(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

"Məni istəyən komanda 4-6-cı yerləri tutacaqsa, getmərəm"

"Məni istəyən komanda 4-6-cı yerləri tutacaqsa, getmərəm"

“Qəbələ”nin yay fasiləsində transfer etdiyi legionerlərdən İbrahima Niasse futbolsevərlərə yaxşı tanışdı. Çünki 2011-ci ildən ölkəmizdə çıxış edən seneqallı
yarımmüdafiəçi bunadək iki mövsüm “İnter”in şərəfini qoruyub.
 
Paytaxt komandasından Vladimir Levin və Nizami Hacıyevlə birgə “qırmızı-qaralar”ın sıralarına qoşulan 25 yaşlı legioner karyerasını əyalətdə davam etdirməyə qərar verdi. Futbolda ilk addımlarını 2006-cı ildə Fransada, “Nansi”nin B komandasında atan Niasse daha çox İsveçrədə çıxışı ilə tanınıb. Belə ki, orta sahə oyunçusu 2008-2011-ci illərdə “Ksamaks”ın heyətində 64
matçda 10 qol vurub. Sabit oyunu ilə seçilən İbrahima “Qəbələ”li azarkeşlərin də sevimlisinə çevrilib. "Qəbələ"nin rəsmi qəzetinin budəfəki müsahibi təkcə futboldan yox,
həyat tərzindən, Türkiyədə oynayan qardaşından da danışıb. Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir.
 
- “Qəbələ” karyeranda nəyi dəyişdi?
- Çətin sualdı. “Qəbələ”yə keçməzdən öncə fikirləşdim ki, burada çox işləyəcək və mümkün qədər oynamağa çalışacağam. Kluba ancaq bu düşüncə ilə gəlmişəm.
 
- Özünün və komandanın çıxışını necə qiymətləndirərdin? Düşündüklərini burada həyata keçirə bilmisən?
- Komandamızın çıxışı, məncə, yaxşıdı. Liderlər qrupunda qərarlaşmışıq. Bundan sonra da çalışıb, nəticəmizi bir qədər də yaxşılaşdırmalıyıq. Özümə gəlincə, hər dəfə fikirləşirəm ki, bacarığımı yüz faiz nümayiş etdirə bilmirəm. Ona görə də bu fikir məni həmişə daha yaxşı oynamağa sövq edir. Hər dəfə çalışıram ki, daha yaxşı oyun nümayiş etdirim.
 
- Səni mərkəz yarımmüdafiəçisi kimi tanısaq da, müdafiənin mərkəzində də oynayırsan. Hansı mövqedə çıxış etmək daha rahatdı?
- Əsas mövqeyim orta sahədi. Ancaq başqa başqa mövqelərdə oynamaq da mənim üçün problem deyil. Mövqeyimdəki dəyişiklik rəqibdən və komandanın oyuna hansı taktiki düzülüşdə çıxmasından asılıdı. Birinci dəfə deyil müdafiənin mərkəzində çıxış edirəm. Baş məşqçi harada lazım bilirsə, orada da oynayıram. Bu baxımdan çətinliyim yoxdu.
 
- Razısanmı ki, “İnter”də oyununla daha ön planda idin? Sanki “Qəbələ”də hələ tam özünü göstərə bilməmisən...
- Sizi başa düşdüm. Bu barədə çox götür-qoy edirəm. Mənim üçün komandamın oyunu daha vacibdi. Ola bilər ki, mən pis oynayım, ancaq komandam qalib gəlsin. Mənim üçün birinci komandadı, sonra özüm.
 
- “Qəbələ”də ilk qolunu “İnter”ə vurdun. Keçmiş komandanla hər 2 oyundakı qələbədə böyük pay sahibi oldun. Matçlar sənin üçün prinsipiallıq kəsb edirdi?
- Yox. Məhz “İnter”lə oyunların mənim üçün prinsipial əhəmiyyəti olmayıb. Ümumiyyətlə, mənim üçün fərqi yoxdu “İnter”lə oynayırıq, yaxud “Neftçi” və ya başqa komanda ilə. Hər oyuna qalib gəlmək üçün çıxıram.
 
- Artıq 3-cü mövsümdür Azərbaycan Premyer Liqasında çıxış edirsən. Bu çempionat əvvəlkilərdən nə ilə fərqlənir?
- Məncə, çempionatın səviyyəsi ildən-ilə artır. Hər il Azərbaycana daha yaxşı futbolçular, məşqçilər gəlir.
 
- “İnter”də hər 2 mövsüm bürünc mükafatçı oldun. Necə bilirsən, “Qəbələ”dəeyni nəticəyə imza atacaqsan, yoxsa daha yüksək əyarlı medala ümid edirsən?
- Əminliklə deyirəm ki, mən yeni komandaya çempion, ən azından, mükafatçı olacağımı düşünərək gedirəm. Məni istəyən komanda 4-6-cı yerləri tutacaqsa, getmərəm.
 
