(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Toramanın meneceri: XL yaxşı şərtlər irəli sürsə, İbrahim gələr

Toramanın meneceri: XL yaxşı şərtlər irəli sürsə, İbrahim gələr

Türkiyənin "Beşiktaş" klubunun müdafiəçisi İbrahim Toramanın meneceri Ahmet Bulutun futbolinfo.az saytına müsahibəsi
 
- İbrahim Toramanın “Xəzər Lənkəran”a transfer olunacağı deyilir...
- Dünən mən də bunu televizorda eşitdim. İbrahimlə üz-üzə bunu danışdıq. Amma bizə gələn real təklif yoxdu. Bilirsiz ki, Toramanın “Beşiktaş”la problemi var. Onun yenidən komandasına qayıdıb-qayıtmayacağı bəlli deyil. Transfer  məsələlərində də “Beşiktaş”dakı durumuna görə hərəkət edəcəyik. Əvvəlcə “Beşiktaş”la problemimizi həll etməliyik. Bundan sonra transfer çalışmalarına başlayacağıq. Hazırda Türkiyədən “Qalatasaray”dan və “Kasımpaşa”dan təklif var. Mustafa Dənizli “Xəzər Lənkəran”da baş məşqçidi. O da Toramanı çox sevir, yaxşı münasibətləri var. Təklif olsa, təbii ki, onu müzakirə edə bilərik. Sadəcə, hazırda real bir şey yoxdu.
 
- Toraman Azərbaycanda oynamaq istəyirmi?
- Əsas məsələ odu ki, orada Mustafa Dənizli var. İbrahim də onu çox sevir. Ona görə niyə də oynamasın? Əgər yaxşı şərtlər olsa, gələr. O peşəkar futbolçudu. Dənizlinin orada olması da onun üçün yaxşı amildi.
 
- Toramanın “Beşiktaş”dan ayrıldığı xəbərləri var...
- Yox, ayrılmayıb. Sadəcə, dava məsələsi vardı deyə, o komandadan ayrı qalmışdı. İndi “Beşiktaş” heç də yaxşı durumda deyil. Böyük ehtimalla yenidən komandaya çağıracaqlar. Hazırda o, özü üçün məşq edir. Əgər “Başiktaş” yolları ayırsa, o zaman başqa klublarla danışıqlara başlayacağıq.
 
- Onun “Beşiktaş”la müqaviləsinin müddəti nə zaman bitəcək?
- Müqaviləni bu mövsümün əvvəlində imzalamışıq. Hələ ki, 2 illik müqavilə var.
 
- “Xəzər Lənkəran”ın oyunlarını görmüsüz?
- Mən Azərbaycan Premyer Liqasını izləyirəm. “Xəzər Lənkəran”ın hazırkı vəziyyətindən də xəbərim var. “Xəzər Lənkəran”ın bazası Bakıda, yoxsa Lənkərandadı?
 
- Lənkəranda. Amma bəzən “Bakı”da hazırlıq keçirlər. Bu gün Lənkərana getdilər. 
- "Xəzər Lənkəran" Dənizli ilə ilk oyununda qalib gəlmişdi. “İnter”lə görüş necə bitdi?
 
- O, kubok oyunu idi. “Neftçala”ya 4:0 hesabıyla qalib gəlmişdilər. Burada “İnter”lə Premyer Liqada oyunları var idi. Oyun 0:0 bitdi. Bu gün də komanda öz bazasına qayıtdı.
- Komandanın durumu yaxşı deyil. Niyə belə zəif çıxış edirlər? Con Toşak komandanı məhv etdi, eləmi?
 
- Toşakdan əvvəl də komanda uğursuz çıxış edirdi.
- Mustafa Dənizlinin köməkçisi Oğuz Çətindi? Başqa türkiyəli məşqçi varmı?
 
- Hələ ki, yoxdu.
- Qapıçı məşqçisi kimdi?
 
- Digər məşqçilər hamısı yerlidi. Təkcə Covanni Melkiorre var. İtalyandı. Mübariz Mənsimovun maddi durumu bəllidi. “Xəzər Lənkəran” ölkəmizdə varlı klublardandı. İbrahim Azərbaycana gəlmək üçün nə qədər pul istəyəcək?
- Onun Türkiyədə aldığı məbləğ bəllidi. Hər halda ölkə xaricinə çıxmaq üçün daha yaxşı təklif olmalıdı.
 
- O, Türkiyədə hansı qiymətə oynayır?
- Onu deyə bilmərəm.
 
ELSEVƏR

 
tarix: 10-12-2013 19:16


 
Xəbər lenti
17.10.2019
16.10.2019

22:00  Klubu Kompaniyə görə cəzalandı

21:49  İspaniya yığmasından yeni rekord

20:00  “Region Liqası”nın püşkü atılacaq

19:42  “Qəbələ” - APOEL matçı ukraynalı hakimlərə tapşırıldı

19:23  Messi 6-cı "Qızıl buts"unu aldı

19:00  Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

18:41  Argentinalı futbolçu ilə yeni müqavilə

18:23  “El klasiko”nun yeri dəyişdirilə bilər

18:02  “Ayaks” ÇL oyununa qatarla gedəcək

17:40  Ronaldo Messini geridə qoydu

17:23  “Qarabağ” - APOEL matçının biletləri sabahdan etibarən satışda

17:11  Melnyakı dostu məlumatlandırıb: “Azərbaycan qol vurdu, hakim saymadı”

17:00  Almaniya klubundan qovulan futbolçu Türkiyəyə qayıtdı

16:53  Uçurumun dibində: veteranları məqsədli şəkildə üz-üzə qoyurlar

16:41  MY “Liverpul”la oyuna ciddi itki ilə çıxacaq

16:22  APOEL-in dərdi: “Qarabağ”la oyunlar pis vaxta düşür

16:00  İrqçiliyə görə 5 azarkeş saxlanıldı

15:43  “Beşiktaş”ın futbolçusu millimizə dəvət aldı

15:23  “Barselona”nın futbolçusu İspaniya millisində debüt etdi

15:15  AFFA-nın fotoqrafı baş rolda: səfirlik önündəki aksiyanı kim təşkil edib?

15:02  Fransa əsgər salamının qarşını almaq istəyib – Deşam isə...

14:45  “Mümkün xoşagəlməz olayların qarşısı alınacaq” - “Qarabağ” rəsmisi

14:27  “Əcnəbinin bir illik məvacibinə əyalətdə stadion tikmək olar”

14:19  “Qarabağ”ın 3 futbolçusu Avroliqanın ən yaxşıları sırasında

14:08  “Zirə”nin “Neftçi” ilə 18-ci dueli

13:18  “Liverpul”un futbolçusu “Ginnesin rekordlar kitabı”na düşdü

12:56  Modriç “El Klasiko”nu buraxa bilər

12:35  Elxan Məmmədov UEFA-nın baş katibi ilə görüşdü

12:17  “Qəbələ”nin legioneri: “Yeni baş məşqçinin sistemi daha yaxşı işləyir”

12:00  “Traktor”un üzvü futboldan uzaqlaşdırıldı - Türkiyəyə dəstəyə görə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az