(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Vaqif Sadıqov: "Qarabağ" ilə oyunda hakim səhvləri çox idi

Vaqif Sadıqov: "Qarabağ" ilə oyunda hakim səhvləri çox idi

AZAL-ın baş məşqçisi Vaqif Sadıqovun futbolinfo.az saytına müsahibəsi
 
- Əvvəlcə "Qarabağ"la oyun haqda fikirlərinizi bildirərdiz...
- Komanda pis təsir bağışlamadı. Ancaq son dəqiqələrdə buraxılan top bizim ümidimizi puç etdi. Bütövlükdə götürəndə komanda pis oynamadı.
 
- Premyer Liqada "Qarabağ"la 2 oyun keçirmisiz. Bunların birində qələbə qazanmısız, digərində isə meydanı sülhlə tərk etmisiz. Bəs dünənki kubok oyununda məğlubiyyətinizə nə səbəb oldu?
- Bu, idmandı, hər bir nəticə ola bilər. Əgər bir oyunda qələbə qazanırıqsa, heç-heçə ediriksə, bir oyunda da məğlub olmalıyıq. Rəqib də hazırlaşır və bizi analiz edir. Mən bu problemlərdən danışmaq istəmirəm. Hər oyunda kadr problemləri ilə üzləşirik. AZAL demək olar ki, hücumçusuz çıxış edir. Əgər biz qələbə qazanmaq istəyiriksə, gərək hücumda güclü olaq.
 
- Aleksandr Şemonayevin qırmızı vərəqəsinə etiraz etdiniz...
- İkinci "sarı"da qayda pozuntusu var idi. Amma Şemonayev birinci sarı vərəqəni almamalıydı. O, cərimə meydançasında bilərəkdən yıxılmamışdı. Fikrimcə, orada simulyasiya yox idi. Hər bir insan səhv edə bilər. Bu oyunda da hakim səhvləri çox idi. Amma əsas qərəzin olmamasıdı. Ən vacib olan budu.
 
- Bir neçə gündən sonra Premyer Liqada "Rəvan"la qarşılaşacaqsız...
- Komanda dünənki oyunda çox güc sərf edib. Bundan başqa psixoloji cəhətdən gərginlik var. Bunun da səbəbi kubokla vidalaşmağımızdı. Bu da istər-istəməz öz təsirini göstərir. Nəzərə alsaq ki, Vladimir Boqdanoviç, Branislav Arsenyeviç və Junior Aylton oynamayacaq, demək olar ki, bizim üçün çətin oyun olacaq. Bütün bunlara baxmayaraq bizə qələbə lazımdı.
 
- İki yerli baş məşqçinin duelindən futbol azarkeşlərinə nə vəd etmək olar?
- Yaxşı, məzmunlu, gözəl bir oyun vəd etmək olar. Ədalətli oyunda qələbəyə layiq olan tərəf meydanı 3 xalla tərk edəcək.
 
- "Rəvan"la ilk qaşrılaşmada meydandan sülhlə ayrılmışdınız. O vaxt rəqib komandaya Vladislav Qədirov rəhbərlik edirdi, indi isə Şahin Diniyev...
- Biz meydana qələbə üçün çıxacağıq. Yalnız qələbəyə köklənmişik.
 
- "Rəvan"dan sonra Zaqatalada "Simurq"la və Bakıda "Neftçi" ilə çətin oyununuz var...
- Bizim hər oyunumuz ağırdı. Həmişə olduğu kimi, bu oyunlara da yaxşı köklənəcəyik. Hesab edirəm ki, komanda bu oyunlara da istədiyimiz kimi hazırlaşacaq.
 
- Heyətdəki problemləri nəzərə alsaq, AZAL fasiləyə neçənci pillədə yollana bilər?
- Mümkün olduğu qədər yuxarı pillələrə qalxmaq istəyirik. Bu səbəbdən qalan 3 oyunda yalnız qələbə üçün meydana çıxmalıyıq.
 
- Sizlə ötən söhbətlərimizin birində qışda heyətdəki mövqeləri gücləndirəcəyinizi, transferlərin olacağınızı bildirmişdiniz. Artıq gözaltı etdiyiniz oyunçular var?
- Hələ ki, adlar yoxdu. Mən hər bir mövqeyə oyunçu axtarıram. Bizə əsasən hücuma dəstək verən, hücumu gücləndirən futbolçular lazımdı.
 
- Avrokuboklara çıxış yolunuzun biri bağlandı. Kubokdan kənarlaşdınız üçün yeganə ümid yeriniz Premyer Liqadı. Burada da komandanın vəziyyətinə yaxşı demək olmaz...
- Səbr etmək lazımdı. Hələ qarşıda 21 oyunumuz var. Bəzi şeyləri dəyişmək olar. Hər bir məşqçi, hər bir komandanın hədəfləri böyük olmalıdı. Hələ ki, nəyisə dəyişmək olar.
 
RÖVŞƏN ƏHLİMANOĞLU

 
tarix: 05-12-2013 13:36


 
Xəbər lenti
17.10.2019
16.10.2019

22:00  Klubu Kompaniyə görə cəzalandı

21:49  İspaniya yığmasından yeni rekord

20:00  “Region Liqası”nın püşkü atılacaq

19:42  “Qəbələ” - APOEL matçı ukraynalı hakimlərə tapşırıldı

19:23  Messi 6-cı "Qızıl buts"unu aldı

19:00  Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

18:41  Argentinalı futbolçu ilə yeni müqavilə

18:23  “El klasiko”nun yeri dəyişdirilə bilər

18:02  “Ayaks” ÇL oyununa qatarla gedəcək

17:40  Ronaldo Messini geridə qoydu

17:23  “Qarabağ” - APOEL matçının biletləri sabahdan etibarən satışda

17:11  Melnyakı dostu məlumatlandırıb: “Azərbaycan qol vurdu, hakim saymadı”

17:00  Almaniya klubundan qovulan futbolçu Türkiyəyə qayıtdı

16:53  Uçurumun dibində: veteranları məqsədli şəkildə üz-üzə qoyurlar

16:41  MY “Liverpul”la oyuna ciddi itki ilə çıxacaq

16:22  APOEL-in dərdi: “Qarabağ”la oyunlar pis vaxta düşür

16:00  İrqçiliyə görə 5 azarkeş saxlanıldı

15:43  “Beşiktaş”ın futbolçusu millimizə dəvət aldı

15:23  “Barselona”nın futbolçusu İspaniya millisində debüt etdi

15:15  AFFA-nın fotoqrafı baş rolda: səfirlik önündəki aksiyanı kim təşkil edib?

15:02  Fransa əsgər salamının qarşını almaq istəyib – Deşam isə...

14:45  “Mümkün xoşagəlməz olayların qarşısı alınacaq” - “Qarabağ” rəsmisi

14:27  “Əcnəbinin bir illik məvacibinə əyalətdə stadion tikmək olar”

14:19  “Qarabağ”ın 3 futbolçusu Avroliqanın ən yaxşıları sırasında

14:08  “Zirə”nin “Neftçi” ilə 18-ci dueli

13:18  “Liverpul”un futbolçusu “Ginnesin rekordlar kitabı”na düşdü

12:56  Modriç “El Klasiko”nu buraxa bilər

12:35  Elxan Məmmədov UEFA-nın baş katibi ilə görüşdü

12:17  “Qəbələ”nin legioneri: “Yeni baş məşqçinin sistemi daha yaxşı işləyir”

12:00  “Traktor”un üzvü futboldan uzaqlaşdırıldı - Türkiyəyə dəstəyə görə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az