(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Unudulmuş Abramenkoyla bitən era - LAYİHƏ

Unudulmuş Abramenkoyla bitən era - LAYİHƏ

Konstantin Abramenko. Bu ad futbol tariximizə elə hərflərlə həkk olunub ki, tarixi saxtalaşdıran qüvvələr də onu silib çıxara bilməz.
 
Azərbancan futbolunun Məkkəsi – Gəncə. Bu “Məkkə”nin də bir “şeyxi” olub – Konstantin Abramenko.
 
Kostya dayı indi Gəncənin Fəxri Xiyabanda uyuyur. Kimsəsiz, tənha Abramenko. Ölkə futboluna bəxş etdiyi futbolçuları xatırlayanda yada düşməməsini dərk etmək üçün 2 baş da yetməz...
 
Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində keçirilən “Kəpəz” – “İnter” qarşılaşmasını izlədikdən dərhal sonra meydan sahiblərinin mətbuat xidmətinin rəhbəri Azad Mustafayevə Kostya dayının məzarını ziyarət etmək istəyimi bildirdim. O da bəndənizi hazırda “Lokomotiv” cəmiyyətində Abramenkonun yerində çalışan Rauf Rzayevlə görüşdürdü. Bu istəyə düşməyimizin səbəbi var idi. Uşaq futbolu ilə bağlı layihəmizdə keçmişi, bu işdə can qoyanları yada salmasaq, olmazdı.
 
İlk olaraq mərhum mütəxəssisin qəbrini ziyarət etdik. Fəxri xiyabanda yeganə “kasıb qəbri” Abramenkonundu. Niyə? Sualın cavabı üzdə olsa da, subyektiv fikirlərimiz bu mövzunun üstündə çox dayanmağa imkan vermir. Çünki insan dünyasını dəyişdikdən sonra istəyirsən məzarını qızıldan düzəltdir, baş daşını da brilyantdan qoydur. Ölən ölüb və qəbristanlıqdakı istənilən hoqqabazlığı artıq sayırıq...
 
Stadiondan qəbristanlığa olan məsafə kifayət qədər uzaq idi. Rzayevlə Kostya dayı barədə xeyli söhbət etdik. Məlum oldu ki, Rzayev onun yetirməsi olub. Abramenko haqda bəzi xatirələr danışdı. Müəyyən hissələri olduqca maraqlı idi. Buyurun, tanış olun.
 
“Kostya dayının böyük bir yeşiyi var idi. Ora “keta”ları yığardı. Həmişə yetirmələrini həmin yeşiyin yanına yollayanda bilirdik ki, təzə ayaqqabı gətirib. Topları uşaqlara verərdi ki, evdə də oyna, topu hiss et...
Rəhmətlik yaxşı insan idi. Yetirmələrini bütün Respublika tanıyır. “Dəri top” yarışlarına gedərkən, daim başımızın üstündə dayanıb, yaxşı qidalanmağımızı tələb edirdi. Kiminsə iştahının olmadığını gördükdə isə “suxoy payok”u özüylə otağa aparmasını təşkil edirdi. Ancaq dünyasını dəyişəndə məşhurlardan cəmi iki tələbəsi hüzrpulu yazdırdı. Bir qızı qalıb yadigar. O da atası vəfat etdikdən sonra evi satıb, Rusiyaya, qohumlarının yanına köçdü...”
 
Rauf müəllimlə uzun illər Abramenkonun, hazırda isə onun iş otağına yollanırıq. Kaş ki, görməzdim. İlk təəssürat belə oldu.
 
Bəli, otaqda qazanılan çoxsaylı kuboklar, diplomlar, şəkillər bu gün də Abramenko barədə xatirə kimi qorunur. Bələdçimiz olan Rauf bəy “Kostya dayı rəhmətə gedəndən sonra bir iynə çöpünə də əl dəyməmişəm. Necə qoymuşdusa, elə də qoruyuram”, deyir. Ancaq otaq... İlahi, gözlər bu günü görməyəydi. Bambılı-bambılı festivallara, gərəksiz və əhəmiyyətsiz PR-aksiyalara xərclənən vəsaitin 0,001 faizini ayırmaqla həmin otağı muzeyə çevirmək olar.
 
