Connect with us

Ölkə futbolu

Tamaha qurban gedən istedad

-də paylaşıldı

Şakir Seyidov yaxşı futbolçudu, karyerasını pis-yaxşı davam etdirəcək. Amma o, heç vaxt böyük oyunçu olmayacaq, hansısa xarici klubda möhkəmlənməyəcək, heç milli komandamızın aparıcı üzvünə də çevrilməyəcək.

Problem düşüncədə, dünyagörüşündədi. Hələ 21 yaşının tamam olmasına 5 ay qalan bir uşaq indidən ancaq pulu düşünürsə, onun parlaq karyerası ola bilməz. Halbuki “Sabah” onun inkişaf etməsi üçün yaxşı şərait yaratmışdı. Futbolu düşündükcə, oyunçu səviyyəsini artırdıqca maaşı da artacaqdı.

Son günlər Şakirin adı çox hallanır. Hələ heç nəyi sübut etməmiş birinin əvəzedici heyətə göndərilməsi sosial şəbəkədə haqsızlıq kimi təqdim edilir. İlk baxışdan belədi, amma həm də belə deyil axı…

Bildiyimizə görə, “Sabah” müqaviləsi gələn yay başa çatacaq Şakirə yeni üçillik anlaşma təklif edib. Seyidov isə maliyyə şərtlərindən razı qalmadığı üçün imtina edib və əvəzedici heyətə göndərilib. Klubun futbolçunu yeni müqaviləyə imza atmaq üçün bu şəkildə məngənəyə salması mənəvi cəhətdən doğru deyil, amma hüquqi cəhətdən hər şey doğrudu – müqavilə bağlılığı var və qarşıdakı bir ildə klub futbolçudan istənilən komandada istifadə edə bilər.

Şakir U-21 millimizin üzvüdü, “Sabah”da oynamaması milli karyerasına təsir edəcək. Bunu bir az da özü düşünməlidi. Klub onu qəpik-quruşa oynatsaydı, qınanılardı. Amma iş ondadı ki, “Sabah” futbolçiya təklif etdiyi yeni müqavilədə maaşını artırıb, Şakir isə 5-6 dəfə (!) artıq əməkhaqqı tələb edib. Belədə danışıqlarda ortaq məxrəcə gəlmək mümkün olmayıb və qərar aydındı.

Seyidovu bu vəziyyətə salanlar ətrafına toplaşan, ondan öz xeyri üçün faydalanmağa çalışan menecerlər, dost-tanışlardı. Futbolçunu aylıq 6-7 min manat maaşa layiq olduğuna inandırıblar, halbuki yaşıdlarından, U-21 millisindəki oyundaşlarından heç biri öz klubunda bunun yarısını da qazanmır. Və yarımmüdafiəçinin acgözlüklə belə yüksəsk məbləğ istəməsi qarşılığında “Sabah” rəhbərliyinin qəzəbinə bəraət qazandırmaq istəyirsən. Hər şeyin ölçüsü var, öncə futbol oynamaq lazımdı, yaxşı oynadıqca yaxşı pul da gələcək. Yox, əgər ilk öncə maliyyəni düşünürsənsə, deməli, futbolu çoxdan bitirmisən. Buna uyğun nümunələr isə həddindən artıq çoxdu.

Müqavilə ilə bağlı problem yaşayan futbolçuların ikinci komandaya göndərilməsi “Sabah”ın kəşfi deyil. Bugünə qədər nəinki Azərbaycanda onlarca belə hadisə olub, hətta dünya ulduzları da eyni aqibəti yaşayıb. Əksər hallarda da prosesdən futbolçular məğlub ayrılıb.

Seyidov hələ 21 yaşı olmamış böyük futbolçu olduğunu düşünür. Halbuki “Sabah”a gələnə qədər o kim idi? “Bakı”da, “Əlincə”də gün keçirirdi, daha sonra isə “Vətən”də qərar tutmuşdu. Məhz sonunculardan bu akademiyaya bağlı olan “Sabah”a seçildi, oynadı, tanınmağa başladı.

