(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Xəzər Lənkəran” azarkeşi niyə küsüb?

“Xəzər Lənkəran” azarkeşi niyə küsüb?

Cari mövsüm “Xəzər Lənkəran”ı dəstəkləyən azarkeşlərin sayında əvvəlki illərlə müqayisədə azalma müşahidə olunur. Lənkəran şəhər stadionunun dolu tribunalarından əsər-əlamət qalmayıb.

“Fırtınalar meydanı”nda boş oturacaqların sayının artması bizləri düşündürməyə bilməz. Artıq cənublu tərəfdarların səfər oyunlarına toplu şəklində getmir, ajiotaj səbəbkarı olmurlar. Təbii ki, komandanın transfer siyasəti, nəticələri bunun əsas səbəbidi. Geridə qalan 34 turda səfər görüşlərində cəmi 1 qələbə qazanan komandada hansısa uğurdan danışmaq olarmı?

Lənkəranda, ümumiyyətlə cənub zonasında futbola dəlicəsinə aşiqdirlər. Yəni burda azarkeşliyi, komandaya necə dəstək olmağı uşaqdan-böyüyə hər kəs yaxşı başa düşür. Heç kimə də sirr deyil ki, istənilən komanda üçün hər zaman Lənkəran səfəri ağır olub. Və təbii ki, bunun səbəbi XL-in gücü ilə yanaşı, yerli tərəfdarların inanılmaz dəstəyidi. Amma qışda klub strategiyasını dəyişməklə bir çox azarkeşini özündən küsdürdü.

Gəncləşdirmə siyasətinin əleyhinə deyiləm. Amma bu yolu tutmaqla XL rəhbərliyi bir çox azarkeşini küsdürdü. Vəziyyət dəyişmədikcə onların sayı azala-azala gedir. Əgər ümumilikdə indiyədək "ağ-yaşıllar"ın oyunlarına orta hesabla 7520 azarkeş gəlirdisə, cari mövsümdə bu rəqəm yarıbayarı azalıb – 3163 nəfər. Zənnimcə, bu müqayisə hər şeyi açıq-aşkar ortaya qoyur. Hələ sayın beş rəqəmlə ifadə olunduğu 2010/11 mövsümünü demirik.

Səbəb aydındı, amma yenə də “Xəzər Lənkəran” fan-klublarına müraciət edib, tribunada fanatların sayının nəyə görə azaldığını onlardan da soruşduq.
 
Mirhafiz Babayev, "Bosman" fank-lubun rəhbəri: "Ümumiyyətlə, fikrimcə, indiki situasiyanın kökü ölkədə futbola total biganəlikdi. Baxın, hansı klub normal səviyyədədi? Bir "Qarabağ"dı ki, az-çox fikir verilir. Onu da gözə kül üfürmək üçün saxlayırlar. Qalan klublar ya dağılır, ya da can verir. 3-4 il əvvələ nisbətən çempionat daha bərbaddı. Dövlətin gözü ancaq Avropa Oyunlarını görür. Başqa sahələr, o cümlədən futbol diqqətdən kənarda qalıb. Qaldı ki, "Xəzər Lənkəran"a, rəhbərlik iqtisadi cəhətdən çətin dövrdə kluba xərc çəkmək istəmir. Əgər çempionat bir az səviyyəli olsaydı, yəqin belədə komandanı başlı-başına buraxmazdılar. Bundan belə nəticə çıxır ki, ölkədə futbola baxış nə vaxt dəyişəcəksə, onda "Xəzər Lənkəran"nın da düzəlmə ehtimalı var. O vaxta qədər isə “yola verəcəklər”. Bu mövsüm azarkeşlərimizin tribunalarda azalmasına səbəb komandanın sərgilədiyi zəif çıxışdı. "Xəzər Lənkəran"da marağın azalmasına kompleks məsələlər təsir edir".

