(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

"Toşak məni xoşlamırdı"

"Toşak məni xoşlamırdı"

"Xəzər Lənkəran"ın rumıniyalı yarımmüdafiəçisi Adrin Pitin futbolinfo.az saytına müsahibəsi
 
- Uzun fasilədən sonra “Xəzər Lənkəran”la ilk məşqinə çıxdınız. Yenidən əsas komandanın düşərgəsinə qayıtmaq necə hiss idi?
- Super. Buralar mənə doğmadı. Yenidən “Xəzər Lənkəran”ın əsas heyətində məşq etmək mənə zövq verdi. Özümü çox rahat hiss edirəm.
 
- “Xəzər Lənkəran”la müqavilənizin müddəti nə vaxta qədərdi?
- Müqaviləmin müddəti 2014-cü ilin iyun ayında bitəcək.
 
- Toşak sizi əsas komandadan göndərəndə digər klublardan təkliflər oldumu?
- Oldu. Amma mənim “Xəzər Lənkəran”la müqaviləm var idi. Ona görə də heç bir kluba gedə bilməzdim. Mən həmişə öncə Lənkəranı düşünmüşəm. Bu klubda oynamaq və davam etmək istəyirəm.
 
- Özünüz də burada qalmaq istəyirdiz?
- Əlbəttə. Əgər istəməsəydim, gedərdim.
 
- Toşak gedən kimi əsas komandaya qayıtdız...
- Mənim burada heç kəslə problemim olmayıb. Heç vaxt heç kəslə mübahisə etmərəm, kimləsə münasibətlərimi pisləşdirmərəm. Amma Toşak məni xoşlamırdı. Bu da onun problemi idi.
 
- Artıq “Xəzər Lənkəran”ı yeni baş məşqçi çalışdıracaq. Bu Türkiyəli Mustafa Dənizlidi. Onu tanıyırsızmı?
- Yox. Onunla bağlı heç bir məlumatım yoxdu.
 
- Türkiyənin böyük klublarında işləyib...
- O artıq müqavilə bağlayır?
 
- Bəli, bildiyimizə görə, qarşıdakı iki ildə “Xəzər Lənkəran”ı Dənizli çalışdıracaq...
- Mən onun haqqında yalnız onu bilirəm ki, Türkiyədə tanınmış məşqçidi. Türkiyənin ən böyük klublarında işləyib və uğurlar qazanıb. İnanıram ki, “Xəzər Lənkəran”da da uğurlu olacaq.
 
- “Xəzər Lənkəran”dan ayrılsaydız, təəssüflənərdiz?
- Mən hələ ki, "Xəzər Lənkəran"dayam və buna görə şadam. Sonra nə baş verəcək, bunu indidən demək olmaz. Heç kim bilmir ki, mən 1 aydan sonra harada olacağam. Hər şeyi birlikdə görəcəyik. Əlbəttə ki, “Xəzər Lənkəran”dan getsəydim, təəssüflənərdim. Buraları çox sevirəm.
 
- Lənkəranlı azarkeşlər sizin əsas komandadan uzaqlaşdırılmağınıza təəssüflənmişdilər...
- Mən bütün fanatlara göstərdikləri dəstəyə görə təşəkkürümü bildirirəm. Meydana çıxacağam və onları yenə sevindirəcəm.
 
- Amma onlar Pitdən əvvəlki performansı görmək istəyirlər...
- Mən “Xəzər Lənkəran”da oynadığım hər oyunda bacardığımın ən yaxşısnı göstərdim. Bundan sonra da elə olacaq. Əgər mənə güvənib yenidən bura qaytarıblarsa, deməli yaxşı oynamalıyam. Bəzən bir futbolçunun eniş dövrü olur. Toşak məni göndərməmişdən əvvəl öz bacarığımı tam göstərə bilmirdim. Zədələr mənə imkan vermirdi. Amma indi özümü çox yaxşı hiss edirəm. Həm də futbol bir futbolçudan asılı oyun deyil. Meydana 11 nəfər çıxır. Hamı gərək yaxşı ola ki, uğur gələ.
 
- Özünüzü hazır hiss edirsiz? Axı bir neçə müddət komandadan ayrı qalmısız...
- Əvəzedici komandada oynayırdım. Hesab edirəm ki, əsas komanda da çıxış etməyə hazıram.
 
- İki ay məşq etməmisiz. Bu, öz sözünü deyə bilər?
- Mən evdə olanda da özüm üçün məşq edirdim. Boş qalmırdım.
 
- Növbəti həftə AZAL-la qarşılaşırsız...
- Lənkəranlı azarkeşlər bizdən qələbə gözləyirlər. Həm yeni məşqçi gələcək, həm də, komanda doğma meydanda oynayır. Biz bu oyunda qalib gəlməliyik. Oyundan-oyuna artırmalıyıq.
 