Şakir Azərbaycan səviyyəsində ortabab futbolçudu, birdən-birə 5-6 qat artıq maaş istəmək üçün heç nə etməyib. Premyer Liqada tətbiq olunan 21 yaş limiti olmasaydı, heyət üzü görəcəyi də sual altında idi. Məhz bu məcburiyyət məşqçilərin ondan əsas heyət üzvü kimi faydalanmasını şərtləndirdi. İnanın, limit yaşı bitən kimi heç bir komanda onu arzulamayacaq. Bəli, yerli oyunçu qıtlığında onun xidmətində maraqlı olan tapılacaq, amma heç kim onun üçün kisənin ağzını açmayacaq.

Seyidov üçün bircə nümunə çəkəcəm. Ötən mövsüm “Zirə”də əsas heyət üzvü olan Nicat Süleymanov indi hardadı? İcarəylə gəldiyi “Qarabağ”a qayıdıb, ağdamlılar onu istəmir, başqa yiyə duran da yoxdu. Çünki yaşı limit həddini keçib, əsas heyətə düşmək perspektivi yoxdu. Üstəlik, elə Şakir kimi xarakter problemi var, öz bacarığını qiymətləndirmək əvəzinə alacağı pulu düşünür, özünü ulduz sayır. Saymağında olsun – divizionda, ya da Region Liqasında sorağını eşidərik.

“Sabah”ın dərdi Şakir deyil. Bəli, klub onu yeni müqaviləyə məcbur edirsə, deməli, inkişafında maraqlıdı, eyni zamanda Azərbaycan futboluna qazandırdığı birini asanca kiməsə bağışlamaq istəmir. Lakin buna görə böyük pullar xərcləmək niyyətində də deyil, hər kəsin dəyəri var. Daha yaxşı şərtlərlə yeni müqavilə təklif edilib, futbolçu şok tələblə çıxış etməsəydi, yəqin ki, uyğun məbləğə də razılaşacaqdılar. Seyidovsa… Özü bilər.

Bir neçə gün keçəcək və Şakir unudulacaq. Ətrafına toplaşan dostları da, menecerlər də onu yaddan çıxaracaq. Beləliklə, daha bir istedad xarakteri üzündən məhv olacaq. Bəlkə də belələrini indidən ağıllandırmaq daha məsləhətlidi.

“Sabah” öz işindədi. Klub iddialarını artırmaqla yanaşı, yeni istedadları da üzə çıxarır. Ötən mövsüm eyni vaxtda 3 limit oyunçusuna start heyətdə şans vermək cəsarəti göstərən bakılılar adətən tələb olunduğu kimi bir deyil, daha çox gənci oynadırdı. Dünən Şakir, bu gün bir başqası – klub akademiyasında şans gözləyən onlarla istedad var. Sən dayandınsa, futbolu unudub pulu düşündünsə, digərləri şansı qaçırmayacaq.

Ötən il “Sabah” Antaya toplanışına 8 gənc futbolçu aparmışdı: Elçin Mustafayev (2000-ci il), Neymət Musayev (2002), Abbas Ağazadə (1999), Ceyhun Nuriyev (2001), Emil Qasımov (2000), Şakir Seyidov (2000), Abdulla Xaybulayev (2001), Rüstəm Samiqqulin (2002). Və onlardan əksəriyyətinə çempionatda şans verildi, kimisi əksər matçlarda, kimisi də bir neçə oyunda forma geydi.

Bu yay isə Qəbələ hazırlığında 9 gənc iştirak etdi, hamısı yoxlama oyunlarında şans qazandı, əsas heyət üzvünə çevrilənlər də oldu: Ceyhun Nuriyev (2001), Arsen Ağcabəyov (2000), Neymət Musayev (2002), Təbriz İsazadə (2001), Abbas Ağazadə (1999), Nicat Mehbalıyev (2000), Abdulla Xaybulayev (2001), Camal Cəfərov (2002) və Rüstəm Samiqqulin (2002). Şakirin mövqeyində məşqçilər Abbasla Təbrizi sınadılar və onları yeni mövsümdə daha yaxından tanıyacağıq.

