(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
"Kubokdakı kimi oynasaq, "Bakı"dan xal və xallar ala bilərik"

"Kubokdakı kimi oynasaq, "Bakı"dan xal və xallar ala bilərik"

"Sumqayıt"ın qapıçısı Anar Nəzirovun futbolinfo.az saytına müsahibəsi
 
- Azərbaycan Kubokunda son dəqiqədə buraxılan qol nəticəsində "Bakı"ya məğlub olduz...
- Düzdü, kubok oyununda son dəqiqə qolu komandamıza pis təsir etdi. Buna baxmayaraq, yaxşı mübarizə apardığımızı düşünürəm. Hazırda isə bütün fikrimizi "Bakı" ilə çempionatdakı oyunumuza yönəltmişik. Komandamız kubok görüşü də daxil olmaqla, 4-5 turdu yaxşı oyun nümayiş etdirir. Gözəgəlimli futbol oynasaq da, qələbə qazana bilmirik.
 
- Kubok oyununda çıxış etməməyinizin səbəbi nə idi?
- Qolumda və çiynimdə ağrılar var idi. Ona görə də həkimlər bu matça çıxmamağımı məsləhət gördülər.
 
- Sizin yoxluğunuzda qapı Elçin Sadıqova tapşırılmışdı. Sadıqovun çıxışını necə qiymətləndirirsiz?
- Sadıqov çox istedadlı qapıçıdı. Elçinin ilk oyunu olmasına baxmayaraq, yaxşı çıxış etdiyini düşünürəm.
 
- Qapıda siz olsaydız, "Sumqayıt"ın oyunu əlavə vaxta aparmasına kömək edə bilərdiz?
- Bu, futboldu. Kim deyərdi ki, biz sonuncu dəqiqədə qol buraxacağıq? Bərabərlik qolunu vurduqdan sonra hər kəs oyunun uzatmalara gedəcəyini düşünürdü. Fikrimcə, son dəqiqədə buraxılan qol yaranan arxayınlıq nəticəsində oldu.
 
- "Bakı" ilə kubok matçından cəmi bir neçə gün sonra yenidən bu klubla qarşılaşmaq sizin nəticə qazanmağınıza nə dərəcədə kömək edə bilər?
- Hər iki komanda bir-birini yaxşı tanıyır. Bu qarşılaşmada əvvəlki oyunumuzu sərgiləyə bilsək, "Bakı"dan xal və xallar ala bilərik. Çox maraqlı qarşılaşma olacaq. Bu qarşılaşma hər iki komanda üçün önəmlidi. Onlar liderlərlə olan xal fərqini azaltmaq, biz də qara zolaqdan çıxmaq üçün mübarizə aparacağıq.
 
- Cəzalı olan Samir Abbasovun yoxluğu komandaya necə təsir edəcək?
- Kapitanın yoxluğu sözsüz ki, komandaya təsir edəcək. Çalışacağıq ki, meydanda onun yoxluğunu hiss olunmasın. Bunun üçün də hər kəs ikiqat əzmlə mübarizə aparmalıdı.
 
- Heyət baxımından əziyyət çəkdiyiniz bir vaxtda Abbasovun 4 oyunluq cəzalanmasını necə qarşıladınız?
- Orada kim olsaydı, Samirin etdiyi hərəkəti edərdi. Təmiz penaltini verməyib, haqqımızı yeyirlər. Durub deməyəcək ki, çox sağ ol! Hər kəs istəyir ki, çəkdiyi əziyyətin bəhrəsini görsün. İnsana haqsızlıq edəndə dözə bilmirsən.
 
- Sizcə, onun cəzasını yüngülləşdirərlər?
- Bu, artıq PFL-in işidi.
 
- "Bakı" ilə oyundan sonra sizi "İnter" və "Xəzər Lənkəran"la çətin oyun gözləyir. "Sumqayıt"ın bu qarşılaşmalardakı şanslarını necə qiymətləndirirsiz?
- Biz hər oyuna ciddi yanaşırıq. Bizim üçün hər oyun final kimidi. "İnter"lə "Xəzər Lənkəran" çox yaxşı komandalardı. Bu oyunlarda qələbəni daha çox kim istəsə, o da qazanacaq.
 
EMİN SƏFƏROV

 
tarix: 08-12-2013 13:26


 
Xəbər lenti
17.10.2019
16.10.2019

22:00  Klubu Kompaniyə görə cəzalandı

21:49  İspaniya yığmasından yeni rekord

20:00  “Region Liqası”nın püşkü atılacaq

19:42  “Qəbələ” - APOEL matçı ukraynalı hakimlərə tapşırıldı

19:23  Messi 6-cı "Qızıl buts"unu aldı

19:00  Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

18:41  Argentinalı futbolçu ilə yeni müqavilə

18:23  “El klasiko”nun yeri dəyişdirilə bilər

18:02  “Ayaks” ÇL oyununa qatarla gedəcək

17:40  Ronaldo Messini geridə qoydu

17:23  “Qarabağ” - APOEL matçının biletləri sabahdan etibarən satışda

17:11  Melnyakı dostu məlumatlandırıb: “Azərbaycan qol vurdu, hakim saymadı”

17:00  Almaniya klubundan qovulan futbolçu Türkiyəyə qayıtdı

16:53  Uçurumun dibində: veteranları məqsədli şəkildə üz-üzə qoyurlar

16:41  MY “Liverpul”la oyuna ciddi itki ilə çıxacaq

16:22  APOEL-in dərdi: “Qarabağ”la oyunlar pis vaxta düşür

16:00  İrqçiliyə görə 5 azarkeş saxlanıldı

15:43  “Beşiktaş”ın futbolçusu millimizə dəvət aldı

15:23  “Barselona”nın futbolçusu İspaniya millisində debüt etdi

15:15  AFFA-nın fotoqrafı baş rolda: səfirlik önündəki aksiyanı kim təşkil edib?

15:02  Fransa əsgər salamının qarşını almaq istəyib – Deşam isə...

14:45  “Mümkün xoşagəlməz olayların qarşısı alınacaq” - “Qarabağ” rəsmisi

14:27  “Əcnəbinin bir illik məvacibinə əyalətdə stadion tikmək olar”

14:19  “Qarabağ”ın 3 futbolçusu Avroliqanın ən yaxşıları sırasında

14:08  “Zirə”nin “Neftçi” ilə 18-ci dueli

13:18  “Liverpul”un futbolçusu “Ginnesin rekordlar kitabı”na düşdü

12:56  Modriç “El Klasiko”nu buraxa bilər

12:35  Elxan Məmmədov UEFA-nın baş katibi ilə görüşdü

12:17  “Qəbələ”nin legioneri: “Yeni baş məşqçinin sistemi daha yaxşı işləyir”

12:00  “Traktor”un üzvü futboldan uzaqlaşdırıldı - Türkiyəyə dəstəyə görə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az