(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
12 ilin ənənəsi: Yunanıstan və Portuqaliya bənzərliyi

12 ilin ənənəsi: Yunanıstan və Portuqaliya bənzərliyi

12 il öncə, Yunanıstan Avropa çempionu olan zaman, elladalıların zəfəri sərgilədikləri ifrat müdafiə futbolunun kölgəsində qalmışdı. Qaliblər hər nə qədər mühakimə olunmasalar belə, Otto Rehagel və komandasını təbrik edənlərlərlə tənqidçilərinin sayı arasında ciddi fikir ayrılığı vardı...

Günümüzdəki mənzərə isə fərqlidi: baş məşqçi Fernandu Santuş uğurun memarı sayılır, portuqalların müdafiə olunaraq deyil, döyüşərək çempion olubduqlarını düşünənlərin sayı əksini iddia edənlərdən çoxdu . Renatu Sançeş yenicə parlayan, Kriştianu Ronaldo isə tayı-bərabəri olmayan bir ulduz kimliyinə bürünüb. Kapitanın piarının komandasını kölgədə qoyacaq qədər mükəmməl olması isə başqa bir mövzudu.

2004-cü ildəki Yunanıstan ilə bugünkü Portuqaliyanı müqayisə etsək, bu iki komandanın turnir ərzində sərgilədikləri futbol arasında ciddi fərq yoxdu, zənnimcə. Hətta Rehagelin komandasının daha üstün olduğunu düşünürəm. Ən azı ona görə ki, 12 il öncə Portuqaliyada keçirilən qitə birinciliyində yunanlar meydan sahiblərini 2 dəfə - həm qrup matçında, həm də finalda məğlub etmişdilər. Təkcə bu fakt onların çempionluğunun ədalətli olduğunu söyləməyə əsas versə də, futbol həvəskarlarının, xüsusilə də yalnız böyük turnirləri izləyənlərin əsas gözləntisi bol qollu, epizdolarla zəngin oyundu. Yunanıstan millisi isə sırf nəticəyə köklənən bir kollektiv idi,  bu səbəbdən də sevilmədi.

Bəs indi, 12 illik aradan sonra nə dəyişib? Favoriti olduğu qrupda keçirdiyi heç bir oyunda qalib gələ bilməyən,  3 xalla qrup üçüncüsü kimi 1/8 finala vəsiqə qazanan, turnir ərzində yalnız bir matçın taleyini əsas vaxtda həll edən Portuqaliyanın həmin Yunanıstandan nəyi üstündü? Səbəb Ronaldodu? Komanda onsuz ən vacib oyunda qalib gəlməyi bacardı, portuqalların uğurunun açarı Kriştianu deyil. Hərçənd nə qədər qəribə görünsə də, fransızların Ronaldonun məşqçilik bacarığının qurbanı olduğunu düşünənlər də var. Mənə görə isə Portuqaliya sırf baş məşqçi amili – Fernandu Santuş sayəsində çempion oldu.

Bu, həmin Santuşdu ki, 2010-14-cü illərdə Yunanıstan millisinə rəhbərlik edib. Portuqaliyalı mütəxəssis orada uğur qazanmasa da, əldə etdiyi təcrübə işinə yaradı. Əminliklə yazıram: Portuqaliya məhz Yunanıstan kimi oynayaraq çempion oldu. Zəfərin təməlində eyni fəlsəfə durur.

HAŞİYƏ: 2014-cü ildə Yunanıstan millisinin baş məşqçisi postundan istefaya göndərilən digər mütəxəssis isə Klaudio Ranieridi. Son mövsümdə İngiltərə Premyer Liqasında “Lester”lə möcüzəyə imza atan, çempionluq qazanan Ranieri.

Astrologiyaya inanlar da sevinə bilər. Portuqalların çempionluğunu Meymun ilinin növbəti süprizi olduğunu söyləyənlər də var. 1992-ci ildə dağılan Yuqoslaviyanın əvəzinə qitə birinciliyinə iştirakı starta bir neçə gün qalarkən bəlli olan Danimarka, 2004-cü ildə Yunanıstan, indi isə Portuqaliya çempion oldu. Təsadüfmü?

Fikrimcə, təsadüfi heç nə olmur. Hər şeyin səbəbi  var. Astrologiyaya deyil, futbola, onun fəlsəfəsinə inanmaq lazımdı. Və təbii ki, hədəfə çatmaq üçün bacardığında artığını ortaya qoymaq həlledici olur. Portuqaliya millisi bu amilləri özündə cəmləşdirdiyi üçün kuboku vətənə apardı - təbrik edirəm!