Göründüyü kimi, Antalyaya gedənlərdən üçü siyahıdan kənar qalıbsa, onları 4 yeni futbolçu əvəz edib. Olan pul davası edən Şakirə, eyni səbəblərdən formasını itirib əvəzedici heyətdə qalan Elçin Mustafayev və Emil Qasımova oldu. Fikir futboldan yayınınca oynamağı daha çox istəyənlər şansı qaçırmadı.

Gənclərlə bağlı faktları yazarkən hələ 1998-ci il təvəllüdlü 2 futbolçunu qeyd etməmişik. Amin Seydiyevlə Ozan Can Kökçünü də siyahıya əlavə etsək, “Sabah”ın necə potensiallı heyəti olduğunu görərik. Düzdü, bu gənclərdən üçü bizim futbolun yetirməsi deyil, amma milliləşdirmələri AFFA xətti ilə, onlar hələ “Sabah”a götürülməmiş, milli komandalar düşünülərək reallaşıb. Klub da elə yığmalarımızı düşündüyü üçün bu oyunçulara şərait yaradır, şans verir.

Yeri gəlmişkən, “Qarabağ”la son sınaq matçında bakılılar ilk yarıda 3 (Amin Seydiyev, Ceyhun Nuriyev, Ozan Can Kökçü), fasilədən sonra 6 (Arsen Ağcabəyov, Neymət Musayev, Təbriz İsazadə, Abdulla Xaybulayev, Abbas Ağazadə, Camal Cəfərov) limit oyunçusuna güvəndi. Bir gün öncə “Qəbələ” ilə matçda isə Nicat Mehbalıyev, Arsen Ağcabəyov, Neymət Musayev, Abbas Ağazadə, Abdulla Xaybulayev, Camal Cəfərov və Təbriz İsazadədən ibarət “yeddilik” start heyətdə idi.

“Sabah”ın sabiq baş məşqçisi Jelko Sopiçin uğursuz işi bir yana, o, Şakirin futbolçu kimi sıradan çıxmasında əsas günahkardı. Xatırlayırsızsa, xorvat məşqçi bir dəfə mətbuata “mənə Şakir kimi 10 oyunçu lazımdı” demişdi. Seyidovu elə bu tərif “yandırdı”. Növbəti matçda yarımmüdafiəçi bərbad oyunu üzündən hələ ilk yarıda əvəzləndi, sonra isə bir müddət normal futbol sərgiləmədi. İndi də kimsə Seyidovun qulağına dünya ulduzu olduğunu pıçıldayıb, o da yeni müqavilə üçün fantastik şərtlər irəli sürüb.

Bəli, Seyidov “Sabah”la yeni müqavilə bağlamağa borclu deyil. İstəmirsə, ona harada rol verilirsə, orada qərar tutmalı və anlaşmada göstərilən qədər maaş almalıdı. Klubun onu mütləq əsas heyətdə oynadacağı ilə bağlı öhdəliyi yoxdu, futbolçunu məşqlə təmin etmək məcburiyyəti var, bunu da ikinci komandasıyla edəcək. Yarımmüdafiəçi təklif edilən, onun bacarığına uyğun hesablanan yeni müqaviləyə razı deyilsə, ulduz xəstəliyinə tutulubsa, aqibətiylə barışmalıdı. Klub isə gələcəyi düşündüyündən, komandayla daha uzun müddət yola davam etmək istəyən gəncləri qazanmaq üçün onların yolunu açır. Şakirə də belə şans verilmişdi, iki il faydalandı, “böyüyə bilmədisə”, aqibətini özü düşünsün.