- Bakı ilə Qəbələni necə müqayisə edərdin?
- Bakıda gəzməli yerlər çoxdu. Qəbələdə oteldə qalsam da, darıxmıram, həyat tərzim dəyişməyib. Bu baxımdan Bakıda, yaxud Qəbələdə məşq etməyimin mənim üçün əhəmiyyəti yoxdu. Vaxtımı daha çox evdə keçirirəm, kənarda çox olmuram. Adətən, evdə oturub televizora baxıram. “İnter”də sintetik meydançada oynayırdıq, “Qəbələ”də isə təbii qazonda. Bu, mənim daha çox xoşuma gəlir. “İnter”lə “Qəbələ” kollektivləri baş məşqçiləri baxımından da fərqlənir. Hər çalışdırıcının öz taktikası, oyun üslubu var.
 
- “Qəbələ”də afrikalı futbolçuların da olması sənə əlavə motivasiya verirmi?
- Onlarla eyni dildə - fransızca danışmağım mənə kömək edir. Afrikalılarla birgə yemək yeyir, vaxtımızı çox yaxşı keçiririk. Ancaq bunun futbolla bağlı motivasiyaya aidiyyatı yoxdu. Mənim işim futbol oynamaqdı. İşimi yerinə yetirib pulumu qazanır, ailəmi saxlayıram. Futbolda bir amalım var – oynayım və qalib gəlim. Əgər belədisə, mənim üçün hər şey yaxşıdı.
 
- Bəs müsəlman ölkədə oynamaq, yaşamaq sənin üçün nə deməkdi?
- Müsəlmanın müsəlman ölkəsində oynaması, əlbəttə ki, yaxşıdı. Çünki hər cümə günü məscidə gedir, namazımı qılıram. Qurban bayramında qurban da kəsmişəm. Ancaq Azərbaycandan öncə oynadığım İsveçrədə buna imkanım yox idi. Çünki bu ölkədə qoyun kəsməyə icazə vermirdilər. Bunu heyvanı öldürmək kimi qəbul edirdilər.
 
- Kiçik qardaşın Umar Niasse Türkiyə Superliqasında “Akhisar Belediyyespor”da çıxış edir. O, karyerasını Azərbaycanda davam etdirə bilərmi? Ümumiyyətlə, qardaşınla bir yerdə oynamaq istərdin?
- Umar bu ildən Türkiyədə oynayır. Hücumçu olan qardaşım cari mövsümdə komandasının bombardiridi. Onun gələn il harada çıxış edəcəyi bəlli deyil. Elə mənim də gələcək taleyimin necə olacağını yalnız Allah bilir. Əlbəttə, Umarın Azərbaycana gəlib oynaması mümkündü. Niyə də yox? Qardaşımla heç vaxt komanda yoldaşı olmamışam. Əlbəttə ki, bunu istərdim. Azərbaycanda oynamağıma Umarın münasibəti yaxşıdı. Hər halda, ikimiz də qonşu, bir-birinə yaxın ölkələrdə oynayırıq.

 
tarix: 29-11-2013 16:41


 
Xəbər lenti
17.11.2019

18:37   Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22   “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04   Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16   Almaniya yığmasından rekord göstərici

14:19   27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38   “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48   “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50   AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42   “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00   90-cı illərə qayıdırıq

10:47   Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32   “Bavariya”dan rekord gəlir

10:20   SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14   Qol.az 11 yaşında!

10:09   “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51   Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30   Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00   Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50   Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

16.11.2019

23:55  Nikola Yurçeviç: “Penalti verilsəydi, fərqli nəticə ola bilərdi”

23:29  Rayan Giqqz: “Hesab qənaətbəxşdi”

22:53  Millimiz Uelsə də məğlub oldu

22:00  “Rəqibdən daha çox qaçdıq, mübarizə apardıq”

19:03  “Səbail” “Qəbələ”yə yoxlama matçında da uduzdu

18:39  “Qarabağ”la oyuna tam hazır olmağa çalışacağıq”

18:29  “Futbolçularda istədiyimizi görə bildik”

18:11  “Keşlə” yoxlama oyununda darmadağına sevindi

18:04  Millimiz Almaniyaya məğlub oldu

16:51  “Sumqayıt”la “Zirə”dən heç-heçə

16:30  Mançini İtaliya millisinin tarixinə düşdü

15:27  “Zirə”nin legioneri millidə 90 dəqiqə oynadı

15:00  Seydiyev “Zirə”yə keçidi barədə danışdı: “Transferimlə menecerim məşğul olur”

14:42  Volkov nə təsdiq, nə də təkzib etdi

14:20  Slovakiya - Azərbaycan matçı ukraynalı hakimlərə tapşırıldı

14:15  Millimizin rəqibi Uruqvaya məğlub oldu - VİDEO

13:16  Antonio Konte təhdid olundu – Gülləli məktub

12:42  İsveçi AÇ-2020-yə daşıyan qələbə - VİDEO

12:21  “Bavariya”nın baş məşqçisi bəlli oldu - RƏSMİ

12:01  Danimarka yığmasından 6 cavabsız qol - VİDEO

11:41  İtaliya yığmasından ardıcıl 9-cu qələbə - VİDEO

11:27  İspaniya yığmasından 7 cavabsız qol - VİDEO

11:03  Volkov “Keşlə”yə gedir

10:44  “Bavariya”da 40 illik dönəm başa çatdı

10:03  Argentina Braziliyanı Messinin qolu ilə məğlub etdi - VİDEO

09:36  Finlandiya yığmasından tarixi uğur

09:00  Avro-2020: Türkiyə gəlməsə, xoş mənzərə olmayacaq

01:48  İsveçlə Finlandiya da AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az