(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

"Neftçala"nın prezidenti: Həmin söyüşləri qəbul edən hakim...

"Neftçala"nın prezidenti: Həmin söyüşləri qəbul edən hakim...

Azərbaycan 1-ci Divizionunda çıxış edən "Neftçala"nın prezidenti Famil Səfiyevin futbolinfo.az saytına müsahibəsi
 
- "Qaradağ Lökbatan"la (1:1) oyun haqda fikirlərinizi bilmək istərdik...
- Yaxşı oyun keçdi. Biz qələbə qazanmaq istəyirdik, amma olmadı. Bu oyunla bağlı danışılası bir şey yoxdu. İstədiyimiz qalibiyyəti əldə edə bilmədik. Yaxşı futbolçularımızdan biri qırmızı vərəqə ilə cəzalandırıldı. "Qaradağ Lökbatan" da çempionluğa oynayan komandadı. Məncə, səfərdə pis təsir bağışlamadıq.
 
- Baş hakim Orxan Məmmədovun idarəçiliyindən razı qaldınız?
- Məmmədov meydanda istədiyini etdi. İki futbolçumuz qırmızı vərəqə aldı. Mənə elə gəlir ki, hakimlər əvvəldən oyunu əldən buraxdılar, daha sonra bunu yığmaq mümkün olmadı.
 
- Matç bitdikdən sonra siz bir neçə klub işçisi ilə birgə hakimlərə təzyiq göstərib, təhqir etdiniz...
- Orada vəziyyət başqa cür idi. Oyun vaxtı rəqib komandanın bir neçə futbolçusu hakimin ünvanına təhqiredici ifadələr işlətdi. Belə bir şey mən heç yerdə görməmişəm. Futbolçu hakimi söyürsə, o futbolçu cəzalandırılmalı idi. Biz "Kəpəz"lə oynayan zaman futbolçumuz hakimə qarşı bu hərəkəti etmişdi və 4 oyunluq cəzalandırılmışdı. Amma mən gördüm ki, hakim söyülməsinə baxmayaraq, cavab qaytarmır. Oyundan sonra hakimə dedim ki, əgər sən bu söyüşləri qəbul edirsənsə, mən bilim. Bilim ki, sən kimsən. Mən bunu demək istədim. Yenə deyirəm, məni narahat edən hakimlərin qorxaq olmasıdı. Futbolçunu cəzalandırmaqdan çəkinirlər.
 
- Hətta sizin yanınızda olan şəxslərdən biri Məmmədovun üstünə hücum çəkdi və polislər tərəfindən uzaqlaşdırıldı...
- Ola bilsin ki, bizim yanımızda olanlardan biri bunu edib. Mən yenə deyirəm, bu şəraiti hakimin özü yaradıb. Ola bilsin, kimsə yaxınlaşıb baş hakimə sözünü demək istəyib.
 
- Hazırkı lider "Araz Naxçıvan"dan 6 xal geridəsiniz. Bu xal fərqini aradan qaldırmaq mümkün olacaq?
- Bunu zaman göstərəcək. Bunu görmək üçün gözləmək lazımdı. Biz çempion olmaq istəyirik. Əgər hər şey bizim istədiyimiz kimi olsaydı, o zaman heç bir dərdimiz olmazdı.
 
- Qışda komandadan futbolçu göndərməyi və yeni transfer etməyi planlaşdırırsınız?
- Bu suallara baş məşqçi daha yaxşı cavab verər. Çünki bu komandayla meydana çıxan baş məşqçidi. Biz məşqçimizə inanırıq. Hansısa dəyişiklik olsa, bu baş məşqçinin tapşırığı ilə olacaq. Amma hazırda heç bir transfer söhbəti yoxdu.
 
- Futbol ictimaiyyəti "Araz Naxçıvan"ın elitaya vəsiqə qazanacağını düşünür...
- Düzdü, bəzi oyunlarda hansısa faktlar olduğundan belə düşünürlər. Amma bu mövsüm 3 komanda çempionluq uğrunda mübarizə aparır. Ona görə də heç kim əvvəlcədən deyə bilməz ki, çempion "Araz Naxçıvan", "Qaradağ Lökbatan" və ya "Neftçala" olacaq.
 
RÖVŞƏN ƏHLİMANOĞLU

 
tarix: 25-11-2013 16:42


 
Xəbər lenti
17.11.2019

19:35   Millimiz Slovakiyaya yola düşdü - VİDEO

18:37   Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22   “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04   Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16   Almaniya yığmasından rekord göstərici

14:19   27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38   “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48   “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50   AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42   “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00   90-cı illərə qayıdırıq

10:47   Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32   “Bavariya”dan rekord gəlir

10:20   SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14   Qol.az 11 yaşında!

10:09   “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51   Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30   Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00   Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50   Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

16.11.2019

23:55  Nikola Yurçeviç: “Penalti verilsəydi, fərqli nəticə ola bilərdi”

23:29  Rayan Giqqz: “Hesab qənaətbəxşdi”

22:53  Millimiz Uelsə də məğlub oldu

22:00  “Rəqibdən daha çox qaçdıq, mübarizə apardıq”

19:03  “Səbail” “Qəbələ”yə yoxlama matçında da uduzdu

18:39  “Qarabağ”la oyuna tam hazır olmağa çalışacağıq”

18:29  “Futbolçularda istədiyimizi görə bildik”

18:11  “Keşlə” yoxlama oyununda darmadağına sevindi

18:04  Millimiz Almaniyaya məğlub oldu

16:51  “Sumqayıt”la “Zirə”dən heç-heçə

16:30  Mançini İtaliya millisinin tarixinə düşdü

15:27  “Zirə”nin legioneri millidə 90 dəqiqə oynadı

15:00  Seydiyev “Zirə”yə keçidi barədə danışdı: “Transferimlə menecerim məşğul olur”

14:42  Volkov nə təsdiq, nə də təkzib etdi

14:20  Slovakiya - Azərbaycan matçı ukraynalı hakimlərə tapşırıldı

14:15  Millimizin rəqibi Uruqvaya məğlub oldu - VİDEO

13:16  Antonio Konte təhdid olundu – Gülləli məktub

12:42  İsveçi AÇ-2020-yə daşıyan qələbə - VİDEO

12:21  “Bavariya”nın baş məşqçisi bəlli oldu - RƏSMİ

12:01  Danimarka yığmasından 6 cavabsız qol - VİDEO

11:41  İtaliya yığmasından ardıcıl 9-cu qələbə - VİDEO

11:27  İspaniya yığmasından 7 cavabsız qol - VİDEO

11:03  Volkov “Keşlə”yə gedir

10:44  “Bavariya”da 40 illik dönəm başa çatdı

10:03  Argentina Braziliyanı Messinin qolu ilə məğlub etdi - VİDEO

09:36  Finlandiya yığmasından tarixi uğur

09:00  Avro-2020: Türkiyə gəlməsə, xoş mənzərə olmayacaq

01:48  İsveçlə Finlandiya da AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az