbail” “Qarabağ”a qarşı – YENİLƏNİR

Dünya futbolu2020-11-29 02:02

“Real” evdə uduzdu, “Atletiko” və “Sevilya” səfərdə sevindi

Dünya futbolu2020-11-29 01:57

“Liverpul” xal itirdi, “Mançester Siti” darmadağınla qalib gəldi

Dünya futbolu2020-11-29 01:54

PSJ doğma meydanda xal itirdi

Dünya futbolu2020-11-29 01:36

“Yuventus” büdrədi, “İnter” darmadağına sevindi

Dünya futbolu2020-11-29 00:07

Super Liqa klubunda yeni baş məşqçi

Dünya futbolu2020-11-28 23:51

“Borussiya” uduzdu, “Bavariya” inamlı qələbəyə sevindi

Dünya futbolu2020-11-28 22:45

“Qalatasaray”dan darmadağın

Premyer-liqa2020-11-28 22:19

Premyer Liqada daha 3 oyunun hakimləri bilindi

Dünya futbolu2020-11-28 22:01

Fərid Nəbiyevli “Viktoriya” evdə uduzdu

Dünya futbolu2020-11-28 21:29

Paşayevli “Aleksandriya” doğma meydanda xal itirdi

Ölkə futbolu2020-11-28 20:38

“Neftçi”də koronavirusa yoluxan 5-ci futbolçu

Dünya futbolu2020-11-28 20:24

Nazarovun komandası səfərdə darmadağına sevindi

Premyer-liqa2020-11-22 18:38

“Zirə” – “Keşlə” matçında 4 qol – VİDEO

Premyer-liqa2020-11-22 17:12

“Qəbələ” – “Neftçi” matçında 5 qol – VİDEO

Ölkə futbolu2020-11-22 12:29

Əsgərlərimiz Qubadlıda futbol oynadı – VİDEO

Müsahibə2020-11-21 21:59

Kamran Quliyev: “Neftçi”nin daşı çox ağırdır” – VİDEO

Digər2020-11-20 20:00

Azərbaycan Ordusu Ağdama bayrağımızı sancdı – VİDEO

Ölkə futbolu2020-11-20 12:00

Kamran Quliyev: “Buna faciədən başqa bir ad qoymaq mümkün deyil” – VİDEO

Premyer-liqa2020-11-19 19:29

Promo: “Qəbələ” – “Neftçi” – VİDEO

Premyer-liqa2020-11-18 19:09

“Qəbələ” – “Neftçi”: Statisika – VİDEO

Ölkə futbolu2020-11-17 17:00

“Neftçi”nin “Piramida”sı – VİDEO

Ölkə futbolu2020-11-11 21:01

“Neftçi”nin yeni baş məşqçisi “Həmsöhbət”də – VİDEO

Premyer-liqa2020-11-08 18:14

“Neftçi” – “Qarabağ” 0:6 – VİDEO

Dünya futbolu2020-11-06 01:35

“Qarabağ”ın rəqiblərinin oyununa fırtına əngəli – VİDEO

Premyer-liqa2020-11-01 18:47

“Qarabağ” – “Keşlə” matçında 7 qol – VİDEO

Premyer-liqa2020-10-31 18:28

“Zirə”dən “Səbail”lə heç-heçə – VİDEO

Premyer-liqa2020-10-31 16:57

“Qəbələ”dən mövsümün ilk qələbəsi – VİDEO

Premyer-liqa2020-10-17 19:04

“Qarabağ” 3 xalı 3 qolla qazandı – VİDEO

Ölkə futbolu2020-10-16 10:46

“Neftçi”yə əlimdən gələnin ən yaxşısını etmək üçün gəlmişəm” – VİDEO

Digər2020-10-03 23:07

İşğaldan azad edilmiş ərazilərimizdən yeni görüntülər – VİDEO

Premyer-liqa2020-10-03 18:47

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Digər2020-10-01 16:33

Ordumuzun işğaldan azad etdiyi ərazilərdən görüntü – VİDEO

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?