İslam Cabbarlı, "12-ci oyunçu" azarkeş qrupunun rəhbəri: "Azarkeş davamiyyətindəki azalmanı yalnız ötən mövsümlə müqayisə etdikdə demək olar. Axı, problemin kökündə olanlar hələ 5 il öncədən gəlir. 2010-cu il mayın 15-də “Xəzər Lənkəran” doğma meydanda oyunu udub çempion ola biləcəyi halda 0:1 hesabı ilə ”Bakı”ya məğlub olub, dördüncü yerə düşmüşdü. Və mövsümü medalsız bitirmişdi. 8 gün sonra - mayın 23-də Tofiq Bəhramov adına stadionda kubokun finalında yenə “Bakı” ilə üz-üzə gələn “Xəzər Lənkəran” "Fair Play" qaydalarına zidd olaraq qapısına vurulan qol sonrası kuboku da itirmişdi. İki ardıcıl zərbə azarkeşləri sarsıtmışdı. Amma hələ azarkeşlərin əsas hissəsi matçlara gəlirdi. Növbəti mövsüm, 2011-ci il mayın 18-də Respublika stadionunda “Neftçi” ilə keçirilən oyun bitən kimi polisin tribunalara dırmaşaraq ancaq “Xəzər Lənkəran” azarkeşlərini tapıb, döyməsinin təkan verdiyi kəskin narazılıqlar, həmçinin sonradan futbol qurumlarının təzyiqi ilə klub rəhbərliyinin Mirça Redniklə yollarını ayırması ilə yaranan (özü də kluba qarşı yaranan) narazılıqlar toplandı və bu, böyük kütləni stadiondan uzaq saldı. Futbola baxmaq üçün stadiona gedərkən döyülməkdən çəkinən azarkeş artıq sevimli klubunun rəhbərliyindən də narazı qalırdı. Açıq-aşkar görünürdü ki, hər şeyi futbol qurumları idarə edir. Bunun ardınca da məşqçilər dalbadal dəyişilməyə başladı və hər dəfə azarkeşlərin ümidləri azalırdı. Təbii olaraq da bu faktor futbolsevərlərin stadiona gedişinə də təsir göstərirdi. Dünya şöhrətli Con Toşakla yenicə azarkeş sevgisi pöhrə vermək istəyirdi ki, əvvəlcə “Neftçi” quldurları "Tofiq Bəhramov"da 2013-cü il mayın 28-də “Xəzər Lənkəran”ın futbolçularını qanına qəltan etdilər. Bununla yaranan narazılıqlar artıq xaotik hal alırdı. Sonra da “Makkabi”yə 0:8 hesablı məğlubiyyət azarkeşləri areanadan tamamilə uzaqlaşdırdı. “Neftçi” ilə Lənkərandakı oyundan sonra başverənlərə görə azarkeş həbsləri isə konkret olaraq əsas azarkeş kütləsini futboldan soyutdu. Göründüyü kimi, gəncləşdirmə siyasətinə qədər artıq azarkeşlərin böyük bir hissəsinin stadiondan uzaqlaşması baş vermişdi. “Xəzər Lənkəran”ın zəif çıxış etməsi də azarkeşləri bu qədər futboldan iyrəndirə bilməzdi".

Ramal Novruzov, "CaspianUltras"ın rəhbəri: "Stadionlara azarkeşlərin gəlməməyinə səbəb gəncləşdirmə ilə bağlı deyil. Sadəcə, bəzi azarkeşlərin qəlbi qırılıb. Buna baxmayaraq, yenə də bir çox azarkeşlər oyunlara gedir. Maddi cəhətdən çətinliklər də bir çoxunun bilet alıb, oyunlara getməsinə əngəl olur. Nəzərə alsaq ki, əvvəllər hətta Bakıda yaşayanlar belə Lənkərandakı oyunları buraxmırdı. Səbəblərdən biri də tez-tez məşqçi dəyişiklikləri, komandadaxili bəzi qruplaşmaların qarşısının vaxtında alınmaması olub". 
 