CAVAD

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Dünya futbolu2020-09-26 18:21

“Qalatasaray”ın sabiq futbolçusu 1-ci liqa klubunda

Premyer-liqa2020-09-26 18:04

“Səbail” “Sabah”a qarşı – YENİLƏNİR

Dünya futbolu2020-09-26 17:52

“İnter” hücumçusunu B Seriyasına göndərdi

Dünya futbolu2020-09-26 17:23

“Yuventus”un futbolçusu “Cenoa”da

Digər2020-09-26 16:59

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Dünya futbolu2020-09-26 16:24

“Real” “Betis”lə oyuna onsuz çıxacaq

Dünya futbolu2020-09-26 15:57

Kamran Əliyev üçün yeni baş məşqçi

Dünya futbolu2020-09-26 15:25

“Borussiya”nın futbolçusunda koronavirus aşkarlandı

Dünya futbolu2020-09-26 14:59

İtaliya klubunda baş məşqçiylə yeni müqavilə

Dünya futbolu2020-09-26 14:20

“Mançester Siti”nin futbolçusu millinin heyətindən çıxarıldı

Dünya futbolu2020-09-26 13:54

“Mançester Siti”dən “Borussiya”ya

Dünya futbolu2020-09-26 13:33

Simeone koronavirusa qalib gəldi

Ölkə futbolu2020-09-26 13:12

“Qarabağ” “Legiya” ilə oyun üçün 23 futbolçu sifariş etdi

Dünya futbolu2020-09-26 12:51

“İnter”in hücumçusu “Verona”da

Dünya futbolu2020-09-26 12:28

“Benfika”nın futbolçusu rəsmən “Monako”da

Dünya futbolu2020-09-26 12:07

Premyer Liqa klubunda yeni müqavilə

Dünya futbolu2020-09-26 11:46

“İnter”i “Sampdoriya”ya dəyişdi

Dünya futbolu2020-09-26 11:25

PSJ-də yeni qapıçı

Dünya futbolu2020-09-26 11:04

“Espanyol”dan Super Liqa klubuna

Dünya futbolu2020-09-26 10:33

Morata “Yuventus”da nömrə seçimini etdi

Dünya futbolu2020-09-26 10:02

“Lester Siti”dən “Trabzonspor”a – RƏSMİ

Dünya futbolu2020-09-26 09:31

Koutinyonun “Barselona”da yeni forma nömrəsi

Ölkə futbolu2020-09-26 09:00

Ədalətli heç-heçə

Dünya futbolu2020-09-26 00:55

“Lill”dən inamlı qələbə

Dünya futbolu2020-09-26 00:42

“Ayntraxt” 3 xalı 3 qolla qazandı

Dünya futbolu2020-09-25 23:44

Nazarov üçün 60 dəqiqə və 1 xal

Premyer-liqa2020-09-25 23:38

Statistika: “Neftçi” – “Qəbələ” – VİDEO

Dünya futbolu2020-09-25 23:11

“Şalke”nin futbolçusunda koronavirus aşkarlandı

Dünya futbolu2020-09-25 23:05

“Başakşəhər” yenə məğlub oldu

Dünya futbolu2020-09-25 22:38

Luis Suares rəsmən “Atletiko”da

Ölkə futbolu2020-09-25 22:19

Cavid İmamverdiyev “Qarabağ”dan 4 tura 4 xal alıb

Ölkə futbolu2020-09-25 22:07

“Səbail” icazəsiz ölkəsinə gedən futbolçusuna qovuşdu

Premyer-liqa2020-09-25 21:54

“Sumqayıt” – “Qarabağ” matçında 4 qol – VİDEO

Premyer-liqa2020-09-25 21:38

“Stuxlik bu epizodu müzakirə etməlidir” – Ayxan Abbasov

Premyer-liqa2020-09-25 21:27

