(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
"Bu, təkcə azərbaycanlı futbolçulara aid deyil"

"Bu, təkcə azərbaycanlı futbolçulara aid deyil"

Türkiyənin PTT 1-ci Liqasında mübarizə aparan “Şanlıurfaspor”un meneceri Murat Daldıkın futbolinfo.az saytına müsahibəsi
 
- İlk olaraq “Şanlıurfaspor”u tanıyaq...
- Şanlıurfa gözəl bir diyardı. Peyğəmbərlər şəhəridi. Komandamızın 30 minlik stadionu var. Türkiyə kubokunun finalında “Fənərbaxça” və “Trabzonspor” həmin stadionda qaşılaşmışdı. Hədəfimiz çempionluqdu, çünki azarkeşlərimiz Super Liqaya acdılar. İnşallah, mövsüm sonunda sevinən tərəf biz olarıq.
 
- Azərbaycanlı futbolçulara maraq sizdə hardan yarandı?
- Transfer dönəmində hamı oyunun videoyazılarını göndərir. Biz bunları canlı görmək istəyirik. Lazım olsa, izləmək üçün bir daha gələcəyik. Ondan sonra lazım gələrsə, danışıqlara başlayacağıq. Azəri futbolçular Türkiyədə yerli oyunçu statusu ilə oynayırlar. Maksimum 2 futbolçu ala bilirik. Bu da 3 əcnəbi limitində böyük üstünlükdü. Sizin sualınıza gəlincə, maraq deyə bir şey yoxdu. Azərbaycan futbolundan türk futboluna xeyir verənlər olub. Biz də bunu yerində görmək istədik.
 
- Azərbaycanlı futbolçular Türkiyədə o qədər də yaxşı çıxış edə bilmir. Ya az-az meydana çıxırlar, ya da geri qayıdırlar...
- Hələ ki, izləyirik. Siz dediyiniz təkcə azəri futbolçulara aid deyil. Bizdən xaricə gedən, başqa ölkələrdən bizə gələn futbolçular da elə olur ki, komandaya uyğunlaşa bilmir. Mədəniyyət, mentalitet fərqliliyi futbolçulara promlem yaradır. Yəni bu, təkcə azəri futbolçular üçün qüvvədə deyil.
 
- Bakıya yalnız yerli futbolçular üçün gəlmisiz, ya maraq dairənizdə legionerlər də var?
- Bura futbolçu izləmək üçün gəldim. Əsasən yerli futbolçuları izləyəcəm. Amma əcnəbi futbolçular da ola bilər. Bu gün axşam özüm dəyərləndirmə edəcəm.
 
- Maraq dairənizdə olan futbolçuların hamısı elitada çıxış edənlərdi, ya aşağı dəstə klublarından da var?
- Bacardığım qədər hər liqanın oyunlarına baxıram. Hətta U-21-i də seyr etmişəm. Liqanın fərqi yoxdu, hansı futbolçu bizə uyğundusa, onu seçəcəyik.
 
- Artıq bəyəndiyiniz futbolçular var?
- Elə bir futbolçu yoxdu. Hələ bu gün oyunları izləməyə gedəcəm.
 
- Əsasən hansı mövqelərə futbolçu axtarırsınız?
- Hər bir mövqe ola bilər. Uyğun olan hər kəsi almaq istəyərik.
 
- Azərbaycanlı futbolçular yüksək maaş aldıqları üçün xaricə getmək istəmir. Bu istədiyiniz oyunçuları almaqda sizə problem yaratmayacaq?
- Vallah, nə deyə bilərəm? Vermədən almaq tək Allaha məxsusdu. Bizdə müqavilələr uğura hesablanıb. Əgər nəticə varsa, pul da var. Əgər futbolçu karyerasını deyil, pulu düşünürsə, o heç gəlməsin.
 
- Urfa Suriya ilə sərhəddə yerləşir. Bu amil futbolçular üçün çətinlik yaradır?
- Mən 1.5 aydı ki, ordayam. Suriyanı bir kənara qoyaq, şəhərdə kiçik bir qanun pozuntusu belə olmur. Bir dəfə hörmətsizliklə, dava ilə qarşılaşmadım. Kənardan gələn birinə sahib çıxan bir xalqdı.
 