TAHİR MƏMMƏDOV

 
tarix: 22-05-2015 09:52


 
Xəbər lenti
16.01.2019

20:32   Sənan Qurbanov: “Futbolçular tapşırığı yerinə yetirdilər”

20:06   “Qarabağ” "Neftçi"nin qisasını ala bilmədi

19:53   “Sabah” “Tobol”la heç-heçəyə razılaşdı

19:44   Reynaldo zədələndi

19:36   “Neftçi-2” MOİK-ə qalib gəldi

19:28   Şimali Amerikada ilin ən yaxşı futbolçusu məlum oldu

19:11   “Sumqayıt” yeni transferini rəsmən açıqladı

18:34   “Qəbələ” 3 hissəlik oyunda uduzdu

16:25   “Barselona”nın futbolçusu rəsmən Çin klubunda

15:49   Abbasov razı qalıb

15:00   “Sumqayıt”dan qollu heç-heçə - YENİLƏNİB

14:22   "Qalatasaray" onu satır

13:55   “Səbail” qələbə ilə başladı – YENİLƏNİB

13:24   “Zenit”dən “Çelsi”yə

13:01   Özil üçün yeni təkliflər

12:44   Rüfət Dadaşov ən yaxşı "onluq"da

12:25   "Sumqayıt"da iranlı hücumçu

12:00   Petr Çex karyerasını başa vurur

11:30   Martin O Nil İngiltərə klubunda

11:00   Sabiq “Liverpul”lu Super Liqa klubunda

10:30   “Qalatasaray” Markao ilə müqavilə bağladı

10:00   “Kəpəz”in daha iki rəqibi məlum oldu

09:32   “Beşiktaş”ın futbolçusu rəsmən “Fulhem”də

02:21   “Valensiya” və “Xetafe” 1/4 finalda

01:26   Təxirə salınan oyunda “Bordo” sevindi

00:44   Türkiyə Kubokunda 1/8 finala start verildi

00:27   “Qalatasaray”ın oyunu təxirə salındı - Qara görə

15.01.2019

23:28  “Keşlə” Antalyada belə hazırlaşır - VİDEO

22:36  “Neftçi” fitnes zalında məşq etdi

22:11  “Qəbələ”nin almanlarla 3 hissəli oyunu

21:52  Emin Mahmudov: “Çempionluğun taleyinə sonda aydınlıq gələcək”

21:18  “Qarabağ” - “Uypeşt” matçının vaxtı açıqlandı

20:55  “Sumqayıt” baş tutmayan oyunu fitness məşqi ilə əvəz etdi - VİDEO

18:30  Braliçdən “Neftçi-2” xahişi

18:00  “Neftçi” İran klubu ilə qarşılaşacaq

17:45  “Sumqayıt” Təbriz klubuyla əməkdaşlığa başladı

17:35  Obradoviçli Azərbaycan millisinin heyəti açıqlandı

16:57  “Tottenhem” forvardını itirdi

16:15  Birinci Divizion klubu həvəskar komandaya uduzdu

15:57  Qurban Qurbanov: “Futbolçular ciddi və diqqətli olmalıdı”

15:49  AFFA-dan daha 2 komandaya texniki məğlubiyyət

15:44  Millimiz millimizi yendi

15:28  "Zirə", "Sumqayıt" və "Səbail"in oyunları ləğv olundu... Yağışa görə

15:13  Rəşad Sadıqov: "Bu, onun haqqıdır"

15:06  "Hədəflərimizə çatmağa çalışacağıq" - Ürfan Abbasov

14:32  Antalyada 20-ci sınaq

14:01  “Sabah”ın “Tobol”la sınaq matçının vaxtı bilindi

13:40  “Mançester Siti” yapon futbolçu aldı

13:21  “Qarabağ” Antalyada yenə yağışa düşdü

13:01  Aqolli suallara aydınlıq gətirdi: “Yalnız “Qarabağ”ı düşünürəm”

12:44  “Sumqayıt” 5 yoxlama oyunu keçirəcək

12:22  Həvəskarlar liqasından Liqa 1 klubuna

12:00  Milli üzvləri üçün seminar

11:46  “Sabah” fitness zalında - VİDEO

11:33  İslandiyanın baş məşqçisi Qurbanovun qərarından narahatdı

11:21  “Neftçi”nin futbolçusu nişanlandı - FOTOLAR

11:14  Fritz Stuxlik: “Bizə kəmiyyət yox, keyfiyyət lazımdır”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az