Ölkə futbolu
“Qarabağ” daha bir yoxlama oyunu keçirəcək

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” yeni mövsümə hazırlıq məqsədi ilə daha bir yoxlama oyunu keçirəcək.
Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisi “Sabah”la qarşılaşacaq.
Avqustun 11-də keçirilməsi planlaşdırılan görüşün yeri isə hələ müəyyənləşməyib. (qol.az)
Qeyd edək ki, “Qarabağ” Qəbələdə təlim-məşq toplanışı çərçivəsində “Sabah”a 1:2 hesabı ilə uduzmuşdu.