(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

"Xəzər Lənkəran"lı məşqçi Mourinyo ilə görüşündən danışdı (FOTO)

"Xəzər Lənkəran"lı məşqçi Mourinyo ilə görüşündən danışdı (FOTO)

"Xəzər Lənkəran"ın seleksiyaçısı Mario Souza İngiltərənin "Çelsi" klubunun portuqaliyalı baş məşqçisi Joze Moгrinyo ilə görüşüb. Futbolinfo.az xəbər verir ki, "ağ-yaşıllar"ın sabiq futbolçusu bu barədə klubun rəsmi saytına fikirlərini bildirib:
 
"Əlbəttə, bu, çox vacib bir hadisə oldu. Görüşün vasitəçisi keçmiş futbolçu, hazırda agent fəaliyyəti ilə məşğul olan məşhur Derley oldu. O “Portu”da Jozenin rəhbərliyi altında çıxış edib və indi də onunla əla münasibətləri var. O ki qaldı Derleylə münasibətimizə, biz onunla uşaqlıq dostlarıyıq”.
 
Souza belə bir görüşün həm “Xəzər Lənkəran” üçün, həm də onun özü üçün vacib olduğunu bildirdi: “Komandanı bu səviyyədə təmsil etdiyim üçün çox qürurluyam. Derley artıq “Xəzər Lənkəran” haqqında geniş və tam təsəvvürə malikdi. Onunla komanda haqqında, burada oynaya biləcək oyunçular barəsində daim fikir mübadiləsi aparırıq. Mourinyo ilə görüş əsnasında da “Xəzər Lənkəran” haqqında ayrıca söhbət etdik, öz işim barədə ətraflı məlumat verdim”.
 
Hazırda isə Mario Portuqaliyadadı: “Ötən ay Cənubi Amerika ölkələrində oyunları izləyib, klub rəhbərləri ilə görüşlər apardım. Qısamüddətli London səfərindən sonra isə Portuqaliyadayam. Zon Saqreş Liqasının bir neçə oyununda olacam, gedəcəyim oyunların siyahısını hələ Braziliyada olduğum müddətdə hazırlamışam. Bu ölkədə də görüşlərim olacaq. Bilavasitə klub işləri ilə bağlı görüşlərlə yanaşı, dünyanın bir nömrəli futbol agenti Jorje Mendeşlə də söhbətimiz olacaq. Həftənin sonunda isə artıq San Paoloda olmalıyam”.

 

Xəbərə aid şəkillər

idman xeberidman xeberidman xeberidman xeber
 
 
tarix: 26-11-2013 16:03


 
Xəbər lenti
18.11.2019

01:43   Portuqaliya millisi AÇ-2020-də

17.11.2019

19:35  Millimiz Slovakiyaya yola düşdü - VİDEO

18:37  Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22  “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04  Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16  Almaniya yığmasından rekord göstərici

14:19  27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38  “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48  “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50  AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42  “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00  90-cı illərə qayıdırıq

10:47  Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32  “Bavariya”dan rekord gəlir

10:20  SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14  Qol.az 11 yaşında!

10:09  “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51  Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30  Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00  Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50  Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az