- “Xəzər Lənkəran” bu mövsüm çox pis oyun sərgiləyir və sonuncu pillələrdə qərarlaşıb. Sizcə, komanda özünə gələ biləcəkmi?
- Komandanın düzəlməsi üçün 3 ardıcıl qələbəyə ehtiyac var. İlk oyun vacibdi. Biz AZAL, “İnter” və "Rəvan"ı məğlub etsək, komanda özünə inanacaq və ardıcıl qələbələr gələcək. Bunun üçün ilk oyun vacibdi. AZAL-ı məğlub etməliyik.
 
- Liderlə aranızda 15 xal fərqi var..
- Hər şeyi bilirəm. Amma futbol elə oyundu ki, çempionatın əvvəlində axırıncı, sonunda isə çempion ola bilərsən. Buna görə də futbol dünyanın ən maraqlı və zövqverici oyunudu. Çünki burada hər şey baş verə bilər. Heç nə mümkünsüz deyil.
 
- “Xəzər Lənkəran”a qayıtmağınıza ən çox kim sevindi?
- Ən çox təbii ki, ailəm sevindi. Həyat yoldaşım sevindi ki, mən doğma komandama qayıtdım. Onlar həmişə məni dəstəkləyiblər.
 
- Bəs komandaya qayıtmamağınızı istəyənlər var idi?
- Əlbəttə, bir neçə nəfər var idi ki, komandaya qayıtmağımı istəmirdi. Amma mən onlara fikir verən deyiləm. Bu, onların problemidi. Bu adamlar sadəcə, özlərini yorurlar. Adrian Pit qayıtdı və komandadı. Mən nə vaxt futbol oynayıramsa, o zaman xoşbəxt oluram. İndi də xoşbəxtəm. Mənə heç kim mane ola bilməz.
 
ELSEVƏR

 
tarix: 27-11-2013 13:53


 
Xəbər lenti
17.11.2019

18:37   Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22   “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04   Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16   Almaniya yığmasından rekord göstərici

14:19   27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38   “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48   “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50   AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42   “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00   90-cı illərə qayıdırıq

10:47   Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32   “Bavariya”dan rekord gəlir

10:20   SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14   Qol.az 11 yaşında!

10:09   “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51   Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30   Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00   Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50   Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

16.11.2019

23:55  Nikola Yurçeviç: “Penalti verilsəydi, fərqli nəticə ola bilərdi”

23:29  Rayan Giqqz: “Hesab qənaətbəxşdi”

22:53  Millimiz Uelsə də məğlub oldu

22:00  “Rəqibdən daha çox qaçdıq, mübarizə apardıq”

19:03  “Səbail” “Qəbələ”yə yoxlama matçında da uduzdu

18:39  “Qarabağ”la oyuna tam hazır olmağa çalışacağıq”

18:29  “Futbolçularda istədiyimizi görə bildik”

18:11  “Keşlə” yoxlama oyununda darmadağına sevindi

18:04  Millimiz Almaniyaya məğlub oldu

16:51  “Sumqayıt”la “Zirə”dən heç-heçə

16:30  Mançini İtaliya millisinin tarixinə düşdü

15:27  “Zirə”nin legioneri millidə 90 dəqiqə oynadı

15:00  Seydiyev “Zirə”yə keçidi barədə danışdı: “Transferimlə menecerim məşğul olur”

14:42  Volkov nə təsdiq, nə də təkzib etdi

14:20  Slovakiya - Azərbaycan matçı ukraynalı hakimlərə tapşırıldı

14:15  Millimizin rəqibi Uruqvaya məğlub oldu - VİDEO

13:16  Antonio Konte təhdid olundu – Gülləli məktub

12:42  İsveçi AÇ-2020-yə daşıyan qələbə - VİDEO

12:21  “Bavariya”nın baş məşqçisi bəlli oldu - RƏSMİ

12:01  Danimarka yığmasından 6 cavabsız qol - VİDEO

11:41  İtaliya yığmasından ardıcıl 9-cu qələbə - VİDEO

11:27  İspaniya yığmasından 7 cavabsız qol - VİDEO

11:03  Volkov “Keşlə”yə gedir

10:44  “Bavariya”da 40 illik dönəm başa çatdı

10:03  Argentina Braziliyanı Messinin qolu ilə məğlub etdi - VİDEO

09:36  Finlandiya yığmasından tarixi uğur

09:00  Avro-2020: Türkiyə gəlməsə, xoş mənzərə olmayacaq

01:48  İsveçlə Finlandiya da AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az