“Yaxşı komandamız var, amma istədiyimiz formada deyilik” – Qurban Qurbanov

Premyer-liqa2020-09-25 20:51

“Qarabağ” məğlubiyyətdən son anda xilas oldu

Dünya futbolu2020-09-25 20:06

“Tottenhem” oynamadan mərhələ adladı

Dünya futbolu2020-09-25 19:48

Daha 3 hakimdə koronavirus aşkarlandı – Türkiyədə

Dünya futbolu2020-09-25 19:15

Ən çox titul qazanan iki almandan biri

Dünya futbolu2020-09-25 18:53

“Bavariya” ilkə imza atdı

Premyer-liqa2020-09-25 18:37

“Neftçi” və “Qəbələ”nin 53-cü görüşü

Ölkə futbolu2020-09-25 17:41

“Kəpəz”dən növbəti heç-heçə

Ölkə futbolu2020-09-25 17:26

Birinci Divizionda ilk turun oyun cədvəli açıqlandı

Digər2020-09-25 16:51

Azərbaycanda daha 101 yeni yoluxma faktı qeydə alındı

Ölkə futbolu2020-09-25 16:36

“Neftçi”nin yeni futbolçusu milliyə dəvət aldı

Ölkə futbolu2020-09-25 15:57

Azərbaycan Əlillər Futbolu Federasiyasının Konfransı keçirilib

Ölkə futbolu2020-09-25 15:25

“Neftçi” ilə “Nobel İlaç” arasında əməkdaşlıq müqaviləsi imzalandı

Dünya futbolu2020-09-25 15:03

Nazarovun komanda yoldaşı Super Liqa klubunda

Dünya futbolu2020-09-25 14:32

“Qalatasaray” hücumçusunu icarəyə verdi

Dünya futbolu2020-09-25 14:01

FİFA-dan federasiyaya sərt cəza

Premyer-liqa2020-09-25 23:38

Statistika: “Neftçi” – “Qəbələ” – VİDEO

Premyer-liqa2020-09-25 21:54

“Sumqayıt” – “Qarabağ” matçında 4 qol – VİDEO

Ölkə futbolu2020-09-24 19:14

Həmsöhbət: Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral

Ölkə futbolu2020-09-22 16:41

“Neftçi TV”-də “Ulduz stansiyası”: Fuad İsgəndərov – VİDEO

Premyer-liqa2020-09-21 19:51

“Qarabağ”la oyun “Neftçi TV”nin gözü ilə – VİDEO

Premyer-liqa2020-09-20 22:59

Azərbaycan derbisində “Neftçi” sevindi – VİDEO

Ölkə futbolu2020-09-20 21:12

“Sabah” Zirədən inamlı qələbə ilə qayıtdı – VİDEO

Ölkə futbolu2020-09-20 16:33

Yeni transferi “Neftçi”ni seçmə səbəbini açıqladı

Premyer-liqa2020-09-19 22:00

“Sumqayıt” – “Səbail” matçında 3 qol – VİDEO

Premyer-liqa2020-09-19 20:20

“Keşlə” Qəbələdən 1 xalla döndü – VİDEO

Premyer-liqa2020-09-19 17:22

Promo: “Qarabağ” – “Neftçi” – VİDEO

Ölkə futbolu2020-09-19 13:20

“Qalatasaray”ın Bakıdan hazırladığı VİDEOREPORTAJ

Ölkə futbolu2020-09-18 00:58

“Neftçi”nin möcüzəyə gücü çatmadı – VİDEO

Ölkə futbolu2020-09-17 19:55

“Neftçi TV”də səfirlə “Həmsöhbət” – VİDEO

Ölkə futbolu2020-09-17 11:22

“Qarabağ” penaltilərlə uduzdu – VİDEO

Ölkə futbolu2020-09-16 11:26

“Sabah”ın onlayn mağazası fəaliyyətə başladı – VİDEO

Premyer-liqa2020-09-13 21:44

“Sabah”dan “Qəbələ”yə üç cavabsız qol – VİDEO

Ölkə futbolu2020-09-13 17:39

