(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Mustafa Dənizli: "Xəzər Lənkəran" - "Neftçi" rəqabətini gücləndirəcəm

Mustafa Dənizli: "Xəzər Lənkəran" - "Neftçi" rəqabətini gücləndirəcəm

Bu gün "Xəzər Lənkəran"ın yeni baş məşqçisi Mustafa Dənizli ictimaiyyətə təqdim olundu. Futbolinfo.az xəbər verir ki, cənub klubunun vitse-prezidenti Tuyqun Nadirov, klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu və türkiyəli mütəxəssis "Fairmont Hotel"də jurnalistlər önünə çıxdı.
 
- Türkiyə futbolunda böyük qiymətiniz var. "Xəzər Lənkəran"ın 10 illik tarixində 3-cü türk, bütövlükdə 11-ci məşqçisiz. Qısa müddətdə bu qədər məşqçi dəyişən kluba gəlmək sizi narahat etmir ki?
- Buradakı vəziyyət mənə yad deyil. Türkiyədə bu müddətdə daha çox baş məşqçi dəyişiklikləri olur. Əsas olan mənim gördüyüm işdi. Bu gündən sonra mənim işlədiyim yerdə karyeram adına narahat olacağım bir şey yoxdu. Burada əldə etdiyim hər uğura görə qürur duyacam. Mənim üçün hansı müddətə, nə qədər məşqçinin gəlməsi maraqlı deyil.
 
- "Fənərbaxça"nın "Fəthiyəspor"a məğlubiyyətini necə qarşıladız?
- Mən kollektivimlə söhbətimdə bu məsələyə toxunmuşdum. Kubok matçları tam fərqli bir matçdı. Kubok oyunlarının cavab oyunu olmur, ya davam edirsən, ya da dayanırsan. Mən 3 il əvvəl "Beşiktaş"la həm Super Liqanı, həm də kuboku qazanmışdım. Burada klubun hansı liqada olmasının fərqi yoxdu. "Neftçala" ilə oyundan sonra mən Türkiyə Kubokunun oyunlarını izlədim və təəccübləndim. Burada da elita klubları yoluna davam edir, sadəcə "Araz Naxçıvan" aşağı dəstədən gəlib. Ona görə rəqib kim olur-olsun, meydanda hər şey ola bilər.
 
- "Xəzər Lənkəran" 6 ildi çempion ola bilmir. Komandanı çempion etmək üçün sizə nə qədər vaxt lazımdı?
- Çempionluğa vaxt təyin etmək asan deyil. Əgər hədəf böyükdüsə, bunun üçün plan olmalıdı. Hazırda bizdən yuxarı pillədə qərarlaşan klublarla 50 xallıq fərqimiz var. Hər şey mənim və klub rəhbərliyinin istədiyi kimi olsa, bu fərq aradan qalxar. Amma hər şey istədiyimiz kimi olmur. Biz hansı pilləyə yüksələcəyimizi qışdan sonra deyə bilərik. Futbolda mümkünsüz olan heç nə yoxdu. Öncə biz öz düşündüklərimizi həyata keçirməliyik. Ümid edirəm ki, yuxarıya qalxa bilərik. Amma bu hansı pillələr olar, onu deyə bilmərəm. Mənim üçün uğurlu sayılacaq şey bizim ilk 3-lükdə yer almağımızdı.
 
- Türkiyə mətbuatı 1.5 illik müqavilə üçün 6 milyon avro qazanacağınızı deyir...
- Mən bir şey demək istəyirəm. Bu rəqəmi heç Türkiyə klubları verə bilməz. Bu məbləğə hamı təəccüblənər. Bu cür xəbərlər yalandı.
 
- "Çaykur Rizerspor"dan futbolçu gətirəcəyinizi deyirlər...
- İlk dəfə sizdən eşidirəm (gülür).
 
- Karyeranızda 2 ildən artıq heç bir klubda çalışmamısız...
- Mənim ən az "Rizəspor"da çalışmışam, o da 1 il. Mən qısa çalışmağı sevmirəm. Buna görə ən qısa çalışmam 1.5 il olacaq. Asistent kimi fəaliyyətimi də hesablasaq, 5-7 il bir klubda çalışmışam.
 
- 10 illikdə "Xəzər Lənkəran" kubok qazana biləcək?
- Siz 10 il dediniz. Bu rəqəmlər klub tarixində əhəmiyyət daşıyır. İnşallah, bu il klubun muzeyinə kubok apara bilərik. Hazırda ən yaxın görünən hədəfimiz kubokdu. Lakin futbolda hər şey ola bilər. İlk ilimdə hamıdan çox mən kubok qazanmaq istəyirəm. Azarkeşlərimiz, Azərbaycan xalqının bunun üçün bizə böyük dəstək verəcəyinə inanıram.
 
