(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
"Xal itirmək şansımız yoxdu"

"Xal itirmək şansımız yoxdu"

Son üç mövsümdə icarə əsasında “Simurq”da forma geyinən Nicat Qurbanov klubun rəsmi saytına müsahibə verib. Futbolinfo.az xəbər verir ki, gənc futbolçu komandasının hazırkı durumu və gələcək oyunlar haqqında fikirlərini bölüşüb.
 
- Növbəti dəfə "Simurq"un heyətinə icarə əsasında qatıldın. Niyə yenidən məhz bu klubu seçdin?
- Buraya gəlməyimin ilk səbəbi “Simurq”da “Neftçi”dən fərqli olaraq, heyətə düşmək şansım çox idi. Həmdə artıq bu kollektiv mənim üçün doğmalaşıb. İki ildi ki, “Simurq”un formasını geyinirəm. Mövsüm bitdikdən sonrada yenidən buraya qayıtmaq haqqında düşünürdüm. Çünki bura təcrübə qazanmaq baxımından da mənə çox kömək edir. Futbolçu üçün ən əsas amil oynamaqdı. Şükür ki, hazırda istəyimə çatmışam və “Simurq”un uğurları üçün mübarizə aparıram.
 
- “Simurq”un hazırkı durumu haqqında nə düşünürsən?
- Meydançamızın təmir olunması ilə əlaqədar olaraq, demək olar ki, 14 turu səfərdə keçirdik. Bu oyunlarda çox vacib xallar itirdik. Artıq doğma arenamıza qovuşmuşuq. Düşünürəm ki, bundan sonra daha yaxşı oynayıb müsbət nəticələr qazanacağıq. Azarkeşlərimizin qarşısında oynamağımız bizim üçün ikiqat məsuliyyət yaradacaq. Bundan sonra xal itirmək şansımız yoxdu. Çünkü geridə qalan oyunlarda buraxdığımız səhvləri düzəltməliyik. Daha yaxşı oynayıb, nəticə qazanmalıyıq.
 
- “Araz Naxçıvan”la oyunda forma geyinməsən də, “Simurq”un məğlub olmasına səbəb nəyi gördün?
- Səbəb deməzdim. Sadəcə, bu görüşdə bəxtimiz gətirmədi. Oyuna çox yaxşı başlamışdıq. Hətta hesabda önə çıxmışdıq. Ancaq buraxdığımız qollar oynumuza mənfi təsir etdi. Deyərdim ki, “Araz”ın bu görüşdə bəxti gətirdi. Penaltilər isə bir lotoriyadı. Burada da şans bizdən yana olmadı. Meydan amili və kənar müdaxilə də bizə təsir göstərdi. Bu cür bərbad meydanda futbol oynamaq qeyri-mümkündü. Düzdü, kubokdan kənar qaldıq. Buna görə də çox məyus olduq. Ancaq bu, futboldu. Hər dəfə istədiyin nəticəni qazana bilməzsən. Artıq bu oyunu unutmalıyıq və unutmuşuq. Bizi qarşıda daha ciddi və çətin oyunlar gözləyir. Bu görüşlər haqqında düşünməliyik. Fikrimizi bu oyunlara yönəldib, qələbə qazanmalıyıq.
 
- Növbəti rəqib “Qəbələ”di. Bu oyun haqqında nə düşünürsən?
- Yenə qeyd etmək istəyirəm ki, bizim artıq başqa şansımız qalmayıb. Bütün gücümüzü ortaya qoyub yalnız qələbə qazanmaq haqqında düşünürük. Bu görüşə çox ciddi hazırlaşmışıq. Allahın köməyi ilə üç xal qazanmaq üçün meydana çıxacağıq. Qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün qalib gəlməliyik. İtirəcəyimiz hər bir xal bizi avrokuboklardan uzaqlaşdıra bilər. Fasilədədə səhvlərimiz üzərində işləyib, mövsümün sonunda azarkeşlərimizi və rəhbərliyi sevindirmək istəyirik. Bu, bizim borcumuzdu.
 
- Komandanın gənc üzvü kimi, azarkeşlərə nə deyərdin?
- Əlbəttə, son oyun ağır keçdi və nəticə heç bir kəsin ürəyincə olmadı. Ancaq azarkeşlərimiz üzülməsin. Onlara bu məğlubiyyəti unutduracağıq. Çempionatın bitməsinə hələ var. Qarşıdakı oyunlarda qələbələrimizlə azarkeşlərimizi sevindirəcəyimizə inanıram. Çünkü bu mövsüm onları çox məyus etmişik. Ev oyunlarımızı doğma arenada keçirmədiyimizdən bizi dəstəkləmək üçün uzun məsafə qət edirdilər. Bundan sonra çalışacağıq ki, gözəl oyunlarla qazandığımız qələbələri onlara həsr edək. Onlar da bizi yalnız buraxmasınlar.

 
tarix: 08-12-2013 12:38


 
Xəbər lenti
17.10.2019
16.10.2019

22:00  Klubu Kompaniyə görə cəzalandı

21:49  İspaniya yığmasından yeni rekord

20:00  “Region Liqası”nın püşkü atılacaq

19:42  “Qəbələ” - APOEL matçı ukraynalı hakimlərə tapşırıldı

19:23  Messi 6-cı "Qızıl buts"unu aldı

19:00  Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

18:41  Argentinalı futbolçu ilə yeni müqavilə

18:23  “El klasiko”nun yeri dəyişdirilə bilər

18:02  “Ayaks” ÇL oyununa qatarla gedəcək

17:40  Ronaldo Messini geridə qoydu

17:23  “Qarabağ” - APOEL matçının biletləri sabahdan etibarən satışda

17:11  Melnyakı dostu məlumatlandırıb: “Azərbaycan qol vurdu, hakim saymadı”

17:00  Almaniya klubundan qovulan futbolçu Türkiyəyə qayıtdı

16:53  Uçurumun dibində: veteranları məqsədli şəkildə üz-üzə qoyurlar

16:41  MY “Liverpul”la oyuna ciddi itki ilə çıxacaq

16:22  APOEL-in dərdi: “Qarabağ”la oyunlar pis vaxta düşür

16:00  İrqçiliyə görə 5 azarkeş saxlanıldı

15:43  “Beşiktaş”ın futbolçusu millimizə dəvət aldı

15:23  “Barselona”nın futbolçusu İspaniya millisində debüt etdi

15:15  AFFA-nın fotoqrafı baş rolda: səfirlik önündəki aksiyanı kim təşkil edib?

15:02  Fransa əsgər salamının qarşını almaq istəyib – Deşam isə...

14:45  “Mümkün xoşagəlməz olayların qarşısı alınacaq” - “Qarabağ” rəsmisi

14:27  “Əcnəbinin bir illik məvacibinə əyalətdə stadion tikmək olar”

14:19  “Qarabağ”ın 3 futbolçusu Avroliqanın ən yaxşıları sırasında

14:08  “Zirə”nin “Neftçi” ilə 18-ci dueli

13:18  “Liverpul”un futbolçusu “Ginnesin rekordlar kitabı”na düşdü

12:56  Modriç “El Klasiko”nu buraxa bilər

12:35  Elxan Məmmədov UEFA-nın baş katibi ilə görüşdü

12:17  “Qəbələ”nin legioneri: “Yeni baş məşqçinin sistemi daha yaxşı işləyir”

12:00  “Traktor”un üzvü futboldan uzaqlaşdırıldı - Türkiyəyə dəstəyə görə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az