PR axtarırsınız? Bundan gözəl imkan?! Qarşıdan U-17-lər arasında Avropa çempionatı gəlir. Qonaqları hara aparacaqsınız? Bəs “Azərbaycan futbolunun Məkkəsi”ni yada salacaqsınızmı? Birdən yanılıb Gəncə tərəfə üz tutarsız, Abramenkonun iş otağını muzey kimi qonaqlara təqdim etmək arzusuna düşərsiz ha! Rauf müəllimə “axı, otaq adamın üstünə gəlir”, dedikdə isə daha bir şok terapiyasına məruz qaldıq: “Qardaş, vallah, öz hesabıma düzəltdirərdim, ancaq 70 manat məvacib alıram”.
 
- Bəs AFFA? Bəs Gəncənin müvafiq strukturları? Bəs Abramenkonun yetirmələri?
 
- Heç kimə lazım deyil...
 
Düşünürsünüzsə ki, bununla da səyahət başa çatdı, yanılırsınız. Çünki daha bir dəhşətli mənzərənin şahidi olduq. Söhbət Kostya dayının ömrünün böyük hissəsini sərf etdiyi, neçə-neçə parlaq simalar yetişdirdiyi meydançadan gedir. Yer daşlaşıb, giriş qapısının cığıltısı qulaq batırır, dəmir hasarlara baxanda insanı vahimə basır. Bu meydançada nəinki futbolçu yetişdirmək, ümumiyyətlə, yerimək təhlükəlidi. Meydançanıı abadlaşdırmaq böyük vəsait tələb etmir. Sadəcə, istəmək və təmənnasız nələrsə etmək lazımdı. Əlbəttə, futbol naminə. Çünki Gəncə bir konveyerdi. Yetər ki, havasını-suyunu verəsən, torpaq özü becərəcək.
 
Maşallah Əhmədov, Vəli Qasımov, Yunis Hüseynov, Mahmud Qurbanov, Vidadi Rzayev, Xaliq Mərdanov – bu, Gəncənin 20-ci əsrin sonlarından bəri ölkəmizə bəxş etdiyi ən üzdə olan futbolçuların siyahısıdı. Çoxları hazırda da çörəkli yerlərdə çalışır. Ancaq əllərinin çörəyə çatdığı futbolun bu gün onların dəstəyinə ehtiyacı var.
 
Düşünmürəm ki, Regional Futbol Federasiyasının vitse-prezidenti Maşallah Əhmədovun mövsüm ərzində 10 top almağa imkanı olmasın. Elə milli komandamızını məşqçisi Mahmud Qurbanov, “Xəzər Lənkəran”ın idman direktoru Yunis Hüseynov, “Neftçi”nin baş məşqçisi Vəli Qasımov da Abramenkodan qalan mirasa dəstək olmaq imkanına sahibdilər. Dəxli yoxdu, Abramenkonun yetirməsi olublar, yoxsa yox. Hər halda, bu gün Gəncə futbolunun dəstəyə ehtiyacı var. Fişka, top, forma, “nakidka” kimi primitiv tələbatı ödəyən yardım etməyə börcludular! Bu, yazılmayan qanundu. Bunu edən oğulun AFFA qarşısında dili də uzun olar. Tam haqlı olaraq, sonradan assosiasiyadan süni örtüklü meydança salmağı da tələb edə bilərlər...
 
Öz növbəmizdə Abramenkonun çalışdığı “Lokomotiv”ə yardım göstərən hər bir şəxsin ənamını çatdırmağı da boynumuza götürürük. Təki adlarını çəkdiyimiz və çəkmədiyimiz Gəncə futbolunun yetirmələri səsimizə səs versinlər.
 
