(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Rövnəq Abdullayev: "Neftçi"yə sponsorluq etmək şirkətin borcudu"

Rövnəq Abdullayev: "Neftçi"yə sponsorluq etmək şirkətin borcudu"

Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ" ikinci təsnifat mərhələsinin cavab oyununda səfərdə 1:0 hesabı ilə məğlub etdiyi Malta "Valletta"sını doğma meydanda darmadağın etdi. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz rəqibinə 4 cavabsız top vuraraq növbəti mərhələdə Avtriya "Zalsburq"una rəqib oldu.
 
"Qarabağ" - "Valletta" matçını izləyənlər arasında AFFA-nın prezidenti Rövnəq Abdullayev də var idi. Ölkənin ali futbol qurumunun rəhbəri qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb:
 
- Qarşılaşma ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- "Qarabağ"ın Çempionlar Liqasında qazandığı böyük hesablı qələbə bizim üçün rekord oldu. Belə bir qələbəyə görə hər kəsi təbrik edirəm. Ağdam klubunun növbəti mərhələni də keçəcəyinə inanıram. Onların rekord vuraraq, ÇL-nin qrup mərhələsinə də düşəcəklərinə inanıram. Bu da bizə əlavə imkanlar yaradacaq.
 
- Rəqib futbolçular "Qarabağ"ın oyunçularına qarşı aqressiv oynayanda nə hisslər keçirirdiz?
 - Uduzan həmişə cığallıq edir. Burada problemli bir şey yoxdu. "Qarabağ" orada da, burada da çox güc sərf etdi. Onların sükanı belə saxlayacaqlarına inanıram.
 
- Sabah (bu gün) Ağdamın işğal günüdü. Bu qələbənin yerinə düşdüyünü söyləmək olarmı?
- Bunu mən futbolçularla görüşdə də dedim. Ağdamın icra başçısı da matçı stadiondan izləyirdi. 23 iyul Ağdamın işğal günüdü. Bu qələbə ağdamlılara bir məlhəm oldu.
 
- Növbəti turda Avstriya çempionu olan "Zalsburq" Bakıya gəlir...
- "Zalsburq" güclü komandadı. Komandamız yəqin ki, "Zalsburq"u keçmək üçün ciddi çalışacaq.
 
- Bu həftə digər təmsilçilərimiz "İnter"lə "Neftçi"nin də oyunları olacaq...
- "İnter" artıq səfərdə qələbə qazanıb. Onlar artıq növbəti mərhələnin astanasındadı. Bu baxımdan şansımız böyükdü. "Neftçi" Bakıdakı məğlubiyyətin əvəzini səfərdə çıxmalıdı. Bizi sevindirə bilsə, bu, böyük irəliləyiş olacaq.
 
- Siz “Neftçi”yə sponsorluq edən şirkətin prezidenti kimi tanınırsınız. Ancaq "Neftçi"nin oyununda görünmürsüz. Yoxsa gəlmisiz, biz görməmişik?
- Ümumiyyətlə, mən Azərbaycan futbolunun azarkeşiyəm. Kiməsə sponsorluq etməyimiz, ona azarkeşlik etməyimiz anlamına gəlmir. Mən vaxtı ilə "Neftçi"nin prezidenti olsam da, hazırda o vəzifə mənə məxsus deyil. Mən bütün komandalarımıza azarkeşlik edirəm. Sponsorluq etmək şirkətin borcudu.
 
- Azarkeşlər stadionu demək olar ki, doldurmuşdu. Adətən Azərbaycanda azarkeş qıtlığı yaranır...
- Mən azarkeşlərdən hələ ki, narazıyam. 4:0 hesablı qələbə qazanan komandanın oyununda azarkeşlərin 76-cı dəqiqətən etibarən stadionu tərk etməsini anlamıram. Düzdü, stadion dolu idi. Dünya Çempionatı göstərdi ki, məğlub duruma düşən komandalara necə dəstək vermək lazımdı.
 
- Növbəti həftədə, "Qarabağ" - "Zalsburq" oyununda sizi stadionda görə biləcəyik?
- Mütləq.

 
tarix: 23-07-2014 11:52


 
Xəbər lenti
13.11.2019

12:01   Asim Xudiyevə beynəlxalq təyinat

11:40   Azərbaycan - Uels: Mətbuat konfranslarının vaxtı bilindi

11:34   Dani möcüzə gözləyir: “Buna inanmasaq, elə Bakıda qalarıq”

11:21   Misir yığmasında Salah şoku

11:00   Maldini “Milan”la müqavilə imzaladı

10:40   “Barselona” yeni formasını təqdim etdi - VİDEO

10:20   “Fənərbaxça”nın forvardı millidən kənarlaşdırıldı

10:00   Ronaldinyo yenidən “Barselona”da

09:40   “Qalatasaray” “Brügge”nin qovduğu futbolçunu qəbul etmədi

09:21   Millimizin üzvü İngiltərə Liqa Kubokunda qələbəyə sevindi

09:00   “Albasete” rəsmisi: “Eddinin milliyə gəlməməsi AFFA və klub arasında razılaşdırılıb”

12.11.2019

19:57  Super Liqada daha bir baş məşqçi istefası

18:37  “Fənərbaxça”nın baş məşqçisi əməliyyat olundu

18:02  Danışılmış oyunlarla bağlı növbəti görüş

17:33  Solari yenidən “Real”da

17:02  “Yuventus”dan Ronaldoya üzr tələbi

16:45  “Mançester Yunayted”in futbolçusu “ən yaxşı” seçildi

16:23  Keylor Navas “Neftçi”nin futbolçularına qarşı oynaya bilməyəcək

16:00  Super Liqa klubunda yeni baş məşqçi

15:46  “Sumqayıt”la “Zirə” yoxlama oyunu keçirəcək

15:28  Turun futbolçusu “Qəbələ”dən oldu

15:09  İngiltərə millisində qalmaqal

14:50  “Bu, mənim üçün sürpriz oldu” - Camalov

14:36  “Azərbaycan qrupun autsayderi olsa da...”

14:17  “Qəbələ”nin 8 futbolçusu rəmzi komandada - FOTO

13:51  Uels millisinin kapitanı: “Azərbaycanı məğlub etsək…”

13:38  Pavel Hapal: “Azərbaycanla oyunda istədiyimiz nəticəni qazana bilərik”

13:16  Millimizlə oyuna yeni forma ilə - FOTO

12:55  Millimizin rəqibinin heyətində dəyişiklik

12:36  Mövsümün 100-cü qolu

12:22  Ağayev 50-yə çatdı

11:59  Adeniyi İsrailə uyğunlaşa bilmir: “Nə baş verəcəyini mən də bilmirəm”

11:47  Qazaxıstanda Emil Balayevi də seçdilər

11:39  “Qarabağ”ın 246 günlük seriyası qırıldı

11:30  Lobotka üçün hədəf bəllidi

11:21  Beyl millimizlə oyuna qədər tam hazır olacaq

11:11  İsrafilov yığmaya gəlmədi, Camalov dəvət aldı

11:00  İspaniya Superkuboku Səudiyyə Ərəbistanında - ardıcıl 3 il

10:30  Nazarov üçün 80 dəqiqə və 1 xal

10:00  Dadaşovdan məhsuldar ötürmə

09:30  Millimizin rəqibində Rakitiç şoku

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az