(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Son 5 mövsümün 3 ən yaxşısı: “Neftçi”, “Qarabağ”, “İnter”

Son 5 mövsümün 3 ən yaxşısı: “Neftçi”, “Qarabağ”, “İnter”

Premyer Liqanın son mövsümündə "Qarabağ" 21 illik həsrətə son qoyaraq öz çempionluğunu qeyd etdi. Həm də bu mövsüm digərləri ilə müqayisədə daha maraqlı keçdi. 3 il ardıcıl ölkə çempionluğunu qeyd edən "Neftçi" son mövsümdə mükafatçılar sırasına düşə bilmədisə, ən yaxşı nəticəsi 5-ci pillə olan "Qəbələ" bu dəfə çempionatın bürünc medalına sahib çıxmış oldu.
 
Son 5 mövsümün statistikasına nəzər saldıqda, maraqlı mənzərə alınır. Məsələn, adətən mükafatçılar sırasında görməyə öyrəşdiyimiz "Xəzər Lənkəran" son 2 mövsümdə heç ilk “5-lik”də də yer ala bilmir. Cənublular bu gedişlə əbədi ortabab adına sahib çıxmasa, yaxşıdı.
 
2009/10 mövsümünün sonunda "İnter" çempionluğu bayram edərək, qızıl medallara sahib çıxmışdı. Ümumilikdə 29 xal toplayan "bankirlər" ən yaxın izləyicisi olan "Bakı"nı cəmi 1 xal qabaqlaya bilmişdi. Sözügedən mövsümdə ilk “3-lüy”ü Ağdam klubu qapayıb. "Qarabağ" bu mövsümün yekununda cəmi 27 xalla kifayətlənməli oldu ki, bu da Qurban Qurbanovun komandasına yalnız bürünc medal qazandırdı. Sonrakı pillələrdə isə ardıcıl olaraq "Xəzər Lənkəran" (27), "Neftçi" (23), "Qəbələ" (20), "Olimpik-Şüvəlan" (indiki AZAL), "Simurq" və indi I divizionda mübarizə aparan "Turan", "Muğan", "Standard" və "Karvan" komandaları yer alırdı.
 
2010/11 mövsümünün əyalət klubları üçün uğurlu keçdiyini demək olmaz. Bu mövsümdə komandaların siyahısında dəyişiklik edilmişdi. Belə ki, 2009/10 mövsümündə "Standard" və "Karvan" komandaları aşağı dəstəyə düşdüyündən onları MOİK və "Gəncə" (Kəpəz) əvəzləmişdi. Bu mövsüm "Neftçi" (67) ən yaxın izləyicisi "Xəzər Lənkəran"ı 7 xal qabaqlayaraq çempionluğu bayram etdi. Hələ bu çempionluğun növbəti mövsülmlərdə də davam edəcəyi isə heç kəsə məlum deyildi.
 
2011/12 mövsümü isə digərlərinə nisbətən daha maraqlı keçdi. Bu dəfə medallar uğrunda "Neftçi", "Xəzər Lənkəran" və "İnter" komandaları mübarizə aparırdı. Lakin mövsümün sonunda qızıl medal qazanan "ağ-qaralar" oldu (63 xal). Növbəti pillələri isə müvafiq olaraq "Xəzər Lənkəran" (59) və "İnter" (56) komandaları bölüşdürdü. Bu mövsüm sonuncu pillədə qərarlaşan isə 24 xalla "Sumqayıt" oldu. Lakin aşağı dəstədən elitaya qalxmalı olan komandalar lisenziya tələblərinə cavab vermədiyi üçün "Sumqayıt" növbəti mövsümü də elitada keçirdi.
 
2012/13 mövsümündə isə "Qarabağ" çempionluq uğrunda daha ciddi mübarizə aparmağa başladı. Lakin Ağdam klubu bu dəfə də çempionluğu bayram edə bilmədi və 59 xalla gümüş medala sahib çıxdı. "İnter" yenə medalçılar sırasına düşməyi bacardı və mövsümü 57 xalla 3-cü pillədə başa vurdu. Bu mövsümdə də ötən ildə olduğu kimi "Neftçi" çempionluğu bayram etdi. Böyükağa Hacıyevin komandası bütün rəqiblərini qabaqlayaraq 62 xalla kuboku başı üzərinə qaldırdı. Bu, "Neftçi"nin ardıcılı 3-cü çempionluğu idi.
 