“Portuqaliyanın qarşısına Almaniya və ya  İtalya çıxsaydı, başqa cür olardı” – şəklində düşünənlər də var. Məgər Fransa zəif idi? Sadəcə, iş ondadı ki, finalda portuqalların qarşısına çıxan komandanın yalnız adı Fransa millisi idi. Didye Deşamın rəhbərlik etdiyi kollektiv sanki yuxuda idi, qalib gəlmək üçün ciddi heç nə etmədilər.

Yazını bitirmək üzrəyəm, ancaq sual hələ də açıq qalıb: 12 illik aradan sonra dəyişən nədi?

Şəxsi fikrimi yazıram: DÇ-1994-dən bəri böyük turnirləri izləyirəm. Bu Avropa çempionatında oyuna baxa-baxa nəsə oxuya, telefonla danışa, hətta 5-10 dəqiqəlik ekran başından da ayrıla bildim. Eyni şeyləri başqalarında da müşahidə etdim. Başa çatan qitə birinciliyinin gözlənildiyindən maraqsız keçdi ki, bunun da əsas səbibinin İngiltərə və İspaniya  kimi favoritlərin bərbad, ölkəmizdə daha çox azarkeşi olan Türkiyə ilə Rusiya yığmalarının isə faciəvi şəkildə çıxış etmələri olduğunu düşünürəm. İslandiya və ya Uels hər nə qədər rəğbət qazansalar da, insanlar həlledici oyunlarda heyətində ulduzların yer aldığı nəhəng komandaları görmək istəyirlər. Bunlar olmayınca, yarış da insanlara maraqsız gəldi. Zənnimcə, bütövlükdə turnirin özü maraqsız alındığı üçün Yunanıstan kimi oynayıb çempion olan Portuqaliyanın zəfəri 12 il öncəki kimi tənqidlə deyil, biganəliklə qarşılandı. Və təbii ki, piarı üst səviyyədə olan Ronaldo amili var. Bu gün portuqalların qazandıqları kubokdan çox, Kriştianunun zədələnməsindən, göz yaşlarından, məşqçilik bacarığından, hətta qaşına qonan kəpənəkdən danışırlar. Demək ki, hər halda, nələrsə dəyişib...

FƏRİD


 
tarix: 12-07-2016 15:11


 
Xəbər lenti
22.11.2018

13:40   Təbliğat kampaniyasına qohumlar da qoşuldu

13:24   Xudiyev Almeydanın komandasının oyununa təyinat aldı

12:46   Azarkeşlər istefa istəyir – birləşdilər!

12:04   Ansi Aqolli: “Onun bu cür davranışı normal hal deyil”

11:33   Qurbanovla Bordin irəlilədi

11:00   Millimizin forvardı klubuna zədəli qayıtdı

10:30   Lopeteqi ABŞ millisində?

10:00   “eTopaz”da günün canlı oyunları

09:30   “Bavariya” Levandovskini itirdi

21.11.2018

19:33  FİFA rəsmisi saxlanıldı

18:28  Bakıda VAR sistemindən istifadə olunacaq

17:30  İkardi ilə Dibala millidə qol hesabını açdı

16:55  Millətlər Liqasında növbəti mövsümün təqvimi

16:27  Milli komandada baş məşqçi istefası

15:07  Topaz Premyer Liqasında 12-ci tur: tarixə səyahət

14:46  Ruslan Abışov: “Tələsmək istəmirəm”

14:27  20 ildi uduzduğumuz oyun

13:46  Millətlər Liqasının ən yaxşıları açıqlandı

13:21  PSJ-də Neymar şoku

12:56  “Beşiktaş” “Sumqayıt”ın futbolçusunu transfer etdi

12:32  “Qəbələ”nin futbolçusu ücün 10-cu oyun

12:18  “Payız turniri” keçiriləcək

12:07  “TOPAZ"DA BU GÜN: 24 canlı, 3 "təkli" oyun

11:54  168 gündən sonra uduzduq

11:48  Mustivar oynadı, Gerye yox

11:41  "Hesab daha da böyük ola bilərdi"

11:32  Maksim Medvedev: “Görünürdü ki, bəzi mövqelərdə boşluqlar var”

11:26  Almeyda Avropada hamını qabaqladı

11:21  Pley-offun ilkin cütləri

11:12  “Rəqiblər güclü deyildi”

11:02  Qara Qarayev: “Özümüzə gələndə çox gec idi”

10:51  Avro-2020-nin seçmə mərhələsinin səbətləri

10:30  “Keşlə”nin futbolçusu Serbiyada darmadağına üzüldü

10:00  “eTopaz”da günün canlı oyunları

09:30  Braziliya, İtaliya və Fransaya 1 qol bəs etdi

09:00  Boş ümidlər, gözlənilən sonluq

02:54  Bernar Şalland: “Himnin fitə basılması yaxşı hal deyil”

02:18  Qurban Qurbanov: “Erkən qol ağır zərbə oldu”

01:57  Millətlər Liqasında qrup mərhələsinə yekun vuruldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az