(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tərlan Əhmədov: “Neftçi” rəhbərliyi uğursuzluq olmasını gözləyirdi

Tərlan Əhmədov: “Neftçi” rəhbərliyi uğursuzluq olmasını gözləyirdi

"Neftçi"nin sabiq baş məşqçisi Tərlan Əhmədovun futbolinfo.az saytına müsahibəsi
 
- İlk öncə "Sumqayıt" - "Simurq" oyununda tribunada görünməyinizin səbəbi maraqlıdı. Hamı birincilərin baş məşqçi postuna gələcəyinizi düşündü...
- Bizi kursdan göndərmişdilər. "Sumqayıt"ın oyununda hərəyə bir mövzu düşmüşdü. Biz bütün kollektivlə həmin oyuna gəldik və hər kəs öz mövzusunu işlədi.
 
- Əksəriyyət hələ də sizin "Sumqayıt"a gələcəyinizi deyir...
- Xeyr, bu, kursla bağlı olan bir şeydi. Bunlar adi söhbətlərdi. Məndən başqa bütün kursun iştirakçıları orada idi. Bu, yanlış bir şeydi. Mətbuatda həmişə qıcıqlandırıcı məlumatlar gedir, amma mənim "Sumqayıt"a keçidimdən söhbət gedə bilməz. Aqil Məmmədov gənc, istedadlı məşqçidi.
 
- "Neftçi"dən ayrıldıqdan sonra hansısa bir klubdan təklif almısınız?
- Xeyr. Heç bir yerdən təklif yoxdu. Hələ ki, kursdayam. Kurs dekabrın 25-də başa çatacaq, ondan sonra baxarıq. Olsa olacaq, olmasa da dünyanın axırı deyil ki, həyat davam edir...
 
- Son turun "İnter" - "Neftçi" (3:1) qarşılaşması haqda da fikirlərinizi bilmək istərdik...
- Açığını desəm, oyuna baxa bilməmişəm. Çünki oyun gedən vaxt biz məşğələdəydik. Yolda eşitdim ki, "Neftçi" uduzub. Amma oyunun necə keçdiyindən xəbərim yoxdu. Bu, futboldu, hər şey ola bilər. Düşünmürəm ki, bir oyunla "Neftçi"də hər şey alt-üst olsun. Çempionluğa oynayan komandadı, marafon uzundu.
 
- Sizin gedişinizdən sonra "Neftçi"nin göstərdiyi nəticələr qaneedicidi?
- Bütün hallarda mən "Neftçi"nin uğuruna sevinmişəm. Böyük futbola orada başlamışam. Həmişə "Neftçi"nin irəlidə olmasını istəmişəm. Yaxşısına da desəm, pisinə də desəm, onsuz başqa cür yozulacaq. Mən kiminsə bədbəxtçiliyi üzərində xoşbəxtlik qurmamışam. Bu klub mənim üçün doğmadı. Ümumiyyətlə, bütün Azərbaycan klublarının uğurlarına sevinirəm. Qarşıda hələ oyunlar çoxdu. Arzu edirəm ki, "Neftçi" çempion olsun.
 
- "Neftçi"də işlədiyiniz zaman işinizə kənar müdaxilələr olurdu?
- Yox, mənim işimə heç kim müdaxilə etməyib. Bu cür söhbətlər var idi, lakin mən fikir verməmişəm.
 
- Sizcə, Böyükağa Hacıyev Nazim Süleymanovun işinə müdaxilə edir?
- Açığını desəm, mənim işimə müdaxilə edə bilməyib. Nazim müəllimlə bilmirəm, öz aralarında olan söhbətdi. Hər halda baş məşqçinin işinə heç kim qarışmamalıdı. Düzdü, kənardan söz-söhbətlər eşidirdim, amma bunlara fikir vermirdim. Qulağıma söz-söhbətlər çatırdı ki, hər hansı işi görmək lazımdı. Lakin mənim öz ağlım, öz fikrim var. Mən onun əsasında iş görürdüm.
 
- "Neftçi"dən növbəti təklif gəlsə, qəbul edərsiz?
- Təklif gəlsə, təbii ki, qəbul edərdim. Amma yaxın zamanlarda inanmıram ki, belə bir şey olsun.
 