AFFA isə əməli dəstək göstərməlidi. Konkret olaraq, süni meydançanın salınması, Abramenkonun xatirə turnirinin təşkili kimi əməli addımlar atılmalıdı. “Bizim balansımızda” deyil tipli açıqlamarla yaxalarını kənara çəkə bilməzlər. Eləyə qalanda nə “Qaradağ Lökbatan”, nə “Neftçala”, nə “Ağsu”, nə “Sumqayıt”, nə “Kəpəz”ə də yardım etməməlidilər. Bu cür misalların isə sayı-hesabı yoxdu. Tarixi silmək isə heç kimə müyəssər olmur. Abramenkonun Azərbaycan futbolu qarşısında xidmətləri olub və onu əbədiləşdirmək, futbolun hesabına villalar tikdirənlərin vicdan borcudu.
 
CEYHUN ƏLİYEV
 
P.S.: Xəbəriniz olsun ki, Abramenko rəhmətə gedəndən sonra Gəncə Azərbaycan futboluna düz-əməlli bir ulduz da verməyib. Amma bir neçə il əvvələ kimi bütün komandalarda gəncəlilər oynayır, çempion klubların heyətinin özəyini Kostya dayının yetirmələri təşkil edirdi.
















 
tarix: 21-04-2016 15:37


 
Xəbər lenti
24.01.2019

02:23   “Barselona” “Sevilya”ya ilk oyunda məğlub oldu

02:02   Təxirə salınan oyunda “Nim” sevindi

01:50   “Mançester Siti” finalda

01:01   “Keşlə” qazaxlara belə uduzdu - VİDEO

00:50   “Trabzonspor” və “Göztəpə” 1/4 finalda

23.01.2019

23:26  AFFA-nın milliləşdirdiyi oyunçu haqda: “Azərbaycanla əlaqəsi yoxdu”

23:01  "Qəbələ" günü bir məşqlə başa vurdu

22:50  “Qəbələ” – “Fakel” oyununun vaxtı açıqlandı

22:20  Bordin: "Çatışmazlıqlar üzərində işləyəcəyik"

22:03  "Slovan"ın baş məşqçisi: "Yüksək səviyyəli rəqibə qarşı oynadıq"

21:46  Mamadu Kane: “Məğlubiyyətə layiq deyildik”

21:38  "Oyunların hamısına ciddi yanaşırıq"

21:02  Qurban Qurbanov: “Almeydaya bir az vaxt lazım ola bilər”

19:51  “Qarabağ” heç-heçə oynadı - YENİLƏNİB

18:59  “Keşlə” yenə uduzdu - YENİLƏNİB

18:19  “Neftçi” “Slovan”a uduzdu - YENİLƏNİB

18:00  AFFA-nın Lisenziyalaşdırma qrupu ilə bağlı yoxlamanın nəticələri açıqlandı

17:50  “Sabah”ın da saytı var

17:00  “Atletiko” futbolçusunu geri qaytardı

16:25  Sabiq “Real”lı aşağı liqa klubunda

15:56  “Neftçi” transferini rəsmən açıqladı

15:12  “Sabah” vətənə qayıtdı

14:55  İtkin düşən futbolçunun son mesajı yayıldı

14:33  “Zirə” yenə tək qolla qalib gəldi - VİDEO

14:11  “Sevilya” yeni transferini itirdi

13:45  Bundesliqa klubunda yeni müqavilə

12:56  Tərlan Əhmədov: “Bu mövqeyə daha yaxşı futbolçu seçmək istəyirik”

12:20  Millimizin ruslarla heç-heçəsi - VİDEO

11:55  “Sumqayıt”dan “Vardar” üzərində inamlı qələbə - VİDEO

10:30  Demba Ba yenidən Super Liqa klubunda

09:30  Ronaldo Messiyə çatdı

02:58  “Valensiya” “Xetafe”yə ilk oyunda məğlub oldu

02:11  “Neftçi” yeni transferini rəsmən açıqladı - VİDEO

01:04  Elşad Əhmədov: “Hücum xəttində irəliləyiş olması müsbət məqamdı”

00:31  “Qalatasaray”dan qələbə, “Akhisarspor” 1/4 finalda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az