Son mövsümə gəlincə "Neftçi" uğursuzluqla üzləşdi. Ardıcıl 3 il çempionluğa sevinən komanda bu dəfə heç mükafatçılar sırasına da düşə bilmədi və mövsümü 4-cü pillədə qapadı. "Qarabağ" isə 21 illik həsrətə son qoyaraq mövsümün ən yaxşısı adına layiq görüldü (72). "İnter" ənənəsinə sadiq qalaraq bu dəfə də mövsümü mükafatçılar sırasında başa vurdu və 67 xalla gümüş medala sahib çıxdı. Son mövsüm həm də "Qəbələ" üçün uğurlu oldu. Yuri Syominin başçılıq etdiyi əyalət klubu bu dəfə 3-cü pilləni ələ keçirdi və tarixində ilk dəfə mükafata sahib çıxdı.
 
Son çempionatda elitada olmuş komandaların 5 mövsümdə topladıqları xallara əsasən turnir cədvəli tərtib etdikdə maraqlı görüntü ortaya çıxır. Belə ki, 5 mövsüm ərzində komandaların topladığı xallara əsasən "Neftçi", "Qarabağ" və "İnter" komandaları ilk “3-lüy”ə daxil olub. Sonuncu pillə isə "Sumqayıt"ın qismətinə düşür.
 
1. Neftçi - 275
2. Qarabağ - 269
3. İnter - 258
4. Xəzər Lənkəran - 235
5. Qəbələ - 222
6. AZAL - 217
7. Bakı - 216
8. Simurq - 178
9. Rəvan - 101
10. Sumqayıt - 84
 
Qeyd. Statistika Peşəkar Futbol Liqasının (PFL) arxivindən götürülüb. Bəzi mövsümlər fərqli reqlamentlə keçirildiyindən hesablamalarda yalnız yekun turnir cədvəlləri əsas götürülüb. "Rəvan" və "Sumqayıt" komandaları son 5 mövsümün yalnız 3-də iştirak etdiyindən, bu klubların sadəcə, 3 mövsüm ərzindəki göstəriciləri diqqətə alınıb.
 
RÖVŞƏN ƏHLİMANOĞLU

 
tarix: 30-05-2014 16:15


 
Xəbər lenti
17.09.2019

01:01   Turun son oyununda qol olmadı

00:50   Turindən çətin qələbə ilə

16.09.2019

23:20  Şeydayevsiz “Dinamo” Əliyevin komandası ilə bacarmadı

22:58  “Alanyaspor” “Fənərbaxça”nı da məğlub etdi

20:32  Dünya çempionatının püşkü atıldı

19:00  45 il sonra gələn antirekord

18:34  İbrahimoviçdən yeni rekord

17:12  AFFA “Neftçi”nin məşqçisi ilə bağlı qərarını dəyişdi

17:05  Premyer Liqada 60-cı səfər qolu

16:33  “İdman Azərbaycan” telekanalının adı və loqosu dəyişdirildi

16:09  UEFA-dan “Qarabağ”a 4 milyon avro

15:46  Süleymanov 80-ci oldu

15:24  “Neftçi”nin sabiq prezidenti Avroliqa matçına təyinat aldı

15:07  “Sevilya”nın futbolçusu: “İlk oyun çox önəmlidi”

14:45  “Barselona”nın futbolçusunun evi qarət olundu

14:24  PSJ-də “Real”la oyun öncəsi ciddi itkilər

14:08  Fernando: “Bakı səfərinə hazırıq”

13:35  “Qarabağ” - “Sevilya”: hakim təyinatları açıqlandı

13:24  “Zirə”nin futbolçusundan 10-cu qol

13:11  “Roma” - “Sassuolo” matçında 6 qol - VİDEO

13:03  “Sevilya”nın futbolçusu: “Bakı səfəri asan olmayacaq”

12:50  “Milan”a 1 qol bəs etdi - VİDEO

12:40  Adrian Skarlatake: “İkinci pilləyə oynamaq üçün gücümüz var”

12:23  Millimizin heyətində dəyişiklik edildi

12:01  400-cü ev qolu

11:43  Mütəllimovdan ikinci, mövsümdə ilk

11:20  “Qarabağ”dan iki rekord

10:56  Lopeteqi: “Bakıda bizim üçün çətin olacaq”

10:40  “Sabah”da baş məşqçi dəyişikliyi - RƏSMİ

10:37  Əfranın etirafı: “Adi səhvlərdən qollar buraxdıq”

10:29  Hakimlər “Keşlə”yə, Bordin “Neftçi”yə qarşı: “Səbail”ə “sevgi” davam edir

10:14  Eltun Turabovun komandası “Kukesi”ni məğlub yola saldı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az