- Komandadan ayrılmağınız Superkubokun nəticəsinə görə oldu, yoxsa həmin oyun səbr kasasını daşıran son damla idi?
- Mən orada işlədiyim vaxtda yerimə başqasının gələcəyini bilirdim. Çünki bir dövrə başa çatır və sən baş məşqçi təyin olunmursansa, deməli, sənin əvəzinə kimsə gələcək. Mən bunu yaxşı bilirdim. Sadəcə, rəhbərlik uğursuzluq olmasını gözləyirdi. Mən kimin gələcəyini təxmin etmişdim. Fikrimdə də yanılmadım, lakin bunu demək olmur.
 
- Böyükağa Hacıyevin gedişindən sonra Tahir Süleymanov Tərlan Əhmədova özünü sübut etmək üçün 6 oyunluq şans verildiyini bildirmişdi. Bu müddət ərzində siz rəhbərliklə danışmışdınız?
- Biz baş məşqçiliyin təsdiq olunması barəsində heç bir söhbət aparmamışıq. Niyə dedilər, niyə yerinə yetirmədilər – bu, onların öz işləridi. Mənim heç bir şeydən xəbərim yoxdu. Bu barədə xəbərlər qulağıma çatmışdı, amma heç bir söhbət olmamışdı.
 
RÖVŞƏN ƏHLİMANOĞLU

 
tarix: 26-11-2013 14:53


 
Xəbər lenti
17.11.2019

19:35   Millimiz Slovakiyaya yola düşdü - VİDEO

18:37   Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22   “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04   Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16   Almaniya yığmasından rekord göstərici

14:19   27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38   “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48   “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50   AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42   “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00   90-cı illərə qayıdırıq

10:47   Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32   “Bavariya”dan rekord gəlir

10:20   SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14   Qol.az 11 yaşında!

10:09   “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51   Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30   Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00   Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50   Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

16.11.2019

23:55  Nikola Yurçeviç: “Penalti verilsəydi, fərqli nəticə ola bilərdi”

23:29  Rayan Giqqz: “Hesab qənaətbəxşdi”

22:53  Millimiz Uelsə də məğlub oldu

22:00  “Rəqibdən daha çox qaçdıq, mübarizə apardıq”

19:03  “Səbail” “Qəbələ”yə yoxlama matçında da uduzdu

18:39  “Qarabağ”la oyuna tam hazır olmağa çalışacağıq”

18:29  “Futbolçularda istədiyimizi görə bildik”

18:11  “Keşlə” yoxlama oyununda darmadağına sevindi

18:04  Millimiz Almaniyaya məğlub oldu

16:51  “Sumqayıt”la “Zirə”dən heç-heçə

16:30  Mançini İtaliya millisinin tarixinə düşdü

15:27  “Zirə”nin legioneri millidə 90 dəqiqə oynadı

15:00  Seydiyev “Zirə”yə keçidi barədə danışdı: “Transferimlə menecerim məşğul olur”

14:42  Volkov nə təsdiq, nə də təkzib etdi

14:20  Slovakiya - Azərbaycan matçı ukraynalı hakimlərə tapşırıldı

14:15  Millimizin rəqibi Uruqvaya məğlub oldu - VİDEO

13:16  Antonio Konte təhdid olundu – Gülləli məktub

12:42  İsveçi AÇ-2020-yə daşıyan qələbə - VİDEO

12:21  “Bavariya”nın baş məşqçisi bəlli oldu - RƏSMİ

12:01  Danimarka yığmasından 6 cavabsız qol - VİDEO

11:41  İtaliya yığmasından ardıcıl 9-cu qələbə - VİDEO

11:27  İspaniya yığmasından 7 cavabsız qol - VİDEO

11:03  Volkov “Keşlə”yə gedir

10:44  “Bavariya”da 40 illik dönəm başa çatdı

10:03  Argentina Braziliyanı Messinin qolu ilə məğlub etdi - VİDEO

09:36  Finlandiya yığmasından tarixi uğur

09:00  Avro-2020: Türkiyə gəlməsə, xoş mənzərə olmayacaq

01:48  İsveçlə Finlandiya da AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az