- Menecer kimi hansı futbolçunun komandanızda olmasını istərdiniz?
- Məsut Özil kimi futbolçunu istərdim.
 
- Ənənəvi sualımızı verim. Hansı azəri klubunda işləmək istərdiniz?
- Azərbaycanda çalışmağı bu günə qədər heç düşünmədim. Amma təklif gəlsə, dəyərləndirmək olar. Mənim üçün hansı klubun olması vacib deyil. Əsas komandanın hədəfləridi.
 
- Bakını bəyəndiniz?
- Çox bəyəndim. Memarlıq işləri çox yüksək səviyyədədi, həm də insanlarını çox sevdim. İnkişaf etmiş bir şəhərdi. Şəhəri gəzdim, Qız Qalasını, bulvarı gördüm və çox bəyəndim.
 
- Sizdə Urfa kababı var, bizim də öz milli yeməklərimiz. Hansı milli xörəklərimizdən dadmısınız?
- Şaurma yedim (gülür)... Hələ milli yeməkləri bu gün dadacam. Yedikdən sonra sənə zəng edib deyərəm (gülür)...
 
- Bura gəlməyinizin əsas səbəbkarı kimdi?
- Mən bir neçə il əvvəl Antalyada Günel Rusmanla tanış olmuşdum. O zaman “Antalyaspor”da çalışırdım. Bakıya onun tövsiyyəsi ilə gəlmişəm.
 
RÖVŞƏN ƏHLİMANOĞLU

 
tarix: 08-12-2013 14:28


 
Xəbər lenti
17.10.2019
16.10.2019

22:00  Klubu Kompaniyə görə cəzalandı

21:49  İspaniya yığmasından yeni rekord

20:00  “Region Liqası”nın püşkü atılacaq

19:42  “Qəbələ” - APOEL matçı ukraynalı hakimlərə tapşırıldı

19:23  Messi 6-cı "Qızıl buts"unu aldı

19:00  Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

18:41  Argentinalı futbolçu ilə yeni müqavilə

18:23  “El klasiko”nun yeri dəyişdirilə bilər

18:02  “Ayaks” ÇL oyununa qatarla gedəcək

17:40  Ronaldo Messini geridə qoydu

17:23  “Qarabağ” - APOEL matçının biletləri sabahdan etibarən satışda

17:11  Melnyakı dostu məlumatlandırıb: “Azərbaycan qol vurdu, hakim saymadı”

17:00  Almaniya klubundan qovulan futbolçu Türkiyəyə qayıtdı

16:53  Uçurumun dibində: veteranları məqsədli şəkildə üz-üzə qoyurlar

16:41  MY “Liverpul”la oyuna ciddi itki ilə çıxacaq

16:22  APOEL-in dərdi: “Qarabağ”la oyunlar pis vaxta düşür

16:00  İrqçiliyə görə 5 azarkeş saxlanıldı

15:43  “Beşiktaş”ın futbolçusu millimizə dəvət aldı

15:23  “Barselona”nın futbolçusu İspaniya millisində debüt etdi

15:15  AFFA-nın fotoqrafı baş rolda: səfirlik önündəki aksiyanı kim təşkil edib?

15:02  Fransa əsgər salamının qarşını almaq istəyib – Deşam isə...

14:45  “Mümkün xoşagəlməz olayların qarşısı alınacaq” - “Qarabağ” rəsmisi

14:27  “Əcnəbinin bir illik məvacibinə əyalətdə stadion tikmək olar”

14:19  “Qarabağ”ın 3 futbolçusu Avroliqanın ən yaxşıları sırasında

14:08  “Zirə”nin “Neftçi” ilə 18-ci dueli

13:18  “Liverpul”un futbolçusu “Ginnesin rekordlar kitabı”na düşdü

12:56  Modriç “El Klasiko”nu buraxa bilər

12:35  Elxan Məmmədov UEFA-nın baş katibi ilə görüşdü

12:17  “Qəbələ”nin legioneri: “Yeni baş məşqçinin sistemi daha yaxşı işləyir”

12:00  “Traktor”un üzvü futboldan uzaqlaşdırıldı - Türkiyəyə dəstəyə görə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az