(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Samir Abbasov: Bunları müzakirə etməyə gücümüz qalmayıb

Samir Abbasov: Bunları müzakirə etməyə gücümüz qalmayıb

"Sumqayıt"ın kapitanı Samir Abbasov futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Bakı"ya qarşı keçirilən oyundan (1:2) sonra futbolinfo.az saytının suallarını cavablandırıb.
 
- Oyun haqda fikirlərinizi bilmək istərdik...
- Deməyə söz tapa bilmirəm. Məğlub olduğumuz üçün məyusam. Kubokda mübarizəni dayandırdıq. İndi əsas fikrimiz çempionata yönəlib. Çalışacağıq ki, çempionatda uğursuz çıxış etməyək.
 
- Topaz Premyer Liqasının 15-ci turundakı "Neftçi" ilə qarşılaşmada olan penalti epizodu bu qarşılaşmada da təkrarlandı...
- Bu haqda heç nə deyə bilmərəm. Penalti var idi, yoxsa yox, bunu ən yaxşı hakimlər bilər. Bu mövzuları müzakirə etməyə gücümüz qalmayıb. Amma başa düşə bilmirəm ki, niyə bu gün verilən penalti həmin qarşılaşmada təyin olunmadı. Çünki oxşar epizodlar idi. Bu sistemi başa düşə bilmirəm.
 
- Bu addımı elə də iddialı olmayan klublara qarşı qərəzli mövqe hesab etmirsiz ki?
- "Sumqayıt"dı da. Hər halda bu sualın cavabını "Neftçi" və "Bakı"ya qarşı oyunlarımızın nəticəsi, bu görüşlərdə baş verənlər göstərir. Ötən oyunda "Neftçi"nin qapısına penalti təyin edilmədi, bu gün eyni epizodda 11 metrlik nöqtəni göstərdikər. Bu, sizin verdiyiniz suala cavabdı.
 
- Premyer Liqanın 16-cı turunda yenidən "Bakı" ilə qarşılaşacaqsız...
- Yaxşı oyun olacaq. Bugünkü qarşılaşma bizə həmin oyun öncəsi dərs oldu. "Bakı" ilə oyundan yaxşı nəticə çıxaracağımıza inanıram. Ancaq itkilərimiz çoxdu. Mən də cəza səbəbi ilə həmin oyunda iştirak edə bilməyəcəm. İnanıram ki, uşaqlar bizim yoxluğumuzu hiss etdirməyəcəklər.
 
- "Neftçi"nin futbolçusu Flavinyoya 2 oyunluq cəza verilmişdi. Ancaq həmin cəza ləğv olundu. Cəzanızın yüngülləşdirilməsi üçün müraciət etmisiz?
- Düzü, buna vaxt olmayıb. Cəza dünən verilib, bu gün də kubok oyunumuz var idi. Fikrimcə, bu məsələ ilə bağlı rəhbərlik müvafiq addım atacaq.
 
- "Sumqayıt"ın sonuncu pillədən xilas olmaq şanslarını necə qiymətləndirirsiz?
- Hər şey öz əlimizdədi. Qarşıda 3 oyunumuz var. Qış fasiləsində heyəti gücləndirmək lazımdı. Komandamızın gücü azdı. Gücümüzə güc qatmaq lazımdı.
 
EMİN SƏFƏROV

 
tarix: 05-12-2013 11:46


 
Xəbər lenti
17.10.2019
16.10.2019

22:00  Klubu Kompaniyə görə cəzalandı

21:49  İspaniya yığmasından yeni rekord

20:00  “Region Liqası”nın püşkü atılacaq

19:42  “Qəbələ” - APOEL matçı ukraynalı hakimlərə tapşırıldı

19:23  Messi 6-cı "Qızıl buts"unu aldı

19:00  Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

18:41  Argentinalı futbolçu ilə yeni müqavilə

18:23  “El klasiko”nun yeri dəyişdirilə bilər

18:02  “Ayaks” ÇL oyununa qatarla gedəcək

17:40  Ronaldo Messini geridə qoydu

17:23  “Qarabağ” - APOEL matçının biletləri sabahdan etibarən satışda

17:11  Melnyakı dostu məlumatlandırıb: “Azərbaycan qol vurdu, hakim saymadı”

17:00  Almaniya klubundan qovulan futbolçu Türkiyəyə qayıtdı

16:53  Uçurumun dibində: veteranları məqsədli şəkildə üz-üzə qoyurlar

16:41  MY “Liverpul”la oyuna ciddi itki ilə çıxacaq

16:22  APOEL-in dərdi: “Qarabağ”la oyunlar pis vaxta düşür

16:00  İrqçiliyə görə 5 azarkeş saxlanıldı

15:43  “Beşiktaş”ın futbolçusu millimizə dəvət aldı

15:23  “Barselona”nın futbolçusu İspaniya millisində debüt etdi

15:15  AFFA-nın fotoqrafı baş rolda: səfirlik önündəki aksiyanı kim təşkil edib?

15:02  Fransa əsgər salamının qarşını almaq istəyib – Deşam isə...

14:45  “Mümkün xoşagəlməz olayların qarşısı alınacaq” - “Qarabağ” rəsmisi

14:27  “Əcnəbinin bir illik məvacibinə əyalətdə stadion tikmək olar”

14:19  “Qarabağ”ın 3 futbolçusu Avroliqanın ən yaxşıları sırasında

14:08  “Zirə”nin “Neftçi” ilə 18-ci dueli

13:18  “Liverpul”un futbolçusu “Ginnesin rekordlar kitabı”na düşdü

12:56  Modriç “El Klasiko”nu buraxa bilər

12:35  Elxan Məmmədov UEFA-nın baş katibi ilə görüşdü

12:17  “Qəbələ”nin legioneri: “Yeni baş məşqçinin sistemi daha yaxşı işləyir”

12:00  “Traktor”un üzvü futboldan uzaqlaşdırıldı - Türkiyəyə dəstəyə görə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az