- Köməkçilərlə bağlı məsələyə aydınlıq gətirməyinizi istərdik...
- Məşqçi dəyişikliyi ola bilər. Hamıya müəyyən bir vəzifə veriləcək. Klub prezidentinin bundan xəbəri var. Üç matçdan sonra oturub bu mövzuda söhbət edəcəyik.
 
- İlk oyundan sonra komandanın hansı mövqeyində boşluqlar gördünüz?
- Qısa vaxt ərzində bunu demək olmaz. Mənim bəzi planlarım var, amma hər kəs səhv edə bilər. Hələ tələsmirik, qarşıdakı 3 oyundan sonra buna qərar veriləcək.
 
- Sizdən əvvəl tanınmış Con Toşak komandaya rəhbərlik edirdi. Sizə dəvət gələrkən Toşakın niyə getdiyi ilə maraqlandız?
- "Niyə uğur qazana bilmədi" sualına cavab vermək üçün burada baş verənləri yaxşı bilməliyəm. Mən türkəm, hər şeyi anlayıram, amma Con bu üstünlüyə sahib deyildi. Onun üçün Azərbaycan əcnəbi ölkə ola bilər, mənim üçün isə yox. Ancaq uğursuzluğun səbəbi nədi deyə bilmərəm. İdarəçilərlə problem yaşayıb-yaşamadığını deyə bilmərəm.
 
- Artıq Lənkəran ləvəngisindən dada bilmisiz?
- Yedim, hər gün yeyirəm (gülür)...
 
- "Xəzər Lənkəran" və "Neftçi" "Fənərbaxça" və "Qalatasaray" kimidi. "Neftçi" haqda nəsə öyrənmisiz?
- "Neftçi" haqqında məlumatım yoxdu. Amma güclü rəqabətin olduğunu bilirəm. Bunu Türkiyədə çox yaşadım. Bu, futbolun gözəl tərəfidi, rəqabət olmalıdı. "Neftçi" və "Xəzər Lənkəran" rəqabətinin olması da yaxşıdı. Mən sadəcə bu rəqabəti gücləndirəcəm.
 
Sonda yeni baş məşqçi Musataf Dənizliyə "Xəzər Lənkəran"ın forması hədiyyə olundu.
 
RÖVŞƏN ƏHLİMANOĞLU

 
tarix: 05-12-2013 14:48


 
Xəbər lenti
17.10.2019
16.10.2019

22:00  Klubu Kompaniyə görə cəzalandı

21:49  İspaniya yığmasından yeni rekord

20:00  “Region Liqası”nın püşkü atılacaq

19:42  “Qəbələ” - APOEL matçı ukraynalı hakimlərə tapşırıldı

19:23  Messi 6-cı "Qızıl buts"unu aldı

19:00  Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

18:41  Argentinalı futbolçu ilə yeni müqavilə

18:23  “El klasiko”nun yeri dəyişdirilə bilər

18:02  “Ayaks” ÇL oyununa qatarla gedəcək

17:40  Ronaldo Messini geridə qoydu

17:23  “Qarabağ” - APOEL matçının biletləri sabahdan etibarən satışda

17:11  Melnyakı dostu məlumatlandırıb: “Azərbaycan qol vurdu, hakim saymadı”

17:00  Almaniya klubundan qovulan futbolçu Türkiyəyə qayıtdı

16:53  Uçurumun dibində: veteranları məqsədli şəkildə üz-üzə qoyurlar

16:41  MY “Liverpul”la oyuna ciddi itki ilə çıxacaq

16:22  APOEL-in dərdi: “Qarabağ”la oyunlar pis vaxta düşür

16:00  İrqçiliyə görə 5 azarkeş saxlanıldı

15:43  “Beşiktaş”ın futbolçusu millimizə dəvət aldı

15:23  “Barselona”nın futbolçusu İspaniya millisində debüt etdi

15:15  AFFA-nın fotoqrafı baş rolda: səfirlik önündəki aksiyanı kim təşkil edib?

15:02  Fransa əsgər salamının qarşını almaq istəyib – Deşam isə...

14:45  “Mümkün xoşagəlməz olayların qarşısı alınacaq” - “Qarabağ” rəsmisi

14:27  “Əcnəbinin bir illik məvacibinə əyalətdə stadion tikmək olar”

14:19  “Qarabağ”ın 3 futbolçusu Avroliqanın ən yaxşıları sırasında

14:08  “Zirə”nin “Neftçi” ilə 18-ci dueli

13:18  “Liverpul”un futbolçusu “Ginnesin rekordlar kitabı”na düşdü

12:56  Modriç “El Klasiko”nu buraxa bilər

12:35  Elxan Məmmədov UEFA-nın baş katibi ilə görüşdü

12:17  “Qəbələ”nin legioneri: “Yeni baş məşqçinin sistemi daha yaxşı işləyir”

12:00  “Traktor”un üzvü futboldan uzaqlaşdırıldı - Türkiyəyə dəstəyə görə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az