“Neftçi TV”də “Fanzona” – VİDEO

Premyer-liqa2020-09-12 22:00

“Səbail” – “Zirə” matçında 3 qol – VİDEO

Ölkə futbolu2020-09-12 12:26

“Həmsöhbət” – Elnur Eyvazov – VİDEO

Premyer-liqa2020-09-11 23:53

“Qarabağ”ın yeni mövsümdə ilk heç-heçəsi – VİDEO

Premyer-liqa2020-09-11 21:57

“Sumqayıt”dan “Neftçi”yə iki cavabsız qol – VİDEO

Ölkə futbolu2020-09-11 10:03

“Neftçi”də konqolu hücumçu

Ölkə futbolu2020-09-09 18:20

“Neftçi”nin büdcəsi 40 faiz azaldılıb – VİDEO

Premyer-liqa2020-09-09 17:09

Promo: “Neftçi” – “Sumqayıt”

Milli komanda2020-09-09 01:48

Millimizin Kipr zəfəri – VİDEO

Milli komanda2020-09-06 10:02

Millimizin Lüksemburqa məğlubiyyəti – VİDEO

Ölkə futbolu2020-09-02 16:45

“Neftçi TV”də “Ulduz stansiyası”: Kamran Ağabalayev – VİDEO

Ölkə futbolu2020-08-31 21:14

Fatih Terimdən “Neftçi” reaksiyası – VİDEO

Ölkə futbolu2020-08-28 01:10

“Neftçi”dən Avroliqada uğurlu start – VİDEO

Ölkə futbolu2020-08-27 17:04

“Qarabağ” “Şerif”ə də qalib gəldi – VİDEO

Ölkə futbolu2020-08-26 12:43

Ramin Musayevlə “Hömsöhbət” – VİDEO

Premyer-liqa2020-08-23 22:38

Hərəyə bir qol, bir xal – VİDEO

Premyer-liqa2020-08-22 22:58

“Qarabağ”dan inamlı qələbə – VİDEO

Premyer-liqa2020-08-21 23:12

“Neftçi” – “Səbail” matçında 3 qol – VİDEO

Premyer-liqa2020-08-21 21:42

Yunis Hüseynovlu “Keşlə” qələbə ilə başladı – VİDEO

Premyer-liqa2020-08-21 11:01

“Sabah” yeni mövsüm üçün formalarını təqdim etdi – VİDEO

Ölkə futbolu2020-08-20 11:43

Arif Əsədovla “Unudulmaz xatirələr” – VİDEO

Ölkə futbolu2020-08-19 13:47

“Qarabağ”dan ÇL-ə möhtəşəm start – VİDEO

Ölkə futbolu2020-08-18 13:31

Arif Əsədov “Unudulmaz xatirələr”də – VİDEO

Ölkə futbolu2020-08-17 19:09

“Neftçi TV”də “Ulduz stansiyası” – VİDEO

Ölkə futbolu2020-08-16 18:05

Füzuli Məmmədov: “Neftçi”də ilk hədəfim çempion olmaqdı” – VİDEO

Ölkə futbolu2020-08-15 19:38

“Neftçi”dən “Qəbələ” üzərində qələbə – VİDEO

Ölkə futbolu2020-08-15 13:01

“Sumqayıt” “Zirə”ni 4 qolla məğlub etdi – VİDEO

Ölkə futbolu2020-08-14 14:32

Klublarımızın Qəbələ toplanışının icmalı – VİDEO

Ölkə futbolu2020-08-14 10:29

Mamadu Kane: “Meydanda can qoymağa hazıram” – VİDEO

Premyer-liqa2020-08-12 15:22

Azərbaycan Premyer Liqasının yeni loqosu təqdim olundu

Ölkə futbolu2020-08-12 13:17

Etopazda Möhtəşəm Avqust Çempionlar Liqası ilə davam edir! – VİDEO

Ölkə futbolu2020-08-03 00:59

“Sabah”da yeni müdafiəçi – VİDEO

Milli komanda2020-07-30 18:34

De Byazi: “Birlikdə böyük uğurlara imza atacağıq” – VİDEO

Arxiv

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?